Sədərək gömrük şefindən şok etiraflar...
Oxunub: 5606
22 Dec 2013 | 11:08
Sədərək gömrük şefindən şok etiraflar...


Çirkli pulların yuyulmasına görə Qarsda həbs edilən Sədərək gömrüyünün rəisi istintaqçıların suallarından şoka düşüb; o, Rza Zərrabın qara para əməliyyatına bulaşmış azərbaycanlı məmurların adlarını açıqlayıb


Türkiyədə dekabrın 17-dən başlayan korrupsiya və rüşvət əməliyyatı AKP iqtidarında 12 ballıq zəlzələ effekti yaradıb. Prokurorluq orqanlarının 2 gün boyunca apardıqları dindirmələrdə ölkə gündəminə bomba kimi düşən korrupsiya və rüşvət cinayətinə bulaşan hökumətin 4-cü üzvünün adı açıqlanıb. Bu, Avropa Birliyi ilə danışıqlar üzrə nazir postunu tutan Egemen Bağışdır. İstintaqa bəlli olub ki, iş adamı Rza Zərrab həyata keçirmək istədiyi əməliyyatlara yardımçı olması üçün E.Bağışa 1,5 milyon dollar rüşvət verib.


Türkiyədəki antikorrupsiya və rüşvət əməliyyatının izləri artıq Azərbaycana uzanıb. Qarsda Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Sədərək Gömrük Xidmətinin rəisi Mirməhəmməd Seyidov ən ciddi şəkildə sorğu-sual olunub. Türkiyədəki qaynaqlarımızın verdiyi xəbərə görə, həbsdəki gömrük rəisinin bu formada dindirilməsində əsas məqsəd Azərbaycan hakimiyyətində təmsil olunan bir neçə iri ranqlı məmurun çirkli pul daşımalarına nə dərəcədə bulaşdığını müəyyən etmək olub. M.Seyidova bir illik telefon danışıqlarının gizli dinlənilməsi zamanı müəyyən olunan çirkli pul yuyulması əməliyyatları haqda suallar verilib. Dindirmə zamanı gömrük rəisinə elə məsələlərlə bağlı suallar verilib ki, o, bu məlumatların haradan əldə edilməsindən şoka düşüb və danışmağa başlayıb. M.Seyidovun Azərbaycanın gömrük, sərhəd, hava nəqliyyatı və hüquq-mühafizə orqanları sistemində yüksək vəzifə tutan bir sıra şəxslərin adlarını çəkdiyi və sensasion ifadələr verdiyi iddia olunur.

Həbsdəki gömrük rəisinin ifadələrinin ittiham tərəfinin əsas sübutları siyahısına daxil olacağını indidən söyləmək olar.

M.Seyidov Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanılıb. Yaxın zamanlarda ona başqa ittihamların veriləcəyi və Azərbaycanla əlaqəli həbslərin miqyasının böyüyəcəyi də gələn şok xəbərlər sırasındadır. Qeyd edək ki, vəzifəli məmurumuzun xarici bir ölkənin polisləri tərəfindən həbs olunması ilk hadisədir və kifayət qədər ciddi skandaldır. İşin qəribə tərəfi də budur ki, rəsmi Bakı bu hadisəyə lazım olan qədər ciddi reaksiya vermir və bu da beyinlərdə ciddi suallar yaradır.
Xatırladaq ki, artıq Azərbaycandan bəzi məmurlar da daxil, bir sıra konkret şəxslərin adı bu məsələlərlə əlaqəli hallanır. Onların adlarının rəsmi ittihamda yer alacağı da istisna deyil.


Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin həm özünün, həm də qardaşı, deputat Cavanşir Paşazadənin adının bu olaylara qarışması da təsadüfi sayılmaz. Paşazadələrin Türkiyə və İranda güclü biznes əlaqələrinin olması bir çoxlarına bəllidir. Üstəlik, bu biznes əlaqələri qohumluq bağları ilə də möhkəmləndirilib.
Qeyd edək ki, Azərbaycan üzərindən çirkli pul daşımalarının olması xəbəri heç də yeni deyil. Lakin Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi son əməliyyat illərlə yazılanları fakta çevirib. Azərbaycan üzərindən çirkli pul daşımaları haqda Rusiya, İsrail mətbuatı zaman-zaman yazıb. “Yeni Müsavat” qəzeti də dəfələrlə ölkəmiz üzərindən kisələrlə pulun daşınması haqda yazılar dərc edib. 2010-cu ildə Rusiyanın “Rosbalt” agentliyinə istinadən yaydığımız məlumatda Moskvanın Savelyev Rayon Məhkəməsində “Ticarət-Tikinti Bankı”nın iki əməkdaşının və bir qrup Azərbaycan vətəndaşının işi üzrə məhkəmə prosesində üzə çıxan faktlara istinad edilirdi. Müttəhimlər böyük məbləğdə pulları qanunsuz yollarla iki il ərzində hər həftə Bakı aeroportundan Bakı-Moskva aviareysi ilə kisələrə doldurulmuş vəziyyətdə 22-25 milyon dollar arası olmaqla Azərbaycandan nağd şəkildə Moskvaya daşımaqda ittiham edilirdilər. Bakı aeroportundan bu qədər pulun necə keçirilməsini aydınlaşdırmaq üçün həmin yazını dərc etdiyimiz zaman AZAL-ın mətbuat xidmətinə də müraciət etmişdik. Xidmət rəhbəri Məhərrəm Səfərli demişdi ki, pul daşımasının təmsil etdiyi quruma aidiyyəti yoxdur: “Bu, bizə aid olan məsələ deyil. Puldur, nədir, bunun bizə aidiyyəti yoxdur. Biz sərnişin daşıyırıq. İstəyirlər kisə ilə yox, sandıqlara doldurub aparsınlar, bizə aidiyyəti yoxdur”.

“Bəs kimə aiddir” sualına xidmət rəhbəri “bilmirsinizmi kimə aiddir” sualı ilə cavab verib fikrini davam etdirmişdi: “Yəni biz sərnişin daşıyırıq. Sərnişinin yükünə biz cavabdeh deyilik. Sərnişinin özü və ona o pulu keçirməyə icazə verən xidmət əməkdaşları bilər”.
“Gömrük xidmətinə aiddir, düz başa düşdüm” sualına M.Səfərli bu cavabı vermişdi: “Bizim kompetensiyamızda deyil. 10 min manata qədər keçirmək olar. 10 min manatdan artıqdırsa, gömrük bəyannaməsi yazılmalı və faizi dövlətə ödənilməlidir. Bu, gömrük xidmətinin səlahiyyətindədir”.

Göründüyü kimi AZAL rəsmisi həmin vaxt çirkli pul daşımalarına hansı qurumun bulaşdığını açıq-aydın söyləyib. Əgər bu məlumatlar 2010-cu ildə və daha əvvəl Azərbaycan, Rusiya, İsrail mətbuatında olubsa, deməli azından bu 3 dövlətin xüsusi xidmət orqanları da məsələdən hali olublar. Bu halda Türkiyənin, İranın da müvafiq qurumlarının çirkli pul daşımalarından xəbərdar olmaması sadəcə mümkünsüzdür.
“Yeni Müsavat” Bakı aeroportunda Azərbaycan üzərindən çirkli pul daşımalarının həyata keçirilməsi zamanı baş verən oğurluqla bağlı da bir xəbər dərc etmişdi. Həmin yazıdan sitat: “Bu barədə bizi bilgiləndirən mənbə dedi ki, iri vəzifəli məmurlar təyyarələrin yük yerlərində ölkədən qeyri-leqal şəkildə böyük pullar çıxarır. Onlar həmin pulları bank vasitəsilə hansısa hesaba köçürməkdən ehtiyatlanır. Çünki son bir ildə (2009-cu il nəzərdə tutulur-red.) 20 min manatdan artıq pula ciddi nəzarət var. Onların hara, nə məqsədlə köçürülməsi araşdırılır. Buna görə də xaricdə mülk alan, yaxud pullarını xaricə daşımaq istəyən məmurlar məbləğləri təyyarələrin yük yerində aparır. Proses bu şəkildə həyata keçirilir: təyyarənin qalxmasına 10-15 dəqiqə qalmış - artıq o zaman bütün sərnişinlər yerlərini tutur və rəsmiləşdirilmiş yüklər yük yerlərinə yerləşdirilmiş olur - rəhbərlik fəhlələrə xüsusi çantaları verir və onları təyyarəyə yükləməyi tapşırır. Fəhlələr də onların rəsmiləşdirilmədiyini, qeyri-leqal olduğunu bilir və ”oğrudan oğruya halaldır" prinsipi ilə çantalarda olan pullardan gizlədə biləcəkləri qədər götürürlər. Görünür, belə hallar dəfələrlə təkrarlanıb və qeyri-leqal pulların sahibləri bu işləri gördürdükləri adamlara narazılıq ediblər. Bu hadisədən sonra aeroportda həbslər həyata keçirilib".
Bu məlumatlar bir daha təsdiq edir ki, Türkiyə xüsusi xidmət orqanları Azərbaycan da daxil olamaqla Turkiyə və bir neçə dövlətin iri ranqlı məmurlarınını izləyib, telefon danışıqlarını dinləyib və həmin vaxt mətbuatda böyük bir cinayətkar şəbəkənin ayrı-ayrı üzvləri haqda yazılar dərc olunub.


Qeyd edək ki, Türkiyə hüquq mühafizə orqanlarının keçirdiyi son əməliyyat zamanı 17 gömrük məmuru, o cümlədən İstanbulda 3 nazir oğlu da daxil olmaqla, 80-dən çox məşhur iş adamı və yüksək vəzifəli şəxs saxlanılıb. Tutulanlan iş adamları sırasında Güney Azərbaycan kökənli iş adamı Rza Zərrab da var.

Həbs olunanların evlərində və iş yerlərində axtarış aparılıb. Nəqliyyat firmalarının sahiblərinin evlərindən yüz minlərlə dollar, çoxlu sayda imzalı, ancaq üzərində məbləğ göstərilməyən ödəmə sənədləri, neft məhsullarının qaçaqmalçılığını təsdiqləyən sənədlər və silah tapıblar.


Türkiyədə baş verənlər əsasən Rza Zərrab ətrafında yaşandığından və kilid şəxs o olduğundan adıçəkilən şəxsin personasına böyük diqqət var. Bütün Türkiyə mediası nazir oğullarının Rza Zərrabla necə əlaqə yaratdıqlarından, Zərrabın kimə nə qədər pul verməsindən yazır, danışır. Burada sual yaranır: kimdir axı Rza Zərrab? Sadəcə məşhur müğənni Ebru Gündeşin həyat yoldaşı və iş adamımı?

“İmpuls” qəzetinin məlumatına görə, R.Zərrabın maraqlı bir həyat yolu var: iş həyatına 20 yaşındaykən Birləşmiş Ərəb Əmrliyinin Dubay şəhərində başlayıb. “Al Nafees Exchange” və “Al Salam Center Exchange” firmaları ilə Dubayda maliyyə və pul bazarlarında fəaliyyət göstərib.

2008-ci ildə Türkiyəyə gəlib. Atası Hüseyn Zərrab və qardaşı Məhəmmədlə birlikdə İstanbulda “Royal Dənizçilik” şirkətini qurur. Daha sonra dəmir-polad və inşaat sektoruna girişir və şirkətinin adı “Royal Dənizçilik Sənaye Maşın Sənaye Ticarət A.Ş” qoyur.

27 oktyabr 2011-ci il tarixindən isə qızıl işlərini başlayır. Şirkətin yeni adı bu tarixdən etibarən “Royal Dənizçilik Sənaye Maşın və Qiymətli Mədənlər Sənaye Ticarət A.Ş” olaraq dəyişdirilir. Bu tarix Türkiyənin İran və BƏƏ ilə qızıl ixracatında yüksəlişdə olduğu ildir. Bu gün “Royal Holdinq” tərkibində 8 şirkət var. Bunlardan biri də “Safir Altın”dır. Şirkətin fəaliyyət hesabatında belə yazılır: “2012-ci ildə qızıl və qiymətli məmulatlar idxalat və ixracatı etmək üçün qurulan ”Safir Altın" ticarət şirkəti 2012-ci ildə Türkiyənin 12 milyard dollarlıq qızıl ixracatının 46 faizini həyata keçirib".

Bütün bunları “Royal Holdinq”in İdarə Heyətinin başçısı 29 yaşlı gənc bir iş adamı həyata keçirib.

Türkiyə təbii qaz ehtiyacının 20 faizini İrandan idxal edir. Bunun ödəməsini isə qızılla həyata keçirir. Sual yarana bilər ki, necə?

Təxminən bu istiqamətdə: İranda dövlətin imtiyaz (xüsusi haqq) verdiyi iş adamları var. Görünən odur ki, Rza Zərrab da bunlardan biridir. İran dövləti xarici ticarət həyata keçirən bu şəxslərə aşağı faizlə pul verir.

Dollar ABŞ-ın ciddi nəzarətində olduğu üçün işlər avro ilə həyata keçirilir. İmtiyazlı iş adamı pulunu dövrün kursuna görə məsələn, 2100 tüməni 1 avroya çevirir. Amma bazarda 1 avro 2250 tümənə başa gəlir. İmtiyazlı iş adamı İranda avroya çevirdiyi pulu Türkiyəyə gətirir və qızıl alır.

Satın aldığı qızılları fiziki şəxs olaraq İrana ixrac edən bu imtiyazlı iş adamı ölkəsində bunu yüksək kursla satır və aradakı fərqdən qazanc əldə edir. Birləşmiş Ərəb Əmrlikləri kimi ölkələr də bu cür örtülü ticarətdən istifadə edirlər. Rza Zərrabın həyata keçirdiyi iş də budur. Onun həbsinin nə ilə nəticələnəcəyi bilinmir, amma sanksiyalar dövründə İrana verdiyi xeyrin dəyərinin 100 milyarddan artıq olduğu göz önündədir. 

Aydın məsələdir ki, Rza Zərrab 100 milyardlıq maxinasiyaları İranla qonşu olan bir neçə dövlətin üzərindən həyata keçirib və bu maxinasiyaların yer aldığı məkanlardan biri də məhz Azərbyacan olub. Bu baxımdan da yaxınlarda Azərbaycanda sensasion həbslərin olacağı labüddür. 


“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ərəstun Oruclu Türkiyədə Azərbaycan məmurunun həbsinə özünün facebok statusunda belə bir şərh yazıb: “Təsəvvür edirsiniz, Türkiyədə həbs olunmuş Sədərək Gömrük İdarəsinin rəisi indi Türkiyə istintaqçılarına nələri danışdı? Yox, məncə biz bunu heç təsəvvür də edə bilmərik. Amma bir şeyi dəqiq təsəvvür edə bilərik: PKK-ya dəstəkdən tutmuş narkotiklərin qaçaqmalçılığına qədər, hər cinayətə batmış neçə Azərbaycan rəsmisinin neçə gecədir gözünə yuxu getmir...”


“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış Türkiyədə həyata keçirilən həbsləri bütün sivil dünyanın xeyrinə olan hadisə hesab edir. Onun sözlərinə görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul şəxsinin həbsi birbaşa qurumun nə dərəcədə korrupsiyalaşdığının göstəricisidir: “Hamıya bəllidir ki, Azərbaycanın dövlət orqanları, xüsusilə Dövlət Gömrük Komitəsi korrupsiya bataqlığında boğulur. Əgər ortaya siyasi iradə qoyulsa belə, bütün dövlət qurumlarında korrupsiyanın kökünü kəssələr də, Dövlət Gömrük Komitəsində bu mümkün olmayacaq. Bu baxımda Mirməhəmməd Seyidov vəzifəlisi olduğu quruma tam layiq kadr olub. Həmin şəxsin ifadələri bilinəndən sonra Azərbaycanda həbslərin olub-olmayacağını söyləmək olar".

M.Baxış qeyd etdi ki, M.Seyidovun ifadələri əsasında adları Türkiyə istintaqçılarına bəlli olan Azərbaycanın vəzifəli şəxslərinin Türkiyəyə verilməsi Konstitusiyamıza ziddir. Buna baxmayaraq, Türkiyə istintaqçılarının həmin korupsioner məmurları həbs etmək səlahiyyəti qalır:

“Türkiyə həmin şəxsləri 3-cü dövlətin ərazisində həbs edə bilər və ya barələrində İnterpol vasitəsilə axtarış elan edə bilər. Bundan başqa Türkiyə tərəfi həmin məmurlarla bağlı istintaq materiallarını ayırıb araşdırlması və hüquqi qiymət verilməsi üçün Azərbaycana verməlidir. Belə olduqda isə həmin cinayət işini sadəcə batıracaqlar. Çünki Azərbaycanda istintaq aparılarkən əgər bir ucu hansısa vəzifəli məmura gedib çıxarsa, belədə müstəntiqə sadəcə ”dayan!" əmri verilir və iş həmin istiqamətdə araşdırlmır.
Məsələn Mirməhəmməd Seyidov ifadə versə ki, həmin cinayətləri Dövlət Gömrük Komitəsinin rəhbərliyinin razılığı ilə edib, cinayət yolu ilə əldə olunan pulu onlarla bölübsə həmin şəxslər istintaqa cəlb olunmalıdır".

Qeyd edək ki, R.Zərrabın Azərbaycandakı əsas adamı kimi göstərilən deputat Cavanşir Paşazadə dünən “Qafqazinfo”ya açıqlamasında R.Zərrabı tanımadığını bildirib: “Rza Zərrabi sifətdən belə tanımıram. Hardasa qarşıma çıxsa, ümumiyytələ onun kim oldugunu bilə bilmərəm”. Deputat hazırda xaricdə olduğunu və bir neçə gündən sonra ölkəyə qayıdaraq bu məsələ ilə hüquqi müstəvidə məşğul olacağını deyib.
C. Paşazadə bildirib ki, Azərbaycana qayıdan kimi bu məlumatın müəlliflərini və onu yayan medianı məhkəməyə verəcək.

musavat.com
Oxşar xəbərlər
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 09:48
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 09:48
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR