AVP-nin mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, Ümumilli Lider Heydər Əliyevin anım günündə Ana Vətən
Partiyasının Gənclər Təşkilatı Bakı Kompüter Kollecində Ulu Öndər Heydər Əliyevə
həsr olunmuş tədbir keçirmişdir.
İlk
olaraq çıxış edən AVP Gənclər Təşkilatının sədri Tural Məmmədov çıxışında ulu
öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq bu ideoloji xəttin bundan
sonra da xalqımıza xidmət edəcəyini bildirdi. Eyni
zamanda Heydər Əliyevin tarixi xidmətlərini gənclərin diqqətinə çatdırdı. Sədr
həmçinin dövlətin gənclər siyasətindən söz açaraq qazanılmış uğurlardan, tarixi
şəxsiyyətlərimizin gələcək nəsillərə öyrədilməsinin vacibliyindən danışdı.
Çıxışının sonunda natiq bundan sonra da gənclik olaraq Heydər Əliyev
ideologiyasının ətrafında daha da sıx birləşməyin vacibliyini qeyd etdi.
Bundan
sonra çıxış edən AVP Gənclər Təşkilatının siyasi məsələlər üzrə sədr müavini
Mikayıl İbrahimov Ulu Öndər Heydər Əliyev ideyalarının cəmiyyətimizdəki
rolundan geniş şəkildə danışaraq bu yolun əvəzsiz olduğunu qeyd etdi və gəncliyi
cənab prezidentimiz İlham Əliyevin ətrafında daima sıx birliyə çağırdı.
Tədbir kollec rəhbərliyi
və tələbələrin çıxışları ilə başa çatdı.