Peyğəmbərimiz(ə.s.) gənclərin yalnızlıq problemlərinə necə yanaşırdı?..-II yazı
Oxunub: 1114
05 Jan 2022 | 07:15
Peyğəmbərimiz(ə.s.) gənclərin yalnızlıq problemlərinə necə yanaşırdı?..-II yazı
 "O (s.a.s), gəncləri səbirlə dinləyir, onları əsla danlamır, azarlamır, ayıblamır, qınamır, hətta, tam əksinə, onların ağlına, məntiqinə və hisslərinə xitab edərək qaneedici cavablar verir və onları rahatlandırırdı..."
 
 
İtkidən yaranan yalnızlıq...
 
Məqsədləri üçün hər şeyə razı olan, hətta başqalarının hüquqlarını çeynəməkdən çəkinməyən müşriklər Rəsulullahın dəvətinə şiddətlə cavab verirdilər. Öz iradəsi ilə iman edən insanları İslamdan döndərmək üçün hər cür zülmə əl atır, hətta həzrəti Yasir ilə xanımı həzrət Sümeyyə kimi bir çox insanı işgəncələrlə qətlə yetirdilər. Hicrətdən sonra da müsəlmanlardan əl çəkməyib ordularla yenə onların üstünə gəldilər. Özlərini qorumaq üçün savaşan müsəlmanlar isə qətlə yetirilərək şəhid oldular.
 
Rəsulullah istər döyüşərək, istərsə də xəstəlikdən vəfat edən səhabələrin ailələrini, yetim uşaqları, gəncləri əsla diqqətsiz qoymur, hər zaman onlarla maraqlanırdı.
 
Uhud döyüşündə atası vəfat edən və ağlayaraq yanına gələn Bəşirə Rəsulullah (s.a.s.) “Ağlama! İstəyərsənmi mən atan, Aişə də anan olsun?” – demiş və şəfqətlə onun başını oxşamışdı.[5] Üstəlik onun kimi bir çox yetimi də himayə edərək bağrına basmışdı. Həmçinin gənclərə atalarının qazandığı üxrəvi sərmayədən danışaraq onların çəkdiyi əzabı xəfiflətməyə çalışmışdı. Əlinə keçən imkanı ehtiyacı olan insanlar üçün xərcləmişdi.[6]
 
O, cəmiyyətdə də eyni həsasslığı yaratmağa çalışırdı. İnsanları yetimlərə və dul qalmış qadınlara maddi mənəvi dəstək olmağa dəvət edir və bunu edənlərin nail olacağı üxrəvi nemətlərdən bəhs edirdi.[7] Hətta O, heyvanını itirən uşaqlara belə başsağlığına gedir və onların dərdlərinə həmdəm olub özlərini yalnız hiss etmələrinə imkan vermirdi.
 
Dünyəvi çətinliklərdən irəli gələn yalnızlıq...
 
Gənclərin yalnızlığa düçar olmağının səbəblərindən biri də xəstəlik, aclıq, yoxsulluq, itki, külli miqdarda borc, fiziki maneələr və evlənmək üçün lazımi imkanı tapa bilməmək kimi dünyəvi problemlərdir. Bununla yanaşı, maddi-mənəvi onlara dəstək olacaq və dərdlərini paylaşacaq birisinin olmaması da yalnızlığa səbəbdir. Rəsulullah (s.a.s.) bunun necə bir duyğu olduğunu çox yaxşı bilirdi. Rəsulullahla (s.a.s.) birgə hicrət etməyə məcbur qalmış və malını-mülkünü qoyub getmiş mühacirləri Rəsulullah (s.a.s.) bir gün Məscidi-Nəbəvidə Quran dinləyərkən görmüş, aralarına girib onlarla birlikdə oturmuş və belə buyurmuşdu:
 
“Ümmətimdən qarşılaşdığım problemləri paylaşa biləcəyim kəsləri mənə bəxş edən Allaha həmd olsun”.[8]
 
“Başına hər hansı müsibət gələn bunu mütləq mənə bildirsin.”[9] – buyuran Rəsulullah (s.a.s.) insanların problemlərinə qarşı çox həssas davranır, maddi-mənəvi dəstəyə ehtiyacı olanlara yaxınlığını hiss etdirirdi.
 
Sübh namazından sonra insanlara: “Xəstəsi olan varsa, ziyarət edək, cənazəsi olan varsa, dəfn edək”, – deyirdi.
 
Mömin, münafiq, müşrik, əhli-kitab və bədəvilər arasında ayrı-seçkilik etmədən xəstələri ziyarət edirdi. İslam cəmiyyətində heç kim özünü yalnız hiss etməsin deyə xəstə ziyarətlərində, yas mərasimlərində iştirak etməyin möminin mömin üzərindəki haqqı olduğunu bildirir, insanları buna təşviq edirdi. Hətta ara-sıra: “Bu gün kim bir xəstəni ziyarət elədi? Aranızda cənazədə iştirak edən oldumu?” – deyə soruşar və əshabına bunun əhəmiyyətini xatırladardı.[10] Müsəlmanları cənazəsi olanlara başsağlığına gələnləri qarşılamaq üçün köməklik etməyə dəvət edirdi.[11]
 
“Acları doydurun!”[12] – deyərək yoxsulluğun insanları yalnızlığa sürükləməsinə mane olurdu. Payına düşən fey gəlirlərinin bir hissəsini subay gənclərin evlənməsinə kömək məqsədilə xərcləyirdi. Ətrafındakı gənclərlə maraqlanır və onları evliliyə təşviq edirdi. Mehr ödəməyə, toy etməyə, toy yeməyi verməyə və ev-eşik qurmağa imkanı olmayanlar üçün əshabını səfərbər edir və onların bütün zəruri ehtiyaclarını qarşılayırdı. İslamdan əvvəlki davranışlarından dolayı heç kimin qız vermək istəmədiyi gənclər üçün də şəxsən vasitəçi olur və onları evləndirirdi...
 
Külli miqdarda borcu olan əshabını rahatlatmaq üçün bütün imkanlarını səfərbər edir, bəzən onlarla birlikdə işləyir və borc sahibləri ilə danışıb borcluya güzəştə getməyini xahiş edirdi. Məsələn, bir gün otağının pəncərəsindən baxarkən Kab ibn Malikin borcunu ödəməsi üçün kasıb səhabə Abdullah ibn əbu Hadrənin yaxasından yapışdığını görmüş və əli ilə işarə edərək ondan borcunun yarısını bağışlamasını xahiş etmişdi. Belə olduqda problem nə olursa olsun heç kim yalnız olmadığını və Rəsulullahın ona dəstək olacağını bilirdi. Beləcə yalnızlıq duyğusunun səbəb olduğu bədbin düşüncələrlə qapılmırdı.
 
Sual və problemlərdən irəli gələn yalnızlıq...
 
Gəncləri yalnızlığa aparan səbəblərdən biri də ağıllarında ilişib qalan sualları cavablayacaq anlayışlı, səbirli və onları diqqətlə dinləyəcək insanların olmamasıdır. Sual və problemlərini dilə gətirdikdə məruz qalacaqları qəzəb, şiddət, təhqir, alçaldılma və s. kimi səbəblər gəncləri daxili “məhbəslərinə” həbs edir. Bu da bir müddət sonra onları yalnış mühitə, zərərli vərdişlərə, insanlardan uzaqlaşmağa, hətta intihara qədər sürükləyir. Hal və hərəkətlərində, davranış və münasibətlərində  sevgi, mərhəmət və şəfqəti ən gözəl şəkildə təmsil edən Rəsulullah (s.a.s.) qarşısındaki insanlara rahatlıq, inam, etibar və hüzur aşılayır, bədən dili ilə “Sual və problemlərinizi rahatlıqla mənə deyə bilərsiz.” – deyirdi.
 
Onlar da bunu görür, özləri üçün problemə çevrilən arzu və istəkləri, sual və problemləri rahatlıqla Rəsulullaha deyirdilər. Mövzunun necəliyindən asılı olmayaraq O (s.a.s), gəncləri səbirlə dinləyir, onları əsla danlamır, azarlamır, ayıblamır, qınamır, hətta, tam əksinə, onların ağlına, məntiqinə və hisslərinə xitab edərək qaneedici cavablar verir və onları rahatlandırırdı. Hədis kitablarında bununla bağlı yüzlərlə nümunə var. Burada zina etmək istəyən gəncin hadisəsini xatırlamaq belə kafidir.[13]
 
Sevilmədiyini düşünməkdən irəli gələn yalnızlıq...
 
Şübhəsiz ki, insanların, xüsusən gənclərin yalnız olmağına gətirib çıxardan səbəblərdən biri də heç kim tərəfindən sevilmədiyini düşünməkdir. Bu məsələdə də həssas davranan Rəsulullah (s.a.s.) yeri gəldikcə insanlara onları Allah üçün çox sevdiyini deyirdi. Məsələn, həzrət Muaza: “Ey Muaz, səni Allah üçün sevirəm.”[14] – demişdi.
 
Bir gün yanlarında oturan biri ordan keçən bir başqası haqqında: “Ey Rəsulullah, mən filankəsi çox sevirəm.” – demişdi. Rəsulullah da bunu deyən şəxsə: “Bunu həmin kəsə dedinmi?” – deyə soruşmuş və “Xeyir” cavabını eşidikdə: “Get bunu ona bildir.” – deyə buyurmuşdu. Həmin səhabə də dərhal yerindən qalxmış və dediyi səhabəni saxladıb: “Səni Allah üçün çox sevirəm.” – demişdi. Həmin səhabə də: “Özü adına məni sevdiyin Zat da səni sevsin.” – demişdi.[15] Beləcə  Peyğəmbərimiz(s)  ətrafındakılara yalnızlığın dərmanı olan sevgini və sevgini ifadə etməyi öyrədir, bunu insanlar arasında yaymağa çalışırdı. Hətta bunun üçün möminlərə tövsiyələr də edirdi:
 
“Hər hansı biriniz mömin qardaşını (Allah üçün) sevirsə, bunu ona desin.”[16]
 
Nəticə...
 
Əfsuslar olsun ki, dövrümüzdə çox yayılmış yalnızlıq insanların duyğu və düşüncələri, hal və hərəkətləri üzərində çox ciddi bir təsirə malikdir. Xüsusilə, yeniyetməlik dövründə həyatı yeni tanımaq, sual və problemlərlə necə mübarizə aparacağını bilməmək və yuxarıda sadaladığımız səbəblərdən dolayı gənclər yalnızlıq duyğusuna qapıla bilər və bu hiss onları yalnış yerlərə sürükləyə bilər. Valideynlər, qohum-qonşular, müəllimlər, cəmiyyət və idarəçilər yalnızlıq problemini və əks təsirlərini nəzərə almalı, gənclərə qarşı daha həssas, diqqətli, şəfqətli davranmalıdırlar.
 
Göründüyü kimi Rəsulullah (s.a.s.) gənclərlə yaxından maraqlanmış, hərəkət və davranışlarında onları yalnızlığa aparacaq şeylərə əsla yer verməmişdir. Örnək əxlaqı, diqqəti və onlara vaxt ayırmağının nəticəsi olaraq gənclər də axtardığı sevgini, şəfqəti, hüzuru, dəstəyi, cavabı və çarəni Onda tapmışlar. Bu səbəbdən yalnızlıq və bunun səbəb olduğu problemlər Onun (s.a.s.) dövründə demək olar ki, heç yaşanmayıb. “Qonşusu ac ikən özü tox yatan bizdən deyil.” prinsipi də əslində Onun (s.a.s.) həyata baxışının təzahürüdür. Çünki O, insanlar dərdli ikən dərdsiz, hüzursuz ikən hüzurlu və hüzünlü ikən xoşbəxt yatmamış, yaşamamış və maddi-mənəvi hər kəsə dəstək olmağa çalışmışdır....
 
Mənbələr:
 
[1]  Nəsai, Cihad 1 (4279); Hakim, Müstədrək 2/382 (2424); Beyhəqi, Kübra, 9/19 (17741).
[2]  Bax. Beyhəqi, Dəlail 2/216; İbn Əsir, Üsdul-ğabə 4/140; Heysəmi, Kəşful-əstar 3/169 (2493); Əhməd ibn Hənbəl, Fədailus-səhabə, 1/285 (376); İsmail ibn Muhamməd əl-İsbəhani, Siyərus-sələfis-salihin 1/94.
[3] Buxari, Məvaqit, 41.
[4] Buxari, Cənaiz 5, 55, 66; Müslim, Cənazə, 71.
[5]  Buxari, ət-Tarixul-kəbir, 2/78; İbn Həcər, İsəbət 150.
[6]  Əbu Davud, Sehr, 9.
[7]  Buxari, Nəfaqat 1, Ədəb 24; Müslim, Zöhd 41, 42.
[8]  Əbu Davud, Elm, 13.
[9]  Abdurrəzzaq, Müsannəf 3/564.
[10]  Bax: Abdurrəzzaq, Müsannəf 3/593.
[11]  Əbu Davud, Cənaiz 25; Tirmizi, Cənaiz 21.
[12] Buxari, Cihad 121; Mərda 4.
[13]  Buxari, Səlat 71, 83.
[14]  Əbu Davud, Vitr 26; İbn Hibban, Səhih 2021.
[15]  Əbu Davud, Ədəb 112, 113.
[16]  Əbu Davud, Ədəb 112, 113; Tirmizi, Zöhd 54, (2393).
 
Meneviyyat.az
Oxşar xəbərlər
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
GÜNLÜK
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb