Kreml üçün kritik “İsgəndər” testi - Bakı gözləmədə, gerisayım başlayıb
Siyasət
Oxunub: 1358
15 Apr 2021 | 09:46
Kreml üçün kritik “İsgəndər” testi - Bakı gözləmədə, gerisayım başlayıb
"Ayağına güllə atan” Moskvanın qalmaqallı olayla bağlı 2 variantı var; Rusiya acı gerçəyi etiraf edib üzrxahlıq istəyəcəkmi? - “Kommersant” hələ 2018-cı ildə bu haqda yazıbmış...
Rəsmi Bakı Moskvadan cavab gözləyir. Haqq elədiyi bir cavabı. Söhbət Qarabağ bölgəsində bizim razılığımızla yerləşdirilmiş Rusiya sülhməramlılarının, yumşaq desək, bəzi qeyri-məqbul hərəkətlərindən getmir. Onlara da sıra çatacaq. Hələlik əsas sual Şuşa ətrafında, müharibə bitəndən sonra qalıqları tapılmış “İsgəndər M” taktiki raketlərindən gedir.
 
Nə barədə ki, srağagün Prezident İlham Əliyev sərt mövqe sərgilədi. Məsələni şəxsən həmkarı Vladimir Putinlə müzakirə elədiyini söylədi. “Ermənistan bu raketləri haradan alıb? Onlarda bu, olmamalı idi. Biz ölümcül silahın ermənilərin əlinə necə düşdüyünə dair suala cavab istəyirik. Bu suala hələ də cavab almamışıq, amma alacağıq” - dedi.
 
Məsələ ilə bağlı rəsmi Bakı Rusiyaya məktub da göndərib...
 
*****
 
Düşünmək olar ki, bunun ardınca Moskva “ipin ucunu suda” çox saxlaya bilməyəcək. Ən əvvəl o səbəbə ki, qalıqları tapılan ballistik raketlər ixrac üçün nəzərdə tutulan “İsgəndər E”ə yox, daha dağıdıcı, ikiqat daha uzaq məsafəyə (500 km-dək) uça bilən və ixrac üçün nəzərdə tutulmayan “İsgəndər M”ə məxsusdur.
 
Kremlin bu xüsusda cavabı, yaxud izahını indi təkcə Bakı yox, bir çox başqa paytaxtlar, o sırada Ankara da gözləyir. Hətta Qərb, NATO cavabın necə olacağının intizarındadır. Daha bir səbəbə: sensasion olay Rusiyanın bölgədəki tərəfdaş ölkələrlə münasibətlərinə, hətta regiondakı təsir imkanlarına ciddi korrektə eləmək gücündədir. Eyni səbəbdən tanınmış rusiyalı analitiklər də narahatlıqlarını gizlətmirlər...
 
*****
 
Şübhə yox ki, ABŞ başda olmaqla, Qərbin Rusiyaya qarşı az qala hər ay yeni-yeni sanksiyalar tətbiq elədiyi zamanda (proses hələ pik səviyyəyə çatmayıb) Moskva üçün azsaylı müttəfiqlərinin və tərəfdaşların önəmi artıb. Onların arasında Azərbaycanın məxsusi yeri var. Çünki o, Güney Qafqazın qeyd-şərtsiz açar dövlətidir. Ölkəmiz bu gün Rusiya üçün marionet Ermənistandan da vacibdir və onu itirmək, faktiki, strateji bir ölkəni, bölgəni itirmək, Azərbaycanla birgə isə Türkiyə kimi mühüm tərəfdaşla, regional supergüclə münasibətləri korlamaq anlamına gələrdi.
 
Bu xüsusda “İsgəndər M”lə bağlı qalmaqalın tezliklə aradan qalxmasında ən çox Moskvanın maraqlı olmalı olduğu ortaya çıxır. Belədirmi? Moskva acı da olsa, gerçəyi etiraf edib Bakıdan üzrxahlıq istəyəcəkmi, yoxsa problemi “yeşiyin uzaq küncünə” atmağa, malalamağa çalışacaq?
 
Hər necə olmasa, İlham Əliyevin siyasi qətiyyəti sonuncu variantı istisna edir. Nəzərə alanda ki, Azərbaycan liderinin Rusiya rəhbəri ilə şəxsi münasibətləri yetərincə istidir, o zaman Kremlin cavabı ikiqat maraq kəsb edir. 
 
*****     
 
“İstənilən halda ”İsgəndər"lə bağlı məsələ sonsuzadək havada asılı qala bilməz".
 
“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk deyib.
 
“Azərbaycan Prezidenti İlham Əliyev bu raket qalıqları ilə bağlı olayın tam araşdırılacağını söylədi. Bəlkə də bu anda Azərbaycan tərəfi son nöqtəyə çatmaq və açıq şəkildə siyasi hökm çıxarmaq üçün lazımi faktlara malik deyil. Lakin istənilən halda ”İsgəndər" məsələsi sonsuzadək havada asılı qalmamalıdır, çünki o zaman o çox da uzaq olmayan bir gələcək üçün zəruri faktora çevriləcək - nə vaxt ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması məsələsi bütün ciddiliyi ilə ortaya çıxacaq", - deyə ekspert qeyd edib.
 
Üstəlik, onun fikrincə, bu olay Bakı və Moskvanı bir-birinə qarşı qoya bilər: “Bəlkə də süjetin əsas məqsədi budur. Buna görə də sürətli araşdırma hər iki paytaxt üçün faydalıdır. Ancaq indiki an üçün situasiya Moskvanın bu mövzuda lazımi məlumata sahib olmadığı barədə Rusiya nümayəndələrinin şərhləri nəzərə alınmadan da olduqca anlaşılan və şəffaf görünür. Belə ki, bir neçə il əvvəl hər kəs ”İsgəndər"lərin İrəvanda necə şütüdüyünü gördü. Sanki bu Bakını qorxutmaq üçün, amma tamamilə başa düşülən bir məqsədlə edilmişdi: mümkün Azərbaycan-Ermənistan müharibəsinin qarşısını almaq. Və bu raketlərin üstündə “M”, yoxsa “E” hərfləri idi, o vaxt az adamı narahat edərdi, çünki hamı əsas şeyə əmin idi: İrəvanın artıq lazımlı raketləri var. Beləliklə, mətbuatda güclü şəkildə qaldırılan “M-E” hərfləri probleminin heç də Ermənistana yox, birbaşa Rusiyaya dəxli var və bu hər kəsə aydındır. Odur ki, hər şey öz adları ilə çağrılımalıdır".
 
*****
 
Maraqlıdır ki, Rusiyanın “Kommersant” nəşri 2018-ci ildə Trofimçukun versiyasını təsdiqləyən məlumat yayıbmış. Məlumatda deyilir ki, Ermənistan “İsgəndər-M” sistemini hələ 2016-cı ildə Rusiyadan alıb.
 
“Hərbi-texniki əməkdaşlıq sahəsinə aid bir qaynağın ”Kommersant“a verdiyi məlumata görə, 2016-cı ildə Ermənistan 9M723 raketləri ilə” İsgəndər-M" operativ-taktiki raket komplekslərinin (OTRK) bir divizionunu əldə edib. De-yure bu, raket texnologiyalarının yayılmasına dair razılaşmanı pozur, çünki belə raketlərin vurma hədəfi 300 km-i keçir - mənbə etiraf edib. Moskva bu addımı atmaq məcburiyyətində idi. Çünki Ermənistan təcili olaraq hücum silahlarının daha böyük arsenalına sahib olan Azərbaycanla hərbi bərabərliyi qorumaq üçün OTRK-ya ehtiyac duyurdu. Məhdudiyyətlər altına düşməyən “İsgəndər-E”nin ixrac modifikasiyasının yaradılması üçün isə vaxt tələb olunurdu ki, bu vaxt da Bakının Dağlıq Qarabağdakı erməni mövqelərinə hücum qərarı verəcəyi təqdirdə yetərli deyildi. Hərçənd Ermənistanın yeni hakimiyyətinin atdığı addımlar heç də həmişə Rusiya rəsmiləri arasında anlaşma yaratmasa da, “heç kim silah əməkdaşlığını pozmayacaq” deyə hərbi mənbə “Kommersant” a deyib: “Biz gedən kimi başqaları yerimizi tutacaq. Və belə bir addımın nəticələrini hamımız hiss edəcəyik”, - deyə qəzet Ermənistanın baş naziri Nikol Paşinyanın həmin il (2018) Moskvaya səfəri ərəfəsində yazıbmış.
 
*****
 
Beləcə, “İsgəndər M” ətrafında mənzərə tədricən aydınlaşır. Bütün hallarda Putin üçün ciddi bir “İsgəndər” başağrısının yarandığını söyləmək olar. Onun necə aradan qalxması Azərbaycan sınağından Kremlin uğurla çıxıb-çıxmadığına da aydınlıq gətirəcək. Kreml üçün gerisayım başlayıb...
Oxşar xəbərlər
21:54, Bu gün
Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik
21:46, Bu gün
Bu məsələdə onların əli var - Ərdoğan
21:38, Bu gün
Gənclərimiz ATƏT-in tədbirində erməni iddialarını İFŞA ETDİLƏR
21:30, Bu gün
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
21:16, Bu gün
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
21:08, Bu gün
Bu aviaşirkət İrana uçuşları ləğv etdi
21:00, Bu gün
İraqda İŞİD lideri məhv edildi
20:53, Bu gün
"ABŞ Qəzzada müharibə başlanandan İsrailə rekord məbləğdə hərbi yardım edib" - "Sky News"
20:45, Bu gün
"Şimali Koreya Ukraynaya nizami qoşun yeridə bilər" - KXDR müdafiə naziri
20:40, Bu gün
Türkiyədə son hadisələrdən sonra qalmaqallı FOTOsu gündəmə gəldi
20:35, Bu gün
"Apple" hər il yeni cihazları buraxmağı dayandıracaq - "Bloomberg"
20:30, Bu gün
Paket çaydan istifadə edəndə bu səhvə yol verməyin
20:24, Bu gün
Qocalmadan ölənlər, səhiyyə problemləri... - Pensiyaçıların sayı niyə azalır?
20:16, Bu gün
Limonlu su içmək nə zaman səhvdir
20:10, Bu gün
“Aygün Kazımova yanacağını bilə-bilə bunu etdi” - VİDEO
20:05, Bu gün
ABŞ bölgədə gərginlik yaratmağa çalışır
19:58, Bu gün
MDB-nin regional birlik kimi nüfuzu artır - Putin
19:50, Bu gün
Gimnastlarımız Zaqreb turnirində
19:43, Bu gün
36 yaşlı idmançı gənə dişləməsi nəticəsində öldü
19:35, Bu gün
Xərçəngdən qorunmaq üçün sadə bir qida
19:30, Bu gün
Prezident Moskvada 9 May – Qələbə Bayramının önəmindən danışdı
19:23, Bu gün
Ərdoğan Putinə “yaxşı türk hədiyyəsi” göndərdi
19:15, Bu gün
Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib
19:00, Bu gün
Prezident Moskvada geniş tərkibli mühüm iclasda iştirak edir
18:58, Bu gün
“Ermənistan bayrağını hansı rəng, hansı simvolla bəzəyirsə bəzəsin, reallıq dəyişməyəcək”
18:50, Bu gün
Həm havanı təmizləyən, həm də elektrik enerjisi istehsal edən süni bitki
18:45, Bu gün
Ən sıxıcı üç bürc - Onların bir sonrakı addımını təxmin etmək çox sadədir
18:40, Bu gün
9 ayda ölkəmizə 2 milyona yaxın turist gəldi
18:35, Bu gün
Narı necə yemək olar - toxumlu və ya toxumsuz
18:28, Bu gün
Müşfiqabad sakinləri 4 gündür susuz qalıb - SƏBƏB AÇIQLANDI
18:20, Bu gün
“Niyə mənim bəxtim gətirmir?” deyənlərin 6 səhvi
18:15, Bu gün
Yaşıl çay stressi azaldırmı?
18:09, Bu gün
Xudu Məmmədovun kəndində repressiya edilmiş, güllələnmiş soydaşlarımız haqda kitab işıq üzü gördü…
18:05, Bu gün
Paytaxtdakı nəqliyyat sıxlığını bu cür aradan qaldırmaq olar - YENİ TƏKLİF
18:00, Bu gün
Vüqar Rəhimzadə: ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir
18:00, Bu gün
Putin Laçın şəhəri ilə bağlı mühüm xəbəri elan etdi
17:56, Bu gün
Ermənistanın çobanyastığı siyasəti: Ştirlis kimi davranan Paşinyan - ŞƏRH + FOTO
17:55, Bu gün
Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb
17:54, Bu gün
Lukaşenko: Belarusa hücum Ukraynanın hərbi cəhətdən süqutu deməkdir
17:50, Bu gün
Yeni COVID variantı sürətlə yayılır - Təhlükə barədə XƏBƏRDARLIQ
17:49, Bu gün
Ermənistan Azərbaycanla sərhəddə elə bir bayraq qaldırdı ki... - Video
17:46, Bu gün
Süni ağardılan QƏND, saxta DÜYÜ - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON iddialar
17:45, Bu gün
Şirkət direktorunun cinayət işi məhkəməyə göndərildi
17:44, Bu gün
Ermənistandakı Aİ "müşahidəçiləri" Azərbaycanla sərhəddə aktivləşiblər
17:40, Bu gün
Muxtar Babayev İƏT rəsmisi ilə görüşdü
17:40, Bu gün
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
17:37, Bu gün
İlon Mask: "Əgər Tramp seçkini uduzsa, mən batdım"
17:35, Bu gün
Baş prokuror geniş kollegiya iclası keçirdi - FOTOLAR
17:30, Bu gün
Kartofu soyuducuda necə saxlamaq olar?
17:27, Bu gün
Dünya bir pəncərədir...
17:24, Bu gün
"Ayətüllah Xameneinin bəyanatlarında kəskin tonlar sezilmir" - ABŞ MKİ direktoru
17:18, Bu gün
BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır” - FOTO
17:12, Bu gün
Komitə sədri Rövşən Rzayev vətəndaşlarla görüşdü - FOTOLAR
17:06, Bu gün
Bakıda qanunsuz yaşayan əcnəbilər saxlanıldı - VİDEO
17:00, Bu gün
Əhməd Əhmədovun tükürpədici ifadəsi elan olundu - MƏHKƏMƏ İŞİ
16:55, Bu gün
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - YENİLƏNİB
16:52, Bu gün
“Azərişiq” Tovuzda sahibkarlarla görüş keçirdi - FOTO
16:46, Bu gün
Bu telekanallara protokol tərtib edildi
16:40, Bu gün
Nazirlər Şuşada bəyannamə qəbul etdilər
16:34, Bu gün
Deputat gündəmi zəbt edən toydan danışdı: “Bunu xəbərə çevirənləri...”
16:28, Bu gün
”Biz Amerika bayrağında 51-ci ulduz olmaq istəmirik” - Zahid Oruc
16:22, Bu gün
Əhməd Əhmədovun məhkəməsi qapalı keçirildi - YENİLƏNİB
16:16, Bu gün
Afətin oğlunun toyuna ən çox pulu bu məşhur YAZDIRIB - FOTO
16:10, Bu gün
“Vətəndaşın internetdən imtina etməsi, “şərikli internet” axtarması utandırıcıdır” - Osman Gündüz
16:05, Bu gün
Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"
16:00, Bu gün
"Putinlə ikitərəfli danışıqlar Ukraynasız mümkün deyil" - Kamala Harris
15:55, Bu gün
"Bir də gözümü açdım ki, Xırdalanda 13-cü mərtəbədə ev almışam"
15:50, Bu gün
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı
15:45, Bu gün
Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunublar - FOTO
15:43, Bu gün
Çərəzləri bu şəkildə yemək ZƏRƏRLİDİR 
15:38, Bu gün
"ASAN xidmət" təcrübəsi Rumıniyada - FOTO
15:33, Bu gün
Dilçi alimdən nazirin fikrinə münasibət: "Pul verib elmi iş yazdırırlar" - AÇIQLAMA
15:27, Bu gün
Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı
15:23, Bu gün
İlham Əliyev Putinlə görüşdü - YENİLƏNİB + FOTO/VİDEO
15:19, Bu gün
Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlandı: Üç nəfər saxlanıldı - FOTO
15:15, Bu gün
Azərbaycanda bu YDM-lər bağlandı
15:10, Bu gün
Maşından çölə zibil atanlar 4000 manat cərimələnəcək
15:05, Bu gün
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçildi
15:00, Bu gün
BDU Dünya Akademik Sammitində öz stendi ilə təmsil olunur
14:55, Bu gün
“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTO
14:50, Bu gün
Növbəti köç karvanı Şuşaya çatdı, mənzillərin açarları təqdim olundu
14:45, Bu gün
ABŞ ilə sazişlərə xitam verilsə... - İLGİNC DETALLAR
14:40, Bu gün
Beş rayonun azad edilməsi uğrunda döyüşən Vətən Müharibəsi Qəhrəmanı 
14:38, Bu gün
“İnarə Quliyeva oteldə yox, kinostudiyada qaldı, çox incidi və Azərbaycanı tərk etdi”-İLLƏR SONRA SİRRİ AÇDI-ÖZƏL
14:35, Bu gün
BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
14:30, Bu gün
Sumqayıtda 21 yaşlı oğlan şagirdlə cinsi əlaqədə oldu, anası... – ŞOK TƏFƏRRÜAT
14:25, Bu gün
Bakının mərkəzi avtomobillərə bağlanacaq - Nəhəng zonanın yaradılması üzərində iş gedir
14:20, Bu gün
Bakı metrosunda xanım mayora xəsarət yetirildi - “Məni işarə edərək nəsə deyirdi”
14:16, Bu gün
“Qida məhsulları” anlayışı daha genişdir” - Qüdrət Həsənquliyev
14:12, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri müsbət məcrada inkişaf edir"
14:08, Bu gün
Rusiyalıların ATƏT-də çıxış etməsindən beş dəfə imtina edilib
14:04, Bu gün
Sürücülərə PİS XƏBƏR: Bu maşınların ehtiyat hissələri kəskin bahalaşdı
14:00, Bu gün
Əliyev-Putin-Paşinyan görüşü olacaq? - Rəsmi açıqlama
13:55, Bu gün
"Anti-Azərbaycan qüvvələr 3 istiqamətdə ölkəmizə hücüm etdilər" - Azay Quliyev
13:50, Bu gün
Bakıda qoca qadını bacısı ilə aldadıb 20 minini aldılar - ŞOK DƏLƏDUZLUQ
13:45, Bu gün
Səfir: "Qərb Ermənistanda revanşist əhvali-ruhiyyənin artmasına görə məsuliyyət daşıyır"
13:40, Bu gün
"Uşaqlar arasında infeksiya yayılıb, diqqətli olun" - Pediatrdan SOS
13:34, Bu gün
Bütün tələbələrin nəzərinə! Oktyabrın 15-dən etibarən...
13:30, Bu gün
“İsrail İranın neft təsisatlarını vursa, qazanan Rusiya olacaq...”- Sabiq səfir
13:26, Bu gün
DİN onlarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ: "Dərhal..." - FOTO
GÜNLÜK
07 Oct 2024 | 22:50
"Mənə geri qayıdacaq..." - Ülviyyə
07 Oct 2024 | 23:26
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
07 Oct 2024 | 22:40
Arıqlamağa kömək edəcək çərəz hansıdır?
07 Oct 2024 | 22:37
Gəncliyin və sağlamlığın başlıca sirləri nədədir? - 71 yaşlı həkimdən məsləhət
07 Oct 2024 | 22:55
İnyesta karyerasını başa vurdu
07 Oct 2024 | 22:45
Cənubi Avropada səhra təhlükəsi... - BMT xəbərdarlıq etdi
07 Oct 2024 | 22:33
Korotçenko Fransanın Ermənistan vasitəsilə Rusiyaya daxil olan saxta mallarından danışıb
07 Oct 2024 | 23:56
Ukraynanı tərk edən deputatlar cəzalandırıla bilər
07:55, Bu gün
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
11:59, Bu gün
Qarabağ Universitetində bufet qiymətləri diqqət çəkdi - SİYAHI
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
AYLIQ
07 Oct 2024 | 22:50
"Mənə geri qayıdacaq..." - Ülviyyə
07 Oct 2024 | 23:26
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
07 Oct 2024 | 22:40
Arıqlamağa kömək edəcək çərəz hansıdır?
07 Oct 2024 | 22:37
Gəncliyin və sağlamlığın başlıca sirləri nədədir? - 71 yaşlı həkimdən məsləhət
07 Oct 2024 | 22:55
İnyesta karyerasını başa vurdu
07 Oct 2024 | 22:45
Cənubi Avropada səhra təhlükəsi... - BMT xəbərdarlıq etdi
07 Oct 2024 | 22:33
Korotçenko Fransanın Ermənistan vasitəsilə Rusiyaya daxil olan saxta mallarından danışıb
07 Oct 2024 | 23:56
Ukraynanı tərk edən deputatlar cəzalandırıla bilər
07:55, Bu gün
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
11:59, Bu gün
Qarabağ Universitetində bufet qiymətləri diqqət çəkdi - SİYAHI