Milli təhlükəsizlik naziri prezidentin qızını narkotik aludəçisi edib.
Moderator.az Özbəkistan xalq hərəkatının saytını istinadən bildirir ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnayətov 2000-ci illərin əvvəllərində ölkənin ən nüfuzlu dövlət məmurlarından biri olan Yüngül Sənaye Assosiasiyasının sədri Batır Erqaşova prezident İslam Kərimovun kiçik qızı Lola Kərimovanı narkotik aludəçiliyinə öyrətmək tapşırığı verib.
Yazı müəllifi Usman Xaknazarovun sözlərinə görə, ona əvvəlcə Lola Kərimova yaxınlıq əlaqələri qurmaq üçün prezident nəvələrinə və qızına hədiyyələr verməklə münasibətlər yaratmağı tapşırıb. Bu məqsədlə Erqaşov ilk olaraq Lola Kərimovaya 200 min dollar dəyərində olan boyunbağı, anası Tatyana Kərimovaya isə 500 min dollar nağd pul miqdarında hədiyyə edir.
Əlqələrini quran Erqaşov sonradan Lola Kərimovanın iştirak etdiyi gecə klublarında və restoranlarında sponsorluq rolunu oynamaqla yanaşı, onu narkotiklə təmin etməyə başlayıb.
Yazı müəllifi bildirir ki, İnayətov T. Kərimovanı “milyonluq hədiyyələrə”, Lola Kərimovanı isə narkotik aludəçiliyinə vərdiş etdirdikdən sonra “əməliyyatdan” uzaqlaşmaq qərarına gəlir.
Əməliyyatın iştirakçısı olan Batır Erqaşov isə aradan götürülür.
Yazı müəllifi Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimova ilə Rüstəm İnayətov arsında yaranan düşmənçiliyin də səbəblərini açıqlayıb. O bildirir ki, bu iki şəxs arasında intriqa “İpoteka bank”ın özləəşdirilməsi üsütndə olub. Belə ki, G. Kərimova R. İnayətova bankın özəlləşdirilməsinə maneçilik yaradıb. Bundan sonra R. İnayətov G. Kərimovanı bitirmək haqqında qəti qərara gəlir və o bu işi ilk olaraq baş nazir Şavkat Mirzoyevin əli ilə reallaşdərmağa başlayır.
Müəllif bildirir ki, G.Kərimova yaranmış vəziyyətlə bağlı atasını inandırmağa çalır ki, b insanlar onu xarici aləmdən izolyasiya etmək istəyirlər. Hələlik isə o bu istəyinə nail ola bilmir.