Türkiyədəki mənbələrimizdən Moderator.az-a veilən xəbərə görə dekabrın 17-də Kürdüstan bolgəsinin Baş Naziri Neçirvan Barzani Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdogan tərəfindən Türkiyəyə rəsmi dəvət olunub.Türkiyənin baş naziri Ərdogan tərəfindən Konya şəhərində hörmətlə qarşılanan Kürdüstan bolgəsinin baş naziri Bakı vaxtı ilə 16.30-da “Dədəman" mehmanxanasında türk həmkarı ilə rəsmi gorüş keçiriblər.
Görüşün başlıca predmeti Kürdüstan bölgəsindən boru ilə Türkiyəyə nəql ediləcək neft haqqında müzakirə və Kürdüstan Bölgəsi ilə Türkiyə arasında daha geniş iqtisadi-siyasi əlaqələrin yaradılması məsələsı müzakirə olunub.
Görüşdə İraq parlamentinin sədri Usamə Əi-Nəcəfi, Livanın Baş Naziri Nəcib Miqdati və bir sıra hökümət rəsmiləri də iştirak edib.
Gorüşdən sonra qonaqlar Mövlana Celaleddin Ruminin xatirəsinə hazırlanmış mərasimdə iştirak ediblər.