“Onun sonuncu fotosunu Zuğulbada mən çəkmişəm” - Elçin
Oxunub: 1121
04 Jun 2021 | 11:20
“Onun sonuncu fotosunu Zuğulbada mən çəkmişəm” - Elçin
Əşyaların da sanki insanlar kimi taleyi var: Əksəri hansısa anın, bir dolu zamanın xatirələri ilə bağlıdır.
 
“Qafqazinfo”nun “Əşyaların taleyi” adlı layihəsinin budəfəki qonağı Xalq yazıçısı Elçindir.
 
Elçin müəllimlə onun üçün dəyərə, əhəmiyyətə sahib, yaşadığı ömrün ifadələrindən sayıla biləcək bəzi əşyalardan danışdıq...
 
– Sizin üçün əşyaların dəyəri, önəmi, əzizliyi nədən asılıdır?
 
– Məktubları, əlyazmaları “əşya” adlandırmaq bilmirəm nə dərəcədə doğrudur. Onları “əşya” adlandırmaq – ünsiyyətə “əşya” demək kimi bir şeydir. İlyas Əfəndiyevin arxiv toplamaqla arası yox idi. Onun əlyazmalarının bir hissəsi Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivindədir, bir qismi də məndədir. O, öz kitablarını belə saxlamırdı, amma məndə əksinədir, uşaqlıqdan bəri yazdıqlarım da qalır. Amma təəssüf ki, arxivim çox səliqəsizdir. Kitabxanam da o gündədir. Həm bağ evimdə, həm şəhərdəki mənzilimdə böyük bir kitabxana var. Bəzən bilirəm ki, hansısa kitab məndə var, amma onu axtarıb tapa bilmirəm, zəng vurub xahiş edirəm, Axundov adına kitabxanadan mənə həmin nəşri tapıb yollayırlar. Uzun sözün qısası, bu pandemiya dövründə istədim ki, arxivimi, kitablarımı bir az qaydaya salım. Bu zaman çoxlu maraqlı avtoqraflı kitablar, məktublar, özümün yazıb unutduqlarım, sənədlər çıxdı. Və onları tapdıqca da, xatirələr canlandı, yenə arxivi qaydaya salmaq qaldı bir kənarda, esselər, başqa yazılar yazdım: Mir Cəlal, Əli Vəliyev, Mirvarid Dilbazi, Abbas Zamanov, Tofiq Kazımov haqqında, Şuşa barədə esselər və s.
 
Misal üçün, Abbas Zamanov bir çox kitabını səmimi avtoqraflarla mənə bağışlayıb. Onunla elə məhrəmanə münasibətimiz vardı ki, hələ qızlarım balaca olanda onlara da məktub yazırdı, təbriklər göndərirdi. Bütün bu cür məktublar, avtoqraflar, o xatirələr bu gün də adamı alıb aparır. Vaxtilə qızım Günay mənə ithaf olunmuş şeirlərdən ibarət “Nədir ömrün mənası?” adlı kitab tərtib etmişdi. Amma son dövrlərdə avtoqraflara baxarkən gördüm ki, mənə başqa şeirlər də həsr edilib, özü də avtoqraflar şəklində. Məsələn, Qabil, Bəxtiyar Vahabzadə, Mədinə Gülgün, Əliağa Kürçaylı, Hikmət Ziya, Rəfiq Zəka və başqaları. Onların şeirləri mənə həsr edilən həmin kitaba salınmayıb, amma onların da hər biri mənim üçün əzizdir. 11 yaşım tamam olanda Mehdi Hüseyn mənə avtoqrafla kitab bağışlayıb və bu mənə bağışlanan ilk avtoqraflı nəşrdir.
 
 
Sonralar atama bağışladığı kitablara da avtoqrafı ikimizin adına yazırdı. Süleyman Rəhimov, Mir Cəlal, Əli Vəliyev, Mirzə İbrahimov, Əbülhəsən və bir çox başqa nasirlərin, Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfilbəyli, Mirvarid Dilbazi, Mir Mehdi Seyidzadə və yenə də bir çox başqa şairlərin, Qulam Məmmədli, Əziz Şərif, Əbülqasım Hüseynzadə, Əli Səbri, Mikayıl Rzaquluzadə və o dövrün başqa qocaman ədiblərinin mənə verdiyi avtoqraflar özlüyündə bir tarixdir.
 
Qəribədir ki, mən gənclik illərində də yaşlı nəslin nümayəndələri ilə dostluq edirdim. Əziz Şərif, Qulam Məmmədli, Abbas Zamanov, Əbülqasım Hüseynzadə, unudulmaz Məmməd Cəfər müəllim və başqaları ilə. Qulam Məmmədli dünyadan köçəndə bir yazı yazmışdım. Vaxtilə mən Tunisdə Karfogen xarabalıqlarını gəzmişdim. Orada nəhəng gövdəli bir zeytun ağacını gümüş çərçivəyə almışdılar. Tunis dövləti onu milli sərvət elan etmişdi. O, ağacın 2700 ildən çox yaşı vardı. Həmin ağac böyük bir tarixin şahidi idi və mənə çox təsir etmişdi ki, həmin üç min illik ağac təptəzə bəhrələr verir. Qulam Məmmədli rəhmətə gedəndə yazdığım o yazıda onu həmin ağacla müqayisə etmişdim. Çünki Qulam müəllim doxsan yaşlarında da salnamələr üzə çıxarırdı, yazıb-yaradırdı. Özünün xahişi ilə Nəriman Nərimanov haqqındakı salnaməsinin redaktoru oldum, ön söz də yazdım. Yaxud Əbülqasım kişi mənə bağışladığı avtoqraflarda “gənc dostum Elçinə” yazırdı və bütün bunlara baxıram, onlar mənə çox canlı, az qala diri varlıq təsiri bağışlayır, məni o unudulmaz və gözəl illərə aparır.
 
– Qızlarınız cəmiyyət tərəfindən tanınan, sayılıb-seçilən insanlardır. Sualım ondan ibarətdir ki, onların bugünkü uğurlarının ifadəsi olan hansı əşyalar var ki, onlar da bu gün sizin üçün qiymətlidir?
 
– Böyük qızım Günay Bülbül adına orta məktəbi qızıl medalla bitirib. Təhsilini başa vuran günü həmin medalı mənə bağışladı.
 
 
Yaxud o biri qızlarım Humay da, Aysu da, Günayın özü də universitetləri fərqlənmə diplomları ilə bitiriblər və həmin diplomlar da iş otağımdakı şkafda, kitabların yanındadır. Onların da, nəvələrin də kitab rəflərindəki fotoları, uşaq vaxtı çəkdikləri şəkillər, elə bil, unudulmaz bir filmin fraqmentləridir.
 
– Atanız, Xalq yazıçısı İlyas Əfəndiyevin hansı əşyaları onu sizə daha çox xatırladır?
 
– O, elə həmişə mənim xatirimdədir. Sənin sualına gəldikdə isə, çoxlu fotoları, kasetləri, diskləri var. Onun sonuncu fotosunu Zuğulbada mən çəkmişəm. Təsbehi də məndədir. Sadə bir üzüyü vardı, gümüş üzükdür, xoşu gəlirdi, həmişə taxırdı. Həmin üzüyü də saxlayıram və s.
 
 
Əlyazmaları, mənə yazdığı məktubları... O, məktublaşmağı sevən adam deyildi, yazanda da çox yığcam yazırdı. “Söyüdlü arx” romanı Bakıda, sonra da Moskvada “Drujba narodov” jurnalında dərc edildi, nəşr olundu, ovaxtkı mərkəzi radioda səhnələşdirildi. Oxucular, dinləyicilər hər tərəfdən yüzlərlə məktub yazırdı, bəlkə, tək-tükünə cavab yazıb. Bu, biganəlik deyildi, sadəcə, xasiyyəti belə idi. Özü haqqında yazılmış məqalələri də ötəri gözdən keçirirdi, vəssalam. Bəzən heç gözdən də keçirmirdi. Gündəlik də yazmırdı. Amma mənə bir neçə məktub yazıb və onlar mənim üçün çox qiymətlidir. Elə bil təzədən danışırıq.
 
O, həm də mənim əsərlərimin ilk oxucusu idi. Özünün də yeni yazılarını mənə oxumağa verirdi. Bizim aramızda bu yöndə yaradıcılıq, həmkarlıq münasibəti var idi. O, dil məsələsində həddən artıq vasvası idi. Mətndə bir sözün yerinə oturmaması o saat diqqətini çəkirdi. “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanlarımın və başqa yazılarımın hamısını oxumuşdu və oxuyandan sonra qeydlərini bildirirdi, bəzən də elə qrankaların kənarında yazırdı. Onlar da durur.
 
 
– Sizcə, nə üçün insan həyatdan köçəndən sonra onunla bağlı əşyalar daha fərqli məna daşıyır?
 
– Biz onlar barədə düşünəndə başa düşürük ki, hansısa uzaq səfərdə deyillər, bu səfərdən geri qayıtmayacaqlar. Əlacsızlıq çox şeyin mahiyyətini başqalaşdırır və nəticədə biz onlarla bağlı çox şeyə başqa gözlə baxmağa başlayırıq. Hər halda, mən belə düşünürəm.
 
– Hələ 1984-cü ildə çap olunan “Beş dəqiqə və əbədiyyət” adlı kitabınızın ön sözündə yazmışdınız ki, bir dəfə İlyas Əfəndiyev əlini dahilərin kitabları düzülmüş kitab rəfinə uzadıb dedi ki, bunlardan sonra biz niyə yazırıq? Onda İlyas müəllimin xeyli yaşı vardı, siz isə hələ cavan idiniz. Bu gün oxşar fikirlər sizin də ürəyinizdən keçirmi?
 
– O gün yaxşı yadımdadır. Atamgilə getmişdim. Gördüm ki, çox fikirlidir. Yazı masasının arxasında əyləşmişdi. Əlini kitab rəfinə uzatdı, Şekspir, Stendal, Balzak, Tolstoy, Çexov, Dostoyevskinin kitablarını göstərib, dedi ki, bunlardan sonra, biz niyə yazırıq? Onda mən dedim ki, hər halda hər bir xalqın öz taleyi var, hər yazıçı da öz xalqının taleyini, hiss-həyəcanını ifadə edir. Gülümsəyib bir söz demədi, başqa söhbətə keçdi. Mən bu gün də o fikirdəyəm ki, Azərbaycan yazıçılarının yazdıqlarını gərək Azərbaycan xalqının taleyi və tarixi kontekstində qiymətləndirəsən. Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti, taleyi, tarixi kontekstində dahidir, amma onu Bethovenlə, Baxla müqayisə etmək düz olmaz. Səndən gizlətmirəm, buna baxmayaraq, hərdən mən də o dahiyanə kitablara baxanda birdən ağlımdan keçir ki, “bunlardan sonra biz niyə yazırıq?”
 
Ədəbiyyatın missiyası ki var, o missiyanı biz hələ sonacan dərk edə bilmirik, necə ki, həyatın mənasını axıracan anlamaq gücündə deyilik. “Baş” romanımdan kiçik bir epizod yadıma düşür: gözəl bir bülbül budağa qonub, gözəl də cəh-cəh vurur, bu vaxt ondan bir az aşağıdakı budaqda baramadan bir kəpənək çıxıb, ilk dəfə dünyaya göz açır. Həmin kəpənək baramadan çıxan kimi bülbül onu görür və tutub yeyir. Əgər o kəpənək gözü açılan kimi məhv olacaqdısa, görəsən, həyata niyə gəlmişdi? Hər şeyin bir mənası, missiyası olmalıdır axı. İnsanın bu dünyadakı missiyası nədir? Bunu dəqiq bilən var? Bizim “canlı varlıq” haqqında təsəvvürümüz niyə mütləq olmalıdır?
 
 
Məsələn, deyirlər ki, filan planetdə həyat yoxdur, çünki orada oksigen yoxdur. Nə üçün yaşamaq üçün elə hökmən oksigen olmalıdır? Bəlkə, orada hansısa varlıq karbonla, yaxud ayrı bir qazla yaşayır? Hələ 30-40 il bundan əvvəl bir dostumla bu barədə danışırdıq, əlini bir daşa uzadıb dedi: “Onda sənin dediyindən belə çıxır ki, bunun da həyatı var?” Dedim, bəlkə də, var, nə bilirsən? Axı bizim həyatla bağlı təsəvvürümüz nə üçün mütləq olmalıdır? Bəlkə daşların da elə bir həyatı var ki, o cür həyat forması bizim heç ağlımıza gəlmir? Həyatın və ədəbiyyatın missiyasını yəqin biz heç zaman sonacan dərk etməyəcəyik. O vaxt ki sonuncu insan olmayacaq, yəqin onda ədəbiyyatın da missiyası sona çatacaq. Bir əhvalat yadıma düşdü. Mən Nazirlər Kabinetində işləyəndə bir dəfə işim gecəyə qədər uzandı. İş qurtarandan sonra istədim bir az piyada gəzim, gəzə-gəzə də İncəsənət Muzeyinin yanında xətrini istədiyim, hörmət etdiyim görkəmli bir insanla rastlaşdım. Hal-əhval tutandan sonra soruşdum ki, xeyli vaxtdır görünmürsən, haralardasan? Dedi ki, burada yox idim. Soruşdum ki, hara getmişdin? Cavab verdi ki, səndən həmişə müsbət dalğalar gəlir, ona görə də sənə deyə bilərəm. Tam səmimi və ciddi şəkildə barmağını göyə uzadıb dedi ki, Merkuridə idim. Eşitmişdim ki, o, bəzən qəribə şeylər danışır, ona görə də bir söz demədim, başqa məsələlərdən danışdıq və sağollaşıb ayrıldıq. Sonra bağa getdim, o yay İlyas Əfəndiyev bizimlə dincəlirdi, 1996-cı, həyatının sonuncu yayı idi. Oturub ordan-burdan söhbət elədik. Soruşdu ki, şəhərdə nə var-nə yox, kimləri görmüsən? Dedim bayaq filankəsi gördüm. Atam da onun xətrini çox istəyirdi, o saat soruşdu ki, necədir? Dedim ki, yaxşıdır, həmişəki adamdır, ancaq mənə deyirdi ki, Merkuriyə getmişdim. Atam: “– Merkuriyə?” – soruşdu. Dedim: “ – Hə”, sonra başqa söhbətə keçdik, hətta bir az konyak da içdik.
 
Bir azdan atam yatmağa gedəndə, birdən dayanıb, çox ciddi şəkildə mənə: " – Bura bax, – dedi, – nə bilirsən, bəlkə, o, elə düz deyir?”. İndi hərdən bu söhbət yadıma düşəndə düşünürəm ki, harasa getmək bəyəm elə ancaq təyyarə ilə, maşınla olmalıdır? Bəlkə həqiqətən o insanın göylərlə hansısa əlaqəsi olub? Ədəbiyyatın əzəli mövzularından biri dəlilər və ağıllılar mövzusudur. Don Kixot, elə Hamletin özü kim idi? İnsana kim bu səlahiyyəti verib ki, kimisə dəli hesab etsin, kimisə ağıllı? Bəlkə ən ağıllılar elə dəlilərdir? Ədəbiyyatda obsalyut olmamalıdır. Yəni dərindən düşünəndə dünyanı tabularla yox, görünür, azad şüurla dərk etməyə çalışmaq yazıçı üçün daha düzgün yoldur, çünki mənə görə ağıllılıq da, dəlilik də bizim təsəvvürümüzdəki həyat anlayışı kimi nisbi məvhumlardır.
 
 
– Elçin müəllim, gələcəkdə sizin əsərlərinizin personajlar muzeyi hazırlansa, o muzeydə hansı qəhrəmanlarınızı və necə təsəvvür edərdiniz?
 
– Mən istəmərəm ki, muzeyim öz iştirakımla yaradılsın. Çünki mənim yazdıqlarım da, personajlarım da gərək zamanın, tarixin sınağından çıxsın. Mən öz personajlarımın fiqurlarını təsəvvürümdə canlandıra bilərəm, ancaq Fərid, gəl biz gələcəyin işlərinə qarışmayaq, istəsələr onlar o muzeyi yaradarlar.
 
– Əməkdar İncəsənət xadimi, Xalq yazıçısı, filologiya elmləri doktoru, professorusunuz, İstiqlal, Şərəf, Şöhrət ordenləri, bir çox mükafatlar almısınız, bir sıra xarici universitetlərin fəxri doktorusunuz. Bu qiymətləndirmələr barədə nə düşünürsünüz, o dəyərləndirmələr yazıçı üçün nə dərəcədə vacibdir?
 
– Yazıçının əsərlərinin qiymətləndirilməsi onun üçün xoş hadisədir. Xoşbəxtlik yox ha, xoş hadisə! Ancaq bax, Sovet vaxtı ədəbiyyat generalları vardı, onlar deputat təyin olunurdular, Stalin mükafatı alırdılar, yazdıqları dərsliklərə düşürdü. İndi hanı onlar? Əksəriyyəti əsərləri ilə birlikdə yoxdurlar. Sovet ideologiyası Çingiz Aytmatov ilk əsərlərini yazmağa başlayanda sistemin yetişdirdiyi bir gənc qırğız yazıçısı kimi ona Lenin mükafatı və sair ödüllər verdirdi. Ancaq Çingizin istedadı da get-gedə onun əsərlərinin səviyyəsini qaldırırdı. Bu gün Çingiz özü həmin mükafatların fövqündədir. Eyni mükafatlar başqa ədəbiyyat generallarına da verilmişdi, ancaq onların əsəri də, dediyim kimi, sistemlə bərabər getdi. Sənətdə hər şeyi istedad həll edir. Puşkinin dövründə Marinski, yaxud Baron Brambsus ondan da populyar, ondan da çox qiymətləndirilən müəlliflər idi. İndi hardadırlar? Heç rus ədəbiyyatşünasları da onların adlarını düz-əməlli yadda saxlamayıblar.
 
– Oxşar aqibətin yaxın gələcəkdə təkrarlanması nə dərəcədə realdır, yəni bu gün səlahiyyətli, çox çap olunan yazarlar gələcəkdə unudula bilərlərmi?
 
– Əlbəttə, hər şey ola bilər, gələcəklə bağlı dəqiq sözü ancaq gələcəyin özü deyəcək. Yazıçının əsərlərinin həqiqi dəyərini onun istedadı müəyyənləşdirir.
 
– Əgər əşya kimi mövcud olmanız mümkün olsaydı, hansı əşya olmaq istərdiniz?
 
– Fərid, hələ ki, əşya kimi mövcud olmaq fikrində deyiləm.
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər