İsgəndər Həmidov yenə də Milli Şuranı Rusiyanın layihəsi adlandırdı
Oxunub: 4888
24 Jan 2014 | 10:34
İsgəndər Həmidov yenə də Milli Şuranı Rusiyanın layihəsi adlandırdı

Moderator.az sabiq daxili işlər naziri İsgəndər Həmidovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir:
 
Sabiq daxili işlər naziri, Azərbaycan Milliyyətçi Demokrat (Boz Qurd) Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri İsgəndər Həmidov yanvarın 23-də “Yeni Müsavat” qəzetində olub və qəzet əməkdaşlarının suallarına cavab verib.


İ.Həmidov gündəmdə olan bir sıra məsələlərə toxunub, onun adıyla bağlı mətbuatda yanlış təqdim olunan məsələlərə aydınlıq gətirib, baş verən hadisələrə, gedən proseslərə dair öz mövqeyini bildirib. İsgəndər Həmidovun olduqca maraqlı açıqlamalarla zəngin müsahibəsinin birinci hissəsini təqdim edirik.

- Sizinlə ölkədəki, müxalifət düşərgəsindəki vəziyyətdən danışmaq, sizin baxışlarınızı öyrənmək istəyirik. Amma öncə sizin partiyadan başlamaq niyyətimiz var. Boz Qurd Partiyasında hazırda nə baş verir? Bilirik ki, qurultaya hazırlaşırsınız, partiyanın strukturlarının buna görə buraxıldığı və təşkilat komitəsi yaradıldığı barədə məlumatlar yayıldı. Proses nə yerdədir?

- Öncə məni redaksiyaya dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm. Mən həmişə “Yeni Müsavat”a qonaq kimi yox, buraya doğma olan, bu qəzeti doğma hesab edən şəxs kimi gəlirəm. Həmişə hər yerdə demişəm və deyirəm ki, 10 il müxalifət düşərgəsi iki qəzetin - “Yeni Müsavat”ın və “Azadlıq”ın çiyinləri üzərində dayanıb. Bu, türmədən daha aydın bilinirdi. 

Partiyamıza gəlincə, ötən il partiyanın yubileyi olanda dostlarımız gəldi və məni zorla yubileyə apardılar. Bundan sonra Qələndər Muxtarlının sədrliyi ilə partiyanın Siyasi Şurasının iclası olub. İclasda qərar verilib ki, partiyanın adından Qələndər Muxtarlının danışmağa ixtiyarı yoxdur. O zaman hələ Milli Şura yox idi. Siyasi Şuranın həmin qərarı barədə informasiyanı yaymaq üçün “Yeni Müsavat”a göndərmişdilər. Digər bir-iki qəzetə də göndəriblər. Ancaq həmin informasiya dərc olunmayıb. Sonra partiyanın Məclisinin sessiyası keçirildi. Məclisdə partiyanın bütün seçkili orqanlarının səlahiyyətləri dayandırıldı, qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradıldı və səlahiyyətlər təşkilat komitəsinə verildi. Nizamnamənin tələbinə görə bu cür qərar verildi. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin tərkibi formalaşanda Qələndər Muxtarlı öz namizədliyini geri götürdü. Qələndər bəy mənə dedi ki, elmi işlə məşğul olduğu üçün təşkilat komitəsində olmamağı məqsədəuyğundur. Bunu dedi, öpüşdük-görüşdük, getdi. Bir həftədən sonra mətbuatda açıqlamalar verməyə başlayanda mən ona dedim ki, kiminsə diktəsi ilə hərəkət eləmə, öz ağlınla hərəkət et. Kəndirbaz ipdə hərəkət edəndə kosaları aşağıda oynadırdılar. Kosa olmaq olmaz, adam kosanı oynadan olar.

- Qələndər Muxtarlı isə hələ də partiyanın sədri olduğunu deyir...

“Mən partiya sədrliyindən gedəndə Rauf Arifoğluna təklif etdim ki, gəlsin, partiyamıza sədr olsun”


- Qələndər bəy partiyanın qurucularından olub, onu sədrliyə gətirmişik. Ancaq artıq yuxarıda xatırlatdığım qərardan sonra partiyanın adından danışmağa hüququ yoxdur. 11 nəfərdən ibarət qurultaya hazırlıq üzrə təşkilat komitəsi partiyanın adından danışmaq səlahiyyətini İlyas Abdullayevə həvalə edib. Təşkilat komitəsinin sədri isə mən seçilmişəm. Partiyanın bütün seçkili orqanlarının, o cümlədən sədrinin səlahiyyətlərinin dayandırılması və səlahiyyətlərin qurultaya hazırlıq üzrə təşkilat komitəsinə verilməsinə Qələndər bəy özü də səs verib. İndi özünü sədr kimi təqdim edirsə, başqa nə deyim? Qələndər bəy bizim üçün əzizdir, çünki bir yerdə çox fəaliyyət göstərmişik. Ancaq yenə də deyirəm, partiyanın adından ancaq İlyas Abdullayev danışa bilər. 

- “Azadlıq” qəzetində sizin adınızdan belə bir açıqlama dərc olunub ki, Qələndər Muxtarlı sizin uşaqlıq dostunuzdur...

- Mənim adımdan verilmiş o fikirlər çox gülməlidir. Çünki mən Qələndər bəyin atasından iki yaş böyüyəm. Mənim adımdan qəzetdə o cür fikirlərin verildiyi mənə deyiləndə təəccübləndim və güldüm. Heç olmasa məntiqli nə isə yazmayıblar. Biz axı Qələndərlə uşaqlıq dostu ola bilmərik. Mənim uşaqlıq dostlarım var, onlarla orta məktəbdə bir yerdə oxumuşuq.

- Qələndər Muxtarlı heç vaxt partiyadan qovulmaq kimi bir halının olmadığını da deyib... 

- Mən partiyadan getmə ərəfəsində artıq Qələndər Muxtarlı partiyada deyildi. Mən həbsdə olanda Qələndər bəyi tutdular. Çıxdım ki, onu partiyadan uzaqlaşdırıblar. Qaytardım partiyaya, lakin bir də uzaqlaşdırdılar. Sonra o, Ümid Partiyası Məclisinin sədri oldu.

“Rüstəm İbrahimbəyovun əleyhinə yalnız mən səs vermişəm”


- Sizin partiyanın üzvləri dəfələrlə Qələndər bəy haqda qərar çıxarıb “Yeni Müsavat”a təqdim ediblər. Biz çap etməmişik. Amma Qələndər Muxtarlı indi “Yeni Müsavat”ın baş redaktorunu ittiham altına alıb ki, bütün işləri edən Rauf Arifoğludur. Cəmiyyətdə hər kəs bilir ki, Boz Qurd Partiyasının babası, “dərin” Boz Qurd Sizsiniz. Həmin partiyada Rauf Arifoğlunun hansısa rolu var?

- (Rauf Arifoğluna üzünü tutaraq) Bəli, Qələndər bəy barədə çıxarılan qərarları çap etməkdən imtina etmisiniz. Hətta mənə çatan məlumata görə, o dövrdə demisiniz ki, mən Qələndər Muxtarlı ilə İctimai Palatada iclasda yan-yana otururam, onun barəsində informasiyanı çap etməyəcəyəm. Verməmisiniz də. Bu, sizin böyüklüyünüzdür. Qələndər bəy mənim üçün əzizdir. Amma onun bu gün tutduğu yolu təqdir etmirəm. Mən ona dedim ki, sən bu döyüşə qarışma, alətə çevrilmə. Mən Səfər Hümbətova da bu döyüşə qarışmamasını demişəm. Qələndər bəy də, Əli Kərimli də mənə əzizdir. Ancaq mənim dostlarımın çoxu Müsavatdadır, “Yeni Müsavat” qəzetindədir. Heç bir zaman mənim dilimdən “Yeni Müsavat”a və Rauf bəyə qarşı söz çıxmaz. Mənim adımdan mənim demədiyim fikirləri yazıblar. Məni tanıyırsınız ki, qorxaq və yaltaq adam deyiləm. Mənim hansısa iradım, narazılığım olsa, Rauf bəy, sənin özünə deyərəm. Lap bir milyon adamın içində olsa da deyərəm. Amma heç kəsin ixtiyarı yoxdur ki, mənim adımdan nəsə desin və yazsın. Kabinetinizdə müqəddəs Quran görmüşdüm, indi elə bil əlimi basıb and içirəm. Kim nə yazır, özü bilər. Bu gün Raufu, Müsavatı qılınclamaq özü müxalifətin dağılmasına xidmətdir. Lakin bilmək lazımdır ki, kimsə başqasının bədbəxtliyi üzərində xoşbəxtliyini qurmaq istəyirsə, özü bədbəxtliyə gedəcək. Mənə elə gəlir ki, sizi qəsdən çəkdilər provokasiyaya, sizin ünvanınıza böhtanlar, hətta təhqirləri qəsdən yazdılar və bununla sizi provokasiyaya çəkdilər. Bu gün Rauf Arifoğlunun, İsa Qəmbərin, Əli Kərimlinin, elə Qələndər bəyin özünün də zəhmətinin üstündən xətt çəkməməlidir. Ancaq bəziləri özləri məcbur edirlər.

- Partiya sədrliyinə namizədliyinizi verəcəksiniz?

- Mən hazırda qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədriyəm. Sualınıza ayrı cür cavab versəm qeyri-səmimilik etmiş olaram. Qurultay nümayəndələrinin hər birinin sədrliyə namizədliyini irəli sürməyə hüququ var. Kim istəyir namizədliyini versin. Seçim isə qurultaydan asılı olacaq. Sözsüz ki, mənim də namizədliyim veriləcək. Sözsüz ki, sədr seçiləcəyəm. Mən desəm ki, namizəd olsam başqa namizəd seçiləcək, qeyri-səmimi danışmış olaram. 

“Qərar verilib ki, partiyanın adından Qələndər Muxtarlının danışmağa ixtiyarı yoxdur”


- Qələndər Muxtarlı ittihamlarının birində deyib ki, İsgəndər Həmidov AMDP-ni raufçulardan təmizləmədi, mən yenidən sədr seçilib təmizləyəcəyəm. Bu fikrə münasibətinizi bilmək istərdik.

- Bax, Rauf Arifoğlu ilə qarşı-qarşıya oturmuşuq. Rauf bəy xatırlayar ki, mən partiya sədrliyindən gedəndə Rauf bəyə təklif etdim ki, gəlsin, partiyamıza sədr olsun. Mən Rauf bəyə bu təklifi təsadüfən etməmişdim. Rauf Arifoğlu başdan-ayağa millətçidir, türkçüdür. Dediyim odur ki, Rauf Arifoğluna AMDP-yə sədrlik təklif olunub, Rauf bəyə nə ehtiyac var idi partiyaya öz adamlarını yerləşdirsin? Ona görə Qələndər bəyin həmin fikirlərinin yanlış olduğunu əminliklə qeyd edirəm. Onu da deyim ki, Rauf Arifoğlu təklifimizi qəbul etməyəndən sonra mən Müsavat Partiyasında olan ikinci bir millətçiyə-türkçüyə - Nəsib Nəsibliyə sədrliyə gəlməsini təklif etdim... Allah elə edə, Rauf Arifoğlu bizim partiyaya bir-iki min adam yerləşdirə. Çünki o, millətçidir və adamları da millətçi olacaq. Qələndər Muxtarlı Səfər Hümbətovu nəzərdə tutub danışıbsa, Səfər bəy partiyanın yaradıcılarından biridir, böyük zəhməti, mübarizəsi olub. 1990-cı ildən “Boz qurd” emblemi kürəyində, avtomat çiynində vətəni, müxalifəti müdafiə edib. Onu Raufun və ya başqa kiminsə adamı adlandırmaq doğru yanaşma deyil. Dostluqla adamı olmağı fərqləndirmək lazımdır. Əgər Səfər bəy Rauf bəylə dostluq edirsə, mən bunu alqışlayıram. Bu gün mən sən Etibar Seyidağa ilə dostluq edirəmsə, məgər mən “Yeni Müsavat”ı dağıtmaq istəyirəm? Bizi ideologiya birləşdirməlidir. Şəxsi münasibətlər onsuz da şəxsi münasibətlərdir. 

- İndi müxalifət bir-birinə, anadolular demiş, girmiş durumdadır, bir-birini çeynəyib didir. Siz də bu vəziyyətə baxırsınız və inanırıq ki, ürək ağrısı keçirirsiniz. Amma biz bir şeyi müşahidə etdik-ortada bir ağsaqqal missiyasını həyata keçirəcək, bu mandatı daşıyacaq insanlar yox imiş

- Ortalıqda ağsaqqallıq edib “durun, bir-birinizi qırmayın” deyən yoxdur. Amma böyük məbləğdə pul buraxan və müxalifət düşərgəsini bir-birinə tutaşdıran var. Ona görə də biz min dəfə ağsaqqal kimi gedib desək də ki, dayanın, dayanmayan dayanmayacaq. 

- Deyirsiniz ki, bu prosesdə pulların, maddi marağın rolu var?


“Dostlarımın çoxu Müsavatdadır, “Yeni Müsavat” qəzetindədir”


- Gəlin bir az əvvələ nəzər salaq. Milli Şura yaranan vaxt birinci iclasında mən çıxış eləmişəm. Mən dedim ki, bu proje Şimalın projesidir, Rüstəm İbrahimbəyov Şimalın (Rusiyanın) adamıdır, buraya yığışanların isə bir hissəsi elə insanlardır ki, illərlə bizim əleyhimizə danışıblar. İclasda səsvermə zamanı da Rüstəm İbrahimbəyovun əleyhinə yalnız mən səs vermişəm. Hətta bu addımıma görə oradakılar mənə birtəhər baxırdılar. İclasdan çıxanda məni gözləyən dostlarım Səfər Hümbətova, Mübariz bəyə, Eldar bəyə dedim ki, bu, Rüstəm İbrahimbəyovun sədr seçilməyi yox, bəri başdan Milli Şuranın fatihəsi oldu. Sonra belə məsləhətləşildi və ümumi birlik xatirinə mən susdum. Sonra da iclasların gedişində partiya sədrləri bir-birilərinə əzələ göstərdilər. Bu, çıxış edir, aşağıdan buna əl çalırlar, o birisi çıxış edir, o biriləri ona əl çalırlar. Partiya sədrləri Milli Şuranı döndərdilər özlərinin əl çalma alətinə. Milli Şuranın iflasa getdiyi görünürdü. Bu, göz qabağındaydı. Sonra bir məsələ ortalığa çıxdı ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Kim desə ki, biz bilmirdik Rüstəm müəllim Rusiya vətəndaşıdır, həmin insan yalan deyir. Hamı əvvəldən bilirdi ki, Rüstəm İbrahmbəyov Rusiya vətəndaşıdır. Milli Şuranın üçüncü iclasında mən məsələ qaldırdım ki, Rüstəm İbrahimbəyov konkret nə vaxt Bakıya qayıdacağını rəsmən desin. Onun isə Azərbaycana qayıtmağı məsələsi bitmişdi. Ona görə ki, Vladimir Putin Bakıya gəldi və istədiyinə nail oldu. 

-Yəni Rüstəm İbrahimbəyov və Milli Şura projesi ilə Rusiyanın Azərbaycanı sıxışdırdığınımı demək istyirsiniz?
-...

(Davamı növbəti sayımızda)







Oxşar xəbərlər
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:02, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - FOTO
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:49, Bu gün
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirildi - YENİLƏNİB + FOTO
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
GÜNLÜK
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin