Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? - Vilayət Quliyev yazır
Oxunub: 3417
10 Oct 2021 | 10:31
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? - Vilayət Quliyev yazır
Vilayət QULİYEV
Azərbaycanın Macarıstandakı keçmiş səfiri
 
Oxuyacağınız qeydləri hadisələrin isti izi ilə, 2012-ci ilin sonlarında yazmışdım. O zaman çap etdirmək istəyirdim. Sonra fikrimi dəyişdim. 
 
Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı prosesdə dövlət sirri sayılacaq heç nə yoxdur. Elə isə çap məsələsində tərəddüd nədən qaynaqlanırdı? Sadəcə fikirləşirdim ki, insanlar özümü öymək, bu işdə hansısa mühüm rol oynadığımı göstərmək fikrinə düşdüyümü güman edə bilərlər...
 
Təbii ki, təqdim olunan qeydlər bədii əsər deyil. Anadolu türkləri demiş, burada "xəyal ürünü" sayıla biləcək heç nə yoxdur. Sadəcə, baş verənləri əvvəldən sona kimi xroniki ardıcıllıqla və bəzi məqamlarda fərdi düşüncələrimi bölüşməklə təsvir etməyə çalışmışam. Yaxşı başa düşürəm ki, oxuyanlar bəzi fikirlərimlə, hadisələrə yanaşma tərzimlə razılaşmaya bilərlər. Bu, onların haqqıdır. Aydın məsələdir ki, hamının xoşuna gəlmək mümkün deyil.
 
Azərbaycan qardaş Macarıstanla işbirliyi, yüksək səviyyədə qarşılıqlı inam və etimad nəticəsində ekstradisiya aktını həyata keçirməklə R.Səfərov işində son nöqtəni qoydu. Dünya erməniliyi və onlara havadarlıq edən bəzi Avropa qurumları isə hələ də məsələni gündəlikdən çıxarmağa tələsmirlər. Ondan ölkəmizə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. 
 
Cəhdlərinin faydasızlığını, qərarlarının heç nə dəyişməyəcəyini bilsələr də, mənasız "prinsipiallıq" göstərirlər. Hətta aradan on ilə yaxın vaxt keçməsinə baxmayaraq, 2020-ci və 2021-ci ilin yazında da  "Ramil Səfərov işi" yenidən Avropa Şurasının gündəliyinə  çıxarılmış, yeni qətnamə qəbul edilmişdi. Aydın məsələdir ki, bu qətnamə də növbəti bürokratiya nümuməsi olmaqdan irəli getməyəcək.
 
Bu aspektdən çıxış edərək qeydlərin çapına qərar verərkən 2012-ci ildə yazılmış mətndə bəzi əlavə və düzəlişlər aparmaq zərurəti yarandı.   
 
Əvvəl düşündüm ki, zəfərlə başa çatan İkinci Qarabağ savaşından sonra ümumiyyətlə bu məsələyə qayıtmağa lüzum varmı? Amma razılaşaq ki, Ramilin hərəkəti də xalqımızın erməni işğalının nəticələri ilə heç zaman, heç bir şəkildə barışmayacağının sərt və özünəməxsus ifadəsi idi.
 
Ramil Səfərovun ekstradisiyası Azərbaycan diplomatiyasının, hüquq-ədliyyə sisteminin uğuru idi. Şübhəsiz, bu nəcib və humanist niyyətin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəsarəti, əzmkarlıq və prinsipiallığı çox mühüm rol oynamışdı. Ekstradisiya aktının uğuru həm də müstəqil milli dövlətimizin nüfuz və etibarlılığının nəticəsi sayılmalıdır.
Macarıstan Baş naziri cənab Viktor Orbanın xeyirxahlığı, humanistliyi və qətiyyəti də eyni dərəcədə əhəmiyyətli olmuşdu. Nəticədə bəzi qara qüvvələrin iki dost dövləti - Azərbaycanla Macarıstanı üz-üzə qoymaq üçün yararlanmaq istədikləri "R.Səfərov işi" sonda ölkələrimizi yaxınlaşdıran amilə çevrilmişdi. 
 
Tanıdığım, hətta tanımadığım insanlar dəfələrlə ekstradisiya olayının pərdəarxası haqda soruşublar, dövlət qurumlarının, səfirliyin, özümün, habelə bu və ya digər şəxslərin prosesdə rolu və iştirak səviyyələri ilə maraqlanıblar, müxtəlif versiya və şayiələrə aydınlıq gətirməyimi istəyiblər. Düşünürəm ki, maraqlandıqları suallara cavabı tam olmasa da, əsasən bu subyektiv qeydlərdə  tapacaqlar.
İyun, 2021-ci il.
 
***
 
 
 
Azərbaycan ordusunun erməni zabitini qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş hərbi qulluqçusu Ramil Səfərov artıq on ilə yaxındır ki, Vətəndə, yaxınları və doğmaları arasındadır. Sıralarından məcburən ayrıldığı Silahlı Qüvvələrə bərpa olunub,  hərbi xidmətini davam etdirir, ailə qurub, övlad atası olub. Hamı kimi adi həyatını yaşayır və bəlkə də gənc ömrünün macar həbsxanasında keçən çətin dövrü pis yuxu kimi  ara-sıra yadına düşür.
 
Ola bilsin ki, sözlərim kimlərəsə - ilk növbədə bəzən olmayan yerdə qəhrəman axtarışına çıxanlara xoş gəlməyəcək: amma o da həqiqətdir ki, aradan keçən illər ərzində insanlar müəyyən istisnalarla R.Səfərovu qismən də olsa unutmağa, yaddaşlarından silməyə  macal tapıblar. İlk günlərin eyforiyası arxada qalıb. Adı ətrafında yaranan qəhrəmanlıq aurası, əzabkeşlik haləsi artıq  solğunlaşıb. Amma eyni zamanda belə bir fikirlə razılaşmaq lazımdır ki, 2004-cü ilin fevralında,  hadisələrin isti izi ilə Budapeştdəki qətl olayına münasibət cəmiyyətdə fərqli şəkillərdə təzahür etsə də, bütünlükdə soydaşlarımız həyatını riskə qoymuş zabitin taleyinə heç zaman laqeyd qalmamışdılar.  Ölkəmizin hər yerində qadınlı- kişili, qocalı-cavanlı hər kəs, ən çox da adi, sıradan olan insanlar dara düşmüş həmvətənimizə bacardıqları qədər mənəvi dəstək verməyə  çalışır, onu ən azı sevgi və rəğbətləri ilə ayaqda tutmağa can atırdılar.  Hətta daxilən Ramil Səfərovun seçdiyi mübarizə üsulu ilə sona qədər razılaşmayanlar da özlərini onun müdafiəçiləri sırasında görməkdən və göstərməkdən açıq-aşkar məmnunluq duyurdular. Bir vaxtlar şəkilləri avtobusların, taksilərin, minik avtomobillərinin ön şüşələrini bəzəyirdi. 
 
Qəzetlər, özəlliklə müxalif mətbuat az qala hər gün ondan yazırdılar. Hətta yanılmıramsa, haqqında "Cənab leytenant" adlı bir mahnı da bəstələnmişdi. Sonu görünməyən Qarabağ savaşının dəhşətli itkilərindən, intiqamı alınmayan Xocalı soyqırımının hiddətindən, "Erməni həmişə qapımızda nökər-qulluqçu olub" iddiası ilə bir araya sığmayan məğlubiyyətdən  pəjmürdə vətəndaşlarımız onun simasında həyatı bahasına düşməndən intiqam almış yenilməz qəhrəman görməyə hazır idilər. Hətta bu qəhrəmanlıq, yaxud "qəhrəmanlıq" ortaya bəzi cavabsız suallar çıxarsa da! İndi hər şey tarixə qovuşub. Bütün bunlar arxada qalıb. Təbii ki, arxada qalan, tarixə qovuşan torpaq itkisi, Qarabağdakı erməni işğalı deyil, 15 il əvvəl Budapeştdə baş verən və cəmiyyətinizi silkələyən hadisədir. 
 
Zənnimcə, keçmişin unudulmasına hamıdan az təəssüflənən, hətta başqaları ilə müqayisədə daha çox sevinən Ramil Səfərovun özü olmalıdır. Çünki azadlıqda yaşamaq, yurdun havası ilə nəfəs almaq, cəmiyyətin tam hüquqlu üzvünə çevrilmək, nəhayət hansısa bir şəkildə yenidən fəaliyyət və mübarizə imkanı qazanmaq bir vaxtlar sahib olduğu naqolay şöhrətdən qat-qat qiymətlidir.
 
İstər macar həbsxanasında qaldığı müddətdə, istərsə azadlığa çıxandan sonra dəfələrlə telefonda danışsaq da, Ramillə indiyə qədər canlı, üzbəsurət görüşməmişəm. Amma bu da taleyin qəribə bir təsadüfüdür ki, heç zaman üzünü görmədiyim bu insanın həyatını dəyişdirən iki mühüm hadisədən ilk xəbər tutanlar, hətta imkan və səlahiyyət daxilində müəyyən qərar verənlər sırasında olmuşam. 
 
"Həyatını dəyişdirən iki hadisə" dedikdə söhbət 2004-cü ilin fevralında Budapeştdə baş verən qətldən və ömürlük həbs cəzası çəkdiyi macar həbsxanasından Azərbaycana ekstradisiyasından  gedir...
 
***
 
2004-cü il fevralın 19-u. O zaman Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyirdim. Daha dəqiq desəm, artıq beşinci il idi ki, bu mühüm dövlət qurumuna rəhbərlik edirdim. Nisbətən sakit başlayan adi iş günlərindən biri idi. Bakı vaxtı ilə təxminən saat 13 radələrində Avstriyadakı səfirimiz Vaqif Sadıqovdan mobil telefonuma zəng gəldi. Sonralar xarici işlər nazirinin müavini, Azərbaycanın İtaliya və İsveçrə, hazırda isə Belçikada səfiri və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi kimi ölkəmizin xarici siyasət xəttini bacarıqla həyata keçirən Vaqif müəllimi hər şeyin yerini bilən, yazılmış və yazılmamış qanunlara az qala pedantlığa varacaq dərəcədə dəqiq əməl edən təcrübəli diplomat, bacarıqlı dövlət məmuru və yetkin və xeyirxah insan kimi tanıyıram. 
 
Yəqin ki, xəbərdar olanlar bilir - nazir işlədiyim dövrdə ictimaiyyətə və mətbuata kifayət qədər açıq idim (Hətta 2002-ci ildə əsasən müstəqil və müxalif qəzetlərin sorğusu əsasında keçirilən "Jurnalistlərin dostu" müsabiqəsində mükafata layiq görülmüşdüm). Heç vaxt heç kimdən gizlənmirdim. Tez-tez nömrə dəyişmək şakərim də olmayıb. 1999-cu ildən bu günə qədər eyni mobil nömrədən istifadə edirəm. Operativ əlaqə saxlamaq üçün həmin nömrə bir çox media təmsilçilərində və təbii ki, bütün   diplomatik nümayəndəliklərimizdə vardı. Jurnalistlər öz yerində, bir sıra səfirlər adicə hal-əhval tutmaq üçün də ərklə həmin nömrəyə telefon açırdılar. Burada qeyri-adi bir şey görmürdüm. Amma Vaqif  Sadıqovun xarakterinə yaxşı bələd olduğumdan sıradan bir məsələ ilə bağlı mobil telefona zəng çalacağı inandırıcı təsir bağışlamırdı. Ona görə də hələ bir söz deməmiş nə isə fövqəladə hadisə baş verdiyini düşündüm. Səsinin narahat və həyəcanlı tonu gümanımda yanılmadığımı  göstərirdi. Fikirləşdiyim kimi də oldu. Səfir dünən gecə Budapeştdə, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Macarıstan Müdafiə Nazirliyinin Mikloş Jrinyi adına Hərbi Akademiyasında, üç aylıq xarici dil kurslarında təhsil alan Azərbaycan ordusunun zabiti, baş leytenant Ramil Səfərovun eyni kurslarda oxuyan erməni zabiti, leytenant Gurgen Markaryanı qətlə yetirdiyini, ikinci ermənini - Hayk Makuçyanı öldürməyə cəhd göstərdiyini bildirdi. Hadisə yerinə gələn macar təhlükəsizlik orqanları tərəfindən həbs edildiyini, ilk ifadəsinin alındığını xəbər verdi. 
 
Həmin dövrdə Mərkəzi və Şərqi Avropa ölkələrinin heç birində səfirliyimiz yox idi. Öz növbəsində Macarıstanın da Bakıda diplomatik nümayəndəliyi fəaliyyət göstərmirdi. Ona görə də ölkənin Xarici İşlər Nazirliyindən Budapeştə ən yaxın olan Vyanadakı Səfirliyimizə zəng vurub məlumat vermişdilər.
 
"Yenilik" həqiqətən də gözlənilməz və gözlənilməz olduğu qədər də  problematik idi. Hər şeydən öncə baş vermiş insident gündəlik həyatda təsadüf edilən adi, sıradan bir qətl hadisəsi deyildi. Beynəlxalq miqyaslı siyasi qalmaqala yol açacaq düşünülməmiş addım idi. Gənc zabit tək özünü deyil, vətəndaşı olduğu respublikanı, dövlətin siyasi rəhbərliyini də çətin vəziyyət qarşısında qoymuşdu. Hər an ölkəmizə və xalqımıza çamur atmağa, qara yaxmağa çalışan düşmənin və erməni havadarlarının əlinə xəyallarına gəlməyəcək bir fürsət verilmişdi. 
 
Bunun ardınca Bakıya hər tərəfdən necə güclü təzyiq göstəriləcəyini, Ermənistanın və erməni diasporunun dünya miqyasında "qaniçən, vəhşi azərbaycanlı" obrazı yaratmaq üçün necə şou düzəldəcəyini təsəvvürə gətirmək çətin deyildi: "Əgər azərbaycanlılar yad şəhərdə, beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən humanitar tədbirdə bir zabiti məhz erməni olduğuna görə vəhşicəsinə qətlə yetirirlərsə, onlarda bir arada necə yaşamaq olar?" Təbii ki, bu mesajın bütün ölkələrə, beynəlxalq qurum və təşkilatlarına göndərilməsini çox gözləmək lazım gəlməyəcəkdi...
 
Hətta ani olaraq ağlımdan keçdi ki, xəbəri eşidən Ermənistan rəhbərliyi, türk düşmənçiliyi ruhunda köklənmiş erməni millətçiləri bəlkə də ürəklərində sevinəcək, bu gözlənilməz addımı ilə onlara sərfəli şans vermiş azərbaycanlı zabitə "afərin" deyəcəklər. Çünki şovinist erməni təbliğatı və hərbi-siyasi dairələri üçün hansısa Markaryanın, yaxud Manuçyanın öldürülməsi qətiyyən faciə deyildi. Əsas məsələ bu ölümün başdan-başa saxtakarlıq üzərində qurulmuş "erməni ideyasına" nə qədər faydalı, gərəkli olması idi. İndiki halda əhəmiyyətsiz bir fiqur itirsələr də, məlum ideya baxımından uduşlu vəziyyətdə idilər...
 
Həmin mövqedən yanaşılanda Budapeştdəki qətl müəyyən mənada Koçaryan rejiminin göydə axtardığı fürsət idi. Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını yeni faktla əsaslandırmaq, "İsa nuru ilə işıqlanmış insansevər xristian ermənilərlə" cənnəti qılınc kölgəsində axtaran fanatik müsəlmanların - Azərbaycan türklərinin birgə yaşamalarının mümkünsüzlüyünü sübuta yetirmək üçün yeni dəlil, "daşdan keçən" sübut tapılmışdı. Fürsət öz ayağı ilə gəlib çıxmışdı. Ermənilərin ondan işlərinə yarayan şəkildə istifadə etmələrini çox gözləmək lazım gəlməyəcəkdi. Belə də oldu... Tezliklə dilsiz azərbaycanlı körpələrin qatili Koçaryan baş vermiş hadisəyə əsaslanaraq Strasburqda, Avropa Şurasının tribunasından ermənilərlə Azərbaycan türklərinin birgəyaşayışının mümkünsüzlüyü barəsində özünün irqçilik qoxusu verən cəfəng iddiasını irəli sürdü və etirazla qarşılanmadı...
 
Bütün bunlar sonralar baş verəcəkdi. Həmin anda isə əsas məsələ artıq həbsxana divarları arxasında olan zabitimizlə dərhal əlaqə yaratmaq, həm özünə, həm də Macarıstan ictimaiyyətinə və rəsmi dairələrə Azərbaycanın vətəndaşının yanında olduğu, taleyi ilə yaxından maraqlandığı mesajını çatdırmaq idi. Sırf insani və dövləti baxımdan da bu, son dərəcə təxirəsalınmaz borc idi.
 
Odur ki, Vaqif Sadıqova vaxt itirmədən o zaman səfirlikdə hərbi attaşe vəzifəsində çalışan polkovnik-leytenant Samir Mehdiyevlə birlikdə Budapeştə getməyi məsləhət gördüm. Ramil Səfərovla görüşüb hadisənin təfərrüatını birbaşa özündən öyrənməyi, dərhal vəkil tutmağı, günü bu gündən etibarən fəaliyyətimizin əlaqələndirilməsi üçün macar rəsmiləri ilə müzakirələr aparmağı və proseslərin sonrakı gedişi barəsində nazirliyi mütəmadi məlumatlandırmağı xahiş etdim. 
 
Sonra milli təhlükəsizlik naziri Namiq Abbasov və müdafiə naziri Səfər Əbiyevə zəng vurdum. Namiq Abbasov artıq öz kanalları ilə insident barəsində məlumat almışdı. Səfər Əbiyev isə xəbərsiz idi. Qısa müzakirədən sonra Prezident İlham Əliyevi yaşlı və təcrübəli həmkarımızın - milli təhlükəsizlik nazirinin məlumatlandırması barədə ümumi razılığa gəldik. Baş verən hadisə cəmisi dörd ay əvvəl mühüm posta seçilən dövlət başçısı üçün də  problemlərlə dolu sürpriz idi. 
 
Məlumatı kifayət qədər soyuqqanlılıqla dinləyən Prezident  hər üç nazirliyə müvafiq tapşırıqlar verdi. Fikir mübadiləsi zamanı Xarici İşlər Nazirliyinin qısa müddətdə hadisəni diqqətlə,  obyektiv şəkildə araşdırıb beynəlxalq ictimaiyyətə ünvanlanan  ölçülüb-biçilmiş bəyanatla çıxış etməsi qərara alındı.
 
Axşamdan xeyli keçmiş səfir Vaqif Sadıqov bu dəfə Budapeştdən zəng vurdu. Artıq Macarıstanın Xarici işlər, Ədliyyə və Müdafiə nazirliklərində olmuşdu. Həbsxanada Ramil Səfərovla görüşmüşdü. Onunla ətraflı söhbət etmiş, işinə yaraya biləcək  məsləhətlər və təlimat verməyə çalışmışdı. Mümkün qədər tez bir zamanda vəkil və tərcüməçi tutulması istiqamətində axtarışlara başlamışdı. 
 
Vaqif Sadıqovun məhbus zabitin sözlərinə əsaslanaraq dediyinə görə, kursda təhsil alan erməni hərbçiləri özlərinin ikibaşlı atmacaları, harın və saymazyana davranışları ilə dəfələrlə azərbaycanlı zabitin  izzəti-nəfsinə toxunmuşdular. İşğalçı ordunun təmsilçilərindən kurs rəhbərliyinə şikayət etməyi mənliyinə sığışdırmayan Ramil Səfərov onlarla başqa cür haqq-hesab çəkməyi, yəni hər ikisini öldürməyi, həm də niyyətini Xocalı soyqırımının növbəti ildönümünün tamam olduğu gün - fevralın 25-dən 26-na keçən gecə gerçəkləşdirməyi qərara almışdı. 
 
Bu məqsədlə əvvəlcədən bıçaq və balta tədarükü görmüşdü. Lakin hisslərinə hakim kəsilə bilmədiyindən, bəlkə də affekt vəziyyətinə düşdüyündən fevralın 26-na qədər gözləməyə səbri çatmamışdı. Niyyətini planlaşdırdığından bir həftə tez - fevralın 18-dən 19-na keçən gecə həyata keçirmişdi. Bildirdiyinə görə, həmin gün yeməkxanadan qayıdarkən yanından ötən ermənilərin gülərək öz dillərində nə isə demələri səbrini daşıran son damla olmuşdu. Ermənicə bilməsə də, onun haqda danışdıqlarını, yaxud söz atdıqlarını düşünmüşdü. Daha bir həftə, yəni soyqırımının ildönümü gününü gözləmədən gecə ilə ikisinin də işini bitirməyə qərar vermişdi. 
 
Və qərarına əməl eləmişdi. Doğrudur, qurduğu planı sona qədər icra edə bilməmişdi. Səs-küyə ayılan kursantlar ikinci erməni ilə haqq-hesab çəkməyə imkan verməmişdilər. Dərhal özlərini hadisə yerinə çatdıran Macarıstan təhlükəsizlik xidməti əməkdaşları  Ramili həbs etmişdilər. Vaqif Sadıqovun dediyinə görə, ruscanı və ingiliscəni kifayət qədər yaxşı bilməyən azərbaycanlı zabit məhz dil bilgisinin məhdudluğu səbəbindən ilk istintaq zamanı sonralar əleyhinə çevrilən bir sıra ehtiyatsız söz və ifadələr işlətmişdi. 
 
(Macar qanunlarına görə, ittiham edilən şəxs yazılı və şifahi ifadələrini ana dilində vermək hüququna malikdir. Lakin Budapeştdə Azərbaycan-macar tərcüməçisi tapılmadığından Ramil Səfərovun fevralın 19-da saat 14:28-dən 16:08-ə və 16:15-dən 17:05-ə qədər davam edən ilk dindirilmə zamanı ifadələri zəif bildiyi rus dilində alınmışdı. Yalnız sonradan macar-türk tərcüməçisi - indiyə qədər keçmiş məhbusla dostluq əlaqələrini davam etdirən və Macarıstanda türk dilinin ən yaxşı bilicilərindən biri kimi tanınan xanım Qabriela Ortunc prosesə qoşulmuşdu. İlk istintaqda rusca verdiyi ifadəni isə macar dilinə Susanna Timar çevirmişdi). 
 
Səfir kimi Macarıstanda fəaliyyətə başlayandan sonra istintaq materialları ilə tanışlıq zamanı mənə aydın oldu ki, söhbət yalnız fikirlərin qeyri-dəqiq ifadəsindən, tərcümə çətinliklərindən gedə bilməzdi. Çox güman ki, dərhal zəruri hüquqi yardım almadığı, yaxud bəlkə də həmin vaxt millət yolunda şəhidlik eyforiyası yaşadığını, üzərinə "tarixi qəhrəmanlıq" missiyası götürdüyünü düşündüyü üçün Ramil macar müstəntiq qarşısında sonralar özünə qarşı çevrilən və məhkəmə prosesində ağırlaşdırıcı hal kimi dəyərləndirilən bir sıra lüzumsuz etiraflar etmişdi. Məsələn, ilk ifadələrinin birində qətli törətdiyi günə qədər erməni öldürmədiyinə görə daim böyük təəssüf hissi yaşadığını söyləmişdi. Budapeştdə, NATO kurslarında Ermənistan təmsilçilərinə rast gələndə bu boşluğu doldurmaqla bağlı gözəl fürsət yarandığını düşünərək istəyini həyata keçirmək üçün dərhal qərar verdiyini açıqlamışdı. Nə qədər həqiqət olduğunu deyə bilmərəm. Lakin istintaq materialında belə yazılmışdı.
 
Qətli soyuqqanlı şəkildə əvvəlcədən hazırlaması, bu məqsədlə Budapeştin Nepliget səmtindəki "Tesko" supermarketindən balta, bıçaq, hətta bülöv daşı alması, Markaryanı yatağında, yuxulu vəziyyətdə, xüsusi amansızlıqla baltalayaraq öldürməsi haqqındakı yerli-yataqlı, amma mahiyyət etibarı ilə lüzumsuz etirafları da sonda əleyhinə işləmişdi. İkinci erməni zabiti öldürmək niyyətini istintaqa bəyan etməsi isə ömürlük həbs cəzasına məhkum olunmasında həlledici amilə çevrilmişdi.
 
Həmin günün hadisələrinə qayıdaq. Nazir müavini Araz Əzimovla birlikdə gecə XİN-in bəyanatını hazırladıq. Sənədin mühümlüyünün fərqində idik. Hər sözün, ifadənin üzərində düşünmək, hər kəlməni yüz dəfə ölçüb-biçmək lazım gəlirdi. Çünki sabah yalnız ölkəmizdə və Ermənistanda deyil, dünyanın hər yerində Azərbaycan dövlətinin rəsmi mövqeyi kimi yaydığımız bəyanata istinad ediləcəkdi. 
 
İctimai fikrə təsir baxımından sənədin inandırıcılıq gücü və əhəmiyyəti çox vacib idi. Eyni zamanda, yalnız həqiqətə arxalanmalı idik. Psixoloji məqamlar və humanist aspekt də diqqətdən kənarda qala bilməzdi. Təbii ki, sərt leksikonla birlikdə müəyyən emosionallığa da ehtiyac vardı. Bütün bu amilləri nəzərə aldığımızdan bəyanat baş verən hadisəyə görə təəssüf hissinin ifadəsi və erməni xalqına, erməni cəmiyyətinin sağlam hissəsinə başsağlığı ilə başlanırdı. Tarixi aspektə, hadisəni doğuran səbəblərin qısa izahına da lazımi diqqət yetirilmişdi. 
 
Ermənistan Xarici İşlər Nazirliyi də eyni gündə bəyanat yaymışdı. Amma gözlədiyimiz kimi, burada bütün günah Azərbaycan tərəfinin üzərinə yıxılırdı. Həm də məsələ şəxsi müstəvidən çıxarılaraq dövlətçilik və ideologiya istiqamətinə yönəldilmişdi. Adətləri üzrə öz adlarını bizə qoymaqdan da çəkinməmişdilər. Həmin günə qədər heç kimin tanımadığı kiçik rütbəli zabitin - Ermənistan ordusunun leytenantı Markaryanın öldürülməsini dövlətin sifarişi ilə Azərbaycan xüsusi xidmət orqanlarının işləyib hazırladığı qisas əməliyyatı kimi qələmə verirdilər.
 
Qətl hadisəsi Ermənistan rəhbərliyinin işğalçılıq və etnik təmizləmə siyasətinin ortaya çıxardığı qaçılmaz nəticə kimi deyil, Azərbaycanda aparılan məqsədyönlü müharibə təbliğatının, qisasçılıq, revanşizm əhval-ruhiyyəsinin, dini ekstremizmin, erməni düşmənçiliyinin doğurduğu fəsad kimi təqdim olunurdu. Dünya birliyindən, nüfuzlu siyasi liderlərdən, beynəlxalq təşkilatlardan ən tez zamanda Azərbaycana qarşı qəti, təsirli tədbirlər görmək tələb edilirdi.     
 
Qonşu ölkənin ATƏT yanındakı Daimi nümayəndəsi, səfir Cavan Təbibyan da (gör necə "xalis" erməni adı və soyadı var!) qaraqışqırıq salmaq və həyasızlıq eləmək üçün fürsəti əldən verməmişdi. Bir neçə dəfə Vyanada görüşdüyüm bu əcaib tip əslən zəngin İran ermənisi idi. Vaxtı ilə atasının və özünün müsəlmanlar arasında, onların hesabına qazandığı paraları Hayastan yolunda xərcləməyə xəsislik eləmirdi. Cibinin ağzını daim açıq saxlaması sayəsində təkcə Ermənistan rəhbərliyi tərəfindən səfir vəzifəsi ilə mükafatlandırılmamışdı, həm də avropalı diplomatlar arasında çoxsaylı dostlar qazanmışdı. ABŞ-ın ATƏT yanındakı Daimi nümayəndəsi ilə yaxınlıq edirdi. Bunun da nəticəsində Daimi nümayəndələr şurasının iclası zamanı Budapeştdə baş verən hadisənin Ermənistanın maraqlarına uyğun təfsir olunmasında, qiymətləndirilməsində elə bir ciddi çətinliklə üzləşməmişdi. Vaqif  Sadıqov isə bütün səylərinə rəğmən demək olar ki, təklənmişdi.
 
Növbəti günlərdə, əvvəlcədən də gözlənildiyi kimi, bir çox yerli və xarici mətbuat orqanlarının, internet resurslarının aparıcı mövzularından biri Budapeştdə baş verən qətl hadisəsi idi. Ehtimallarımız  doğrulmuşdu - az qala dünya miqyasında dəhşətli antiazərbaycan isterikası başlanmışdı. Təbii ki, bu isterik xorun ifaçıları üçün ən önəmli amil millətimizi qana hərislikdə, vandalizm və milli-dini ədavətdə suçlamaq baxımından ortalıqda faktın dayanması idi. Heç kəs səbəblər haqqında danışmırdı, hamı yalnız nəticə ilə maraqlanırdı. Nəticə isə belə idi ki, azərbaycanlı zabit Avropanın mərkəzində konkret günah sahibi olmayan erməni həmkarını qətlə yetirmişdi. Bu  hərəkəti edərkən rəhbər tutduğu məntiq, əsaslandığı dəlillər hər bir azərbaycanlıya yaxşı bəlli idi. Amma indiki situasiyada hadisəyə bəraət qazandırmaq çətin idi. Konkret olaraq leytenant Markaryan Qarabağ savaşının iştirakçısı olmamışdı. Heç bir azərbaycanlı öldürməmişdi. Lakin o, yurdumuzu işğal edən, şəhər və kəndlərimizi viran qoyan, minlərlə dinc insanımıza divan tutan təcavüzkar erməni ordusunun zabiti idi... Erməni işğalı, erməni vəhşiliyi, Xocalı soyqırımı öz adekvat qiymətini almayana qədər, dünya birliyi Ermənistanı birmənalı şəkildə  işğalçı adlandırmayana qədər qəsbkar Ermənistan ordusunun hərbi uniformasını geyinənlərə münasibətdə bu cür eksseslərin baş verməsi təbii və gözlənilən idi...
 
(Davamı var)
Oxşar xəbərlər
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
GÜNLÜK
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 20:22
Türkiyədə “TikTok” qadağan oluna bilər
29 Apr 2024 | 19:54
Heydər Əliyev Fondu və Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq müzakirə olunub
29 Apr 2024 | 20:41
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
29 Apr 2024 | 20:04
Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib
29 Apr 2024 | 20:33
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
29 Apr 2024 | 20:36
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
29 Apr 2024 | 20:13
Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?
29 Apr 2024 | 20:18
Hindistanda aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib
29 Apr 2024 | 20:39
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 20:22
Türkiyədə “TikTok” qadağan oluna bilər
29 Apr 2024 | 19:54
Heydər Əliyev Fondu və Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq müzakirə olunub
29 Apr 2024 | 20:41
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
29 Apr 2024 | 20:04
Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib
29 Apr 2024 | 20:33
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
29 Apr 2024 | 20:36
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
29 Apr 2024 | 20:13
Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?
29 Apr 2024 | 20:18
Hindistanda aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib
29 Apr 2024 | 20:39
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək