"İsrail özü durmayınca, durduracaq güc isə hələ ki, üfüqdə görünmür"
Cəmiyyət
Oxunub: 1416
17 May 2021 | 12:49
Azərbaycan savaşda ona görə arzularımızdan da irəli nəticəyə vardı ki, ortada həm də yaxşıya doğru dəyişən Türkiyə-Rusiya münasibətləri var idi. Bu münasibətlər ortaq maraqları müəyyənləşdirməkdə işə yaradı və tarixin bu dönəmində Azərbaycana öz problemini həll etməyə imkan yaratdı.
 
Təbii ki, Azərbaycan liderinin iradəsi və çevik diplomatik zəkası həlledici amil idi, təbii ki, Azərbaycan ordusunun fədakarlıq motivasiyası möhtəşəm idi, ancaq bunun arxasında tamamlayıcı amil məhz bu regional güc mərkəzlərinin bir-biri ilə maraqlarını soyuq başla müzakirə etmək fürsəti dururdu. Münasibət qaydasında olmayanda müzakirə də mümkünsüz olur. Türkiyə ordusunun savaş başlamadan öncə Azərbaycanda birgə təlimlərdə iştirakından tutmuş, savaş sürəcində veriən dəstəyə qədər, ardınca da Rusiya hərbçiləri ilə birlikdə müşahidəçi statusunda bölgəyə yerləşməsi faktı da yuxarıda qeyd olunanların təsdiqi kimi anlaşıla bilər.
 
Fələstin məsələsinə də bu baxış bucağından boylanmaq daha doğru olmazdımı? Kimsəyə sirr deyil ki, “Hamas”ın ən böyük hərbi-texniki dəstəyi İrandan və “Hizbullah”dan gəlir. Din təəssübkeşliyi baxımından bunlara irad bildiriləsi hansısa məqam olmasın gərək. Türkiyə də  həm rəsmi səviyyədə, həm də müsəlman həmrəyliyi nümunəsi olaraq “Hamas”a və Qəzza anklavına siyasi dəstək verir. Burada da anlaşılmaz bir şey yox. Ancaq İsraillə Fələstinin siyasi, hərbi, infrastruktur fərqlərinin nə qədər böyük olduğunu anlatmağı da burada artıq sayıram. Elə son hadisədə gözlənildiyi kimi “Hamas”ın atdığı çoxsaylı raketlərdən yalnız bir neçəsi İsrailə zərər yetirə bildi. Sirli günbəzi yarıb keçməyəcəyi öncədən də bəlli idi. Həmi günbəzin dəyərini Bakıda rahat mürgüləyənlər deyil, Gəncədə xarabazarı görənlər daha yaxşı bilirlər.
 
Əvəzində isə İsrailin qurudan, dənizdən, havadan vurulan raket zərbələri ilə Qəzza yerlə-bir olmağa başladı. Bu məsələdə əlbəttə, İsrailin göstdiyinə “ölçüsüz güc istifadəsi” deyilir və bəlkə də insanlıq nöqteyi nəzərindən əsaslandırılması çətin məsələdir. Bununla belə, adamların öz baxış bucağı var və ölkələri üçün təhlükə saydıqları hər bir addıma onqat ağırlıqla cavab verməyi dövlət siyasətinin “olmazsa olmazı” deyə görürlər. Anlaşılan budur ki, İranın qızışdırıb işə saldığı “Hamas”ın vəziyyətdən çıxış imkanı yoxdur, eləcə də Türkiyənin gündəmə gətirdiyi “İsraili durdurmaq” çağırışları uzaqdan səslənən söyüşdən və təsəllidən başqa bir iş yaramamaqdadır. İsrail özü durmayınca, durduracaq güc isə hələ ki, üfüqdə görünmür. BMT-zad boş şeydir, beş ölkənin əlində oyuncaq qurum kimi ayrılan büdcəni iclaslara xərcləyib öz məmurlarının komfortunu təmin etməklə yetinir. Həmin BMT-dir ki, bizə də dörd qətnaməsini təsəlli üçün göndərmişdi, Ermənistan kimi cuppulu dövlət belə bu kağız parçasına sonadək əhəmiyyət vermədi. Məcbur olduq özümüz həmin qətnaməni icra etməyə. İndiyədək Fələstin məsələsi ilə bağlı onlarla qətnamə qəbul edib, bircə bəndini belə reallaşdıra bilməyiblər. On minlərlə insanın evsiz-eşiksiz qalması, yüzlərlə insanın ölümü sadəcə bir müsəlman olaraq deyil, insan olaraq içimizi sızladır, ancaq əlimizdən gələn bir iş də yox. 
 
Burada doğru siyasətin nə olduğunu daha dərindən anlamış olursan. Düşünək ki, bölgədə əsas güc mərkəzləri olan Türkiyə ilə İsrail çox yaxın münasibətlərə malikdir. Hadisələr bu masştabda baş verərdimi? Əlbəttə, kiçik insidentlər bu barışmaz iki toplum arasında həmişə mövcud olmuş və olacaqdır. Ancaq bu qədər ölümünə yox etmə iddiasını önləmək üçün dialoq qapısı bütün hallarda açıq olacaqdı. Yaxşı münasibət, həm də maraqların vaxtli-vaxtında qarşılıqlı çatdırılması və qorunması deməkdir. Türkiyə İsrailə söz deyə bilmir, İran İsrailə söz deyə bilmir, üstəlik də sahədə məsələyə müdaxilə etməyə də imkanları yetmir. Əvəzində isə ildən-ilə Fələstin problemi daha ciddi şəkildə düyünlənir. Yeni siyasətə keçid, reallıqlara uyğun davranış da mənimsənilmədiyinə görə, bombaların altında insanların gələcəyi məhv olmağa davam edir. Bir yanda da iqtisadi, texnoloji baxımdan çiçəklənən İsrail reallığı gözlərinin önünə dikilir. Vaxtinda fürsətlərin doğru dəyərləndirilməməsinin yekunu belə də olmalıydı. Məsələnin oradan-buradan qızışdırmaqla deyil, gedən can fələstinlinin canıdır, onu qeyri-bərabər savaşın qurbanına çevirməklə nə Qüdsün, nə də Məscidi-Aksanın taleyində bir dəyişiklik etmək mümkündür. İndi görün ki, doğru proqnozlaşdırılmayan bir siyasət nə deməkdir. 
 
Türkiyə bizim qardaşımız, İsrail də, Fələstin də bizim dostumuzdur. Bir az aşırı olaraq bəziləri ermənipərəst Fələstin obrazı yaratmağa çalışırlar, əslində bir neçə ermənipərəstlik epizodunu yəhudilərin də içində tapmaq mümkündür. Bunu ümumi şəkildə Fələstinin bizə qarşı davranışı kimi təqdim etmək ədalətsizlikdir. Bir də biz məzlumun haqqını tanımazdan gələn bir davarnışı da özümüz üçün məqbul saya bilmərik. Bu məzlum müsəlman olmaya da bilər, enində-sonunda Qəzzada evi dağılan, qətlə yetirilən insandır axı... 
 
Eyni zamanda biz Türkiyə ilə İsrailin qarşıdurma, nifrət ritorikasında bir-birini linç etməsini qətiyyən arzulamırıq. Bu bizm də ziyanımızadır. Hansı ki, bir neçə il öncə Türkiyə-Rusiya münasibətlərində gərginliyin pik həddinə çatmasından ən çox narahatçılıq keçirən ölkə Azərbaycan idi. Məhz bu münasibətlərin qaydaya salınması nəticəsində böyük bir tarixi problemimizin həlli üçün fürsətlər yarandısa, bu baxış bucağından da Türkiyə-İsrail münasibətlərinə yanaşmamız daha məntiqli olmazmı?
 
Bizdə yanlış düşüncə əsasən harada özünü büruzə verir? Biz dövlətlərə insan və ya xalq kimi yanaşmağa çalışırıq. Halbuki, heç bir dövlət bütövlükdə hansısa insanın və ya xalqın duyğuları ilə idarə olunmur. Rusiyada idarəedicilər arasında başlayıb özbəöz rus axtarsan xeyli çətinliklə qarşılaşacaqsan. Rusiya mütləq şəkildə başlayıb rus xalqının iradəsini gerçəkləşdirsə, o zaman gərək məmləkətdə rusdan başqa millət yaşamasın. İsraildə də yəhudilərlə bərabər ərəblər və başqa dindən olan insanlar yaşayır. Eləcə də Azərbaycanda olduğu kimi mozaik və etnik kültür əksər dövlətlərdə, o cümlədən Türkiyədə də bir reallıqdır. Demək ki, dövlətlərə öz dövlətinin marağı kontekstindən yanaşmalısan. Yəni ilk növbədə bizdə Aərbaycan mərkəzli yanaşma olmalıdır. Necə ki, biz də İrana da, İsrailə də belə yanaşırıq. Əks halda İranda yaşayan milyonlarla hüquqsuz azərbaycanlının marağından yanaşsaq, o halda gərək bu qonşu dövlətlə münasibətlərimizdə hər zaman gərginliklər yaşansın. Biz torpağı işğal altında olan dövlət statusumuzu yenicə dəyişmişik və haqlı olaraq dövlətlərə münasibətlərdə üç baxış bucağını önə çəkirdik:  düşmənimizə dəstək verənlər, bizə dəstək verənlər və neytral qalanlar. Bizə dəstək verən ölkələrin başında heç şübhəsiz qardaşımız, canımız-qanımız bir olan Türkiyə gəlirdi və gəlir. Bununla yanaşı bizə həm savaş, həm də informasiya platformasında dəstəyini əsirgəməyən az sayda dövlətdən biri də İsraildir. Kiminsə dini baxışı haqlı və ya haqsız formada yəhudu antipatiyası üzərində qurula bilər, ancaq biz İsraillə yəhudi dövləti kimi deyil, bizə dəstək verən, yeni texnologiya silahlarını satan və savaşda qalib gəlməmizdə rolu olan bir dövlət kimi baxırıqsa və buna görə dost dövlət hesab ediriksə, qafası qonşu ölkələrdən idarə olunanların məqsədyönlü təbliğatına alət olanlar bir daha bu mövzuda ciddi düşünməlidirlər.  
 
"Bu məsələdə biz kimin yanında olmalıyıq?" sualına çox zaman cavab verirlər ki, əlbəttə, ədalətin yanında olmalıyıq. Ancaq etiraf edək ki, biz də bəri başdan məsələyə müsəlman təəssübkeşliyi ilə və ya yəhudi antipatiyası ilə yanaşmaqla ədalətli olduğumuza özümüzü inandırmamalıyıq. İnsan ədaləti ilə İlahi ədalətin nisbilik və mütləqlik fərqini anlamadan ədalət qoruyucusu olmaq iddiasına aludəçiliyin insanlığa bir faydası olmaz. Stefan Sveyq böyük dühaydı və “Erazm Roterdamskinin triumfu” əsərinə bu iqtibasla başlayırdı: “Erazm kimin yanında idi?” soruşurdular. Yəni o zaman alovlanan Papa və Lüther davasında mövqedən söhbət gedirdi. Müdriklər cavab verdilər ki, “o, həmişə olduğu kimi özüyləydi”. Duyğularımız nə olursa olsun, siyasətdə Azərbaycanla olmalıyıq, yəni özümüzlə. 
 
Məhz Azərbaycandan boylanaraq "Allah bütün məzlumlara yardımçı olsun, zalımları da islah etsin", deyirik.
 
Fazil Mustafa, Millət vəkili
Oxşar xəbərlər
23:44, Bu gün
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
23:42, Bu gün
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
23:35, Bu gün
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
23:30, Bu gün
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
23:20, Bu gün
“Fənərbaxça” növbəti dəfə xal itirib
23:19, Bu gün
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:17, Bu gün
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
23:17, Bu gün
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
GÜNLÜK
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA