"Azərbaycan bu gün qürurludur ki, tarixi torpaqlarına sahibdir"
Oxunub: 967
29 Nov 2021 | 18:00
«Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirin, toplantının əhatə etdiyi mövzu ilə yanaşı, ölkələrin malik olduqları imkanların təqdimatı baxımından da xüsusi əhəmiyyət kəsb etdiyi aydındır. Dünyanın diqqətində olan Soçi görüşünün ardınca Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının keçirilməsi son günlər beynəlxalq gündəmi zəbt edən vacib məsələlər sırasındadır. İstər tədbirdəki çıxışlarda, istərsə də Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyevin reallaşdırdığı ikitərəfli görüşlərdə Azərbaycanın regionda və dünyada artan rolunun təqdir edilməsi, ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyinin vurğulanması uğurlu siyasətimizin məqsədyönlülüyünü, gələcəyə hesablandığını bir daha təsdiqlədi. Azərbaycanın İƏT-in fəal üzvü kimi beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində hər iki quruma üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması xarici siyasətimizin prioritet istiqamətlərindəndir.»
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
V.Rəhimzadə qeyd edib ki, Zirvə Toplantısında Prezident İlham Əliyev tərəfindən ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsini yaşamasına, hazırkı dövrdə tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas almasına, həmçinin dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq dayanıqlı inkişafını təmin etməsi konkret rəqəmlər əsasında diqqətə çatdırıldı: «Bu uğurlarımız Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Dünya Bankı daim Azərbaycanın adını ən islahatçı ölkələr sırasında qeyd edir. Davos İqtisadi Forumunun hesabatlarında ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliyi xüsusi önə çəkilərək hər il Azərbaycan reytinq cədvəlində irəliləyir. Onu da qeyd edək ki, Davos İqtisadi Forumunun hesabatlarında Azərbaycanın yol infrastrukturunun yenilənməsinə, təkmil layihələrin icrasına göstərdiyi diqqət də xüsusi yer alır və yüksək qiymətləndirilir. Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin başa çatmasından sonra Azərbaycan bu reytinq cədvəllərində daha da irəliləyəcək. Həm bu torpaqların malik olduğu iqtisadi potensial ölkənin dayanıqlı inkişafına yönəldiləcək, həm də təkmilləşən yol infrastrukturu Azərbacanın mövqeyinə öz müsbət təsirini göstərəcək.»
 
YAP Xətai rayon təşkilatının sədri ümummilli lider Heydər Əliyevin müdrik ideyalarının zamanı gəldikcə həyata vəsiqə qazandığını bildirərək bu kontekstdə yaxın zamanlarda Bakıda fəaliyyətə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin məhz Ulu Öndər tərəfindən 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının VII Zirvə Görüşündə təklif edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, sonrakı illərdə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV Zirvə Görüşündə Mərkəzin Nizamnaməsi imzalanıb. Belə bir Mərkəzin yaradılmasında məqsəd iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.
 
Vüqar Rəhimzadə Zirvə Toplantısında digər mühüm məqamlardan biri kimi Zəngəzur dəhlizinin açılmasının regiona hansı yenilikləri gətirəcəyi barədə səsləndirilən fikirlərdən bəhs edib: «İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim» söyləyən dövlət başçısı İlham Əliyev bu fikri böyük inamla qeyd etmişdir ki, bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi özündə bir sıra vacib məqamlar ehtiva edir. Azərbaycan son illər Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunun inkişafına yeni imkanlar yaradacaq.»
 
«Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycanın bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi Azərbaycan Prezidentinin İƏT-də də qurucu lider kimi tanınmasını şərtləndirir» söyləyən Vüqar Rəhimzadə bir daha diqqəti dövlət başçısı İlham Əliyevin rəhbərliyi və tapşırıqları əsasında işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə yönəldib: «Bütün kənd və şəhərlər müasir tələblər səviyyəsində qurulur. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələri özündə bütün yenilikləri birləşdirir. Artıq bu layihələr çərçivəsində bərpa olunan Zəngilanın Ağalı kəndləri gələn ilin əvvəlində soydaşlarımızı qarşılayacaq. Bu ərazilərdə təkmil infrastruktur yaradılıb. Avtomobil yolları, dəmir yolu çəkilib. Beynəlxalq standartlara cavab verən hava limanları inşa edilir. Artıq Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Zəngilanda və Laçında inşa edilən hava limanlarında işlər davam edir. İşğaldan azad edilmiş torpaqlarımızın hər daşı erməni vəhşliklərinə şahidlik edir. Azərbaycan bu gün qürurludur ki, tarixi torpaqlarına sahibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilər yenidən əvvəlki görkəmini bərpa edir.»
 
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin dövlətlər, xalqlar arasında körpü rolunu oynadığını xüsusi qeyd edən Vüqar Rəhimzadə bildirib ki, yeni reallıqlar bu imkanları daha da genişləndirir: «Yeni reallıqlara uyğun yeni əməkdaşlıq formatları yaradılacaq. Qarşılıqlı əməkdaşlıq fonunda bölgənin iqtisadi inkişafı daha da sürətlənəcək. Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.
 
Aşqabad Zirvə Toplantısında müzakirə olunan aktual məsələlər bir daha sübut etdi ki, yalnız səyləri birləşdirməklə və İƏT-in mövcud imkanlarından daha səmərəli istifadə etməklə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Zirvə Toplantısının mövzusu özündə bütün hədəfləri və onlara çatmağın mexanizlərini ümumiləşdirir. «Birlikdə gələcəyə» çağırışı daim Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının mahiyyətində dayanır. Səylər birləşdirilmədən, təcrübə müdadiləsi aparılmadan, irəliyə doğru birgə addımlar atmadan təkbaşına inkişafa, tərqqiyə nail olmaq mümkün deyil. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Hesab edirəm ki, bu baxımdan Bakıda fəaliyyətə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi qurumun səmərəli fəaliyyətinin təmin edilməsinə lazımi dəstək göstərəcək, hədəflərin reallaşmasına böyük töhfələr verəcək.»
Oxşar xəbərlər
23:17, Bu gün
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
GÜNLÜK
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA