Özü olmadan iki dəfə parlament sədri seçilən dövlət xadimi
Oxunub: 3152
04 May 2021 | 11:40
Özü olmadan iki dəfə parlament sədri seçilən dövlət xadimi
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və Parlamentinin sədri (1918, 7 dekabr -1920, 28 aprel) Əlimərdan bəy Topçubaşovun doğum günüdür.
 
Əlimərdan bəy Ələkbər bəy oğlu 1863-cü il may ayının 4-də Tiflisdə anadan olub. Birinci Tiflis gimnaziyasını (1884-cü il) və Peterburq Universitetinin hüquq fakültəsini (1888) fərqlənmə diplomu ilə bitirib. Təhsilini başa vurduqdan sonra bir neçə il Rusiyada işləyib, 1894-cü ildə Bakıya gələrək, hüquq-mühafızə orqanlarında çalışıb, sonralar müstəqil vəkil kimi fəaliyyət göstərib. Hüquq elmlərinə dərindən bələd olan, Azərbaycan və rus dillərindən əlavə fars, fransız, ingilis və gürcü dillərini də mükəmməl bilən Topçubaşov tezliklə Hacı Zeynalabdin Tağıyevin diqqətini cəlb edib və 1897 ildə "Kaspi" qəzetinin redaktorluğu ona tapşırılıb. Bakının ictimai-siyasi həyatında fəal iştirak edən Topçubaşov Bakı Şəhər Dumasının üzvü seçilib, bir müddət onun sədri olub.
 
Birinci rus inqilabı (1905-07-ci illər) Rusiyada yaşayan türk-müsəlman xalqlarının milli şüunınun oyanmasında mühüm rol oynadı. Bu dövrdə müsəlman xalqlarının azadlıq mübarizəsinin təşkilində Ə.Topçubaşovun əvəzsiz xidmətləri olub. İnqilabın gedişində Azərbaycanda da genişlənən petisiya kampaniyasında Ə.Topçubaşovun əməyi son dərəcə böyükdür. Bütün petisiyalar - xahişnamələr, müraciətlər bilavasitə onun iştirakı ilə tərtib və təqdim edilirdi. 1905-ci ilin aprelində Cənubi Qafqaz müsəlmanları adından Rusiya Nazirlər Kabinetinə təqdim edilən petisiyalar da Ə.Topçubaşov tərəfindən tərtib olunmuşdu. Ə.Topçubaşov Ümumrusiya müsəlmanlarının 1905-ci il avqustun 15-də Nijni Novqorodda keçirilən birinci qurultayına sədrlik etmiş, qurultay onun çıxışı ilə açılmışdı. Çıxışda deyilirdi: "Biz türk övladları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Qərbdən Şərqə qədər bizim atalarımızın mülkü idi. Atalarımız o qədər qəhrəman millət olduqları halda, bu gün Qafqaz dağlarında, Krım bağlarında, Kazan çöllərində və Orta Asiya ovalıqlarında, atalarımızın müllkü olan öz vətənimizdə, öz torpaqlarımızda öz ehtiyaclarımızı bildirməyə imkanımız qalmamışdır". 
 
Topçubaşov Rusiya müsəlmanlarının sonrakı qurultaylarının da keçirilməsində müstəsna rol oynamışdı. Rusiya müsəlmanlarının 1906-cı il yanvarın 13-23-də Peterburqda keçirilən 2-ci qurultayı Əlimərdan bəy Topçubaşov tərəfindən hazırlanmış "Ümumrusiya Müsəlmanları ittifaqı" partiyasının nizamnamə və proqram layihələrini bəyəndi, təkmilləşdirilmək şərti ilə, qəbul üçün növbəti qurultaya təqdim olunmasını tövsiyyə etdi. 1906-cı il avqustun 15-21-də Nijni Novqorodda keçirilən 3-cü qurultayda "Ümumrusiya Müsəlmanları İttifaq”ının proqramı qəbul olunmuş, Ə.Topçubaşov partiyanın sədri seçilmişdi. Bununla bağlı qurultayda çıxış edən Ə.Topçubaşov demişdi: "Ey möminlər, ey qardaşlar. Mən bu gün o qədər məmnun oldum ki, bu məmnuniyyətimi sizə heç bir dillə tərif edə bilmirəm. Mən bu günü heç vaxt unutmayacağam. Bu günün indən belə Ümumrusiya müsəlmanları üçün milli bayram günü olacağı şübhəsizdir".
Bakı quberniyasından I Dövlət Dumasına deputat seçilən (1906) Ə.Topçubaşovun təşəbbüsü ilə Dumada müsəlman fraksiyası yaradılmışdı. Topçubaşov həm fraksiyanın sədri, həm də 7 nəfərlik büro üzvündən biri idi. Dumadakı fəalliyyəti dövründə çarizmin ucqarlarda yeritdiyi milli ayrı-seçkilik siyasətini kəskin tənqid etmişdi. Aqrar komissiyanın məruzəsinin müzakirəsində iştirak edən Ə.Topçubaşov komissiyanın məlumatının geniş şəkildə nəşr olunmasını zəruri sayır və bir "ucqarlı", "qafqazlı" kimi təklif edirdi ki, məlumat təkcə dövlət dilində deyil, həm də, imkan daxilində, "yerli dillərə" də tərcümə olunub dərc edilsin. O deyirdi: "Bütün Rusiya təbəələrinin hüquq bərabərliyi, vicdan azadlığı, söz azadlığı, şəxsiyyətin toxunulmazlığı, kəndlilərə torpaq verilməsi kimi məsələlərin işlənib hazırlanmasında, bu qəbildən olan ümumi dövlət məsələlərində milli xarakterli heç bir məsələyə yol verilə bilməz. Rusiyanın bütün xalqlarının mənafeləri buna yol vermir, dövrün bütün şəraiti bunun əleyhinədir".
 
Dumanın müsəlman fraksiyasının, o cümlədən Azərbaycan deputatlarının siyasi amalı Əlimərdan bəy Topçubaşovun "Müsəlman parlament fraksiyası" məqaləsində dəqiq ifadə olunmuşdu: "Müsəlman proqramı ciddi surətdə konstitusiya əsasları üzərində dayanaraq, torpaqların milliləşdirilməsi, din məsələlərində tam muxtariyyət, bütün imperiya ərazisində özünü idarə edən kiçik vahidlərin və vilayət məclislərinin təsis edilməsi ilə yerlərdə geniş muxtar idarəçilik prinsipini irəli sürür". 
 
Topçubaşov Dumanın buraxılmasına etiraz edən deputatların Vıborq müraciətnaməsini imzaladığına görə üç ay həbs cəzasına məhkum olunmuş, Dumaya seçilmək hüququndan məhrum edilmiş, "Kaspi" qəzetinə rəhbərlikdən uzaqlaşdırılmış, Bakı Şəhər Duması üzvlüyündən çıxarılmışdı. Buna baxmayaraq, Ə.Topçubaşov II Dövlət Duması Müsəlman fraksiyasının əməli işlərində xüsusi fəallıq göstərirdi. O, dəfələrlə Peterburqa getmiş, bəzən isə müsəlman parlament fraksiyası və Ümumrusiya Müsəlman İttifaqı Mərkəzi Komitəsi üzvlərinin Dumada müzakirəyə çıxarılan qanun layihələri, həmçinin sorğular üzrə fraksiyanın ümumi mövqeyini işləyib hazırlayan iclaslarına sədrlik etmişdi. Dövlət Dumasının müsəlman deputatları və "İttifaqi-müslimin" partiyasının üzvləri Topçubaşovun fəaliyyətini davam etdirməsi üçün Moskvada "Daimi təmsilçilik" bürosu açmışdılar. Moskvada Əlimərdan bəyin rəhbərliyi ilə tez-tez toplantılar keçirilmiş müxtəlif məsələlər, o cümlədən "Torpaq islahatı" məsələsi müzakirə olunmuş, onun hüquq elmləri sahəsində bilik və təcrübəsindən geniş istifadə edilmişdi. Rusiya müsəlmanlarının digər görkəmli şəxsiyyəti, Baxçasarayda (Krım) çıxan "Tərcüman" qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspiralı 1908-ci il aprelin 11-də Topçubaşova yazdığı məktubda onun fəaliyyətini yüksək qiymətləndirmişdi: ''Əzizim Mərdan! Hər şeydən əvvəl, sən Peterburqda qalmalısan... kütbeyinlər və yaramazlar istisna olmaqla, sağlam düşüncəli bütün insanlar sənin Peterburqda olmağının əhəmiyyətini anlayır. Ona görə də sən orada qalmalı və yaşamalısan. Sonra hər hansı hadisə baş versə belə səni, sənin biliyini, təcrübəni və ürəyini xalqdan heç kim məhrum edə bilməz və bunu sən bilməlisən ki, sən xalqa daha çox lazımsan".
 
Lakin 1905-1907-ci illər inqilabının məğlubiyyətindən sonra irticanın yenidən baş qaldırması nəticəsində Ə.Topçubaşov 1910-cı ildə Moskvanı tərk edərək, Bakıya dönməli olub. Topçubaşov 1914-cü ildə Bakıda 45 nəfərdən ibarət "Məşvərət məclisi" təşkil edib, müsəlmanların "Tələblər paketi"ni hazırlayaraq, çar hakimiyyəti orqanlarına göndərib. O, 1916-cı ildə Tiflisdə toplanan Qafqaz millətləri yığıncağında Azərbaycanı təmsil edib. Rusiya Dövlət Şurasının müşavirəsində (1917, 12-15 avqust, Moskva) Topçubaşov Rusiya müsəlmanlarının 8 demokratik təşkilatı adından geniş nitq söyləyib, Rusiyada "dövlət quruluşunun əsasına müsəlman xalqlarının öz müqəddəratlarını təyini şüarının qoyulduğunu" da bəyan edib. Topçubaşov 1917-ci ilin sonuna kimi Müsəlman Milli Komitəsinə sədrlik edib, həmin il Rusiya Müəssislər Məclisinə nümayəndə seçilib.
 
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Topçubaşov yeni yaranmış müstəqil milli dövlətin dünyada tanıdılmasında əvəzsiz xidmətlər göstərib. Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsi tərkibində əvvəlcə portfelsiz nazir, avqustun 20-dən xarici işlər naziri olub, avqustun 23-də isə Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərilib. İstanbulda qızğın diplomatik fəaliyyət göstərən Topçubaşov 1918-ci il oktyabrın 2-dən 1919-cu il yanvarın 16-dək burada 36 rəsmi görüş keçirib, danışıqlar aparıb, 1919-cu il yanvarın 10-da Sultan Mehmetlə görüşüb. Əlimərdan bəy Sultana "... azərbaycanlıların bədxahları həmişə olub və yenə də var. Amma sizi əmin etməyə cürət edirəm ki, Azərbaycan türkləri heç vaxt bu düşmənlərdən qorxmamışlar. Çünki bilirdilər ki, onların Türkiyə kimi "böyük dostu var"-dedikdə, Sultan "Dostu yox, qardaşı!" deyə onun sözlərinə düzəliş vermişdi. 
 
İstanbulda olarkən Əlimərdan bəy İngiltərənin, ABŞ-ın, İtaliyanın, Hollandiyanın, İsveçin, İranın, Ukraynanın buradakı səlahiyyətli nümayəndələri - İranın xarici işlər naziri M.Əliqulu xanla, Rusiyanın keçmiş xarici işlər nazirləri P.Milyukov və S.Sazonovla, Ermənistanın Paris Sülh Konfransına gedən nümayəndə heyətinin rəhbəri A.Aqaronyan və başqaları ilə görüşüb söhbət aparıb. Topçubaşovun İstanbulda yaratdığı Azərbaycan mətbuat bürosu ölkə haqqında məlumat toplamaq, yaymaq və Azərbaycanı xaricdə tanıtmaq işində mühüm xidmət göstərib. 
Topçubaşov Qafqaz millətlərinin vahid bir federasiyada birləşməsini istəyirdi. O hesab edirdi ki, bununla xalqlar aralarındakı münasibətləri daha yaxşı qura və kənar müdaxilələrin qarşısını birlikdə daha uğurla ala bilərlər. İstanbuldan hökumətin sədri Fətəli Xan Xoyskiyə yazdığı 1918-ci il 16 dekabr tarixli məktubda Cənubi Qafqaz cümhuriyyətlərinin Paris Sülh Konfransında vahid nümayəndə heyəti ilə çıxış etməsi təklif olunurdu. Topçubaşov məktubda bu məsələ ilə əlaqədar konfrans iştirakçısı olan ölkələrə xüsusi memorandumla müraciət etdiyini də bildirirdi. Bununla belə, Topçubaşov ermənilərin bu işə razı olacaqlarına şübhə ilə yanaşırdı, "...çünki ermənilərin iştahası çox böyükdür və həm də bu iştahalarını özgələrinin, ilk növbədə isə, bizim hesabımıza doydurmaq istəyirlər. Az qala, bütün paytaxtlarda bizim mənafeyimizin zərərinə təbliğat aparır, bizi dövlət həyatı qurmağa qabil olmayan və başqa millətlərlə barışmaz millət kimi qələmə verirlər".
 
Topçubaşovun İstanbulda fəaliyyət göstərdiyi dövr Osmanlı dövlətinin hərbi və sosial-iqtisadi vəziyyətinin ən böhranlı zamanlarına təsadüf edir. Birinci dünya müharibəsində (1914-1918-ci illər) Almaniya-Osmanlı ittifaqı məğlub olduqdan sonra Türkiyə Mudros barışığı (1918-ci il) ilə razılaşmaq məcburiyyətində qaldı. Ə.Topçubaşov noyabrın 3-də İstanbulda Mudros barışığını imzalamış dənizçilik naziri, Batum və Trabzon konfranslarında Türkiyə nümayəndə heyətinin rəhbəri Rauf bəylə, noyabrın 4-də xarici işlər nazirinin müavini Rəşid Hikmət bəylə, noyabrın 5-də isə xarici işlər naziri Naib bəylə görüşərək, onun Azərbaycana aid 11 və 15-ci maddələri ilə əlaqədar öz etirazını bildirmişdi. Onlar cavablarında məğlub tərəf kimi, Türkiyənin bu barışığı imzalamaq məcburiyyəti qarşısında qaldığını, Azərbaycanın isə müstəqil dövlət kimi öz hüquqlarını qorumağa haqqı olduğunu bildirmişdilər. 
 
1918-ci il dekabrın 7-də öz işinə başlayan Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti elə ilk iclasında Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə bu zaman İstanbulda olan Topçubaşovu, qiyabi olaraq, Parlamentin sədri seçmişdi. Dekabrın 28-də Azərbaycan Hökumətinin və Parlamentin ağsaqqallar şurasının birgə iclasında Ə.Topçubaşov Paris Sülh Konfransına (1919-20) göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin sədri təyin olunub və İstanbuldan birbaşa Parisə yola düşüb. Böyük çətinliklərdən sonra, nəhayət, 1919-cu il mayın birinci on günlüyündə Parisə gəlib çatan nümayəndə heyətinin apardığı intensiv diplomatik görüşlər, danışıqlar getdikcə öz bəhrəsini verməyə başlayıb. ABŞ Prezidenti V.Vilsonun təşəbbüsü ilə İngiltərə, Fransa və İtaliya dövlət başçıları səviyyəsində Azərbaycan məsələsinin gündəliyə salınaraq, müzakirə olunduğu yığıncaqda bilavasitə Prezident Vilsonun Ə.Topçubaşovu Azərbaycan nümayəndə heyətinin başçısı olaraq tanıması və Azərbaycanın Paris Sülh Konfransına qatılması təklifı qəbul edilmişdi. 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının birinci ildönümü günü ABŞ Prezidenti V.Vilson başda Topçubaşov olmaqla, Azərbaycan nümayəndə heyətini qəbul etmişdi. Görüşdə Topçubaşov ABŞ nümayəndə heyətinin konfransda Azərbaycanı dəstəkləməsini V.Vilsondan xahiş etmiş və ona müraciətində demişdi: "Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə müraciətlə xahiş edirik ki, cənab prezident, bizim ölkəmiz, xalqımız, eləcə də özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatlar verilməsinin şahidi oluruq. Düzdür, bizi hələ yaxşı tanımırlar, biz, indi birinci dəfədir ki, Avropadayıq, lakin Sizi əmin edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə bııraxılacağıq. Biz, əminik ki, bütün xalqlar kimi, Sizin böyük prinsipləriniz əsasında yardım alacağıq". Çıxışının sonunda Ə.Topçubaşov qətiyyətlə demişdi: "Biz bildiririk ki, nə Kolçakı, nə Denikini, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz Parlamentimizi və öz Hökumətimizi tanıyırıq və tanıyacağıq". 
Ə.Topçubaşov Qafqaz xalqlarının – azərbaycanlıların, ermənilərin, gürcülərin və dağlıların konfederasiyasının mümkünlüyünü prezident Vilsona bildirmiş və Azərbaycan Cümhuriyyəti nümayəndələrinin memorandumunu Amerika Prezidentinə təqdim etmişdi. Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin, xüsusilə onun başçısı Ə.Topçubaşovun gərgin fəaliyyəti tezliklə öz nəticələrini verib. Nümayəndə heyəti müxtəlif partiya və fraksiyalarm üzvlərindən ibarət olmasına baxmayaraq, Sülh Konfransında vahid mövqedən - gənc Azərbaycan Cümhuriyyətinin mənafeyi mövqeyindən çıxış edirdi. Ə.Topçubaşov bu barədə Bakıya - Cümhuriyyət hökumətinin sədrinə ünvanladığı 1919-cu il 6-10 noyabr tarixli məktubunda yazırdı: "Nümayəndə heyəti ayrı-ayrı partiyalara mənsub şəxslərdən təskil olunsa da, özünün indiyə qədərki fəaliyyətində bütünlüklə partiya maraqlarına deyil, Azərbaycanın mənafelərini əsas tutan ümumi mülahizələrə əsaslandığını bildirməyi özümə borc sayıram. Məncə, bu, nümayəndə heyətimiz üçün müsbət haldır və onun üzvlərinə şərəf gətirir"'. 
 
Parisdə olmağına baxmayaraq, o, 1919-cu ilin dekabrında yenidən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri seçilib. 1919-cu ilin axırlarına yaxın Rusiyada bolşeviklərin mövqeyinin getdikcə möhkəmlənməsi, habelə müttəfiq ölkələrin son ümidi olan Denikinin, Yudeniçin və Kolçakın məğlubiyyəti, qalib dövlətlərin Rusiyanın bütövlüyunü bərpa etmək arzusunu puça çıxarıb. Nəticədə, onların keçmiş çar Rusiyasına daxil olan və rus inqilabından sonra öz müstəqilliklərini elan etmiş ölkələrə münasibətləri dəyişib.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Qafqaz məsələsini çox gərgin şəraitdə müzakirə edib və Böyük Britaniyanın xarici işlər naziri Corc Kerzonun təklifı ilə Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıdığını açıqlayıb. Hazırlanan sənəd yanvarın 12-də Ali Şura üzvləri tərəfındən imzalanıb. Yanvarın 15-də isə Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov və Məhəmməd Məhərrəmov Fransa Xarici İşlər Nazirliyinə dəvət olunublar və qərar rəsmən onlara təqdim edilib. Bu, xalqımızın və xüsusilə Ə.Topçubaşovun rəhbərliyi ilə çox gərgin fəaliyyət göstərmiş Azərbaycan nümayəndə heyətinin böyük qələbəsi idi. 
 
Aprel işğalından (1920-ci il) sonra Parisdə qalıb, mühacir həyatı yaşamağa məcbur olan Topçubaşov siyasi fəaliyyətini dayandırmayıb, sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ona verdiyi mandatla 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak edib, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında geniş məlumat verib. Topçubaşov siyasi fəaliyyətini digər Qafqaz respublikaları nümayəndələrinin fəaliyyəti ilə əlaqələndirməyə çalışmışdı. Bu məqsədlə onlar 1921-ci il mayın 8-də Parisdə bir araya gələrək, Qafqaz Konfederasiyası yaradıl¬ması məsələsini müzakirə etmiş, iyunun 10-da isə üç Qafqaz respublikasının səla-hiyyətli nümayəndələri Topçubaşovun sədrliyi ilə keçirilən iclasda siyasi və iqti¬sadi ittifaq yaratmaq haqqında razılığa gəlmişdilər. Həmin iclasda Topçubaşov Azərbaycan nümayəndələrinin Qafqaz Konfederasiyasının qəti tərəfdarı olduqları¬nı vurğulamışdı. 
 
Topçubaşov 1934-cü ildə, ölümündən bir qədər əvvəl, Azərbay¬can Milli Mərkəzinin divan üzvü kimi, M.Ə.Rəsulzadə ilə birlikdə Gürcüstan və Şimali Qafqaz xalqları təmsilçilərinin iştirakı ilə Brüsseldə "Qafqaz Konfedera¬siyası bəyannaməsi"ni imzalamışdı. 
Həyatını təkcə öz xalqının deyil, həm də bütün Rusiyanın türk-müsəlmanlarının istiqlalı uğrunda mübarizəyə həsr etmiş Topçu¬başov xaricdəki digər siyasi mühacirlərlə birlikdə Azərbaycanın müstəqilliyinin bərpa olunması yolunda fəaliyyətini ömrünün sonuna qədər davam etdirib. O, 1934-cü il noyabr ayının 8-də Parisin Sen-Deni rayonunda vəfat edib və Müqəddəs Kloud qəbristanlığında dəfn olunub. 
 
Məqalə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun internet saytında Əlimərdan bəy Topçubaşovla bağlı yerləşdirilən materiallar əsasında hazırlanıb.
 
Oxşar xəbərlər
22:44, Bu gün
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
22:27, Bu gün
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
22:18, Bu gün
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
22:14, Bu gün
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
22:13, Bu gün
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
21:57, Bu gün
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
21:27, Bu gün
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
21:25, Bu gün
Təhsil İdarəsində yeni TƏYİNATLAR
21:24, Bu gün
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
21:23, Bu gün
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
21:21, Bu gün
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
20:55, Bu gün
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
20:15, Bu gün
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
19:48, Bu gün
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
19:23, Bu gün
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
19:11, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
19:05, Bu gün
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
18:59, Bu gün
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:08, Bu gün
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
GÜNLÜK
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır