Bir gündə 25 nəfər yıxılaraq xəsarət alıb.
Söhbət ötən gün Qubaya yağan güclü qar nəticəsində sürüşərək müxtəlif travmalar alan şəxslərdən gedir. Eyni diaqnozla xəstəxanaya müraciət edənlərin 4 günlük statistikası isə 40 nəfərdir.
Xeyli sayda insanın zərər çəkməsinə səbəb Quba şəhərində səkilərin vaxtında təmizlənməməsidir. Nəticədə şaxta səbəbindən buzlaşan qar rayon sakinləri üçün böyük təhlükəyə çevrilib.
Mövcud problemdən böyüklərlə bərabər, məktəblilər də əziyyət çəkir.
Səkilərlə yanaşı, Quba şəhərində mövcud olan yeganə yerüstü piyada keçidinin pilləkənlərinin də qardan təmizlənməməsi sakinlərin kabusuna çevrilib.
Daha ətraflı Baku TV-nin süjetində: