Dövlət içində dövlət...
Oxunub: 4694
19 Dec 2013 | 21:02
Dövlət içində dövlət...

Sayın Ərdoğanın neçə siyasi cəbhədə savaş apardığını indi ən peşəkar təhlilçilər belə söyləmək gücündə deyillər.

Suriyanın üzərində qurulan əməliyyatların uğursuz bir dönəmə daxil olduğu vaxtda, Misirdən səfiri qovularaq Türkiyəni ərəb dünyasından dışlayıb çıxarmaq istəkləri baş qaldırdığı zaman hökumətinin bel sütununu silkələyən siyasi zəlzələyə məruz qalması bir kimsənin daşıyacağı yük deyil.

Uzun müddət rəqibləri və düşmənləri tərəfindən dövlətin yüksək vəzifə sahiblərinin korrupsiyaya bulaşması və çirkli maliyyə dünyasını himayə etmələri barəsində ittihamlar indi doğrulursa, onda Baş Bakanın reputasiyasına vurulan zərbələri aradan qaldırması asan olmayacaq.

Yeni “Susurluq qəzası”ndan çıxmaq üçün 4 və 7 nazirin istefaya göndərilməsi belə Ədalət və İnkişaf Partiyasının nüfuzunu xilas etmir.

Biznez aləmi ilə siyasət dünyasının belə sıx iş birliyi təkcə Türkiyənin başağrısı deyil.

Dərin dövlət ənənələrinə malik olan İtaliyanın sindikatlaşmış idarəçilik sistemi hər beş ildən bir yeni Sprut meydana gətirirsə,onda nədən təəccüblənirik?Hətta hökumətə başçılıqda uzunömürlüyünə görə adı tarixə düşmüş Culio Andriottinin də üzərindən belə suçlamalar onu daim təqib etmiş, sabiq Baş nazir dəfələrlə məhkəmə qarşısında dayanmalı olmuşdu.

İndi siyasət aləmini silkələyən son həbslərin təfərrüatlarını izah etməkdə çoxları aciz qalıb. Əgər Ərdoğanın ilk açıqlaması üzərindən qiymətləndirmələrdə bulunsaq onda düyün nöqtələri nəinki açılmır,əksinə rənglər bir az da qarışır.

Gəzi Parkında hökuməti sınağa çəkən antiTürkiyə dairələri eyni vaxtda başqa ssenari üzərində işləyibsə, belə çıxır ki, bunu yerli seçimlərin astanasında meydana çıxarmaqla hakimiyyətdə şok effekti yaratmağa, onları xalqın mühakiməsinə verməyə çalışıblar.

Az qala dövlət çevrlişi mahiyyətində təqdim olunan olaylara başqa ad vermək mümkün deyil.

Nazir balalarının yardımçılığı ilə baş tutan “qara para” əməliyyatını açmaqla əslində polis rəisləri kimə xidmət edib?

Axı uzun müddətdir ki,qanuni Süleyman qədər ədalətinə dünyanı inandırdığı Ərdoğan personası “şah yaxşıdır,ətrafı pis” tarixi dilemmasından qurtulmaq üçün yaxşı fürsət qazanmayıbmı?

O,özü də buna işarə edərək “babasının oğluna” belə güzəşt etməyəcəyini söyləməklə şəxsiyyətinin hər hansı çirkli pullara bulaşmadığını göstrəməyə çalışır.İndi isə polis müdirləri yuxarı qurumlara məlumat vermədən, guya vəzifə səlahiyyətlərini aşaraq,14 ay gizli dinləmədə bulunaraq Türkiyəyə böyük miqdarda iqtisadi zərbə vuran mafiyanı aşkarlayıbsa,onda nədən həmin adamları vəzifələrindən alıb onları “çirkli əməliyyatda” bulunduqlarını iddia edirlər?

Məgər şəffaf idarəçilk və millətə əfənditək xidmət amalı AK partiya iqtidarının şüarı deyildimi?

Belə hesab edək ki, hökumət içindəki daha güclü alyans-qrupalaşma digərinə tor qurub və nurçularla son dərshanə savaşında öz mövqelərini-əvvəlki xəttə qayıtmaq planını işə salmaq üçün məhz indiki səs küylü əməliyyatın startını verib.Təhslidə dini təmayülün əleyhinə olmayan, hətta hakimiyyəti az qala orta əsr xilafətinə bənzədilən bir Baş nazir üçün Fətulla Gülənin hərəkətə keçərək ona meydan oxuması heç zaman gözlənilməz ola bilməzdi.

Lakin hədsiz sakrallaşdıralan, mason gizli lojasına bənzədilən nurçuluq təlimi əgər bütün zamanlarda həm də siyasi hakimiyyət piramidası olubsa,məktəblər onların sosial dayağına çevrlibsə , onda Mustafa Kamalçı dairələrlə sıx alyansda bu davanı aparmaq daha taktiki olmazdımı?

Gəzidəki toqquşmaların şiddətinin artırmadan,nisbətən yumşaq bir tövr ortaya qoyaraq əvvəlcə təhsli sistemindəki dövlətə paralel kurs yürüdənləri təmizləmək, sonra isə yeni Konstitusiya islahatlarına və açılım planlarına getmək daha məqsədəuyğun olardı.

İrandan gələn 87 milyard dollarlıq mal və pul varlığı uzun müddət Ettelatın və İstiqbaratın hər yerdə olan nəzarət gözlərindən heç bir halda kənar baş verə bilməzdi. Lakin külli miqdarda rüşvət üzündən onlar da susubsa,onda belə çıxır ki, Ərdoğanın parlaq xarizması onun ətrafındakılara dövləti özlərinə çalışdırmaqdan başqa bir şeyə yaramayıb.

Komandasına nəzarət edə bilməməsi, özünün korrupsiyada birbaşa iştirakı ittihamından sərtliyinə görə çox da geri qalmır.

Ərdoğanın kürüyüb atmaq istədiyi adamlar-Daxili İşlər Nazirindən tutmuş ən kiçik məmura qədər hamısı onunla paralel işləyən və sərəncamlarında 90 milyarda yaxın pul olan bir aləmdirsə, belə çıxır ki,əsli həqiqətdə dövləti yönəldənlər onlar olub.

Bütün zəruri strukturlara-kəşfiyyat,bankaçılıq, gömrük, yükdaşıma və rəsmi müqavilə imzalama səlahiyyəti təkcə gizli terror hörgütlərində deyil,nazirlərinin çoxunun satın alındığı bir hakimiyyətdə baş veribsə, onda Türkiyədə yeni iqtidara duyulan ehtiyac bütün əvvəlki dövrlərdən daha çoxdur.

Sayın Ərdoğan ölkəsinin gələcəyindən onu almaq və iqtidarını bitirmək istəyənlərlə yeni mübarizəyə başlayır.

Lakin xalq on illik bir dövrdə Türkiyənin həyatında bu qədər qovğa yaşamadığndan yorulub və xeyli üzgündür.

Tarixdə hələ heç bir rəhbər ölkəsinin simasını və varlğını dəyişən köklü islahatlara gedərək həm də kürsüsünü axır qədər qoruyub saxlamağı bacarmayıb.

Bunun sonuncu nümunəsi xalqına gözünün yağını yedisdirən Saakaşvilinin taleyidir.

Lakin Yaxın Şərqə,İran və Rusiyaya qədər uzanan böyük bir arealda nüfuz dairəsi uğrunda savaş aparan bir ölkənin-Türkiyənin başçısı üçün qeyd olunan şərt daha amansızdır.

İnqilabi islahatlar onun müəllifinin başını hər zaman gilyotina bıçağına gətirir.Təki bu dəfə belə olmasın.

Sıravi vətəndaşına söykənmədən heç bir lider rəqiblərini əzə,Türkiyəni on illərlə geri salan məfkurəni dəyişə,gizli dövlətin varlığına son qoya bilməz.AK partiyanın başçısı indi keçiddə atları dəyişmək məcburiyyətindədir.

Hərbçilərdən, dövlət çevrilinə cəhd edənlərdən, kamalçılardan,
cümhuriyyətçilərdən, hizmətçilərdən, indi isə çirkli maliyyə dövriyyəçilərindən ibarət böyük bir ordu ilə-siaysi düşmənləri ilə vuruşmaq üçün onun çox az zamanı qalıb.

Lakin bir həqiqətən inkarolunmazdır:Ərdoğan milli bir liderdir və onun məğlubiyyəti şəxsi acısından daha çox Türkiyənin həqiqi yolsuzluğu olacaq.

Hesaba “Ərdoğansız Türkiyə” deyil, “Türkiyəsiz Ərdoğan” qoyula bilər.

Azərbaycan insanı türkün hüzur içində və əmin əllərdə olmasınından yanadır.

İstanbulda siyasi küləklər bizlərə də fırtına kimi gəlib çatır.Rusiyanın və İranın qonşusu olan Azərbaycana..

Türkə aydın səma arzusu ilə!

Zahid Oruc,

Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı