Bəylər Əyyubovun bacısı oğlu dəmir barmaqlıqlar arxasından od püskürdü
Oxunub: 4021
25 Dec 2013 | 10:15
Bəylər Əyyubovun bacısı oğlu dəmir barmaqlıqlar arxasından od püskürdü

Bakı Apelyasiya Məhkəməsində dünən Əmir Bayramovun sədrliyi ilə keçirilən proses bir neçə cəhəti ilə əlahmətdar idi. 4 nəfərin şikayətinə baxan məhkəmənin çıxardığı qərar ölkədə məhkəmə hakimiyyətinin azad olmadığını, sifarişlə işlədiyini göstərməklə yanaşı həm də hakimiyyətin yuxarı eşalonunda ciddi böhranın olmasını təsdiqləyirdi.
Hələlik bu adlara diqqət - Osman Isayev və Sultan Isayev, detallar isə daha ətraflı aşağıda olacaq. Kimdir bu adamlar? Onlar dünən mühakimə olunanlardan ikisi idi. Kimlikləri isə sizə maraqlı olacaq: 29 yaşlı Osman prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğludur, Sultan isə onun əmisi oğludur. 
Onların hər ikisinə 16 sentyabr 2013-ci ildə Xətai Rayon Məhkəməsi 2 il iş kəsib. Isayevlə birgə mühakimə edilən Amil Şirəliyev və Rauf Həsənli uyğun olaraq 2 və 3 il yarım “iş” alıblar.
Cinayət işinin nəticəsi səhti qiymətləndirmədə təqdir oluna bilər. Adam az qala düşünsün, necə gözəl və ədalətli ölkədə yaşayırıq, burda hətta prezidentin “odda yanmaz-suda batmaz” sayılan ətrafı da mühakimə olunur, cəzalandırılır. Lakin bu ancaq səthi dəyərləndirmədir.

Bəs dərinliklərdə nə var?

Adı çəkilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1 maddəni törətməkdə təqsiriləndirirlər. Maddənin açılışı isə budur: Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər.
Ittiham olunanlar isə istər birinci instansiya məhkəməsində, istər Apelyasıya Məhkəməsində “xuliqanlığı” rədd edirlər, onlar sifarişlə həbs edildiklərini, günahsız olduqlarını bəyan edilər. Təəccüblüdür deyilmi? Ilham Əliyevin canını əmanət etdiyi şəxsin bacısı oğlu və onun dostlarını sifarişlə kim, hansı fövqəladə qüvvə həbs etdirə bilər ki?

Hadisənin rəsmi təsviri

21 apreldə Osman İsayev yuxarıda adıçəkilənlərlə gecə saat 2-də Nobel prosepektindəki “AZURE” biznes məkrəzindəki “Opera sky”də sərxoş olublar və liftə minmək istəyən Fuad Abdullayev adlı şəxsi müştərilərin gözü önündə səbəbsiz olaraq döyüb ona yüngül bədən xəsarəti yetiriblər. Döyülmə söyüşlə müşayiət olunub, bu isə restoranın iş rejimini pozub, onların işgüzar nüfuzuna xələl gətirib.

Siyasi nəhənglərin adı məhkəmə skandalında: Nərgiz Paşayeva və Kəmaləddin Heydərov

Məhbusların yaxınlarının “Azadlıq”a verdiyi məlumata görə, adı çəkilən restoran və biznes mərkəzi Nərgiz Paşayevanındır. Bu həbslər də qərəzlə Nərgiz Paşayevanın göstərişi əsasında baş verib. 
Rauf Həsənlinin atası Orxan Həsənli deyir ki, uşaqların həbs edilməsinin vacibliyini Nərgiz Paşayeva Mehriban xanıma deyib, Mehriban xanım da Ilham Əliyevə: “Prezidentə elə təqdim olunub ki, guya bizim uşaqlar orda dava-dalaş salaraq müştəriləri ordan qaçırıblar. Sonra prokurorluğa verilən sifarişlə belə bir qurama işi uşaqların adına yazıblar”.
Hadisədə daha bir maraqlı ad var - biz cinayət işinin cilidlərində, məhkəmə sənədlərində o ada tez-tez rast gəlsək də hökm oxunanlar arasında o yoxdur. Bu, Sahib Heydərlidir. Onun soyadı sizə nəsə dedi? Bəli, yanılmırsız. Sahib fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumlarındandır. Daha dəqiqi, qardaşı oğludur.

“Xuliqanlıq” adlandırılan hadisə necə baş verib?

Məhkəmədə və istintaqda ifadə verən şəxslərin hər biri bildirir ki, restorana Sahibin dəvəti ilə gəliblər. Onlar birgə əylənərkən Sahibin qolu ordakı xanımlardan birinə toxunur, bu isə qızın yanındakı oğlanla qısa qarşıdurma yaradır. Sahib (o, resterana cangüdəni ilə gəlib) oğlanı itələyib yıxır, onun yanındakılar isə bu hadisəyə müdaxilə etmir, konflikt qısa müddətdə aradan qalxır.
Sonra Sahib xahiş edir ki, Osmangil maşınla olduğundan onu yaxınlıqdakı “Park Inn” hotelinə aparsınlar. Belə də edirlər. Sahib hoteldə yerləşir, bu dostlar isə şəhərdə gəzməkdə davam edir. Bir azdan Sahib Sultana zəng edib “Opera sky”də bir qohumunun döyüldüyünü deyir və xahiş edir ki, ora gəlsinlər. Sultangil ora gedir. Orda nəzarətçilər artıq deyir ki, dava-dalaş bitib, həm də o döyülən yox, döyən tərəfdir.
Geri qayıdanda liftin qabağında Fuad Abdullayevlə rastlaşırlar. Sultan və dostlarının ifadəsinə görə, lifti kim birinci çağırıb mübahisəsi yaranır, Abdullayev söyüş söyür. İsayev onun ağzını əli ilə yumur itələyib liftə minir.

Abdullayev də hadisəni təxminən eyni formada nəql edir. O, bildirir ki, Osman itələyib, amma sonra tanımadığı kimlərsə onu təpikləyib və burnundan qan açılıb. Buna görə də o, hadisənin səhəri günü şikayət verib.
İttiham tərəfi isə iddia edir ki, Abdullayev “yuxarıların” təzyiqi ilə şikayətçi olub və bu prosesin ağırlaşmasında “Mütəşəkkil Cinayətkarlığa qarşı İdarə” xüsusi həvəs göstərib. Maraqlıdır ki, adı çəkilən şəxslərdən qabaq onların valideynlərini həbs edərək “Mütəşəkkil Cinayətkarlığa qarşı İdarəyə aparıblar. Məhkəmənin gedişində də, istintaq zamanı da Abdullayev şikayətindən geri durduğunu və tərəflərlə barışdığını elan edib. Lakin məhkəmə ittihamı əsaslı bilərək Osman və dostlarına cəza kəsib.

***

Yəqin diqqətli oxucudan bu məqamda sual yarandı, bəs Kəmaləddin Heydərovun qardaşı oğlunun aqibəti? Ona inzibati qaydada 15 sutka verib azad ediblər.
“Məhkəmə hökmü şərəfsizdir”
İndi isə gəlirik məhkəmədəki maraqlı hadisələrə.
Dünənki prosesdə Rauf Həsənlinin son sözü dinlənildi. O, Xətai Rayon Məhkəməsinin çıxardığı hökmü, ədalətsiz, vicdansız və şərəfsiz adlandırdı. Bu zaman hakim ona xəbərdarlıq etdi. Rauf Həsənlinin “o hökmün adı şərəfsizlikdi, başqa nə ad vermək olar ki” deyəndə hakim bu dəfə prokotola yazmaqla növbəti xəbərdarlığını etdi.
Belədə Həsənli dedi: “Keçən dəfə siz burda mənim atama irad bildirdiniz. O, siz gələndə ayağa qalxmamışdı. Mənim atam yaşlı və Qarabağda ”kontuziya" alan adamdı. Amma onun ayağa qalxmaması sizi narahat etdi və o cür xırda şey diqqətinizi çəkdi. Bəs nəyə görə siz 9 aydır qarşınızda barmaqlıqlar araxasında günahsız oturan insanlardan narahat olmursunuz?".

Həsənli tam günahsız olduğunu bəyan etdi və bildirdi ki, o heç bir davada iştirakçı olmayıb, həmin gün ancaq sürücülük edib. Iki ali təhsil aldığını deyən Həsənli dövlətə sədaqətli olduğunu bəyan etdi, dedi ki, məhkəmə onun günahsızlığını, xəstəliyini (sirroz) nəzərə alıb haqqında bəraət qərarı çıxarsın. Oxşar çıxışı Amil Şirəliyev və vəkillər də etdi. Prokuror isə hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Onun çıxışı Osman Isayevin güllə kimi açılmasını şərtləndirdi. Hə, yəqin, möcüzənin baş vermədiyini yazmasaq da biləcəkdiniz, məhkəmə şikayəti təmin etmədən hökmü qüvvədə saxladı.
Bəylər Əyyubovun bacısı oğlundan ilginc açıqlamalar:

“Azərbaycanda 37-ci ildir”

Osman İsayev o andan hökm oxunana qədər Azərbaycanda hökm sürən ədalətsizliyi, haqsızlığı qamçılamağa başladı.
O, hakimin hər cümləsinə “balalarından görəsən”, “inşallah, sizi də bu gün gözləyir”, “bu haqsızlığa görə tezliklə cəzanızı alacaqsınız” kimi replikalar verirdi.
O, məhkəmələri ittiham edirdi ki, hakimlər “üzdəniraqlara”, “narkomanlara” göstərmədiyi qəddarlığı günahsız insanlara edir.
“Bizi niyə tutursunuz axı? Nə etmişik? Cinayət etsəm, həbsdə olsam, bir qram da əzab çəkmərəm. Kiminsə xoşuna Osman gəlmir deyə türmədə yatmalıyam. Belə hökmü verənin, verdirənin balası xoşbəxt olmayacaq, ya narkoman olub zəlil günə düşəcək, ya da...”.
Osmanın sərt replikaları yaxınlarını da narahat etməyə başladı. Onlar dəmir qəfəsə yaxınlaşıb onu sakitləşdirmək istəsələr də, “biz dövlət başçımıza inanırıq” kimi siyasi bəyanatlar versə də, Osman ovunmurdu: “Nə susmaq, nə qədər susmaq olar. Susa-susa bu günə düşməmişik? Nə qədər susaq axı? Niyə susmalıyam, cinayət etmişəm. Mən mənkəmə başlayandan demişdim ki, bu hakimlər ”bunnandı", ancaq mənə inanmadınız. Bunlarda guya prezidentə hörmət var. Onların vicdanı, prezidentə hörməti olsaydı hərəmizin işindən heç olmaya 6-7 ay çıxardı".
Osman replikalarında ölkədə 1937-ci il repressiya ab-havasının olduğunu bəyan etdi: “Azadlıq, demokratiya deyirlər. Budur demokratiya, budur azadlıq?! Günahsız insanları türməyə doldurmaqdır demokratiya. Bir zənglə adamları məhv edirlər. Biz Azərbaycanı orda-burda tanıtmaq üçün nələr etmişik? Bu nə münasibətdir bəs bizə? Lazım deyil, heç mənə belə ölkədə vətəndaş olmaq. Mən bu vətəndaşlıqdan da imtina edirəm”.

Oxşar xəbərlər
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı