Britaniyanın Yorkşir əyalətindən bir məktəbli iqlim dəyişikliyi probleminə diqqət çəkmək üçün evdən Londonun Vestminster bölgəsinə piyada getməyə qərar verib. Moderator.az bildirir ki, BBC-nin verdiyi məlumata görə, yol bir neçə yüz kilometrdir.
11 yaşlı Cud adlı bu oğlan marşrutu məmləkəti Hebden körpüsündən başlayıb. O, 321 kilometr məsafəni piyada qət edərək Londona çatacaq. Məktəbli hər gün 16 kilometr piyada getmək niyyətindədir və 21 gün ərzində İngiltərə paytaxtına çatmağı planlaşdırır. O, Vestminsterdə nazirləri planetimizi zəhərli tullantılardan qurtarmaq üçün vergi tətbiq etməyə çağırmaq istəyir.
Cudda bu ideya iqlim vəziyyətinin yaxşılaşdırılması üçün müəssisələrə vergi tətbiqini təklif edən “Dəhşətli öncəgörmələr” (Dire Predictions) kitabını oxuduqdan sonra yaranıb. Daha sonra şagird Zero Carbon Campaign-in bununla bağlı petisiyasından xəbər tutub. “Ümid edirəm parlamentdə müzakirə oluna bilməsi üçün petisiya altında 100.000 imza toplayacağam. Ölçü götürülməsi müəssisə rəhbərlərini vadar edəcək ki, mədən yanacağının və bərpaolunmayan enerji ehtiyatlarının əldə olunması ekoloji təmiz alternativlərin istifadəsindən baha başa gəlir”, - deyə Cud bildirib.
Məktəblini bu səyahə həmçinin qaçqınlar probleminə diqqət çəkmək üçün İtaliyanın Siciliya adasından İngiltərəyə velosipedlə gələn bir həmyaşıdının hekayəsi də ilhamlandırıb. Cudun anası Sara oğlunu "çox qətiyyətli bir uşaq" adlandıraraq bütün marşrut boyu bir avtofurqonla təmin olunduqlarını söyləyib.
Xatırladaq ki, daha əvvəl London meri Sadiq Xan iqlim fəlakətlərinin qarşısını almaq üçün Britaniyanı hərəkatın önündə getməyə çağırmışdı. İngiltərə paytaxtının rəhbəri noyabr ayında keçiriləcək COP26 ekoloji konfransı zamanı ölkəsinin əlamətdar qlobal müqaviləyə imza atacağına ümid etdiyini bildirmişdi.
Miraslan