"Ermənistanın havadarları da gördülər ki, havayı verilən milyardlarla silah da hər zaman yetərli olmur"
Oxunub: 4165
17 Aug 2021 | 09:53
Cəmiyyətimizin narahatlığına və haqlı etirazına səbəb olan məsələlərlə bağlı Moderator.az-ın suallarını Milli Məclisin deputatı Ülvi Quliyev cavablandırıb. Müsahibəni  diqqətinizə təqdim edirik. 
 
- Ülvi müəllim, son vaxtlar Ermənistan tərəfindən atəşkəsin pozulması davamlı xarakter alıb. İkinci Qarabağ müharibəsində məğlub etdiyimiz bu ölkənin yenidən avantüralara və hərbi-siyasi təxribatlara əl atması cəmiyyətimiz tərəfindən yeni müharibəyə çağırış kimi qiymətləndirilir. 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatla sülhməramlı missiyanı üzərinə götürən  Rusiya rəsmilərindən bəzilərinin açıqlamaları   da cəmiyyətimizdə etirazla qarşılanır. Prezident İlham Əliyevin bugünlərdə “CNN Türk”ə verdiyi müsahibə ölkə ictimaiyyətinin narahatlığının ali səviyyədə bölüşülməsi kimi qəbul edilə bilərmi?
 
- Müsahibələrimdən birində təxminən eyni məzmunlu sualı cavablandırarkən bildirmişdim ki, siyasətdə, xüsusən böyük siyasətdə təsadüfi heç nə baş vermir. Prezident İlham Əliyevin istər müharibə günlərində, istərsə də müharibədən sonra  verdiyi müsahibələrin analitik təhlili deməyə əsas verir ki, dövlətimizin başçısı zəruri anlarda  yerli və beynəlxalq media vasitəsilə lazımi ünvanlara gərəkli hesab etdiyi mesajlarını göndərir . Bu, dünya praktikasında qəbul olunmuş və müasir dövrdə dövlət xadimlərinin, siyasi liderlərin tez-tez müraciət etdikləri beynəlxalq təcrübədir. Prezidentimizin müsahibələri təkcə hansısa əsaslı narahatlığımızı ictimailəşdirmək  məqsədini  güdmür və yalnız bir ünvana yönəlmir. Prezident İlham Əliyevin “SNN Türk”ə müsahibəsində region ölkələrinə, o cümlədən Ermənistana və onun himayədarlarına, eləcə də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar yer alır. Sözsüz ki, həmin mesajlara xüsusi zərurət yaranmasaydı, onların ictimailəşdirilməsinə ehtiyac da olmazdı.
 
- Prezident İlham Əliyev müsahibədə ayrı-ayrı  üvanlara fərqli mesajlar göndərdi.  Sizcə, Prezidentin bu müsahibəsini daha çox şərtləndirən hansı mesaj idi? 
 
- Son bir neçə əsrdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi  Qələbəyə bərabər tutula biləcək tarixi hadisə olmayıb. Bu, mübaliğəsiz belədir. Son 30 ilin reallıqları hər birimizə əyani şəkildə göstərdi ki, beynəlxalq hüquq və tarixi ədalət tərəfimizdə olduğu halda, qələbəmizə kimlər, hansı güclər və hansı güclərin siyasi maraqları mane olmağa çalışıb. Təəssüf ki,  haqq etdiyimiz qələbədən sonra da məlum siyasi dairələr ədalətsiz mövqelərindən və dünyamızı çalxalayan ikili standartlarından geri çəkilmirlər. Bu gün planetimizin aşırı səviyyədə silahlanması artıq o həddə çatıb ki, siyasi münasibət və ziddiyyətlərin çözülməsi üçün ən məqbul platforma informasiya məkanı hesab olunur. İş o yerə gəlib çatıb ki, nüfuzlu dünya ekspertləri və siyasətçiləri üçüncü dünya müharibəsindən daha tez-tez danışmağa başlayıblar. Bəşəriyyətin gəldiyi bu nöqtəyə görə məsuliyyət, ilk növbədə, dünya güclərinin, nüvə silahına sahib olan ölkələrin üzərinə düşür. Öz taleyimizdə gördük ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi 27 il ərzində Ermənistan tərəfindən icra olunmadı. Dünyanı idarə edənlər işğalçı Ermənistanı beynəlxalq qanunlara hörmət göstərməyə nəinki məcbur etmədilər, həmin qətnamələrin altına qoyduqları imzalarına özləri də sayğısızlıq göstərdilər. Dünyada sülhün və əmin-amanlığın bərqərar edilməsinə görə daha çox məsuliyyət daşıyan böyük güclər erməni işğalının 30 il boyunca davam etməsinə göz yumdular. Prezidentimizin haqlı olaraq qeyd etdiyi kimi,  bu illər ərzində onun da şahidi olduq ki, BMT Təhlükəsizlik Şurasının başqa dövlətlərlə bağlı eyni mahiyyətli qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, ölkəmizə aid olan ədalətli qətnamələr nədənsə yerinə yetirilmədi, beynəlxalq hüquq  siyasi maraqların güdazına verildi. Bunda təqsirkar təkcə Ermənistan idimi? Artıq tam çılpaqlığı ilə bilirik ki, Minsk qrupunun üç həmsədrindən biri olan Fransa istər müharibə günlərində, istərsə də müharibədən sonra qatı ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoydu. Əvvəlcə dedi ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz  buna icazə vermərik” , sonra da  Senatı separatçı rejimin tanınması ilə bağlı beynəlxalq hüquqa zidd olan təşəbbüsə imza atdı. Dünya demokratiyasının beşiyi hesab edilən ABŞ qondarma erməni soyqırımını rəsmən tanıdı, qardaş Türkiyənin ədalətli araşdırma  çağırışına belə məhəl qoymadı. Baxmayaraq ki, Türkiyə onun üçün onilliklərin sınağından keçmiş ən etibarlı müttəfiqlərindən biridir. Dörd il əvvəl onun da şahidi olduq ki, erməni lobbisinin təzyiqinə görə ABŞ Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasına razılıq vermədi və hətta, beynəlxalq-maliyyə institutları bu layihəyə vəsait ayırmaqdan imtina etdilər. Üçüncü həmsədr- Rusiya isə Qafqazda forpostu hesab etdiyi Ermənistanı bu illər ərzində pulsuz-parasız silahlandırdı, öz əsgəri ilə işğalçının sərhədlərinin keşiyində dayandı. Xocalı cəlladlarından biri olan S.Sarkisyanın öz etirafına görə, onun rəhbərliyi dövründə Rusiyadan Ermənistana 50 min tondan artıq hərbi texnika və sursat havayı göndərilib. Əgər ağır məğlubiyyətdən sonra Ermənistan yenidən təxribatlar yolunu seçibsə, atəşkəsi davamlı şəkildə pozursa, bu, həm də belə ədalətsiz yanaşmaların, çoxüzlü standartların tətbiqinin və təşviqinin nəticəsidir. Minsk qrupunda təmsil olunan hər üç həmsədr  106 il əvvələ aid erməni uydurmasını  soyqırımı hadisəsi kimi  tanısa da, cəmi 29 il əvvəl törədilmiş və ermənilərin özləri tərəfindən dəfələrlə etiraf olunmuş Xocalı soyqırımını  hələ də tanımayıblar. Ədalətsiz yanaşma və ayrı-seçkilik o dərəcədə ortadadır ki, bunun utancverici səbəbləri haqda düşüncələrə  əsas verən ehtimallar bəşəri dəyərlərdən deyil, bölücülükdən xəbər verir. Belə bir şəraitdə əldə etdiyimiz tarixi Qələbənin hansı çətinliklərin dəf olunması hesabına başa gəldiyini görməmək, ən azından ədalətsizlikdir. 
     
Prezident İlham Əliyevin “CNN Türk”ə  müsahibəsində Ermənistanla yanaşı, bu ölkələrə də  gərəkli mesajlar verildi. Onların hər biri önəmlidir, çünki informasiya savaşı bu gün də davam edir. Prezidentimizin “Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir...Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır...Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq” kimi açıqlamaları yalnız şimal qonşumuza deyil, eləcə də dünya birliyinə ünvanladığı ismarıc və Qafqazda dayanıqlı sülhə xidmət edə biləcək ədalətli yanaşmaya çağırışdır. Prezident İlham Əliyevin “Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər” kimi Zəngəzur dəhlizinə aid olan bəyanatı Avropa ilə daha dərin iqtisadi-siyasi əməkdaşlığa ölkəmizin verdiyi önəmin ictimai anonsudur. 
     
Dövlətimizin başçısı müsahibədə qardaş Türkiyəyə  xüsusi yer ayırdı, müharibədən əvvəl və müharibədən sonra ölkəmizə verdiyi misilsiz mənəvi-siyasi dəstəyinin əhəmiyyətini dönə-dönə vurğuladı. Prezident İlham Əliyevin dünya birliyinə, Ermənistana və hamilərinə göndərdiyi növbəti mesaj da əsla təsadüfi deyildi: “Mən dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik , qardaşlıq sözdə deyil, əməldədir... Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı”. Sirr deyil ki, Şuşa Bəyannaməsi məlum dairə və ölkələrdə qıcıqla qarşılanır,  bəzilərinin absurd bəyanatları da məhz bu cür haqsız qıcıqlanmadan irəli gəlir. Prezidentimiz həmin  ünvanlara bir daha çatdırdı ki, qardaş Türkiyə ilə müttəfiqlik əbədi seçimimizdir və aramıza girmək xülyasında olanların cəhdləri əbəsdir. Prezident son hadisələri nəzərə alıb qonşu İranla bağlı mövqeyini də ortaya qoydu: “Ancaq əlbəttə, vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoysun. Biz bunu gözləyirik”. Bu mesaj islam dəyərlərini bölüşən və əhalisinin mütləq əksəriyyəti müsəlmanlardan ibarət olan qonşumuzdan dost davranışının gözləntisinə işarədir. Çünki gözümüzün önündə həmin dəyərlərlə yanaşı, beynəlxalq hüququ və tarixi ədaləti siyasi maraqlardan üstün tutan dost Pakistan nümunəsi mövcuddur. Heç şübhəsiz, Prezidentimizin müsahibəsində açıq və sətiraltı mesajlar daha çoxdur. Onlardan hər biri ciddi siyasi yükə malikdir və hansınasa əlahiddə üstünlük vermək doğru olmazdı. Həmin mesajlar məntiqi ardıcıllığa və beynəlxalq qanunlara, xalqımızın tarixi haqqına söykəndiyinə görə, onların təhlilinə ayrı-ayrılıqda deyil, ümumi şəkildə yanaşmaq ölkəmizin qarşısında dayanan mürəkkəb vəzifələrə daha çox aydınlıq gətirə bilər. Ən başlıcası, Prezident İlham Əliyevin bu müsahibəsi də növbəti dəfə nümayiş etdirdi ki, cəmiyyətimizi düşündürən və onu narahat edən məsələlər, böyüyündən tutmuş kiçiyinə qədər, Azərbaycan hakimiyyətinin gündəlik diqqət mərkəzindədir. Heç nə bu diqqətdən yayınmır və münasibətsiz qalmır. 
 
- Bəs, təxribatlardan hələ də əl çəkməyən, atəşkəsi davamlı şəkildə pozan Ermənistana hansı mesajlar verildi?
 
- Sualınızın kontekstindən çıxış edərək, Prezident İlham Əliyevin”CNN Türk”ə müsahibəsindən gətirdiyim bu sitat  gələcək fəaliyyətimizdə hansı məqamlara diqqət yetirməli olduğumuza imkan verir: “Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın”.  Yuxarıda gətirdiyim sitatlarla yanaşı, Prezidentin bu açıqlaması  Ermənistanın təxribat xarakterli davranışının səbəblərinə işıq salır və bunun qarşısını ala biləcək ünvanı da açıq şəkildə göstərir. 30 il ərzində öyrəndiyimiz və şahidi olduğumuz həqiqətlərdən biri bundan ibarət oldu ki, ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətində və törətdiyi təxribatlarda Ermənistan heç vaxt tək olmayıb, indi də tək deyil. Dəyişən odur ki, uzun illər boyu Ermənistan bir ünvanın əlində istifadə olunan alət idisə, müharibədəki məğlubiyyətindən sonra  ondan istifadə edənlərin sayı bir az da çoxalıb. Konkret sualınıza gəldikdə isə, Prezident İlham Əliyevin Ermənistana göndərdiyi birmənalı mesaj ondan ibarət oldu ki, yenidən xam xülyalara uymasınlar. Nəhayət, anlasınlar ki, böyüklərin oyununda kiçik alətə çevrilmək yolunu seçən Ermənistanın yenidən silahlandırılması bugünkü nəticəni dəyişməyəcək. 44 günlük Vətən müharibəsi sübut etdi ki, dəyəri milyardlarla ölçülən və Ermənistana havayı başa gələn hərbi texnika və sursat sonda heç nəyə yaramadı, müharibənin nəticəsini ermənilərin xeyrinə dəyişə bilmədi. Çünki Ermənistan haqsız tərəfdir və iddiaları əsassızdır, özləri haqda uydurduqları epitetlər isə içərisi boş olan miflərdən və cəfəngiyyatdan ibarətdir. Mifologiya hansısa müddətdə həyatda varlığını qorumağa kömək edə bilər, lakin müddətindən asılı olmayaraq, bu, müvəqqətidir. Çünki mif sabun köpüyü kimi bir şeydir, içi boş olduğuna görə nə zamansa partlamalıdır. Necə ki, qəhrəman Azərbaycan əsgər və zabiti cəmi 44 gün ərzində həmin mifləri darmadağın etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa və uzun ömür versin.
     
Ermənistanın siyasi-hərbi rəhbərliyi 44 günlük Vətən müharibəsindəki  hərbi məğlubiyyətdən sonra, nəhayət, dərk etməlidir ki, milyardlıq silahlar nə qədər vacib amil olsa da, qələbə üçün hər zaman yetərli olmur. Ümid edək ki, Ermənistan rəhbərliyi və erməni cəmiyyəti Prezident İlham Əliyevin səsləndirdiyi bu fikrin məna yükünə vara biləcəklər: “Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz”. Azərbaycan əsgəri döyüşə ona görə həvəslə gedirdi ki, tarixi torpaqlarımız uğrunda, milli qürurumuzun qorunması naminə haqq savaşına çıxmışdı. Bu torpaqların düşmənə heç bir aidiyyatı olmadığına və onlar bu torpaqlara yad olduqlarına  görə, Ermənistan savaş meydanında təkcə canlı qüvvəsini və hərbi texnikasını itirmədi, ən başlıcası, onminlik  fərarilər ordusunu qazandı. Bu danılmaz həqiqət çox mətləblərdən xəbər verir və erməni cəmiyyəti özündə güc tapıb həmin həqiqətin üzərində daha ciddi düşünməlidir...
     
Prezident İlham Əliyev bu müsahibəsində də siyasi iradə nümayiş etdirdi, Ermənistanın təxribatlarına və oradakı revanşist qüvvələrin kənardan qızışdırılmasına baxmayaraq, bir daha bəyan etdi ki, ölkəmiz Qafqazda dayanıqlı sülhün tərəfdarıdır. Şübhəsiz ki, Prezidentimizin  bəyanatı Ermənistan və region ölkələri ilə yanaşı, dünya birliyinin də diqqətindən yayınmayacaq. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə açıq şəkildə bu mesajı verdi: “Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyi, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar...Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq”.  Ermənistanın atəşkəsi davamlı şəkildə pozması ona dəlalət edir ki, yeganə doğru olan bu qərarı verməkdə o ya sərbəst deyil, ya oradakı revanşist qüvvələrin ölkədaxili dayaqları tam zərərsizləşdirilməyib, ya da kənardan olan kimlərsə sülh sazişinin imzalanmasına qəsdən mane olur. Bu, heç də o demək deyil ki, Koçaryan və Sarkisyan kimi seçkini uduzan Xocalı cəlladları hakimiyyət uğrunda mübarizədən birdəfəlik əl çəkiblər və məğlubiyyətdən ibrət dərsi alıblar. Prezident İlham Əliyev bu zehniyyətdə olanlara da gərəkli mesajını verdi: “Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq”.
     
Cəmiyyət olaraq biz də qəbul etməliyik ki, əldə etdiyimiz bu tarixi Qələbəni bəzi dairələr  həzm edə bilmirlər, kimlərsə onu bizdən oğurlamaq üçün çaba da göstərir. Bu cür rəzil və ikiüzlü davranışların qarşısını almağın yeganə yolu əldə etdiyimiz ən böyük tarixi nailiyyətlərimizdən biri olan birliyimizi bədxahlardan daha çox qorumaq və onu daha çox  möhkəmləndirməkdir. Bunu dəyişməz olan ümummilli maraqlarımız tələb edir. Əminəm ki, Ermənistana və onu kənardan qızışdıran dairələrə fürsət verəcək qədər sadəlövh deyilik. Düşmən və onun hamiləri bunu hər gün görüb hiss etməlidir ki, maraqlarını ödəmək üçün  başqa ünvanlar axtarsınlar . Ona da əminəm ki, Şuşa və Bakı Bəyannamələrindən ciddi narahat olan Ermənistan, bundan qıcıqlanan bəzi siyasi dairələr Prezident İlham Əliyevin bu mesajını da gözardı edə bilməyəcəklər:“Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır”.
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər