Sərdar Cəlaloğludan duel çağırışına bənzər açıqlama
Siyasət
Oxunub: 5415
16 Dec 2013 | 10:23
Sərdar Cəlaloğludan duel çağırışına bənzər açıqlama

Bugünlərdə Azərbaycan Daxili Qoşunlarının sabiq komandanı Fəhmin Hacıyev “Yeni Müsavat” qəzetinə açıqlamasında müxalif düşərgədəki bəzi insanların, eləcə də ADP sədri Sərdar Cəlaloğlunun ünvanına bəzi ittihamlar səsləndirib. Öz açıqlamasında S.Cəlaloğlunun sərgilədiyi mövqeyin müxalifətçiliklə bir araya sığmadığını bildirən F.Hacıyev, ADP sədrini İlham Əliyevdən daha çox Müsavat Partiyasını ittiham etməkdə təqsirləndirib: “Sərdar Cəlaloğlu deyir müxalifətəm, ancaq onun son iki ildə ən çox vurduğu partiya Müsavat Partiyasıdır. Əgər Sərdar bəy müxalifəti tənqid etdiyi qədər İlham Əliyevi də tənqid etsəydi, mən ona bəraət qazandırardım. Bu tip problemlər bu şəxslərlə bağlı xalqda qeyri-ciddilik təsəvvürü formalaşdırır”.

Moderator.az "Hürriyyət" qəzetinə istinadən bildirir ki, ADP sədri Sərdar Cəlaloğlu isə bu ittihamların heç birini qəbul etməyib. Partiya sədrinin sözlərinə görə, o, bu vaxta qədər müxalif partiyaların idarəedilməsi, strukturu və ya lideri haqqında deyil, onların qəbul etdiyi yanlış qərarlarla bağlı açıqlama verib.

 

“Müsavatçılar İsa Qəmbəri dəyişmək istəyəndə buna mən qarşı çıxdım”

 

Partiya sədrinin bildirdiyinə görə, bir müddət bundan öncə İsa Qəmbəri başqa bir liderlə əvəzləmək məsələsi gündəmə gələndə, məhz o, Müsavat başqanını müdafiə edib: “Mən heç vaxt Müsavat partiyasını tənqid etməmişəm. Nə onun ideologiyası, nə strukturu, nə idarəetməsi, nə də lideri ilə bağlı tənqidi fikir səsləndirməmişəm. Deməmişəm ki, Müsavatın lideri pisdir. Əksinə, Müsavatın bəzi üzvləri İ.Qəmbəri dəyişmək istəyəndə buna qarşı çıxmışam və bildirmişəm ki, belə bir dəyişiklik Müsavat üçün ağır nəticələrə səbəb ola bilər. Mənim tənqidim Müsavat Partiyasının qəbul etdiyi ayrı-ayrı qərarlarla bağlı olub. Bu tələblərin gündəmə cavab verməməsi və s. ilə əlaqədar olub. Bunu isə Azərbaycanda baş verən hadisələrin gedişi və nəticəsi göstərir. Bunun günahı məndə deyil. Bunun günahı məndə deyil ki, Müsavat Milli Şuranın yaranmasında aktiv iştirak etdi. Sonda isə Milli Şuyra ilə münasibətləri bu həddə gəlib çatdı”.

 

“Müsavat və AXCP-nin müttəfiqliyi saxtadır”

 

S.Cəlaloğlu AXCP və  Müsavat arasındakı müttəfiqlik əlaqələrinin də formal mahiyyət daşıdığını və heç bir səmimiyyətə söykənmədiyini qeyd etdi. Partiya sədrinin fikrincə, iki partiya yetkililərinin son görüşü də bunu təsdiq edir: “Baxın, Müsavat və AXCP partiyaları arasında 4 ildir ki, əməkdaşlıq var. Onlar öncə İctimai Palatada, daha sonra isə Milli Şurada guya müttəfiq olublar. İki partiyanın rəhbərliyi arasında keçirilən son görüş mənim bugünə qədər səsləndirdiyim tənqidlərin təsdiqi baxımından da əhəmiyyətlidir. Bu göstərdi ki, Müsavat və AXCP bir ölkənin iki müxalif partiyasından daha çox müxtəlif ölkələri təmsil edən siyasi qüvvələrə bənzəyir. Tərəflər arasındakı son görüşdə həm İctimai Palata, həm də Milli Şura ilə bağlı çox ciddi fikir ayrılığı meydana çıxdı. Partiyalar bir-birlərinə fərqli şeylər təklif ediblər. Onların bir-birinə etdikləri təkliflər əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu görüş sübut etdi ki, AXCP və Müsavat bir-biri ilə tanış olmayan iki fərqli siyasi qüvvədir. Belə müttəfiqlik olmaz. Bu ağla sığan deyil ki, 4 il müttəfiqlik münasibətləri qurasan və axırda da bəlli olsun ki, cəmiyyətə müttəfiq kimi təqdim edilən qüvvələrin hətta bir məsələ ilə bağlı da oxşar fikri yoxdur. Mən belə müttəfiqliyi tənqid edirəm. Müsavat Partiyasının tənqidini bu aspektdən irəli sürürük. Biz bu qüvvələrin yaxınlaşmasının əleyhinə deyilik”.

 

“Səhvim varsa, əsaslandırın”

 

S.Cəlaloğlu onun səsləndirdiyi tənqidi fikirlərin mövcud reallıq və elmi əsaslara söykəndiyini qeyd etdi. Partiya sədrinin sözlərinə görə, onun tənqidi açıqlamaları ilə bağlı narazı olan qüvvələr bu açıqlamanı qəbul etmirlərsə, o zaman bu fikirlərin həqiqətən də qəbuledilməz olduğunu elmi-fəlsəfi qaydada sübut etməlidirlər: “Mən səsləndirdiyim tənqidi fikirlərdən narazı olan bütün qüvvələrə elan edirəm ki, mən sadəcə siyasdətçi deyiləm. Mənim ağzımdan çıxan hər bir söz həm fə elmi-fəlsəfi fikirdir. Mənim apardığım siyasət elmi-fəlsəfi siyasətdir. Mən hər bir fikrimi 50-100 nəzəriyyə, 50-100 fəlsəfi təlimlə sübut edə bilərəm. Mən bir çoxları kimi hadisələrə şəxsi mülahizə və maraqlardan münasibət bildirmirəm. Buna görə də mənim səsləndirdiyim tənqidlərə Fəhmin Hacıyev kimi adamlar cavab verə bilməz. Qoy barəsində tənqidi fikir səsləndirdiyim partiyaların alimləri, siyasət elmini bilənlər cavab versinlər. Qoy onlar əsaslandırsınlar və desinlər ki, S.Cəlaloğlunun bu fikri filan nəzəriyyə və ya fəlsəfi təlimə görə əsassızdır”.

 

“Verdiyim heç bir proqnoz yanlış çıxmayıb”

 

Partiya sədrinin qənaətincə, onun bu günə qədər səsləndirdiyi bütün açıqlamalar xalqın və dövlətin maraqlarına hesablanıb və bu vaxta qədər verdiyin hər hansı bir proqnoz yanlış çıxmayıb: “Azərbaycan jurnalistlərinin böyük əksəriyyətinə məlumdur ki, mənim bugünə qədər verdiyim heç bir proqnoz yanlış çıxmayıb. Mənim təhlillərimin heç biri empirik təhlillər yox, elmi təhlillərdir. Əgər barəsində tənqidi fikir səsləndirdiyim insanlar həqiqətən də öz xeyirlərini istəyirlərsə, mənim tənqidlərimi nəzərə alsınlar. Mənim Müsavat, AXCP, hətta YAP-la bağlı səsləndirdiyim tənqidi fikirlərdə belə elmi prinsipləri nəzərə alıram. Mən bu tənqidləri hər kəsin, həmin partiyaların özünün və eləcə də dövlətin və xalqın maraqlarını nəzərə alaraq səsləndirirəm”.

 

“Mənim mübarizəm hər kəsdən daha sərt olub”

 

S.Cəlaloğlunun sözlərinə görə, vaxtiylə o, hakimiyyətin siyasətinə qarşı müxalif qüvvələrin hamısından daha sərt şəkildə mübarizə aparıb və onun sonralar öz mübarizə üsulunu dəyişməsinə səbəb də aparılan radikal mübarizənin lazımi effekt verməməsi olub: “Mənim İlham Əliyevin hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirmədiyimlə bağlı söylənilən fikirlər də həqiqətə uyğun deyil. Xalq Cəbhəsinin bəzi nümayəndələri Heydər Əliyev hələ Naxçıvanda olarkən ora gedir, H.Əliyevlə görüşə can atır, Əbülfəz Elçibəyə qarşı danışıqlarda iştirak edirdilər. H.Əliyev hakimiyyətə gələndən sonra da bu cür danışıqlar olub. Mən həmin vaxt H.Əliyevlə bağlı mövqeyimi açıq şəkildə ortaya qoymuşam. Ümumiyyətlə, 1996-cı ildən 2005-ci ilə qədər hakimiyyətə qarşı son dərəcə sərt mübarizə aparmışam. Həmin vaxt mənim apardığım mübarizə müxalifətin indiki mübarizəsindən daha radikal idi. Lakin bu müddət ərzində apardığım mübarizənin nəticəsini, xalqın və dövlətin mövcud durumunu nəzərə alaraq öz siyasətimdə dəyişiklik etməyin vacib olduğu qənaətinə gəlmişəm. Bu səbəbdən də öz siyasətimdə korrektələr etmişəm. Lakin görünən budur ki, insanların çoxu hələ də bunu dərk etməkdə çətinlik çəkir”.

 

“Mən hakimiyyətə müxalifəm, amma düşmən deyiləm”

 

Partiya sədri mövcud hakimiyyətin siyasətinə müxalif olduğunu, lakin onun müsbət addımları təqdir etdiyini və bundan sonra da təqdir edəcəyini vurğuladı: “F.Hacıyev iddia edir ki, guya mən İlham Əliyevi tənqid etmişəm. Mən F.Hacıyevə təklif edirəm ki, həftənin hər birinci günü ADP-nin verdiyi bəyanatlara baxsın. Baxın görsün elə bir həftə olubdurmu ki, biz hakimiyyətin hər hansı yanlış addımı ilə bağlı tənqidi bəyanat səsləndirməyək? Həftənin hər üçüncü günü “Qaraba𔝠blokunda Ümid və ADP birlikdə ictimai-siyasi hadisələrlə bağlı bəyanat verir. Əgər İ.Əliyev xalqın və dövlətin marağına uyğun addım atırsa, bunu tənqid edə bilmərəm. Mən xalqıma düşmən deyiləm ki, onun maraqlarına xidmət edən addımları tənqid edim. Mən müxalifətəm. Lakin bəziləri düşmənçiliklə müxalifətçiliyi səhv salır. Düşmənçilik odur ki, qarşı tərəfin yaxşını da, pisini də qəbul etmirsən. Müxalifət isə odur ki, iqtidarın yaxşını qəbul edir, amma pisini qəbul etmir. Mən düşmənçilik etmək niyyətində deyiləm”.

 

“Fəhmin Hacıyevin zəkası fikirlərimə qiymət vermək üçün yetərli deyil”

 

Partiya sədri Fəhmin Hacıyev və məlum kateqoriyalı insanların zəkasının onun fikirlərini araşdırmaq, lazımi səviyyədə tədqiq etməsi üçün yetərli olmadığını qeyd etdi. Habelə, S.Cəlaloğlu müxalif partiya liderlərinin də onun barəsində fikir səsləndirməkdən ehtiyat etdiyini və digər funksionerlərin vasitəsi ilə onun bostanına daş atdığına diqqət çəkdi: “F.Hacıyevin zəkası mən və mənim səviyyəmdə olan insanların fikirlərini qiymət verməyə yetməz. Bu, mümkün deyil. Bəzi liderlər yaxşı bilir ki, onlar mənimlə tərəziyə girə bilməz. Buna göə də heç vaxt görə bilməzsiniz ki, onlar özləri mənim haqqımda hansısa fikir bildirsinlər. Onlar barəmdəki fikirləri üçüncü, dördüncü şəxslər vasitəsi ilə bildirirlər. Çünki onların deməyə sözü yoxdur”.

 

Seymur Əliyev

 

 


Oxşar xəbərlər
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”