Moderator.az xəbər verir ki, bir neçə gün öncə İranın Xarici İşlər Naziri Cəvad Zərif yerli mətbuata sensasion açıqlamalar vermişdi. Açıqlamada ən çox diqqəti çəkən məqam onun İran ordusunun gücü haqqında bildirdiyi fikirlərdir.
Fars agentliyinin bildirdiyinə görə, Cəvad Zərif İran ordusunun o qədər də güclü olmadığını, ABŞ-ın atacağı bir neçə raketdən sonra ölkənin Havadan Müdafiə Qüvvəsinin tamamilə sıradan çıxa biləcəyini demişdi. Baxmayaraq ki, nazir daha sonra dediklərini təkzib etmiş, fikirlərinin konteksdən çıxarılaraq təqdim olunduğunu bildirmişdi, amma onun bu açıqlaması İranda ciddi müzakirələrə yol açmışdı.
Xarici İşlər nazirinin bu sözlərinə nəhayət İnqilab Mühafizlərindən də sərt cavab gəldi. Məlumata görə, İran İnqilab Mühafizlərinin komandanı Məhəmməd Cəfər Xarici İşlər nazirinin yaxşı diplomat olsa da əsgəri məsələlərdən başı çıxmadığını bildirib.
Cəfəri həmçinin rəhbərlik etdiyi qurumun siyasətə çox qarışması barədə ittihamlara da münasibətini açıqlayıb. O, İnqilab Mühafizlərinin ən başlıca vəzifəsini xatırladaraq deyib: “İnqilaba qarşı hər hansı təhdidə qarşı səssiz qalmayacağıq".