"Paşinyanın Azərbaycan və Türkiyəyə münasibətinin çox da dəyişəcəyi qənaətində deyiləm”
Oxunub: 2043
22 Jun 2021 | 09:13

Ermənistandakı növbədənkənar parlament seçkilərinin qalibi  baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyası oldu. Bu, artıq Paşinyanın ikinci qələbəsidir. 2018-ci ilin payızında da onun başçılıq etdiyi “Mənim addımım” seçkini udaraq hökuməti formalaşdırmışdı.  

Ermənistan Milli Seçki Komissiyası tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, “Vətəndaş razılaşması” partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq. Qeyd edək ki, Ermənistanda artıq səslərin hesablanması başa çatıb. “Vətəndaş razılaşması” 53,92 faiz səs toplayaraq liderliyini qoruyub. “MSK tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, ”Vətəndaş razılaşması" partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq (105 deputatdan ən azı 71 nəfər ) və mənim rəhbərliyim altında hökumət quracaq" - N.Paşinyan özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, 105 mandatdan azı 71-nə sahib olacaqlar. Bundan başqa, o bildirib ki, ölkə “Vətəndaş razılaşması” partiyası tərəfindən təkbaşına yönəldiləcək. Yeni hökumətə isə o özü başçılıq edəcək.

Armenian leader's party wins snap vote despite defeat in war

20 iyunda Ermənistanda keçirilən erkən parlament seçkilərində 25 siyasi qüvvə: 21 partiya və 4 blok iştirak edib. Səsvermə hüququ olan 2 milyon 578 min vətəndaşdan 1 281 174 və ya 44,4 % səsvermədə iştirak edib. Seçici fəallığı 49,4% olub.

MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib. “Şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb. “Parlaq Ermənistan” 1,22% (15 557 seçici), Erməni Milli Konqresi 1,54% (19 647 seçici) səs toplayıb. Beləliklə, erməni xalqı müharibə partiyasına “yox” deyərək, bölgədə əməkdaşlığa maraqlı olduğunu bəyan edən Paşinyanın partiyasını seçdi...

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku növbədənkənar seçkilərin nəticələrini tanımadıqlarını bəyan edib. Bəyanatda deyilir ki, “Hayastan” parlament seçkilərinin nəticələrini tanımağa hələ ki hazırlaşmır. Blok hesab edir ki, səsvermənin nəticələri mübahisəlidir və etimad yaratmır. Bu nəticələr ölkədə son 8 ayda baş vermiş proseslərlə ziddiyyət təşkil edir. “Hayastan” bloku səsvermədəki qanun pozuntularını ciddi şəkildə öyrənəcək. Bütün bu məsələlər cavabını tapmayınca səsvermənin nəticələrini tanımayacaq.

Ermənistandakı seçkilərin nəticələrinə münasibət birmənalı deyil. Paşinyanı “türk” adlandıran kəsim nəticələri aqressiv qarşılayıb. “Əsrlərdir rus dili hökm sürürdü, indi türk dili olacaq. Sup və borş yeməyə öyrəşmişdiniz, indi isə simit və balıq-əkmək yeyəcəksiniz”. Bu fikirləri erməni politoloq Aşot Safaryan seçkinin nəticələrini şərh edərkən səsləndirib:

“Bilirsiz, mənim indi nədənsə əsrlər boyu müdrik və qanlı təcrübəyə malik olan xalqıma yazığım gəlmir. Qoy belə kor və dəli qeyrəti ilə barışsın və nəhayət, öz əkdiyini biçməyə hazırlaşsın” - deyə Safaryan vurğulayıb. (Demokrat.az)

Ancaq fakt budur ki, ermənilərin böyük əksəriyyəti 44 günlük savaşda məğlub olan ölkənin rəhbərini yenidən dəstəklədi. Seçkidə Paşinyanın partiyasının qalib gəlməsi həm də Ermənistan cəmiyyətinin müharibəyə həvəsli olmamasının göstəricisidir. Demək, müharibə və qisas, revanş istəyən qüvvələrin iqtidara gəlmək şansları olmadı. Axı erməni xalqı R.Köçəryanın 2008-ci il 1 mart cinayətlərini də unutmayıb. Elə son illərdə məhkəmə dəhlizlərində sürünərkən də Köçəryanın ciddi şəkildə müdafiə olunmasını görməmişdik. Sadəcə, onun Kremldə dayaqlarının olması haqda fikirlər, həmçinin rusmeyilli seçicilərin səsi müəyyən qədər dəstək qazanmasına gətirib çıxartdı.

Nikol Pashinyan Win The June 20 Elections With Old Team

Heç şübhəsiz, Azərbaycan Ermənistandakı bundan sonrakı prosesləri də diqqətlə izləyəcək. Bu ölkədəki revanşistlər seçki məntəqələrində növbəti zərbəni aldılar. Ancaq suallardan biri budur: seçkiləri qazanaraq təkbaşına hökumət qurmaq şansı qazanan Paşinyan Azərbaycanla sülh bağlaya biləcəkmi, bu istiqamətdə qətiyyətli olacaqmı, yoxsa revanşistlərin təhdidini bəhan edib yenə də prosesləri uzatmağa çalışacaq? 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmalarına əməl edilməsi gecikir və bunu Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramov da Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşdən sonra keçirilən brifinqdə deyib. Xarici işlər naziri Muxtar Tleuberdini mina təhlükəsi haqda da məlumatlandırdığını vurğulayıb: “10 noyabr 2020-ci il üçtərəfli bəyanatı imzalanandan sonrakı dövrdə 28 nəfər minaya düşərək həyatını itirib, 120-dən artıq insan yaralanıb. Ermənistanın mina xəritələrini təqdim etməməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistan bir müddət əvvəl beynəlxalq vasitəçilərin iştirakı ilə Ağdam üzrə mina xəritələrini təqdim edib. Təkcə bir rayonda minaların sayı 97 mindir. Bu, mina təhlükəsinin hansı səviyyədə olduğunu göstərir”. C. Bayramov xatırladıb ki, 11 yanvar 2021-ci ildə yeni üçtərəfli bəyanat imzalanıb: “Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bu bəyanat kommunikasiya əlaqələrinin, iqtisadi münasibətlərin bərpası ilə bağlıdır. Bu razılaşmanın həyata keçməməsinə həm də Ermənistandakı dərin siyasi böhran təsir edib”.

Azərbaycan vaxtaşırı Ermənistana xəbərdarlıqlar edir və öhdəliklərin əməl edilməsini istəyir. Əvvəlki aylarda N.Paşinyan hakimiyyətinin kövrək olmasını və seçkiöncəsi gərginliyi əsas gətirirdisə, bundan sonra bu bəhanələrə də yer olmayacaq. O zaman növbəti sual yaranır: bundan sonra Qarabağın sülhməramlıların təsir zonasında olan əraziləri - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər şəhər və qəsəbələr Azərbaycana qaytarılacaqmı? Bir sözlə, Ermənistan 10 noyabr məğlubiyyətini etiraf edib, bunu sənədlə rəsmiləşdirəcəkmi?

Arzu Nağıyev: Heç bir vəzifəli şəxs qanunun tələblərinə hörmətsiz yanaşa  bilməz

 Arzu Nağıyev

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı fikirlər söylədi: “Üç il bundan əvvəl Paşinyan hakimiyyətə gələndə ermənilər belə düşünürdülər ki, xalq inqilabı üzərindən gələn bir baş nazir demokratiyanı gücləndirəcək, korrupsiya ilə mübarizəni artıracaq və əsası da Rusiyadan asılılığı azaldacaq. Təbii ki, hazırkı seçkilərdə bu məsələlər yox idi və seçici iki pisdən birini seçmək ümidi ilə səs verirdi. Paşinyanın rəqibləri də 1991-ci ildən başlayaraq, ölkəni talan etmiş, cinayətlərə sürükləmiş sabiqlər idi. Təbii ki, siyasi krizis 44 günlük müharibədə biabırçı məğlubiyyətlə də bağlıdır. Ordunun özü haqqında yaratdığı mifi Azərbaycan darmadağın etdi, öz tarixi torpaqlarını qaytardı. 10 noyabr sazişindən sonra Paşinyana qarşı daxili təzyiqlər daha da artdı, lakin çıxış kimi heç bir variant təklif edilmədi. Bəli, xalq hərəkatı yaratmağa çalışdılar, lakin bu da bir effekt vermədi, çünki iqtisadi-hərbi tənəzzül, dağılmış iqtisadiyyat xalqa səfalət gətirdi. Sərkisyan Vanetsyanı ortaya çıxardı, Köçəryan millətçi radikallarla koalisiya yaratdı və siyasi şüar kimi revanş və ölkəni, Qarabağı azad etmək ideyasını ortaya atdı. Bu ideyanı öz oğullarını, yaxınlarını müharibədə itirmiş erməni vətəndaşı təbii ki, dəstəkləmədi. Nə qədər çalışsalar da, Paşinyanı satqın və təslimçi kimi qabarda bilməyən sabiqlər özləri məğlub oldular. Çünki özlərinin konkret təklifləri yox idi. Torpaqları qaytaracaqları ilə bağlı sərsəm açıqlamalar sonda siyasi və diplomatik yollara dirəndi. Yəni xalq yeni müharibəni istəmir, çünki həll olunmayan daha vacib məsələlər var”.

A.Nağıyevin fikrincə, Paşinyan hakimiyyəti sərhədlərin delimitasiya və demarkasiyası məsələlərini davam etdirəcək: “Həmçinin o, mina xəritələri ilə bağlı məsələlərə aydınlıq gətirməlidir. Zəngəzur dəhlizinin açılması məsələsi artıq tək Paşinyandan asılı deyil. Yəni Paşinyan revanşdan danışsa da, onu istəmir və sülhə daha çox üstünlük verir. Əsas bir məsələ də Rusiyadan asılılıq məsələsidir. Bu məsələ də qalmaqdadır, çünki kimin seçilməyindən asılı olmayaraq, tam müstəqil Ermənistan məsələsi artıq bitib və yoxdur. Ermənistan həm də dərk etməlidir ki, 2025-ci ildə mandatı bitə biləcək və birtərəfli şəkildə Azərbaycan tərəfindən veto hüququ ilə çıxarıla biləcək sülhməramlılar ərazidən gedə bilər və onda Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər şəhər və qəsəbələrin təhlükəsizliyinin zəmanətini Azərbaycandan başqa heç kim verə bilməz, bunu tək ermənilər deyil, onların havadarları da başa düşməlidirlər. Məhz buna görə də bu seçkilərə gedən seçicilər optimist yox, pessimist idilər və yuxarıda qeyd edildiyi kimi, iki pisdən azını seçdilər”.

O, Azərbaycanın deyil, Ermənistanın təmsilçisi kimi çıxış edir!"-Qafar  Çaxmaqlıdan sərt reaksiya! » Xeberfakt.az

Qafar Çaxmaqlı

Politoloq Qafar Çaxmaqlı isə qəzetimizə bildirdi ki, nəticələr gözlənilməz deyil: “Seçkilər başa çatdı və gözlənilən nəticə alındı. Qarabağ klanının məğlubiyyəti Ermənistanda Paşinyan tərəfindən əvvəlki siyasətin davam edəcəyini göstərir. Paşinyanın qələbəsi ölkədə yeni bir xaosun yaşanacağını da özü ilə gətirəcəkdir. Şübhəsiz, Köçəryan və onun kimi düşünənlər bu məğlubiyyətlə barışmayacaqlar və parlamentdə və meydanlarda Paşinyanı devirmək cəhdləri olacaq. Ən önəmlisi Paşinyanın kiminlə koalisiyaya gedəcəyidir. Qarabağ klanını istisna etsək, indi Ermənistan siyasətində önə çıxan elə bir qüvvə yoxdur. Ter-Petrosyanın Ermənistan Milli Konqresi yetərli səs toplaya bilməsə də, Paşinyanın yeni kabinədə birinci prezidentə jest edəcəyi mümkündür”.

Q.Çaxmaqlı qeyd etdi ki, indi Paşinyana gələcək planları həyata keçirmək üçün ciddi dəstək lazımdır: “Qarşıda Paşinyanın önəmli qərarlar alması üçün belə dəstəyə ehtiyacı var. Paşinyan bir an öncə Qarabağ məsələsindən qurtulmağa çalışacaq. Ter-Petrosyan da son müsahibələrindən birində ifadə etmişdi ki, beynəlxalq hüquqa görə Dağlıq Qarabağın tamamı Azərbaycan ərazisidir və yeni hakimiyyətin bununla hesablaşmaqdan başqa çarəsi yoxdur. O zaman artıq böyük sülh sazişindən bəhs etmək olar. İkinci tərəfdən, bölgədə sülhün olması üçün Rusiya və Türkiyənin rolunu da unutmaq olmaz. Rusiya buna maraqlıdır, təbii ki, Türkiyə də təklif etdiyi 6-lı əməkdaşlıq platformasını həyata keçirmək imkanlarını əldə etmiş sayıla bilər. Ermənistan 10 noyabr razılaşmasına sadiqliyini indi göstərmək imkanı əldə edib və sülh sazişi yolunda addımlar atmaq məcburiyyətindədir. Paşinyanın qələbəsi ilə Ermənistan dövlətinin siyasətində Azərbaycan və Türkiyəyə münasibətin çox da dəyişəcəyi qənaətində deyiləm”.

Ermənistandakı seçkilərin nəticələrinə Rusiyanın hansı reaksiya verəcəyi çoxlarını düşündürdü. Hər halda, söhbət “Sorosun uşağı”ndan və özünü “Putinin dostu” kimi cəmiyyətə sırımağa çalışan qatil Köçəryanın mübarizəsindən gedirdi. Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistandakı parlament seçkilərinin nəticələrinə münasibət bildirib. Rusiya KİV-i xəbər verir ki, Kalaşnikov Köçəryanla müqayisədə Paşinyanın qələbəsinin daha çox arzulanan olduğunu söyləyib. “Paşinyanın parlament seçkilərində qələbəsi Ermənistanla münasibətlərimizə çox az təsir göstərəcək. Çünki bu münasibətlər sınaqdan çıxıb və Dağlıq Qarabağa dair üçtərəfli razılaşma ilə möhkəmlənib. Köçəryan bizim köhnə dostumuz olsa da, onun blokunun parlamentdə əksər kürsülərə yiyələnməsi əlavə hərəkətlilik yarada bilərdi” - deyə deputat faktiki olaraq Paşinyanın qələbəsinin Moskva üçün daha məqbul olduğunu etiraf edib. Son məlumata görə, Kreml inamlı qələbə qazandığına görə Ermənistan xalqını (!) təbrik edib.

Gözləyək, görək Rusiya harayadək məmnun olacaq?...

Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər