Moderator.az-ın verdiyi xəbərə görə, Bu gün Gəncə şəhərində 3 nömrəli Peşə məktəbinin açılış mərasimi olub.
Açılışda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Gəncəyə göstərdiyi diqqət və qayğısına görə xüsusi minnətdarlığını bildirib, məktəb kollektivini təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Lentkəsmə mərasimindən sonra məktəbə daxil olan İcra başçısı Elmar Vəliyev və digər rəsmi nümayəndələr sinif otaqları o cümlədən, avtomobilin quruluş laboratoriyasının, gənclərin çağırışaqədər hərbi hazırlıq, telekommunikasiya, mühasibat, yol hərəkət qaydaları və dərzi kabinetinin iş strukturu ilə tanış olub.
Sinif otaqlarının birində şagirdlərdən Rəhimova Tərlan onlar üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.
Qeyd edək ki, məktəb 1969-cu ildən fəaliyyət göstərməsinə baxmayaraq, heç bir zaman təmir olunmayıb. 2012-ci ilin iyun ayından 2013-cü ilin sentyabr ayına qədər aparılan əsaslı təmir nəticəsində məktəbin binası müasir və bu günün tələblərinə cavab verən səviyyəyə gətirilib.
Hazırda məktəbdə 6 peşə-“Avtomobilin təmiri üzrə çilingər, avtomobil sürücüsü”, İnşaat-xarrat”, “Rasdioelektron aparat və cihazların yığıcı çilingəri”, “Telekommunikasiyada komputer texnikasının operatoru, tikişçi”, Əməliyyatçı mühasib” üzrə dərslər tədris olunur. Bu peşələr üzrə 120 şagirdə 26 nəfər pedaqoji və yardımcı heyyət xidmət edir.