Ağlagəlməz QATİLLƏR - Sevil Qazıyeva ilə məşhur Amerika rəqqasəsinin oxşar ÖLÜMÜ
Cəmiyyət
Oxunub: 1131
23 Sep 2021 | 10:18
Ağlagəlməz QATİLLƏR - Sevil Qazıyeva ilə məşhur Amerika rəqqasəsinin oxşar ÖLÜMÜ
Azərbaycanın novator qızı, sürücü-mexanik Sevil Qazıyeva və məşhur Amerika rəqqasəsi Aysedora Dunkan bir-birlərini heç zaman görməyib, tanımayıblar. Hərəsi Ərzin müxtəlif guşələrində – min kilometrlərlə aralıda, fərqli dövr və siyasi-ictimai quruluşda yaşayıb, ömür sürüblər. Tanınıb-seviliblər. Müxtəlif tərzli həyat keçiriblər. Fəqət ömürləri bir-birinə bənzər ağlagəlməz tərzdə faciə ilə sona yetib...
 
Ecazkar ifası və gözəlliyi ilə milyonlarla insanı məftun edən, məşhur rus-sevgi şairi Yeseninin isə ağlını başından alan ABŞ rəqqasəsi Aysedora Dunkan barədə sovet dönəmində Azərbaycanda tək-tük adama bilgi məlumdu. Bir vaxtlar  Sevil  Qazıyevanın yenilikçi  təşəbbüsü, təəssübkeş mövqeyi, fədakar əməyi barədə isə respublikamızda böyükdən kiçiyə demək olar hamı bilirdi. Ötən əsrin ilk onilliklərində parlayan, səhnələri rövnəqləndirən rəqqasə Aysedora sonralar uzun müddət “unuduldu”. 60-cı illərin əvvəllərində isə yazılı mətbuatda, radio-televiziyada Sevil barədə müntəzəm bəhs olunurdu...
 
Bizim günlərdə vəziyyət əks istiqamətə səmt götürüb. Amerikalı rəqqasənin sevgi dolu, macəralı həyatı və ağlagəlməz faciəsi barədə çoxlu, həm də müxtəlif yönlü yazılar dərc olunmağa başlayıb. Sevil isə...
 
 
Azərbaycanın elə bölgələri var ki, o yerlərdə heç vədə pambıq bitkisi əkilib-becərilməyib. Bu səbəbdən həmin ərazilərin bəzi sakinlərinin təsəvvüründə pambıq bitkisi qollu-budaqlı ağac timsalındadır. Belələri saçaq-saçaq pambığın ağacda bitdiyini güman edirmişlər. Buna müqabil bir lətifə də söylənilirdi: Pambıq bitkisini qollu-budaqlı ağac kimi təsəvvür edən, Bakıdan uzaqlarda yaşayan ailələrdən birinin tələbə övladı paytaxtdan valideynlərinə ünvanladığı məktubunda yazır ki, bizi təhsildən müvəqqəti ayırıb pambıq yığmağa aparırlar. Həmin tələbənin valideynlərindən aldığı cavab məktubunda bildirilir: “Bala, qadan alım, ehtiyatlı ol, pambıq ağacından yıxılıb, qol-qıçını sındırma haa!”.
 
Sevil Qazıyevanın doğulub ərsəyə çatdığı Zaqatalada da ta əzəldən pambıq əkilib-becərilməyib. Burada kiminsə pambıq bitkisi barədə yuxarıda söyləndiyi tərzdə təsəvvürü olub-olmadığını bilmirəm. Lakin əminəm ki, Sevil pambıq əkib-becərməyin, “ağ qızıl” deyilən bu qiymətli məhsulun yığılıb hasilə gətirilməsinin ağır əmək, gərgin zəhmət hesabına başa gəldiyini dərindən dərk edirdi. Bunu yazmaqda Sevil Qazıyevanın nəcib təəssübkeşliyinə əsaslanıram.
 
1960-cı illərin əvvəllərində Özbəkistanın məşhur sürücü-mexaniki Tursunoy Axunovanın əmək fəaliyyəti, iş təcrübəsi barədə İttifaq qəzetlərində çap olunan məqaləni oxuduqdan sonra Sevil qəti qərara gəlir ki, Azərbaycan pambıqçılarının da belə fəal köməkçiyə ehtiyacı var. Fikrini təhsil aldığı peşə məktəbindəki yaxın rəfiqələrinə bildirir. Fikrinə bir neçə tərəfdar tapılır. Onlar pambıqyığan kombaynların sürücüsü kursuna daxil olur və bu peşə ixtisasının sirlərinə yiyələnirlər. “Qızlar, sükan arxasına”, deyib “ağ qızıl” tarlasına hücuma keçirlər. O qədər də uzun vaxt ötmür. Hərb cəbhəsində komandir necə öndə olursa o tərzdə də Sevilin “tarla gəmisi” pambıq yığımı cəbhəsində birinci cərgədə irəliləyir. Yığımda onlarla tarla əməkçisinin bir gündə görəcəyi işi təkbaşına bir neçə saata həyata keçirir. Saçaq-saçaq sərvəti əl əməyi sərf etmədən maşınla keyfiyyətli və itkisiz toplayıb bunkerə, ardıyca lafetlərə axıdır. El-obanı heyrətləndirir. Şöhrətlənir, adı dillərə düşür. Hətta 1962-ci ildə Kremlin sahibi, SSRİ-nin bir nömrəlisi N.Xruşşov gurultulu çıxışlarının birində Azərbaycan qızı Sevil Qazıyevanın orijinal, şücaətli vətənpərvərlik hərəkətini gənclərə örnək timsalında tərifləyir. Qısa müddətdə minlərlə gəncin dilinin əzbəri olur Sevil. Onun yolu ilə gedərək, pambıqyığan maşın sürücüsü olmaq arzusuna düşənlərin sayı sürətlə çoxalır. Respublikada “Maşınlar tarlaya, kətmən muzeyə” devizi şüara çevrilir... 1980-ci illərdə Jdanov (Beyləqan) Rayon Partiya Komitəsinin katibi vəzifəsinə irəli çəkilən Sona Qazıyevanın özünün unudulmaz bacısı Sevil Qazıyeva barədə kövrək, təsirli, titrək deyimlərini xatırlayıram. Sona xanımın söhbətlərindən anladım ki, şair təbiətli Sevil hörüklərini daim sevə-sevə darayar, səliqəyə salar, onları əzizləyərdi. Ancaq tale elə gətirdi ki, hər gün dəfələrlə məhəbbət və qayğı ilə sığallanıb-tumarlanan həmin o hörüklər, özləri də bilmədən istəkli Sevilin qəsdinə durub, onun həyatına son qoyublar... Günəşi hər gün tarlada qarşılayıb salamlayan bu cəsur əmək qəhrəmanı öz “Mavi gəmi”si ilə əlçim-əlçim ağ ləçəkli məhsulun yığımı ilə qızğın fəaliyyətdə olanda idarə etdiyi maşında texniki qüsur yaranır. Sevil vaxt itirməsin deyə maşının mühərrikini söndürməyib aşağı enir. Nasazlığı aradan qaldırmaq niyyətiylə önə keçir, mexanizmin ayrı-ayrı hissələrini yoxlayır. Və... elə bu zaman ağlagəlməz faciə baş verir. Aramsız hərlənən şpindellər saçaq-saçaq ağ pambıq əvəzinə Sevil Qazıyevanın şəvə sayaq qara hörüklərini qamarlayır...
 
Hadisə yerinə kömək-yardım yürüşü, sonrakı cəhdlər də kara gəlmir. Əmək cəbhəsinin döyüş meydanında fədakarlıqla həlak olur “Günəşin bacısı” Sevil... Sevilin təqdirolunası təşəbbüsü, əməyi, səyi barədə çox yazılıb. Xalq şairi Nəbi Xəzri Sevilə həsr etdiyi poemada bu qızı “Günəşin bacısı” adlandırıb. Paytaxtımızın Bakıxanov küçəsində S.Qazıyeva parkı da salınıb. Orada abidəsi də ucaldılıb. Parkın və abidənin təntənəli açılışı cah-cəlallı olub...
 
İllər ötəndən sonra “Günəşin bacısı”, demək olar ki, unudulub. Onun adını daşıyan park da, “Sevil Qazıyeva abidəsi” də gözdən-könüldən iraq qalıb. Abidənin ucaldıldığı parkın indiki durumunu təsvir etmək üçün gərək dahi Balzak olasan ki, ustad yazıçı “Qorio ata” əsərində “Volkenin evi”ni oxucuya mahir ustalıqla təsvirləyib əyaniləşdirdiyi sayaq əhatəli qələmə ala biləsən. Onda oxucu duyar ki, parkın cari görünüşü nə kökdədir... Oradakı hovuzlar diqqətsizlikdən suyu qurumuş dəyirman kimidir: yayın yandırıcu vədəsində də fəvvarələrin su fısqırası lüləklərinə su qadağası qoyulub, çalışmaq tövbələtməsi verilib. Onlar quru ağac kötüyünə, yanğından qalan kösövə oxşayır, yetimlənib və daha nələr, nələr... Heykəl-abidənin üzərində heç bir məlumat, qeyd yoxdur. Arxasında əski əlifbayla belə yazılıb”. Qızlar arasında pambıqyığan maşınların ilk sürücü-mexaniki, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyeva”.
 
Doğum-ölüm tarixi də göstərilmir. Yaxşı ki, bir çox yurddaşımız unutmayıblar. Bilirlər ki, bu fədakar, yenilikçi, avanqard, nakam qız 1 iyun (bəzi mənbədə 1 mart göstərilir) 1940-cı ildə Zaqatala rayonunun Tala kəndində anadan olub, 23 sentyabr 1963-cü ildə Jdanov (Beyləqan) rayonunun pambıq tarlasında faciəli surətdə həlak olub. Gözlənilməz ölümündən bir neçə ay əvvəl Azərbaycan SSR Ali Sovetinin deputatı da seçilib...
 
Sovetlər ölkəsinin ilk illərində Rusiyaya dəvət edilən təkrarsız rəqslər ustası Aysedora Dunkan gözəlliyi və misilsiz ifası ilə sevgi şairi Yesenini məftun edərək ağlını başından alır. Rəqqasə də şairin sevgisinə öz coşqun məhəbbəti, ülfətli duyğuları ilə cavab verir. Bu cütlük- eşq dəlisi ilk baxışdan bir-birlərinə alovlu məhəbbətlə vurulur. Biri digərinin danışıq dilini anlamasa da iki könül bir olur. Eşq-sevgi dilində ünsiyyət daha şirindir! Belədə danışıb dil-dil ötməyə nə hacət?! Çılğın təbiətli şair özündən 17-18 yaş böyük rəqqasəyə qoşulur, əvvəl Avropaya, oradansa ABŞ-a yollanırlar. Amma belə tez alışıb-yanmaq çox uzun çəkmir... Bu “məhəbbət romanı” Dunkanın ömür yolunda nə birinciydi, nə də sonuncu.. Həyatı sevgi macəraları ilə dolu olan Aysedora növbəti dəfə yenə özündən yaşca xeyli gənc, yunan allahlarına bənzətdiyi Benua Falkettoda bənd olur. Həm də Benuanın gözəl, üstü açılıb-örtülən idman maşınına vurulur. Məhz həmin avtomobil misilsiz rəqslər ifaçısının həyatına son qoyur.
 
14 sentyabr, 1927-ci il. Fransanın Nitsa şəhəri. Aysedora dostları ilə axşam yeməyindən qalxır. Sevgilisi Benua ilə maşın gəzintisinə çıxacaq. Şampan şərabından yüngülcə meyxoş olan Aysedora boynundakı məşhur uzun, qırmızı şərfini yelləyərək üstüaçıq maşının arxa oturacağında əyləşir. Və onu yola salmağa çıxan dostlarına əl edərək qışqırır: “Dostlar, mən uğura doğru gedirəm!”
 
Maşın yerindən sıçrayır. Külək mələk simalı rəqqasənin boynuna doladığı ipək şərfin uzun saçaqlı ətəklərini arxaya atır. Sevgililəri ötürməyə gələn Aysedoranın rəfiqələrindən biri şərfin uclarının təkərin oxuna dolandığını görür. Maşının arxasınca qaçır. Ha qışqırsa da çığırtını rəqqasənin özü də, sevgilisi-sürücü də eşitmir, ya da səsə məhəl qoymur, etina etmirlər. Avtomobilin sürəti isə durmadan artır. Təkər hərləndikcə onun “əcəl” oxu, bu zərif xanımın əzizləyib qoynuna basdığı şərf boynunda durmadan gərilir... Şərf dramaturji cəngavər Otellonun boğucu-qəzəbli əlləri sayaq amansız caynaq olub, sıxılır, sıxılır!.. Aysedoranın nəfəsini kəsir, həyatına son qoyur!!! Kimin ağlına gələrdi ki, şpindellər, ya da təkər oxu insan qatili olar?! (modern.az)
Oxşar xəbərlər
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq