Atam Oğlu, nə gözəl üzlə döndün Tanrının qapısına!
Oxunub: 1265
18 Oct 2021 | 15:20
Atam Oğlu, nə gözəl üzlə döndün Tanrının qapısına!
Uzun illər bu məmləkətin ürəyində nisgil idi  Qarabağ... Ağrı idi... Həsrət idi... Açılmaz kor düyün idi... Qara bəxt idi... Qapısı bağlı qalmış yurd yeri idi Qarabağ...
 
Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu... körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar...
 
Kor deyildik ki... hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil. Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil. Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş... Bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.
Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnında şırım salmış qeyrət ləkəsini təmizləyən, qanıyla Tarix yazan, uca əməlləriylə şəhadəti - Cənnəti qazanan comərd oğullardan biri də Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflidir.
Azərin şərəfli ömür yolunu – döyüş yolunu ölümsüzləşdirmək amacıyla silahdaşları ilə söhbətlər edir, yaralı canı, vətən yolunda fəda etdiyi qolu, ayağı, itirdiyi gözünün nuruyla zəfər yazan igidlərin cəbhə ilə bağlı xatirələrini dinləyirəm. Azəri doğmalarından öyrənmək,  tanımaq istəyirəm... Ömrünün gənc çağında, arzularının boy verib, ümidlərinin çiçək açdığı yaşda Azər kimi Oğulu, övladı, qardaşı, dostu, yarı itirməyin nə qədər acı olduğunu iliklərimə qədər duyuram, itkinin nə qədər ağır və ağrılı olduğunu bütün ruhumla dərk edirəm. Dayısı Fərman Mollayevin onun haqqında danışdıqlarını dinlədikcə Azərin yoxluğu böyüklükdə qürur dolur adamın içinə. Bu söhbətləri məhz ona görə qələmə alıram ki, bizim asanlıqla zəfər dediyimiz söz PUA-larla, dronlarla, ağır artilleriya ilə qazanılmayıb, o bayraqlar öz-özünə qalxmayıb, ucalmayıb. Torpağı azad etmək, Vətənin ərazi bütövlüyünü hasilə gətirmək üçün neçə cavan ömürlər yarım qalıb... Hər birinin döyüş yolu bir dastan, bir tarixdir. Onların haqqında danışılanlar isə Savaşın – Zəfərin unudulmaz səhifələridir...
İgid dayıya bənzəyər, - deyirlər... Azərin dayısı Fərman Mollayev özü də Dövlət Sərhəd Xidmətində çalışır.  Azərlə həm də həmkar imiş. Fərman əminin Azərlə bağlı danışdıqlarını göz yaşları içərisində dinləyirəm:
“Məndən ötrü Azər haqqında keçmiş zamanda danışmaqdan daha ağır heç nə yoxdur. Həyatımda ən böyük zərbəni Azərin şəhid olmaq xəbəri eşidən gün aldım. Bu yaşıma qədər yaşadığım heç bir hadisə məni belə sarsıtmamışdı. Biz təkcə dayı – bacı oğlu deyildik. Dost idik, Sirdaş idik, sözümüz-söhbətimiz bir idi... Azərin şəhadətə ucaldığı gün mən Azərin simasında təkcə balamı yox, həm də həyatdakı ən böyük həmdəmimi, söykənəcəyimi, sirdaşımı itirdim... 
 
Vətən savaşı ərəfəsində ailəmizdən dörd gənc Vətən qarşısında xidməti görəvini yerinə yetirməkdə idi... Qardaşım oğlu Orxan gizir, bacım oğlu baş leytenant hərbi həkim Emil, öz oğlum Süleyman əsgər kimi hərbi xidmətdə idi... Amma qəribə bir nigarançılıqla mən ancaq Azərdən narahat idim... Çünki onun xarakterinə, xasiyyətinə bələd idim... Dönməzliyini bilirdim, iradəsinə, əzminə, dostları üçün özünü necə fəda edəcəyini iliklərimə qədər hiss edirdim. Azər mərd, qorxmaz, cəsarətli olduğu qədər də fədakar idi... Onun ən sonda düşünəcəyi şey özü idi. Döyüş yoldaşları da danışır ki, Azər ümumiyyətlə, özünü qorumurdu. Ən çətin mövqelərdə, ən keçilməz məqamlarda Azər özünü irəli atırdı. Mən özüm də Dövlət Sərhəd Xidmətində çalışdığım üçün onun həmkarları ilə yaxından ünsiyyətdə ola bilirəm, onları dinlədikcə itkimizin böyüklüyünü daha dərindən duyuram. Savaş ərəfəsində telefon əlaqəsi saxlamaq imkanı olduğu məqamlarda Azər zəng edərdi, mən hər dəfə ona sadəcə xahiş etmirdim ki “Özünü qoru!”, ona yalvarırdım... “Anan üçün özünü qoru! Anan səninlə nəfəs alır” deyə dönə-dönə vurğulayırdım. Azər isə qəribə bir mərdanəliklə “Dayı! Mən Şəhid olsam, Anamın təsəlli yeri Səni kimi qardaşı var” – deyirdi. Amma biz heç birimiz Azərin anasına təsəlli ola bilmədik... (Fərman əmini qəhər boğur...) Övlad acısını ovudacaq heç bir təsəlli yoxdur bu həyatda. Həm də Azər kimi böyük ürəkli, məğrur, valideynə yanımcıl, qayğıkeş, istiqanlı övladı heç kim əvəz edə bilməz... 
 
Vətən savaşında böyük şücaət göstərmiş bütün şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün göstərdikləri misilsiz xidmətlər üçün Ali Baş Komandan cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya ailəmiz adından minnətdarlığımızı bildirirəm. 
 
Bu gün kəndi, eli-obası, bütün rayonu Azərlə fəxr edir, Vətən ona “Oğul!” deyir, rayonumuzda, kəndimizdə addım atdığım hər yerdə onun şəklini müqəddəs bayrağımızla qoşa ucalan görürəm, məzun olduğu məktəbdə təhsil alan şagirdlər ürəyinin üstündə Azərin şəklini daşıyır, Azər keyfiyyətdə böyüməyə, Azər kimi vətəni sevməyə söz verirlər, bütün bunları müşahidə etmək adama təsəllidir, hardasa sakitləşdirir, ovundurursan özünü. Amma barışmaq çox çətindir, mümkünsüzdür... Onun yoxluğunu qəbul etməkdən daha ağır heç nə yoxdur. Yüz yol, min yol canımı fəda edərdim yoluna, mən şəhid olardım Azərin yerinə... Kaş ki Ona heç nə olmayaydı... Təzəcə nişalanmışdı... Anasının nə qədər arzuları var idi... Hamısı arzu kimi ürəyimizdə qaldı, yaşa dönüb gözümüzdə gilələndi... Humanitar atəşkəsin elan olunduğu günlərdə anasına xəbər verdim ki, Ali baş komandanın sərəncamı ilə müharibə dayandırılıb. Mən müharibə başlayandan həmin günəcən ilk dəfə idi, Yeganəni üzündə gülüş görürdüm. Və o da sonuncu gülüşü oldu Yeganənin... Və ən ağırı da odur ki, Azərin şəhadətini anasına mən xəbər vermək məcburiyyətində qalmışam. O anı xatırlayanda dünyam başıma yıxılır, özümü heç zaman bağışlaya bilmirəm.
 
 Elə bilirdim ki, Zəngilana - Azərin son döyüşdüyü yerə getsəm, oranı ziyarət etsəm, bəlkə də, sakitlik taparam. Amma əksinə oldu. Ötən həftə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının yaxından dəstəyi ilə biz ailəmiz, əmisi Fazil, Habil, qardaşları Xəzər, Qulu Azərin şəhid olduğu yerə getdik, şəhadətə ucaldığı yerdə sonuncu dəfə atdığını güman etdiyimiz iki boş giliz vardı... Götürdüm, bir də son nəfəsini verdiyi Zəngilandan torpaq gətirib məzarına səpdim... Azərin şəhid olduğu yerdən bir addım üzü o tərəfə gedə bilmədim. Məndən ötrü Vətən elə ordaca bitdi... (Fərman əmi göz yaşlarını saxlaya bilmir, mən də müsahibimi daha artıq yaralamağa, incitməyə qıymıram, söhbətimizi yekunlaşdırıram)
 
*****
27 il bundan əqdəm Tanrıdan bir Nur parçası qopmuşdu.
Bu sənə 27 yaşını tamamlayacaqdı...
 
Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, son nəfəsinəcən təmizliyini qoruduğu o uca alnında yazılanları birbəbir gerçəyə dönüşdürürdü... Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı... 
 
Üzü Haqqa sarı yola çıxmışdı. Baş qoyduğu müqəddəs yolda ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində,  qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə, ayağa qalxmağına, yumruq kimi birləşməyinə, bir bayraq altında cəm olmağına səbəbkar olmuşdu... Bu, Allahın Azər Nazim oğlu Yusifli adına yazdığı ömrün ssenarisi idi...
 
Tanrı Elçisi idi... Tanrının qorxu nədir bilməyən Bozqurdlarından idi... 
 
 İlahi ədaləti bərqərar etmək üçün Yer üzünə göndərilmişdi...
 
Tanrının alnına yazdığı qutsal görəvini tamamladı...
 
26 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı...
 
27 yaşına varmamış gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı...
 
Tanrıdan qopan o Nur parçası Ona qayıtdı... Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək... Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür...
 
Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi...
 
Azər bu cavan ömründə şəxsiyyət olmağı bacardı ki, 26 yaşında Şəxsiyyət olmaq hər yaradılana nəsib olmur... 26 yaşında Qəhrəmanlıq zirvəsinə ucalmaq da hər Oğulun işi deyil... 26 yaşında Haqqın Dərgahına mələk kimi qanadlanmaq, Uçmağa varmaq Tanrının ən gözəl alın yazısı, bəndənin ən gözəl nəsibidir. Azər bu yaşında Tanrının ən gözəl ərməğanıyla nəsibini aldı...
 
Tanrıdan qopan Nur parçası Tanrıya döndü... Ondan gələn Ona qayıtdı!...
 
Atam Oğlu, Nə gözəl üzlə döndün Tanrının qapısına!
 
Tanrı Dərgahında Ucalığın – Əbədiyyətin, Şəhadətin mübarək, Azərim!
 
Xəyalə ZƏRRABQIZI
Filologiya üzrə fəlsəfə doktoru
 
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır