"İlkin "Canavar" postunda mühasirəyə düşənləri xilas edərkən snayperlə boğazından vuruldu..."
Hərb
Oxunub: 4767
19 Oct 2021 | 14:22
“Evdən çıxanda həyat yoldaşına deyib ki, maaş kartımı götür, mən müharibəyə gedirəm. Yoldaşı da pis olub. Deyib ki, “yox, olmaz”. İlkin deyib ki, “bunu sənə yox, oğlum Əliyə verirəm”
 
Bunu 44 günlük Vətən müharibəmizdə qəhrəmancasına şəhid olan mayor İlkin Cəfər oğlu Rzayevin anası Balaxanım xanım bizimlə söhbəti zamanı deyir.  
 
Moderator.az şəhid zabitimizin döyüş yolundan bəhs edən yazını təqdim edir:
Şəhidimizin ailəsi ilə görüşmək üçün “Xalqlar dostluğu” metrosunun yaxınlığındakı evlərinə yollandıq. Binanın qarşısında şəhidimizin abidəsi də ucaldılıb və biz orda olanda məktəblilər də şəhid zabitin abidəsi önündə şəkil çəkdirirdi. Daha sonra isə şəhidimizin ailəsinin yaşadığı binaya qalxdıq. Bizi İlkinin anası Balaxanım xanım, qardaşı Rasim və həyat yoldaşı Zeynəb xanım qarşıladı.
 
Elə söhbətimizə də Balaxanım xanımla başladıq. Şəhid anası deyir ki, ailədə iki oğlan və bir qız övladı olub:
 
“Həyat yoldaşım da birinci Qarabağ döyüşlərinin iştirakçısıdır. O, döyüşə gedəndə uşaqlar körpə idi. Könüllü yazılıb gedib Qarabağda döyüşdü. 2012-ci ildə isə çox təəssüf ki, həyat yoldaşım avtomobil qəzası zamanı dünyasını dəyişdi. İlkin 2007-ci ildən ordu sıralarında xidmət edirdi. Naxçıvanda, Tovuzda və sonuncu dəfə isə Murovdağda xidmət edirdi”. 
 
“Birdən hərbçi yoldaşı nəvəm Əliyə dedi ki...”
“Sentyabr ayında Gəncəyə İlkingilə getmişdim. Parkda uşaqları gəzdirəndə İlkin mənə zəng vurdu və harda olduğumu soruşdu. Dedim ki, parkda uşaqları gəzdirirəm. Hərbçi yoldaşıyla parka gəlib uşaqlarıyla görüşdü. Birdən hərbçi yoldaşı nəvəm Əliyə dedi ki, “atan müharibəyə gedir”. Bu sözdən çox pis oldum və İlkindən soruşdum ki, müharibə başlayır? Dedi ki, “mama, narahat olma, axşam evə gələcəm söhbət edərik”. Ordan da İlkin hərbi hissəyə getdi. Mən evə qayıtdım və gəlinim dedi ki, “İlkin deyir müharibə başlayır. Ona görə də hər şeyini hazırladı. Mənə də maaş kartını verdi. Başqa tapşırıqlarını da dedi”. 
 
Sentyabrın 27-dən İlkin də döyüşlərə qatıldı. O, döyüşü idarə edirdi. Murovdağda “Koroğlu” postunu ona tapşırmışdılar. Hər gün zəng vurub danışırdı. Sonuncu dəfə oktyabrın 2-də zəng vurdu və soruşdu ki, “Qızım Nuru məktəbə apardınızmı?”. Ondan sonra İlkinlə əlaqə kəsildi”.
 
Söhbətimizə şəhidimizin qardaşı Rasim qoşulur və deyir ki, İlkinin şəhid xəbərini ona deyirlər:
“Artıq İlkinin şəhid xəbərini mənə demişdilər. Ona görə də evə gəlmirdim və ancaq Murovda İlkinin yolunu gözləyirdim. İlkinin nəşi 76 gün neytral ərazidə qalandan sonra tapılıb bizə təhvil verildi. O, idarə heyətinin zabiti idi, döyüşü idarə edirdi. Amma buna baxmayaraq özü döyüşə girib və “Canavar” postunda şəhid olub.  Döyüşçü yoldaşı deyir ki, “bizə “Koroğlu” postunun müdafəsini qurmağı tapşırmışdılar və hər şey də plan üzrə gedirdi. Amma elə oldu ki, qarşıdakı “Canavar” postuna düşmən basqın etdi, əsgərlərimiz mühasirəyə düşdü. Buna dözməyən İlkin silahını da götürərək o posta yollandı. Biz də İlkinin arxcasıyla getdik. Şiddətli döyüşümüz oldu və orda mühasirədə olan əsgərlərimizi İlkinin rəhbərliyi altında xilas elədik. Lakin İlkin qəfildən qışqırdı ki, “snayper, yatın!”. Biz yerə yatdıq və düşmən biz olan nöqtəyə dəhşət atəş açırdı. İlkin isə bizdən qarşıdakı hündürlükdə idi. Bir də baxanda gördük ki, İlkindən xəbər yoxdur. Onun olduğu hündürlüyə qalxdım və gördüm ki, İlkin snayperlə boğazından vurulub. Dedi ki, “Sağ qolumu qaldır”. Mən də sağ qolunu qaldırdım və dedi ki, “indi burax qolumu”. Güllə sağ tərəfindən dəydiyi üçün bir tərəfi işləmirdi. Elə orda da İlkin şəhid oldu. Daha sonra geri çəkildikləri üçün İlkinin meyitini o zirvədən tək götürə bilməyib”. 
 
Mən də hər gün Gəncədən Murova gedib-gəlirdim. Artıq şəhid xəbərini mənə demişdilər və bunu həyat yoldaşı Zeynəbə də demişdim. Anam isə bilmirdi və özüm də evə gəlmirdim ki, birdən anam nəsə hiss edər”. 
 
Şəhidimizin həyat yoldaşı Zeynəb xanım deyir ki, 2016-cı il Şanlı aprel döyüşləri zamanı əsgərlərini xilas etmək üçün özünü qumbaranın üstünə ataraq şəhid olan mayor Elnur Əliyevlə İlkin yaxın dost olublar. İlkini isə Murov istiqamətindəki uğurlu əməliyyatlarına görə döyüşçü yoldaşları arasında “Murov aslanı” adlandırıblar. Elnur şəhid olanda isə məzuniyyətdə olan İlkin bu xəbərdən çox sarsılıb və formasını geyinərək hərbi hissəyə qayıdıb. 
 
Şəhidimizin ailəsinin mənzil problemi və İlkinin medallarıyla bağlı razılaşmadıqları məqamları var.  Zeynəb xanım deyir ki, o, hal hazırda qayınatasıgildə yaşayır. Burda da ailə böyükdür, qayınının da ailəsi var. Ona görə də mənzillə təmin olunması üçün müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhidin ailəsinə ikiotaqlı mənzil təklif etsə də Zeynəb xanım bununla razılaşmır. Deyir ki, onun iki övladı var, qayınanası da onlarla qalacaq. Dörd nəfər adama ikiotaqlı ev azdır. Ona görə də şəhid xanımın yoldaşı üçotaqlı mənzillə təmin olunmaq istəyir, lakin bununla da nazirlik razılaşmır. Deyir ki, o, bununla bağlı millət vəkili Qənirə xanım Paşayevayla da görüşüb və problemini deyib. Qənirə xanım da aidiyyatı qurumlara müraciət edib, lakin hələ ki, problem həllini tapmayıb. Həyat yoldaşı İlkin iyirmi ilə yaxın ordu sıralarında qüsursuz xidmət edib və sonda da şəhid olub. Amma onlara göstərilən bu münasibətə görə çox təəssüflənirlər”.  
 
Şəhidimizin qardaşı Rasim isə İlkinə layiq olduğu medalların verilmədiyini bildirir:
 
“İlkinə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalı verilib. “Rəşadət” ordeni üçün isə təqdimatı verilib. Qaldı ki, qardaşıma “Vətən Müharibəsi Qəhrəmanı” medalı və “Azərbaycan Bayrağı” ordeni verilməli idi. Düz bir ildir ki, buna görə yollarda ayaq döyürəm. Əvvəl mənə demişdilər ki, medalların hamısı veriləcək. Amma sonradan məlum oldu ki, bizi aldadırlar. Murovdağ döyüşləri zamanı qardaşım İlkin Rzayev və daha iki hərbçi yoldaşları şəhidlərimiz mayor Vüsal Vəliyev və mayor Rahib Babayev də bu medal və ordenə layiq görülməlidir. Mən neçə aydır ki, Müdafiə Nazirliyindən qardaşımın döyüş yoluyla bağlı məlumatı ala bilmirəm. Bütün bu haqsızlıqlara görə isə bir şəhid ailəsi kimi çox təəssüflənirik. Biz xahiş edirik İlkinin döyüş yolunu dəqiq araşdırıb onun haqq etdiyi medallarını versinlər. İlkin iyirmi il ordu sıralarında can qoyub və sonra da o canını vətən uğrunda şəhid verib”.
 
Vasif Əlihüseyn 
Fotolar müəllifindir.
Oxşar xəbərlər
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı