Mübariz Mənsimovu həbsdən qurtaranın kimliyi bilindi
Oxunub: 2898
23 Dec 2013 | 09:34

Mübariz Mənsimovu həbsdən qurtaranın kimliyi bilindi

Əməliyyatın hazırlanmasından aylar öncə məlumatlı olan şəriki İhsan Kalkavan “Palmali” prezidentinə xəbərdarlıq edib; nazir oğullarının ifadələri yayıldı; Rza Zərrabın daha bir ortağı polisin əlindən necə qaçıb...

Dekabrın 17-də Türkiyədə korrupsiya və rüşvət ittihamı ilə bağlı həbs edilən iş adamı Rza Zərrabla bağlı yeni xəbərlər yayılıb. Bu xəbərlərdə Azərbaycan oxucusu üçün daha çox maraq doğuranı R.Zərrab və digərlərinin Azərbaycanla əlaqələri barədə bilgilərdir.

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadənin deputat qardaşı Cavanşir Paşazadə adının R.Zərrabın Azərbaycandakı əsas ortağı kimi hallandırılmasına etiraz edib.

Deputat özü ilə yanaşı mediada R.Zərrabın şəriki kimi tanıdılan “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovu da müdafiə edib: “”Palmali" Şirkətlər Qrupunun da adını bu çirkin işdə hallandırırlar. Türkiyə hüquq-mühafizə orqanları bir il ərzində tədqiqat aparıblar və cinayətkarları həbs ediblər. Əgər Mübariz Mənsimovun bu cinayətlərə aidiyyəti olsaydı, onu da həbs edərdilər". Xatırladaq ki, həmin məlumatlarda Rza Zərrabın “Palmalı” şirkətlər qrupunun sahibi ilə dost olduğu bildirilirdi. Türkiyə polisindəki qaynaqlardan biri isə demişdi ki, hazırda istintaq M.Mənsimovun Rza Zərrabla işgüzar münasibətlərini və böyük rüşvət prosesindəki rolunu araşdırır.

Qeyd edək ki, lənkəranlı iş adamı Mübariz Mənsimovun Paşazadə ailəsi ilə yaxın münasibəti heç kimə sirr deyil. Şeyxin istər Həccə, istərsə də Almaniyaya müalicəyə M.Mənsimovun özəl təyyarəsi ilə getdiyi də iddia olunub. Bu səbəbdən C.Paşazadənin hələ ki bu xəbərlərə, eləcə də Türkiyədəki həbslərə heç bir reaksiya verməyən M.Mənsimovu müdafiə etməsi başadüşüləndir.   

Azerinfo.org saytı isə M.Mənsimovla bağlı yeni sensasion xəbər yayıb. Türkiyədəki qaynaqlardan sayta verilən xəbərə görə, Mənsimovu həbs dalğasından qurtaran onun iş ortağı olub.


Belə ki, əməliyyat haqda hələ aylar öncə camaatın “ağır toplarından” sayılan ( M.Mənsimovun şəriki) İhsan Kalkavan xəbərdar olub: “Məlumatlı şəxsin sözlərinə görə, Mübariz Mənsimovla yaxın dost və partnyor olan İhsan Kalkavan ”Palmali" şefini bu həbs təhlükəsindən qurtarıb.  Mənsimov Türkiyə vətəndaşlığı alarkən, onun işlərini yoluna qoyan və Türkiyə Daxili İşlər Nazirliyinin bu vətəndaşlıqla bağlı yaratdığı problemləri qısa zamanda həll edən Beşiktaş Dənizçilik Şirkəti İdarə Heyətinin sədri İhsan Kalkavan bu dəfə də şərikinə  yardımını əsirgəməyib. Araşdırmaları aparanlar və içərisində nazir oğullarının da olduğu  rüşvət izləmələrini hazırlayanlar Kalkavanın dostu Mənsimovu “görməzdən” gəliblər. Təbii ki, holdinqini İstanbuldan idarə edən “Palmali” şefi də dostuna qulaq asaraq, əməliyyatın hədəfində olanlardan uzaq durub və özünü sığortalayıb".


Qeyd edək ki, hər iki şəxs Türkiyənin “Kasımpaşa” futbol komandasının İdarə Heyəti üzvüdürlər və klub Ərdoğana yaxın klub sayılsa da, İhsan Kalkavan camaata yaxınlığı ilə tanınır. Hər il camaata 1 milyon dollar bağışlayan Kalkavan “Gülən üçün ölərəm” sözləri ilə məşhurdur.

M.Mənsimov  “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən “Palmali” prezidenti yalnız 2009-cu ildə  Türkiyə vətəndaşlığını qəbul edib. Maraqlıdır ki, bir neçə gün əvvəl “GQ Türkiyə” jurnalı “2013-cü ilin  adamı” nominasiyasında ən yaxşılar sırasında M. Mənsimovun da adını çəkib.

“Türkiyədə rüşvət əməliyyatının vaxtından əvvəl həyata keçirilməsi üzündən Rza Zərrabın ”Rəisim" dediyi iranlı milyarder Babək Zəncanini yaxalamaq mümkün olmayıb. “Habertürk”ün verdiyi   məlumata görə, o, bu həftə Antalyada Rza Zərrabla görüşməliymiş. B. Zəncani saxta sənədlə Beyrutdan Antalyaya gəlməyi planlaşdırıb. Ancaq son anda o, polisin əməliyyatından yayına bilib. ABŞ-ın dünyadakı bank hesablarını dondurduğu Babək Zəncani Türkiyədəki işlərinin həyata keçirilməsini Rza Zərraba tapşırıbmış. 39 yaşlı Babək Zəncaninin 13,5 milyard dollarlıq sərvəti var.
Babək Zəncani hava yolları şirkəti, maliyyə qurumları və çoxlu sayda neft tankerlərinin sahibidir. Onun Türkiyədə “Onur Air” hava yolları şirkətini, eləcə də, “Ulusoy” və “Varan” avtobus şirkətlərinin səhmlərinin yarısını satın aldığı bildirilir. 2013-cü ilin əvvəlində “Onur Air”  250 milyon dollara İran əsilli Dubaydan olan iş adamı Mehdi Şəmsə satılıb. İddiaya görə,  telefonla ümumiyyətlə danışmayan Zəncani Zərrabla ancaq email vasitəsilə şifrəli əlaqə saxlayıb. 

Qeyd edək ki, B.Zəncani 2012-ci ildə Avropa Birliyinin, daha sonra isə ABŞ-ın qara siyahısında yer alıb. Zəncani özünü İranda radikallığı ilə seçilən İnqilab Keşikçiləri Ordusuna (BƏSİC) bənzədir. Onun karyerasındakı ən maraqlı məqam 1999-cu ildə İran Mərkəzi Bankının müdiri Nurbəxşin sürücüsü olması olub. 

Zərrabla Zəncaninin tanışlığı isə hər ikisinin ata yurdu olan Təbrizdə baş tutub. 2012-ci ildə  Dubaya uçan təyyarədə saxlanan 1.208 ton qızılın da əsl sahibinin Zəncani olduğu bildirilir. İki həftə sonra Zərrab qızılı Dubaya göndərməyə müvəffəq olduqda isə Zəncani ona email yazaraq “Afərin, qardaşım. Sən artıq böyüdün. Gözüm arxada qalmayacaq”, -  deyib. 

İbrahim Tatlısəs də “Rza Zərrab xərçəngdir” dedi


Musavat.com-un milliyet.com.tr-yə istinadən verdiyi məlumata görə, məşhur müğənni İbrahim Tatlısəs Rza Zərraba öz dəstəyini ifadə edib. Müğənni bu dəstəyi  özünün twitter səhifəsində paylaşıb. Zərrabın xərçəng xəstəsi olduğunu bildirən Tatlısəs bunları yazıb: “Rza Zərrab mənim çox önəmli bir dostumdur. Və mən bunu hər dəfə söyləyəndə qürur hissi keçirirəm. Zərrabın xərçəng xəstəliyinə tutulması doğrudur. Biz bu məsələ ilə bağlı onunla həbs edilməmişdən iki gün öncə telefonla söhbət etmişdik. O, xəstəliyi barədə məlumat verdi. Kiməsə özünü yazıq göstərmək Rzanın tərzi deyil. O mənim can yoldaşımdır”.

Nazir oğulları ifadə verdilər 


Rüşvət əməliyyatı zamanı saxlanılan nazir övladlarının məhkəmədəki ifadələri yayılıb. Daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər məhkəmədə bəyan edib ki, həbs olunsa, etibarı zədələnəcək.

Barış Gülər hakim qarşısında bildirib ki, heç bir cinayətkar qrupun üzvü olmayıb. O, saxlanılanlardan Rüçhan Bayarla uzaq qohum olduğunu deyib və Rza Zərrabla onun vasitəsilə tanış olduğunu açıqlayıb. Rüçhan Bayarda Gülər ailəsinin pulu olub: “O, iflas etdi və pulu qaytara bilmədi. Bir müddət sonra onun Rza Zərrabın yanında işlədiyini eşitdim. Rza Zərrabla görüşdük və Rüçhan Bayarın maaşından kəsilmək şərtilə pulun bir hissəsini ödədi. Bundan başqa heç bir əlaqəmiz olmayıb”.

“Mənim əleyhimə heç bir ifadə yoxdur. 40 ildir bu dövlətə xidmət edən birinin oğlu olaraq utancverici işlərə qarışmayacağım hər kəsə məlumdur. Azadlığa buraxılmağımı tələb edirəm” deyə, Barış Gülər məhkəmədə bəyan edib.

İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan isə bildirib ki, Rza Zərrabla ailə dostu olublar: “8 ay əvvəl həyat yoldaşı toyumda səhnə almışdı. Sağ olsun, yalnız səhnə xərcini aldı, başqa ödəniş tələb etmədi. Rza Zərrabın özü dostluğumuzla əlaqədar bir kostyum almışdı. Rüşvət almaq və ya verməkdən söhbət gedə bilməz”.
Salih Kaan Çağlayan onu da bildirib ki, atasının işlərinə qarışmayıb və öz biznesi ilə maraqlanıb. 

Nazir oğlu qızıl qaçaqmalçılığı ilə əlaqəsinin olmadığını bəyan edib.
Ərdoğan müdafiədə


Baş nazir Rəcəb Tayyib Ərdoğan Girəsundakı açılış törənində izdiham qarşısında çıxışında yenə də əsas diqqəti həbslərə yönəldib. O deyib ki, bu əməliyyat xaricdəki böyük güclərlə daxildəki bəzi qüvvələrin birgə hazırladığı tələdir. Baş nazirə görə həm ittihamlar, həm mediada yayılan iddia və fotolar yalan üzərində qurulub.   

İstanbul Polis İdarəsi isə dekabrın 22-dən  ölkə ərazisində mətbuat nümayəndələrinin polis idarələrinə daxil olmasını yasaqlayıb, Polisin yaydığı yazılı açıqlamada deyilir: “Rəhbərliyin təlimatıyla 22.12.2013-cü il tarixindən etibarən mətbuat nümayəndələrinin bütün Türkiyə ərazisində polis idarələrinə girişi yasaqlanır. Hər hansı bir yenilik və ya açıqlama olacaqsa, Polis özü mətbuatı dəvət edəcəkdir. Polisin Vətən və Qeyrəttəpədə yerləşən mətbuat üçün xidməti otaqlarının açar və giriş kartlarını təhvil vermələri KİV nümayəndələrindən xahiş olunur”.

Belə görünür ki, hökumət mətbuata sızan məlumatları nəzarətə almaq və səngitmək üçün bu addımı atmağa məcbur olub. 
Oxşar xəbərlər
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib