İşğalçı Ermənistan dünyanın qınaq hədəfində
Gündəm
Oxunub: 2151
06 Dec 2013 | 09:47

İşğalçı Ermənistan dünyanın qınaq hədəfində
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti dövlətimizə çox böyük maddi və mənəvi ziyanlar vurub; 20 faizdən çox ərazilərimiz zəbt olunub, 1 milyon soydaşımız qaçqın-köçkün düşüb, yurd-yuvasını itirib, 20 mindən artıq insanımız şəhid olub, minlərlə ailə başsız qalıb. Bu faciələrin ağrı-acısı zaman-zaman davam edəcək, eyni zamanda ermənilər işğalçılıq siyasətindən əl çəkməyənə qədər regionda sabitlik, əmin-amanlıq olmayacaq.

Azərbaycan heç bir halda bir qarış torpağını belə düşmənə güzəşt etmək fikrində deyil. Biz tamamilə haqlı mövqedəyik, ermənilərin işğal etdikləri torpaqları boşaltması münaqişənin həllinin yeganə ədalətli yoludur. Ancaq hələlik Ermənistan dövləti, bu işğalçı dövləti idarə edənlər özlərində bu iradəni tapmayıblar. 

Azərbaycanın mövqeyi dəyişməzdir və prezident İlham Əliyev bunu oktyabrın 19-da inauqurasiya zamanı bir daha elan edib. Sitat: “Ermənistanı bütün regional layihələrdən təcrid etməliyik, etmişik, edəcəyik. Maksimum çalışmalıyıq ki, Ermənistan iqtisadiyyatı bundan da ağır vəziyyətə düşsün, orada depopulyasiya bundan da yüksək templərlə davam etsin. Biz münaqişənin həlli üçün bütün əsas şərtləri təmin etməliyik. Son illərin təcrübəsi onu göstərir ki, biz düzgün yoldayıq və Ermənistan məcbur olub açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir. Əslində etiraf edir ki, Azərbaycandan, güclü Azərbaycan dövlətindən qorxur, Azərbaycan qarşısında acizdir. Ermənilər tərəfindən son 20 il ərzində yaradılan mif ki, erməni ordusu güclü ordudur, erməni iqtisadiyyatı güclü iqtisadiyyatdır, bu mif tamamilə dağıdılıb, bu mifdən əsər-əlamət qalmayıb. Bu gün güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə də ciddi mesaj göndərir: Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın və biz ədaləti bərpa etməliyik... Hər hansı bir yarımçıq variant müvəqqəti variant kimi yalnız qəbul edilə bilər. Münaqişənin tam şəkildə həll edilməsi, əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdır ki, biz tarixi ədaləti bərpa edək”...

Təbii, Azərbaycan bu mövqeyində haqlıdır, tarixi ədalətin bərpası üçün Ermənistan öz siyasətini təkrarlamaqda davam etməməlidir. Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən əl çəkməməklə, Ermənistan faktiki olaraq özünütəcrid siyasəti yürüdür. Nəticədə, bu ölkə yoxsulların, bədbəxtlərin yaşadığı məmləkətə çevrilir. Məsələyə bu kontekstdən yanaşdıqda ortaya bu mənzərə çıxır: Azərbaycan regionun lider ölkəsi olaraq təbii sərvətlərlə zəngin, regional və beynəlxalq əhəmiyyətli layihələrin əsas təşkilatçısı, iştirakçısı olan dövlətdir. Bu bir reallıqdır ki, Azərbaycanın razılığı olmadan bölgədə heç bir proyekt həyata keçirilə bilməz. Təbii ki, bu statusumuz günü gündən daha da möhkəmlənir. Azərbaycanın çəkisi artdıqca, Ermənistanın sürətlə geriləməsi açıq aydın müşahidə olunur. Faktiki olaraq Ermənistan işğalçılıq siyasətini davam etdirməklə, ən böyük zərbəni özünə vurur. 

Bu, beynəlxalq təşkilatların hesabatlarında da öz təsdiqini, əksini tapır. 2013-cü il dekabrın əvvəllərində dünyanın “ən iztirab çəkən” ölkələrinin reytinq siyahısı açıqlanıb. “Gallup”un hazırladığı siyahıya Bolqarıstan və Ermənistan başçılıq edir. Bolqarıstanda rəyi soruşulanların 39 faizi 2012-ci ildə öz həyatlarının əzablı keçdiyini bildiriblər. Ermənistanda isə bu rəqəm 37 faiz olub. İlk “10-luğ”a Kamboca, Haiti, Macarıstan, Madaqaskar, Makedoniya, İraq, Suriya və Əfqanıstan da düşüb.

Ən xoşbəxt ölkələr siyahısına isə İslandiya, Qətər, İsveç, Norveç, ABŞ və Nigeriya başçılıq edir. Bu ölkələrdə respondentlərin cəmi 1 faizi ötən ilin onlar üçün əzablı keçdiyini açıqlayıblar.

Azərbaycan isə ən xoşbəxt ölkələr siyahısında Yaponiya, Albaniya və Filippinlə birgə 91-94-cü yerləri bölüşdürür...

Faktiki olaraq ermənilər bədbəxt bir duruma düşdüklərini etiraf edirlər, dünya artıq bu məsələni qınaq kimi təqdim edir. 

Hətta ölkədə durum o qədər pisləşib ki, Ermənistan İşədüzəltmə Birliyinin direktoru Qaqik Marqaryan yerli mətbuata açıqlamasında deyib ki, Ermənistan Rusiya qazından imtina etməlidir. Marqaryan bildirib ki, Rusiyadan Ermənistana balıq və meyvə ixrac edilməlidir. Bu, xalqın ac-yalavac durumda olmasının bariz nümunəsidir. 

QHT sədri qeyd edib ki, Ermənistan Rusiya asılılığından yaxa qurtarmaq üçün bu ölkə ilə enerji sahəsindəki əməkdaşlığından imtina etməlidir, öz siyasətinə yenidən baxıb regional layihələrdə iştirak üçün şərtləri gözdən keçirməlidir... 

Şübhəsiz, bu faktlardan dolayı öz inkişafını əngəlləməklə yanaşı bütövlükdə regionda sülhün, əmin-amanlığın qarşısında sədd olan Ermənistan birmənalı şəkildə dünyanın qınaq obyekti olmalıdır. Beynəlxalq aləm də artıq öz diqqətini daha çox buna yönəltməkdədir. 

Dünya gücləri fərqindədir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yalnız Rusiyanın forpostu olan Ermənistan maraq göstərmir. Hətta öz bədbəxtliklərinə belə gətirib çıxaran işğalçılıq siyasətlərinə son verməməklə, regionda demokratik inkişafın dinamikasını pozurlar. Bu isə bölgədə stabillik, geosiyasi maraqlarından irəli gələn demokratiyanın tam bərqərar olmasını istəyən beynəlxalq güclərin planlarına ziddir. Sadəcə, təəssüf doğuran məqam bundan ibarətdir ki, bu həqiqətlər dünyaya bəlli olduğu halda, beynəlxalq aləm hələ də Ermənistan qarşısında “Azərbaycan torpaqları qeyd-şərtsiz boşaldılsın” kimi konkret şərt qoymur. Ermənipərəstlik, bəzən də xristianlıq mövqeyindən çıxış edərək, dünyanın həlledici gücləri Azərbaycanda da güzəştlər istəyirlər. Ekspertlər hesab edir ki, bu, indiyədək olan mərhələdə açıq-aşkar özünü göstərib. Ancaq mövcud status-kvonun dəyişməsini, Ermənistanın geri çəkilməyə məcbur edilməsi zərurətini anlayaraq, müəyyən davranışlar sərgiləməyə başlayıblar. 

Təbii ki, Azərbaycan dövlətinin son illərdə informasiya savaşında Ermənistanı üstələməsi, haqq səsimizi dünyaya daha intensiv və keyfiyyətli şəkildə çatdıra bilməyimiz bu situasiyanı yaradır. Dövlət və onun rəsmi şəxsləri, diaspor təşkilatları, jurnalistlər, ictimaiyyət nümayəndələrinin bu sahədə apardıqları işlər Qarabağ məsələsində bizi dəstəkləyənlərin, Ermənistanın yalnız və yalnız işğalçı olmasını bilərək, onu qınayanların artmasına səbəb olub...    

Ermənistana qarşı qınaqlar ən yüksək tribunalardan və sözü dünyada qəbul olunan şəxslərin dilindən eşidilməkdədir. 2013-cü ilin yayında Ermənistanda səfərdə olan Moldova ombudsmanı Aurelia Qriqoriu bu ölkənin parlamentində etdiyi çıxış zamanı Azərbaycanın haqlı tərəf olduğunu, Ermənistanın işğalçı ölkə olduğunu və bu siyasətdən əl çəkməli olduğunu bildirdi. O həmin çıxışında, eyni zamanda daha sonrakı açıqlamalarında birmənalı olaraq Ermənistanı qınayır, işğalçılıq siyasətindən əl çəkməyə, dünyanı haqlı Azərbaycanın yanında olmağa çağırır. 

Bir neçə həftə öncə isə belçikalı deputat Alan Kurtua Ermənistanı qınayan açıqlama ilə çıxış edib. O deyib ki, dini və etnik tolerantlıq üzərində qurulmuş Azərbaycan cəmiyyəti belçikalılar üçün örnək ola bilər. Belçika Parlamentinin üzvü A.Kurtua Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan cəmiyyətinin tolerantlığına dair suallarını cavablandırarkən deyib ki, 20 ildən artıq davam edən Qarabağ münaqişəsinin regionun iqtisadi, coğrafi və mədəni potensialından tam bəhrələnməyə əngəl törədib: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin hələ də Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir. Fikrimcə, istənilən konstruktiv danışıqlar beynəlxalq hüquq və prinsiplər əsasında aparılmalıdır. Ermənistan bu beynəlxalq çərçivə ilə razılaşmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Məhz bundan sonra balanslı danışıqlar bütün Cənubi Qafqaz regionu üçün səmərəli həll yoluna çıxaracaq”.

Alan Kurtua deyib ki, Azərbaycanın qaçqın və məcburi köçkün problemi faciədir. O, beynəlxalq ictimaiyyəti bu problemə daha çox diqqət ayırmağa çağırıb: “Beynəlxalq ictimaiyyət Suriyadakı insan faciəsinə bu qədər diqqət yetirdiyi halda Cənubi Qafqazdakı daha köhnə olan qaçqın və məcburi köçkün problemi diqqətdən kənarda qalıb. Bu, Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişaf etməsinə və təminatlı gələcəyini qurmasına əngəl törədir”. 
***
Son olaraq Ermənistanın daha bir tribunadan de-fakto qınanılması dekabrın 5-də Kiyevdə ATƏT Xarici İşlər Nazirlər Şurasının iclasında ifadə olundu. Böyük Britaniyanın dövlət naziri Devid Lidinqton deyib ki, ATƏT-in iştirakçı ölkələri təşkilat məkanındakı münaqişələrin nizamlanması üçün siyasi iradənin göstərilməsi zəruriliyini görürlər. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin, eləcə də ATƏT məkanındakı digər ərazi mübahisələrinin həlli üzrə real addımların atılması üçün siyasi iradə lazımdır. 
Açıq-aydın görünür ki, burada vurğu Ermənistanın üzərindədir, çünki  real addımlar atılması üçün siyasi iradə ortaya qoya bilməyən tərəf Ermənistandır. 

Həmin tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məsələdə daha konkret mövqe sərgilərək, dünyaya bir mesaj kimi “Azərbaycan ümid edir ki, yaxın vaxtlarda ATƏT-in münaqişələrin həlli və silahlara nəzarət üzrə səyləri uğurlu olacaq” deyə bildirib: “ATƏT məkanında mövcud münaqişələrin həllinə və siyasi dialoqa nail olmadan regional sabitlik əldə etmək utopiyadır. Azərbaycan inanır ki, ATƏT Minsk Qrupu həmsədri olan ölkələrin prezidentlərinin 2009-cu ildə və digər vaxtlarda verdikləri bəyanatlarda əks olunduğu kimi, baza prinsipləri danışıqların və sülh prosesinin əsası ola bilər. ATƏT məkanındakı digər ərazi mübahisələri kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində də real addımların atılması üçün siyasi iradə lazımdır. Azərbaycan ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyası, geniş və müxtəlif üzvlüyü olan platformaya malik regional təhlükəsizlik imkanlarından yararlanmağa böyük üstünlük verir”.

Bu həm də belə təhlil edilə bilər ki, dünya güclərinin qınaqları yalnız sözdə olmamalıdır. Bütün bu faktlara əsaslanaraq, təsir imkanlarına malik beynəlxalq güclər - ATƏT, BMT, Avropa Şurası, Avropa Birliyi Ermənistan qarşısında qəti, konkret tələb qoyulmalı və bölgənin inkişafı naminə ona işğal etdiyi torpaqlardan çıxması üçün real təzyiqlər göstərilməlidir. Qınaqlar isə mütləq effektiv icra ilə nəticələnənə qədər davam etməlidir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir. 
Oxşar xəbərlər
23:30, Bu gün
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
23:20, Bu gün
“Fənərbaxça” növbəti dəfə xal itirib
23:19, Bu gün
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:17, Bu gün
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
23:17, Bu gün
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
GÜNLÜK
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA