07:03
13°C
Bakı
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Avropa İttifaqının Yunanıstanın paytaxtı Afinada keçirilən zirvə görüşünə münasibət bildirib.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, o, toplantıda qəbul edilən bəyanatın ədalətsiz olduğunu bildirib.
“Bu bəyanat əvvəlki illərdə olduğu kimi qərəzli, vicdansız və həqiqətə uyğun deyil”, - Tanju Bilgiç qeyd edib.
Qeyd edək ki, Zirvə görüşündə Aralıq dənizinin şərqi, Əfqanıstan və xüsusilə miqrasiya ilə bağlı məsələlər müzakirə edilib.
Bizim.Media