Milli Təhlükəsizlik Nazirliyi tərəfindən guya keçmiş müdafiə naziri Səfər Əbiyevin fəaliyyətinin yoxlanıldığı və onun ev dustaqlığına məhkum edildiyi barədə mətbuatda yayılmış xəbərə tanınmış hərbi ekspert Üzeyir Cəfərov maraqlı şərh verib. Moderator.az-a açıqlamasında Ü. Cəfərov bu tip informasiyaların dövriyyəyə buraxılmasını ironiya ilə qarşıladığını bildirib:
“Dünən
bəzi mətbu orqanlarda sabiq müdafiə naziri Səfər Əbiyevin guya MTN tərəfindən
ev dustağı edilməsi və hətta yoxlanılması xəbərini oxuyandan sonra xeyli güldüm. Həm bazar gününün ruhuna uyğun
bir xəbər idi, həm də orda yazılan bir sıra məqamlar məndə dərin gülüş hissi
oyatdı. Ordu sistemində heç bir rolu və nüfuzu olmayan hansısa Emin Həsənli ilə
guya işbirliyi və digər bir neçə şəxslə
bağlı məsələlər yoxlanılırmış. Absurdluğun dərəcəsinə baxın ki, SQ-də heç bir vəzifə
və rolu olmayan biri ilə guya müdafiə naziri hansısa maliyyə işbirliyi qurub?! Bir
sözlə, bəzən dostlar gündəmə elə ağılasığmaz versiyalar buraxırlar ki, onları
oxuyanda acı gülüş vətəəssüfdən başqa bir şey hiss etmirsən. Mən istəmirəm ki,
bəzi naşı adamlar mətbuatda belə qeyri-ciddi məsələləri qabartmaqla elektron və
yazılı medianı gözdən salsınlar.”