“Qarabağ partizanları”: vətənpərvərlər yoxsa cinayətkarlar?
Cəmiyyət
Oxunub: 5397
02 Jan 2014 | 23:26
“Qarabağ partizanları”: vətənpərvərlər yoxsa cinayətkarlar?

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları 1991-ci Qarabağ müharibəsinin başlanması ilə nəticələndi. Uzun illərdir eyni imperiyanın tərkibində yaşamağa məcbur olduğumuz ermənilər 1988-ci ildən ərazi iddiası qaldırdı. 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddiaları Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Müharibə haqqında ətraflı məlumat vermək niyyətində deyiləm. 20 ildən artıqdır ki, müharibədəki itkilərimiz, məğlubiyyətimiz, müharibənin vurduğu ziyanlar, qəhrəmanlarımız, satqınlar, qaçqınlar, şəhidlər, əsirlər haqqında yazılır. Hələlik Azərbaycan məğlub tərəfdir və nə qədər ağır olsa da, biz millət olaraq bu məğlubiyyətlə barışmış görünürük.

Rəsmi olaraq, Qarabağ müharibəsi və hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatıb. Münaqişə, Azərbaycanın danışıqlar masası arxasındakı mübarizəsi isə davam edir.

Nəticə çox acınacaqlıdır, bir  milyondan artıq qaçqın, on minlərlə itki və Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayon Ermənistan silahlı qüvvələrinin işağalı altındadır.

 

Atəşkəsdən sonra...

 

Dəymiş ziyan, itkilər demək olar ki, hər gün xatırlanır. Amma münaqişənin həllində heç bir irəliləyiş yoxdur. Nə xarici təşkilatların  təpkisi, nə də dövlətin bu sahədə gördüyü işlər heç bir real nəticə vermir. Ermənistan işğalçılıq siyasətini davam etdirir və Azərbaycana meydan oxuyur. Mənə elə gəlir ki, bu illər ərzində nə ATƏT-in Minsk qrupunun fəaliyyəti, nə BMT-nin qətnamələri Ermənistanı təşvişə salmayıb.

Azərbaycan cəmiyyətinin Qarabağ münaqişəsinə reaksiyası ürəkaçan deyil. Belə bir problemin varlığını ümumiyyətlə unudanlar, belə bir münaqişənin hələ də davam etdiyini xatırlamayanlar var. Cəmiyyətin müəyyən kəsimi isə bu münaqişəni demək olar ki, heç bir zaman unutmur. Bunlar müharibədə yaxınlarını, əzizlərini, vətənlərini, sağlamlıqlarını itirənlər və məğlubiyyətlə barışmayan vətənpərvərlərdir. Atəşkəs haqda  saziş  imzalandıqdan dərhal  sonra beynəlxalq vasitəçilər xeyli fəallaşdı, ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumların fəaliyyəti ilk növbədə atəşkəs rejiminin saxlanılmasına,   iri   hərbi   əmaliyyatlara   yol verilməməsinə   yönəldi. Tədricən Azərbaycan cəmiyyətindəki döyüşkən ruhu yerini  sülh çağırışları əvəzlədi.

 

“Xalq diplomatiyası”nın yaratdığı qıcıq

 

2001-ci ildən başlayaraq erməni tərəfi "xalq diplomatiyası"ndan istifadə edərək Azərbaycanla münasibətləri normallaşdırmağa çalışırdı.  2001-ci il sentyabrın əvvəlində İrəvan və Xankəndindən nümayəndə heyəti Bakıya gəlişini yəqin ki, hələ də xatırayanlar var.  Onlar rəsmi və qeyri-rəsmi  səviyyələrdə bir sıra görüşlər planlaşdırmışdılar. Bu görüşlər zamanı işğal faktına toxunmadan cəmiyyətlərarası dialoqun təşkili,    düşmənçilik  əhval- ruhiyyəsinin aradan qaldırılması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulurdu. Azərbaycan  cəmiyyətinin bir qismi hadisəyə laqeyid yanaşsa da,  Qarabağ Azadlıq Təşkilatı radikal mövqedə tutdu. QAT-ın  və digər etirazçı qrupların etiraz aksiyaları nümayəndə heyətinin səfəri yarımçıq saxlayaraq, geri qayıtmasına səbəb oldu.

Bu və oxşar hadisələrdən sonra  Azərbaycan   cəmiyyətində yenidən    erməni işğalına qarşı daha radikal və barışmaz əhval-ruhiyyə formalaşdı. Artıq müharibə və hərbi əməliyyatlar haqqında müzakirələr başladı. Cəmiyyət müharibə əhvalına kökləndiyi bir vaxtda, bir qrup gənc dəstə yaradaraq, düşmənə qarşı partizan müharibəsinə başlamaq üçün cəbhə xəttini keçməyə cəhd göstərdi.

 

“Qarabağ partizanları”

 

“Qarabağ partizanları” adlanan dəstənin necə yaradılması məlum olmasa da, dəstəyə Rövşən Bədəlov adlı bir gənc rəhbərlik edib. “Qarabağ partizanları”nın əsas məqsədi əldə etdikləri silahla etmənistan tərəfinə keçərək, partizan müharibəsi aparmaq olub.

Dini təmayüllü olduğu ehtimal edilən qrupun əksər üzvləri 2001-ci ildə Gürcüstan ərzasində, Pankisi dərəsində çeçen mücahidlərinin hərbi bazasında hərbi təlim keçib. Hərbi təlim zamanı gənclər mühasirədən çıxmağı, partlayıcılar aparmağı, çətin şəraitdə döyüş aparmağı, partizan müharibəsinin incəliklərini yüksək səviyyədə mənimsəyiblər. Qruplaşmaya daxil olan gənclər eyni zamanda çeçen mücahidlərinin düşərgəsində öz hesablarına silah almağı və bunu gizli yolla Azərbaycana keçirməyi bacarıblar.

Dəstəyə qarşı irəli sürülən ittihamlar birmənalı qarşılanmır. Gürcüstan tərəfi qəti olaraq bildirir ki, Gürcüstan ərazisində heç zaman çeçenlərə aid hərbi düşərgə olmayıb və Gürcüstan ərazisində “Qarabağ partizanları”nın təlim keçməsi mümkün deyil. Bəzi hüquq müdafiəçiləri isə dəstənin Çeçenistanda təlim keçdiyini düşünür. Hər halda Azərbaycan sərhədləri daxilində hansısa bir qruplaşmanın təlim keçməsi ağlabatan görünmür və böyük ehtimalla dəstə xarici ölkələrin birində təlim keçib. Dəstəni dini təmayüllü hesab edənlərlə, əksər dəstə üzvləri razılaşmır. 2003-cü ildə dəstə üzvləri ilə birlikdə həbs olunan və 2008-ci ildə həbsdən azad olunan Fariz  Hacıyev mətbuata verdiyi yeganə açıqlamada “Qarabağ partizanları”nın heç bir dini təriqətə aid olmadığını bildirib: “Bizim hansısa dini təriqətin təbliğatında maraqlı olmağımız və bu məqsədlə silahlanmağımız haqda deyilənlər həqiqətə uyğun deyil.”

Qarabağa yola düşməyə hazırlaşan “partizanlar”  2003-cü ilin avqustunda Bakıda parkda yığışarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar. Qaçmağa çalışan dəstə üzvü, hal-hazırda ömürlük həbsdə olan Məmməd Məmmədov bir neçə tərəfdən atəşə tutulub. Özünü müdafiə etmək, mühasirədən çıxmaq üçünə Məmməd də havaya atəş açıb.  Lakin istintaq materiallarına görə, o hüquq mühafizə orqanı əməkdaşlarından birini qətlə yetirib, birini isə ağır yaralayıb. Məmməd Məmmədov bildirib ki, onları həbs etmək üçün gələn MTN-nin əməliyyat qrupuna daxil olmayan və parkda nəzarətdə olan DİN əməkdaşı onun tərəfindən deyil, məhz MTN əməkdaşları tərəfindən qətlə yetirilib.

 

20 yaşında “ömürlük” alan “partizan”

 

"Qarabağ partizanları" 2003-cü il 13-14 avqust tarixində həbs olunublar. 2004-cü il dekabrın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Dövlət ittihamçısı  ilk prosesdə “partizanlara” üst-üstə 171 il iş istəyir.  2005-ci il martın 30-da Apellyasiya Məhkəməsində, 2005-ci il avqustun 31-də Ali Məhkəmədə onların işinə yenidən baxılıb, bir qrupu azadlığa buraxılıb, digərlərinin cəza müddəti azaldılıb. 2007-ci il martın 20-də Azərbaycan prezidentinin imzaladığı Əfv fərmanı ilə daha iki nəfər azadlığa buraxılıb. Bu gün “partizanların” hamısı, hətta dəstəyə rəhbərlik edən Rövşən Bədəlov da azadlıqdadır. Yalnız bir nəfər, 20 yaşında həbs olunan Məmməd Məmmədov ömürlük həbs cəzasına məhkum edilib. Məmmədin hüquqlarının müdafiəsi ilə ölkənin nüfuzlu hüquqşunasları vəkil Osman Kazım, vəkil Əsabəli Mustafayev və hüquq müdafiəçisi Eldar Zeynalov məşğul olur. Qarabağ Azadlıq Təşkilatı da bu məsələdə fəaldır və bu istiqamətdə ciddi işlər görür.

 

Hüquq müdafiəçisi Eldar Zeynalov “Qarabağ partizanları”na və artıq on ildir ki, həbsdə olan Məmməd Məmmədova qarşı haqsızlıq edildiyini düşünür: “Qarabağ partizanları” cinayət işinə görə həbs edilən gənclər öz pulları hesabına dəstə yaradıblar və Çeçenistanda hərbi təlim keçiblər. Hətta bu gənclər öz evlərini, maşınlarını satıb silah da alıblar ki, Qarabağda ermənilərlə müharibəyə getsinlər. Onları qanunsuz silahlı dəstə qurmaqda ittiham etdilər. Bu məsələdə incə bir məqam var: biri var banda, yəni soyğunçuluqla məşğul olanlar, biri də var silahlı dəstə, ikincilər dövlət orqanlarına qarşı olurlar. Qoy, mənə bir nəfər sübut etsin ki, ermənilər Qarabağda konstitusion hakimiyyət yaradıblar! Axı “Qarabağ partizanları” adlı cinayət işi ilə həbs edilənlər Qarabağda separatçı qurum yaradanlarla döyüşməyə getmək istəyirdilər. Əslində, məhkəmənin hökmü Qarabağ separatçılarının qurduğu hakimiyyət orqanlarını tanımaq demək idi. Sonradan biz hüquq müdafiəçiləri bu məsələni mətbuat vasitəsilə qaldıranda, Məmməd Məmmədovdan başqa digər məhkumlardan həmin maddəni çıxartdılar. Bunun nəticəsində Məmməd Məmmədov ömürlük azadlıqdan məhrum edildi, ancaq başqa maddələri də onun üstünə yükləməyin hesabına. Problem ondadır ki, “Qarabağ partizanları”nda 10 nəfər adam vardı, hamısından silahlı qruplaşma yaratmaq ittihamını götürdülər, yalnız Məmmədovdan başqa. Məntiqi sual yaranır: bir nəfər təkbaşına silahlı qruplaşmanı necə yarada bilər? Bu, nonsensdir və belə absurda görə Məmməd Məmmədov ömürlük azadlıqdan məhrum olunub”

 

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev də Məmməd Məmmədovun ittiham olunduğu doqquz maddə ilə razılaşmır: “Məmməd Məmmədov 2003- cü ildə bir qrup şəxslə toplaşaraq öz vəsaiti hesabına silah alaraq Qarabağda partizan döyüşləri həyata keçirib Azərbaycan torpaqlarını işğaldan azad etmək istəyirdi. Həmin vaxt Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları 2003-cü ilin avqustunda Xətai parkında əməliyyat keçirib həmin şəxsləri həbs etmişdir. Bu vaxt baş tutan atışma zamanı təsadüfən mülki geyimli bir polis əməkdaşı həlak olub. Həmin polis əməkdaşı da əməliyyatda iştirak etmirdi. Bu təsadüfi bir ölüm idi. Bu hadisəyə görə Məmməd Məmmədova 9 maddə ilə ittiham verilib və ömürlük həbs cəzasına məhkum edilib. Onun işinin baxışında yol verilmiş nöqsanlar barədə Avropa Məhkəməsinə ərizə göndərilmişdir. Avropa Məhkəməsi bu işə baxaraq məhkəmənin əvvəlki qərarını ləğv edib yenidən baxılması üçün Azərbaycana göndərib. Mən çox təəssüf edirəm ki, artıq bu işin yenidən baxılmasına başlansa da müəyyən nöqsanlara yol verilir.”

Həbs olunduqdan on il sonra, yəni bu ilin avqust ayında Məmmədin məhkəməsi yenidən baş tutub. Məhkəmə baş tutsa da, 20 yaşında həbs edilən və təkbaşına silahlı qruplaşma yaratmaqda ittiham edilən Məmmədin həbsxana həyatı davam edir. Məmmədin anası Təranə xanım on ildir ki, tək-tənha oğul yolu gözləyir : “Mən oğlumun azad olunmasını istəyirəm. Ona çox ağır cəza verilib. 10 ildir o həbsxanadadır. Bu az zaman deyil. Mənə elə gəlir ki, o öz cəzasını artıqlaması ilə çəkib. Bütün aidiyyatı orqanlardan xahiş edirəm ki, mənim oğlumu azad etsinlər. Mənim oğlum o dəstənin icərisində olanların hamısından cavan olub. Ona görə də onu cavanlığına, gəncliyinə bağışlasınlar. Və onu mənə bağışlasınlar. Tək anayam, ümid yerim o uşaqdır”

 

Azadlıqda olan “partizanlar”

 

“Partizanlar”ın hər biri ilə görüşmək, dəstənin tarixçəsi, həbsxana həyatı, həbsxanadan sonrakı fəaliyyətləri ilə bağlı ətraflı araşdırma aparmaq istəyirdim. Təəssüf ki, azadlıqda olanların böyük əksəriyyəti ölkəni tək edib. Ölkədə olmadıqları üçün onlarla bağlı geniş məlumat əldə etmək mümkün deyil. “Qarabağ partizanları”nın müdafiəsində yaxından iştirak etmiş QAT sədri Akif Nağı ilə söhbətimizdə məlum oldu ki, həbsdən azad olunan partizanların əksəriyyəti Türkiyədə yaşayır. Azərbaycanda yaşayan İlqar İbrahimov  QAT-ın Tərtər şöbəsinin sədri olsa da, tez-tez Türkiyəyə gedib gəlir. Onunla əlaqə qurmaq cəhdimiz də təəssüf ki, alınmadı. Dəstənin sabiq üzvlərindən idmançı, boks üzrə dəfələrlə Azərbaycan çempionu olmuş Ədalət Ağayev Azərbaycanda yaşasa da, “Qarabağ partizanları” ilə bağlı heç bir mətbu orqana məlumat vermək istəmir.

Dəstənin başçısı Rövşən Bədəlov Qarabağ müharibəsinin iştirakçısı olub. Eyni zamanda anası qəlpə yarası alıb və bir gözünü itirib.

7 il həbs cəzası almış “partizan” Müşfiq Qurbanovun özü və iki qardaşı  Qarabağda vuruşub və qardaşlarından bir şəhid olub.

Qarabağda partizanlıq etmək istəyən Xızır Marqaşvili Gürcüstan vətəndaşıdır və 9 il həbs cəzası alıb.

Bu gənclərin  günahkar olduqlarını və cinayət işlədiklərini inkar etmirəm, amma mənə elə gəlir ki, “partizanlar”ın cəzaları kifayət qədər ağır olub. Xüsusən 20 yaşında ömürlük həbs cəzası almış Məmməd Məmmədovun...

 

Ardı olacaq...

 

Cəlil Cavanşir

 


Oxşar xəbərlər
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
GÜNLÜK
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 17:06
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17 May 2024 | 16:56
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
17 May 2024 | 16:58
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 17:06
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17 May 2024 | 16:56
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
17 May 2024 | 16:58
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı