Peyğəmbərimiz(ə.s.) gənclərin yalnızlıq problemlərinə necə yanaşırdı?..
Cəmiyyət
Oxunub: 1235
04 Jan 2022 | 07:37
Peyğəmbərimiz(ə.s.) gənclərin yalnızlıq problemlərinə necə yanaşırdı?..
"O, gənclərə bütün boşluqlarını dolduracaq həyat fəlsəfəsi, haqq və həqiqətləri, əxlaqı, məntiqi, mühakimə və səmimiyyəti ilə nümunə olurdu..."
 
Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək-tənha hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur. Həmçinin sosial təzyiqlər, basdırılan hislər, sual və problemlər, nəsillər arasındakı  bağların zədələnməsi və ortaq dilə sahib olmamaq, başqa ölkərdə yaşayanların üzləşdiyi  mədəniyyət və adət-ənənə fərqləri, yaşıdları ilə arasındakı irq, din və dil ayrılığı, həmçinin onlara uyğunlaşa bilməmək də kiçik yaşlarda, habelə yeniyetməlik dövründə yalnızlığa gətirib çıxardan səbəblərdəndir. Üstəlik, həyatla əlaqəli dərin və güclü mənəvi bağların olmaması, mənəvi və zehni narahatlıqlar, həmçinin yanlış dostluqlar gəncləri tənhalığa sürükləyən amillər arasındadır.
 
Gənclərin ətrafında səmimi, anlayışlı, şəfqətli, suallarını cavablayan və problemlərini həll etməkdə onlara kömək olacaq insanlar olmayanda yalnızlıq problemi tədricən daha da böyüyür və başqa problemlər yaradır.
 
Bu problemlər hər dövrdə olduğu kimi Rəsulullahın (s.a.s) dövründə də olub. İrqçilik, qan davaları, xəstəliklər, ixtilaflar, savaşlar, yoxsulluq, zərərli vərdişlər, şiddət və şəhvət o dövrün gənclərindən də yan keçməyib. Bunların gətirdiyi boşluğu doldurmaq üçün bəzi gənclər ovçuluq və ya ticarətin verdiyi imkanlarla gəzib dolaşmış və həqiqət axtarışında olmuşlar. Bəziləri isə çıxış yolunu zamanın tələblərinə ayaq uydurmaqda, içki, qumar və başqa əyləncələrdə görmüşlər.
 
Bütün bu problemlərə həll yolu tapmaq üçün Rəsulullah gəncləri depressiv hala salan problemlərə qarşı çox həssas və diqqətli davranmışdır. O, gənclərə bütün boşluqlarını dolduracaq həyat fəlsəfəsi, haqq və həqiqətləri, əxlaqı, məntiqi, mühakimə və səmimiyyəti ilə nümunə olurdu. Onları daim dinləyir, anlayır və şəfqətlə davranır, onlarla daim maraqlanır, hər zaman qayğı və diqqət göstərirdi. Beləliklə, onları həm yalnızlıq girdabından qurtarır, həm də köç, yetimlik, işsizlik, evlilik, xəstəlik və ölüm kimi hadisələrdə yaxınlığını hiss etdirərək yaranacaq yalnızlıq hislərinin qarşısını alırdı. Bu səbəbdən bir müddət sonra Ondan (s.a.s) ayrılıq və uzaqlıq onlar üçün ən böyük yalnızlığa çevrilirdi...
 
Şiddət və təcriddən yaranan yalnızlıq
 
Problemlərin çox olduğu bir mədəniyyətdə yaşayan və Onun (s.a.s.) dəvətindən sonra hüzur tapan gənclər, İslamı qəbul etməklə sahib olduqları hər şeyi itirməyə başladılar. Ailələri, qohumları və cəmiyyət tərəfindən təcrid edilir, dostları və çevrəsi onları düşmən kimi görürdülər. Hətta şiddətə məruz qalır, alçaldılıb təqhqir edilirdilər. Azad, kasıb, zəngin, qadın kişi olmağından aslı olmayaraq İslamı qəbul edən hər kəs bu mərhələdən keçirdi. Belə ki, həzrət Abdurrahman ibn Avf onlara edilən zülmlərə cavab vermək üçün: “Ey Allahın Rəsulu! Biz müşrik olduğumuz vaxtlarda izzətli və şərəfli insanlar idik. İman etdikdən sonra bizi əzməyə, alçatlmağa və təhqir etməyə başladılar.” – deyirdi.[1]
 
Rəsulullah (s.a.s.) gənc əshabını dinləyir, onlarla yaxından maraqlanır və onların qarşılaşdığı şiddət və təcridolunma ucbatından yalnızlığa düşmələrinə fürsət vermirdi. Onlarla hər zaman görüşür, səbir və dua ilə Allaha yönəlmələrini, iman və qulluq bağı ilə Allaha  sığınmalarını tövsiyə edirdi.
 
Bir-birilərinin maddi və mənəvi problemlərini həll etmələri və bir-birilərinə dəstək olmaları üçün aralarında güclü qardaşlıq bağları qurur və onları bir-birinə hayan olmağa çağırırdı.[2] Onları hər zaman yaxşı əhval-ruhiyyə ilə ruhlandırırdı. 
 
İşgəncəyə məruz qaldıqda onları ziyarət edir, edəcəkləri səbir qarşılığında axirətdə qazanacaqları  mükafatlarla müjdələyir və onlar üçün dua edirdi. Hamıya diqqət göstərir və problemlərinə çarələr tapmağa çalışırdı. Problemlərin artmaması üçün onları diqqətli və ehtiyatlı olmağa çağırır, çətinliklərə səbir etməkdə çətinlik çəkənlərə isə hicrəti tövsiyə edirdi.
 
Köç səbəbi ilə yaranan yalnızlıq...
 
Məkkədən Mədinəyə hicrət edənlərin çoxu gənclər idi. Onlar bütün haqq və hüquqlarını, azadlıqlarını hüzur içində və təhlükəsiz şəkildə yaşamaq üçün doğulub böyüdükləri yurd-yuvalarını tərk edib fərqli mədəniyyətlərin olduğu diyarlara köçmüşdülər. Onların arasında yeniyetməlik yaşında olarlar da çox idi. Öz mədəniyyətlərindən, öyrəşdikləri həyat tərzindən ayrılmaq, maddi çətinliklər, düşdükləri mühitə uyğunlaşa bilməmək, qorxu və s. kimi səbəblər gənclərdə yalnız duyğusuna səbəb olurdu. Lakin Rəsulullah bu məsələdə çox həssas davranırdı. Bütün ehtimalları nəzərə alır və əshabının problemlərini daim təqib edirdi. Heç kimin özünü kimsəsiz, sahibsiz və yalnız hiss etməsinə imkan vermir, onlara şəfqət və mərhəmət ehtiva edən müjdəli xəbərlərlə təsəlli verirdi...
 
Hicrət zamanı Kubaya çatdıqdan dərhal sonra əshabı ilə eyni dam altında görüşmək və onları bir-birilərinə yaxınlaşdırmaq üçün məscid inşasına başlamış və gənclərlə maraqlanmaq üçün “Beytül Uzzab” adlı bir yer açmışdı. “Subaylar evi” sayılan bu məkanda Rəsulullah gənclərlə söhbət edir və onların suallarını cavablayırdı. Beləliklə də onlarla səmərəli vaxt keçirərək hicrətin gətirə biləcəyi duyğusal boşluqların yaranmasına imkan vermirdi. Kubadan Mədinəyə gəldikdən bir müddət sonra ailəli mühacirləri ənsarın evlərinə yerləşdirmişdi. Məscidi-Nəbəvinin bir bölümünü yataqxana və mədrəsə üçün “suffa” olaraq ayırıb subay gəncləri də ora yerləşdirmişdi.
 
Gecə-gündüz onlarla maraqlanır, dərs qrupları təşkil edir, söhbətlər aparır, maddi-mənəvi bütün ehtiyaclarını şəxsən soruşur[3] və bir müddət sonra onlara vəzifələr verirdi. Heç kimi dərdləri ilə baş-başa qoymur, hər birinə dəyər verir və yaxınlığını hiss etdirirdi.  
 
Gənlər çox böyük problemlərə səbəb ola biləcək bu mərhələni Rəsulullahın (s.a.s.) yaxın və səmimi münasibəti sayəsində geridə qoyur və kamil insan kimi yetişərək yeni təşəkkül edən İslam cəmiyyətinin və mədəniyyətinin yüksəlməsində aktiv rol oynayırdılar.
 
Kimlik səbəbi ilə yaranan yalnızlıq...
 
Cahiliyyə ərəbləri arasında qəbiləçilik, irqçilik və köləlik çox yayılmışdı. Cəmiyyətin yazılmamış qanunları vardı. Güclü zəifi əzir, haqqını tapdalayırdı. Qadınlar alçaldılır, incidilir və şiddət görürdü. Üstəlik, şikayət edəcəkləri heç bir müəssisə və ya qurum da yox idi. Fərqli kimlikləri daşıyan insanlar zənginlərin əxlaq, hüquq və insanlığa zidd münasibətləri qarşısında yalnızlıq və iztirab duyurdular. Rəsulullah (s.a.s.) vəhyin rəhbərliyi ilə həyat, əxlaq, haqq və hüquq anlayışları formalaşdırdı. O, bu anlayışlarla haqsızlıqlara qarşı mübarizə aparır, ədaləti, birlik və bərabərliyi, qardaşlığı əsas götürür və hər kəslə maraqlanmağa çalışırdı. Hüquqları əlindən alınan insanlarla yaxından maraqlanır, hər birinə insan olaraq layiq olduğu dəyəri  verirdi.
 
Zeyd ibn Harisə, Həbbab ibn Ərət, Üsamə ibn Zeyd, Bilal Həbəşi, Səlman Farisi, Süheyb Rumi, Ümmü Eymən və bir çoxları Rəsulullahın bu münasibəti sayəsində müsəlmanların ən çox sevdiyi səhabələrdən olmuşlar. Bir çox insan fərqində olmasa da, O (s.a.s.) hər kəslə bir-bir maraqlanırdı.
 
Belə ki məscidi süpürən Ümmü Mihcən adlı zənci qadın bir gün vəfat etmiş və səhabələrdən biri Rəsulullaha xəbər vermədən onu dəfn etmişdi. Rəsulullah həmin qadını məsciddə görməyəndə səhabələrdən soruşmuş, vəfat etdiyini və dəfn edildiyini öyrənmişdi. Bunu eşidəndə: “Əvvəlcə mənə xəbər verməli deyildinizmi?” – demiş və sonra qəbrini ziyarət edərək cənazə namazı qılmış və dua etmişdi...[4]
 
(Davamı var)
 
Mənbələr:
 
[1]  Nəsai, Cihad 1 (4279); Hakim, Müstədrək 2/382 (2424); Beyhəqi, Kübra, 9/19 (17741).
[2]  Bax. Beyhəqi, Dəlail 2/216; İbn Əsir, Üsdul-ğabə 4/140; Heysəmi, Kəşful-əstar 3/169 (2493); Əhməd ibn Hənbəl, Fədailus-səhabə, 1/285 (376); İsmail ibn Muhamməd əl-İsbəhani, Siyərus-sələfis-salihin 1/94.
[3] Buxari, Məvaqit, 41.
[4] Buxari, Cənaiz 5, 55, 66; Müslim, Cənazə, 71.
 
Meneviyyat.az
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...