“İndən belə Rusiya “sülhməramlı”larını tərifləyəcəm– “5-ci kalon”un xoşuna gəlmir...”
Oxunub: 8419
22 Nov 2021 | 13:26
“İndən belə Rusiya “sülhməramlı”larını tərifləyəcəm– “5-ci kalon”un xoşuna gəlmir...”
“Müstəqil(!), milli(!) Azərbaycan dövlətinin Dövlət Təhlükəsizlik Xidməti,  polisi, prokurorluğu və s.  olan yerdə hansısa “5-ci kalon”dan, “QRU”-dan-filandan  niyə qorxmalıyıq?..”
 
“Türkiyənin nəinki hərbi bazasının qurulması, MİT-nin, hüquq-mühafizə orqanlarının, Diyanət bakanlığının və s. birbaşa bizimkilərə dəstək verməli olmasından danışanda  bunlar cin atına minir...”  
 
-Fikir savaşı-
 
Son  bir ildə Azərbaycanın hüquqi-tarixi torpaqlarının ermənilərin yaşadığı  bir hissəsində öz bildiyi kimi davranan Risiyanın rəsmən sülhməramlı sayılan kontingenti haqqında söyüşsüz, təhqirsiz-filansız gerçəyi yazanda oxucuların əksəriyyəti bizi dəstəkləyir. Amma iki qrup var ki, onlar bizim bu mövqeyimizə etiraz edirlər. Bunlardan biri ya özlərini siyasi cəhətdən savadlı göstərməyə çalışanlar, ya da elə səmimi olaraq belə düşünənlərdir ki, indiki vaxtda hələlik Rusiyanı qıcıqlandırmaq lazım deyil. Türkiyə ilə Rusiya arasında da münasibətlər normaldır... Guya biz sülhməramlı(?) kontingentin hayların xeyrinə gördüyü işlər haqda yazanda xalqı da etirazlara sövq edirik... Bir az səbir eləmək gərəkdir... 
 
İkinci qrup isə daha kəskin mövqe tutur ki, “sizin Rusiyanın əleyhinə yazılarınız Ermənistan hakimiyyətinin xeyrinədir, siz çalışırsız ki, Moskva birbaşa Azərbaycana qarşı tədbirlər görsün, ermənilərə dəstək versin. Bu mövqeyiniz dövlətçiliyimizin əleyhinədir. Ümumiiyyətlə, siz, yaxşı olar ki, belə işlərə qarışmayasız, dövlət özü bilər”. Və s. və i.a... Bir sözlə, belə “tənqidçilərimiz” bircə o qalır, deyələr ki, siz vətən xainisiniz, sizin barənizdə cinayət işi qaldırıb mühakimə etmək lazımdır. Və bunların dediklərindən belə çıxır ki, Rusiya hərbçiləri, eləcə də Azərbaycanın  halalca Qarabağ və Şərqi Zəngəzur torpaqlarının bir hissəsində onların himayəsində bəslənən separatçı-terrorçu rejim, onun “müdafiə ordusu” adlanan, amma faktiki olaraq Ermənistan ordusundakı və təhlükəsizlik qurumlarındakı Moskvanın “5-ci kalonu” tərəfindən idarə olunan işğalçı silahlı birləşmələri, eləcə də qanunsuz “polisi”, “fövqəladə hallar xidməti”, keşişləri Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə, eləcə də Şuşanın 36 kəndi və bir qəsəbəsində və Laçın rayonunun “dəhliz” edilmiş ərazisində, yəni Laçın şəhərində və ətraf  kəndlərdə bildiklərini etsinlər, biz də bir vətəndaş və jurnalist olaraq susaq... Bu, açıq-açığına başqa ölkənin, yəni Rusiyanın, eləcə də Ermənistanın mövqeyini, öz ölkəndə müdafiə etməkdir... Bu, Rusiyanın “5-ci kalonu”nun, bir az da dərinə getsək, sovet “KQB”-sinin “şinel”indən çıxmış “FSB”-nin və “QRU”-nun(Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) mövqeyi və istəyidir...
 
*** ***
 
Yaxşı nə deyirik, susaq... 1988-1991-cı illərdə vəzifələrdə olmuş bir çox  Mərkəzi Komitə, komsomol, partiya məmurlarının, milis rəislərinin, prokurorlarının və s. Volskinin, Polyaniçkonun, sovet ordusunun etdikləri qarşısında susduğu kimi susaq... Erməni separatçı və terrorçuları da Xankəndində, Xocalıda, Əsgəranda və s. arın-arxayın bəslənib günü-gündən qudursun, gəlsin Şuşada Azərbaycan ordusunun postuna qumbara atsın, sonra da Rusiyanın “sülhməramlı” himayəçilərinin dəstəyi ilə əl-qolunu sallayaraq Xankəndinə qayıdıb orda kef eləsin... Sabah da digər hay gəlib Şuşaya girsin, çörək zavodunu partlatsın,  sonra  Kəlbəcərə girib elektrik yarımstansiyasını dağıtsın və s. Və biz də “hər şey yaxşı olacaq, səbir edək” deyərək susaq...
 
*** ***
Susaq... Və bundan sonra başlayaq Rusiya "sülhməramlı"larını yalnız birbaşa tərifləməyə... Nəyimizə lazımdır, ağrımayan başımıza buz bağlayaq, özümüzü pis kişi edək... İllah da ki, əgər bu, Rusiyanın “5-ci kalonu”nun xoşuna gəlmirsə, onu bərk narahat edirsə...  Sabah bizə qarşı nəsə etdirərlər, saytımızı bağlatdırarlar... Əgər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də çıxışlarında etiraf edirsə ki, ölkədə “5-ci kalon” var və Azərbaycan əleyhinə iş aparırlar, deməli, bunlar var və dayaqları yetərincə güclüdür...
 
*** *** 
 
O da təbiidir ki, Rusiyanın Azərbaycanda milli(!) dövlətçiliyimizə, xalqımıza, ordumuza, iqtisadiyyatımıza qarşı apardığı siyasətinin, gördüyü işlərin əleyhinə olan yazılar, tədbirlər həmin ölkənin buradakı “5-ci kalon”unun, kəşfiyyatının, onun on illərlə qurduğu korrupsiya şəbəkəsinin xoşuna gəlmir... Və bunlar da öz növbəsində Azərbaycanda Rusiyanın siyasətinə, o  cümlədən Qarabağdakı Rusiya "sülhməramlı"larına qarşı çıxanların hər vasitə ilə kökünü kəsməyə çalışırlar...
 
*** *** 
 
Rusiyanın Qarabağdakı “sülhməramlı” hərbi kontingentinin Xankəndini “Stepanakert”, Ağdərəni “Mardakert” və s. adlandırmasını, bu günədək “Qarabağın müdafiə ordusu” adı altında torpaqlarımızda terrorçu erməni birləşəmələrini tərksilah edib çıxarmadığını, əksinə, separatçı-terrorçu Araiklərlə görüşüb qucaqlaşdığını, yeyib-içdiyini  və s. tənqid edəndə Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun xoşuna gəlmir... 
 
*** ***
 
Qarabağdakı Rusiya “sülhməramlı” hərbi kontingentinin Laçını niyə “Daqlıq Qarabağın rayonu”, orada humanitar(?) yardım elədikləri qanunsuz sülənən hayları “yerli sakinlər” adlandırdığını,  Azərbaycanın bir sıra strateji yüksəkliklərini nəzarətə aldığını, Azərbaycan ordusunun əlində olan, Azərbaycan türklərinin min illərlə və o cümlədən hay atəşi altında olmağına rəğmən son 32 ildə yaşadığı Tərtər rayonunun Qapanlı kəndini heç bir əsas olmadan Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı xəritələrinə daxil etdiklərini, bəzi rəsmi qurumların torpaqların azad olunmasından sonra Laçın rayonunun ərazisini 1835 kv.km əvəzinə, 1800 kv.km göstərdiyini soruşanda “5-ci kalon”un qətiyyən xoşuna gəlmir... 
 
*** 
 
Qarabağdakı ermənilərin, az qala, burunlarının qanamasını da qeydə alan Rusiya “sülhməramlı” hərbi kontingentinin üzərindən düz 9 gün ötməsinə rəğmən erməni terrorçusu N.Mirzoyanın Şuşada Azərbaycan ordusunun postuna qumbara atması  faktı barədə öz gündəlik xəbər bülletenlərində bir kəlmə də yazmamalarını, həmin erməni terrorçunu Azərbaycana deyil, birbaşa Xankəndindəki dövlətimizin İnterpolla axtarışa verdiyi Araik Arutyunyanın başçılıq etdiyi separatçı-terrorçu hay rejiminə təhvil verdiyini yazanda Bakıdakı, Gəncədəki və s. “5-ci kalon” bərk narahat olur...
 
*** ***
 
Azərbaycanda korrupsioner nazirlərin, icra başçılarının, komitə sədrlərinin, deputatların, inhisarçı iş adamlarının və s. on illərlə taladıqları milyardların əllərindən alınıb büdcəyə qaytarılması, özlərinin də həbs edilməli olduğu, belə korrupsioner, bürokrat, oliqarx məmurların, biznesmenlərin xalqın, vətəndaşın, Qarabağ qazilərinin, şəhid ailələrinin haqqını tapdaması, bir çox insanın, o cümlədən qazilərin haqsız olaraq sosial ödənişlərinin kəsilməsi, qondarma “Tərtər işi” zamanı yüzlərlə hərbçinin günahsız olaraq işgəncələrə məruz qalması, guya "ermənilərə seksual xidmət göstərdikləri" böhtanı atılaraq öz cinayətkar həmkarları tərəfindən zorlanması, işgəncələrə məruz qalmasından və s. danışanda, yazanda “5-ci kalon”un xoşuna gəlmir. Ona görə ki, həmin korrupsiyanı da, rüşvətxorluğu da, bürokratiyanı da, sosil müdafiə sahəsindəki təxribatları da, haqsız pensiya, müavinət kəsimlərini də, hərbçilərin  günahsız yerə həbs olunub işgəncələrə məruz qalmasını da təşkil edən məhz həmin “5-ci kalon”, onun yüksək vəzifələrdə, məmur, deputat kürsülərində əyləşən, general paqonları daşıyan agentləri, nümayəndələridir... Çünki onlar bütün bunlarla Azərbaycanın müstəqil(!), milli(!) dövlətçiliyini tamamilə sarsıtmaq, dövləti, hökuməti, ordunu, hüquq-mühafizə orqanlarını xalqın gözündən salmağa, vətəndaşlarda “Azərbaycanın müstəqil dövlətə, orduya malik ola bilmək gücünün olmaması” təəssüratını yaratmaq  və s. məqsədləri güdürlər...
 
*** *** 
 
Qarabağdakı yarımçıq işlərimizin kökündən həll olunması, Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd, “Laçın dəhlizi” deyilən ərazi və Kəlbəcər, Ağdam, Tərtər rayonlarının qalan torpaqlarını da Rusiya-Ermənistan işğalından tam azad edə bilməmiz üçün, Azərbaycanın Kremlin “KQB”-“QRU”-“PKK”-korrupsiya şəbəkəsini caynağından tam qurtulması, korrupsiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının, ifrat sosial ədalətsizliyin və s. qarşısının alınması üçün, İranın, Səudiyyə Ərəbistanının və s. dini şəbəkələrinin çökdürülməsi üçün Türkiyənin nəinki ordusunun ölkəmizə gəlməsi, nəinki hərbi bazasının qurulması, MİT-nin, hüquq-mühafizə orqanlarının, Diyanət bakanlığının və s. birbaşa bizimkilərə dəstək verməli olmasından danışanda Rusiyanın Bakıdakı, Gəncədəki, Bərdədəki, Şəkidəki, Lənkərandakı, Qubadakı və s. “5-ci kalon”u cin atına minir...  Çünki Putin kimi onlar da  Türkiyəyə yalnız öz strateji  maraqları xatirinə müvəqqəti olaraq “qardaş”, “iki millət- bir dövlət” deyərək qeyri-səmimi sayğı göstərirlər, onun Qarabağ savaşında ordumuza dəstəyinə məcburən, öz kreslolarını milyardlarını qorumaq üçün razı olublar... Ona görə ki, sabah yerlərini, yəni Moskvanın dayaqlarını yetərincə bərkidən kimi Türkiyə qurumlarını Azərbaycandan çıxarmağa, bu dövlətin bayraqlarını endirib tapdamağa,  ümumiyyətlə, bu ölkəni sovet dövründəki kimi Azərbaycana “yad”, hətta “düşmən” bir ölkə olduğunu elan etməyə hazırdırlar...
 
*** *** 
 
Rusiyanın “5-ci kalon”unu, "QRU"-sunu, "FSB"-sini belə narahat edən, hiddətləndirən, cin atına mindirən yazılarımı görəndə bəzən qayğıkeş oxucular, dost-tanışlar soruşurlar ki, bəs qorxmursan, bunlara qarşı belə sözlər deyirsən, yazırsan? Bilmirsən ki, bunlardan hər şey gözləmək olar? Özün dediyin kimi, hər yerdə adamları var və bunlarda şərəf, namus, vicdan, insaf deyilən şey yoxdur... Özünə, oğluna, yaxın qohumuna şər atarlar, məişət zəminində hansısa qonşu ilə, küçədən keçənlə davaya sövq edib cinayətə sürüklərlər, fahişənin birini özünün, oğlunun, yaxud yaxın qohumunun üzünə dirədərlər, nə bilim, cibinizə, çantanıza narkotik, silah atdırarlar və yaxud sadəcə, müxtəlif yollarla qətlə yetirərlər... Və s. və i.a. Belə narahat olanlara cavab verirəm ki, sağ olun, əvvəla, biz  Allah, Haqq, xalq, Azərbaycan, dövlət, bayraq uğrunda hər şeyə hazırıq, biz də olarıq o şəhidlərdən, yaxud haqsız həbsə atılanlardan biri... Təki Vətən sağ olsun!  İkincisi, bəndənizin şəxsən evi yox, villası yox, maşını yox, pulu yox, vəzifəsi, şirkəti, QHT-si-filanı yoxdur ki, onları itirməkdən qorxa... Üçüncüsü də bəs bizim müstəqil(!), milli(!) Azərbaycan dövlətinin Dövlət Təhlükəsizlik Xidməti,  polisi, prokurorluğu və s.  olan yerdə hansısa “5-ci kalon”dan, “QRU”-dan-filandan  niyə qorxmalıyıq? Məgər onlar 24 ildir yataqxananın dar otağında yaşayan, torpağı 30 ilə yaxındır Rusiya-Ermənistan tapdağında qalan, indən belə də doğma kəndi hələ 4 il Laçın “dəhlizi”ndəki Rusiya hərbçilərinin nəzarətində qalası olan bu binəva, məcburi köçkün qələm sahibini qoruya bilməyəcəklər? Qoruyacaqlar. Bu, həm də onların vəzifəsidir... Və biz  müstəqil(!), milli(!) dövlətimizə və onun müvafiq qurumlarına güvənirik... Odur ki, bundan sonra da bacardıqca elə həmin dövlətimizin, xalqımızın xeyrinə olaraq, Azərbaycanın gələcəyi naminə gerçəkləri yazmaqda davam edəcəyik...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
GÜNLÜK
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?