“Onlar dövlətin yeraltı və yerüstü zənginliklərindən şəxsi məqsədləri üçün istifadə etməmişdilər...”
Gündəm
Oxunub: 1445
26 May 2021 | 18:46
“Onlar dövlətin yeraltı və yerüstü zənginliklərindən şəxsi məqsədləri üçün istifadə etməmişdilər...”
“Cümhuriyyətə qədər Vətənimizin ərazisində qurulan dövlətləri ayrı-ayrı ailələr, sülalələr yaratmışlar...”
***             ***
“Onlar var-dövlət yığmamış, xarici banklara pul köçürməmiş,  villalar ucaltmamışdılar...” 
***            ***
İlham Əliyev: “Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi”.
*** ***
Bir neçə gündən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyini qeyd edəcəyik. Mövzunun aktuallığını nəzərə alıb BDU-nun müəllimi, dosent Boran Əzizin bu yaxınlarda çapdan çıxmış “Cümhuriyyətə gedən yol:milli azadlıq hərəkatının aktuallığı,mənbələri,dövrləri və cərəyanları”kitabından diqqətəlayiq bir parçanı oxucularımıza təqdim edirik: 
 
“Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri.
Azərbaycanın dövlətçilik tarixi e.ə. III-II minillikdən başlayır. Bu müddətdən Cümhuriyyətə qədər olan dövlətlərin adları və paytaxtları müxtəlif olmuşdur. Adı, Azərbaycan, paytaxtı Bakı olan dövləti tarixdə ilk dəfə torpağı nurla dolmuş M.Ə.Rəsulzadə və onun silahdaşları yaradıb.
 
Cümhuriyyət təsadüfən, kiminsə çar Rusiyasından bilik, bacarıq və təhsilinə uyğun vəzifə ala bilməməsindən deyil, çarizmin torpaqlarımızda həyata keçirdiyi müstəmləkə siyasətindən, həmçinin dünyada, Avropada, Rusiyada, bölgədə və Vətənimizdə gedən proseslərdən, aparılan ağır, məqsədli, ancaq şərəfli bir mübarizədən – Milli azadlıq mübarizəsindən sonra yaranmışdı.
 
Cümhuriyyətə qədər Vətənimizin ərazisində qurulan dövlətləri ayrı-ayrı ailələr, sülalələr yaratmışlar. İlk dəfə olaraq əhalinin müxtəlif təbəqələri içərisindən çıxmış ziyalılar, müxtəlif bölgələrdən olan insanlar bir inam, bir ideologiya əsasında birləşib milli təəssübkeşliyi yüksək olan sahibkarların da yaxından köməyi ilə Milli dövlət- Cümhuriyyət qurmuşdular.
 
Qurucu babalarımız min bir əziyyətlə yaratdıqları dövlətin yeraltı və yerüstü zənginliklərindən şəxsi məqsədləri üçün istifadə etməmişdilər. Onlar var-dövlət yığmamış, xarici ölkələrin banklarına pul köçürməmiş, çoxlu sayda imarət, villa ucaltmamış, gəlirli obyektlər ələ keçirməmişdilər. Əksinə, onlar özləri ilə bərabər ata və babalarının var-dövlətini, mal-mülkünü yaratdıqları dövlətin möhkəmlənməsi və tanınması yolunda böyük ürək açıqlığı ilə sərf etmişdilər. Torpağı nurla dolmuş bu dahi insanlar acgözlükdən, görməmişlikdən, qohumbazlıq düşüncəsindən uzaq, gözü-könlü tox şəxsiyyətlər olmuşlar. Buna aid çoxsaylı misallardan cəmisi ikisi bu şəxslərin hansı əxlaqa, dünyagörüşünə sahibi olduqlarını tam sübut edir. 
Bunlardan biri Cümhuriyyətin Baş naziri olarkən Nəsib bəyin atasına məktub yazaraq bağını qamış ilə hasarlamaq üçün borc pul istəməsidir. Atası ona belə cavab verir:
“Əziz oğlum, çox səbir etdim, amma yazacam. Sıxıntı çəkərək, borc altına girərək sənə yüksək təhsil təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhuriyyətimizin Maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərirdim. Mənə aid olan torpağın bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım? Pul göndərə bilməzsənmi?” 
 
Digər bir xarakterik çıxış Cümhuriyyət parlamentinin üzvü F.Xoyski və N.Yusifbəylinin təşkil etdiyi hökumətdə Yollar, Poçt və Teleqraf naziri olmuş Xudadat bəy Məlikaslanovun parlamentin 1919-cu il noyabrın 6-da keçirilən 93-cü iclasındakı çıxışındandır: 
“Möhtərəm məbuslar! Siz bilirsiniz ki, hökumət üzvlərinin və nümayəndələrinin o qədər iqtidarları yoxdur ki, öz evlər üçün lazım olam əşyaları alsınlar ki, xaricdən gələn qonaqları da qəbul etsinlər. Qeyri yerdən gələn çox olur. Məsələn, İngiltərədən, İtaliyadan, Fransada, Amerikadan çox nümayəndələr gəlirlər. Onları qəbul ütmək üçün küçəbəküçə gəzib yer axtarırıq. Ya gəlməmişdən fikir edirik ki, nə yerdə və kimin evində onları qəbul edəcəyik. Hökumət qərara qoymuşdur ki, o cür nümayəndələri qəbul üçün bir ev tədarükündə olsunlar. Onun üçün də bir şey alınsın. ...Sizin özünüzə də məlumdur ki, sədrimizin (N.Yusifbəyli nəzərdə tutulur- B.Ə.) evi burada deyil və o şeylər də alınacaqdır, sədrin olmayıb, hökumətin olacaqdır. Hərgah sədr hökumət başından çıxandan sonra yenə hökumətə qalacaqdır. ...Sədrimiz Nəsib bəy başqa hökumət nümayəndələrini qəbul etmək üçün əşya alınması üçün heyəti vükaləyə müraciət eylədi. Hökumət sədri üçün əşya alınması qərarına gəldi. Ucuz olmaq üçün və bir nəfər buranı tərk edib şeylərini satmalı olduğu üçün bu iş də əmələ gətirildi. ...Bu işlər hökumət sədrinə və xariciyyə nazirinə şəxsi deyil, hökumət malı hesabı ilə verilmişdir. Siz özünüz bilirsiniz ki, bu son zamanlarda, ... gələn-gedən çoxdur. Biz quru yerdə oturub çörək yeyə bilərik. Amma qonaqlara belə müamilə etmək olmaz. ... Onların adəti ilə rəftar etmək lazımdır. Məsələn, mən Tiflisdə bir əcnəbi nümayəndəsinin yanına getmək üçün sürtük (pencək- B.Ə) tapmağa məcbur oldum. Nə isə bu halları nəzərə alaraq, bu şeylərin alınması lazım görüldü ki, nümayəndələr gəldikdə avaraçılıq olmasın”. 
Məsələ burasındadır ki, çar Rusiyası “XIX əsrin başında Azərbaycanı istilaya girişdiyi zaman qarşısında sözün müasir mənasında milli birliyini anlamış bir Azərbaycan deyil, bir-birinin müqəddəratına laqeyd xanlıqlardan ibarət zəif bir məmləkət görmüşdü”... 
 
Qurucu babalarımız çar Rusiyasının məqsədyönlü şəkildə param-parça edib müxtəlif quberniya və qəzalara böldüyü torpaqlarımızda yoxdan bir dövlət, Şimaldakı torpaqlarımızın əksər hissəsini əhatə edən, müsəlman türk dünyasında ilk demokratik , dünyəvi dövləti – Azərbaycan Cümhuriyyətini yarada bildilər. Nəticədə buna qədər yalnız coğrafi məfhum olan Azərbaycan ilk dəfə beynəlxalq hüququn subyektinə çevrildi.
 
Dünyanın müxtəlif ölkələrinə səpələnmiş əlli milyonluq bir xalqa belə möhtəşəm bir əsər, yadigar qoyub getmiş qurucu babalarımızı ehtiramla yad etmək, xatirələrini uca tutmaq çiyinlərimizin borcudur. Bu səbəbdən belə dəyərləri yaşadan, bölüşən insanların qəlbində onlar özlərinə əzəmətli,əbədi heykəl qoymuşlar.
 
Cümhuriyyətin gördüyü işlərdən bəhs edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci ildə Cümhuriyyətin 100 illiyinin keçirilməsi ilə bağlı verdiyi Sərəncamda göstərilmişdir: “Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi”.
 
Oxşar xəbərlər
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
06 May 2024 | 13:52
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər