"Desəm ki, ilanın ağına da, qarasına da lənət, kobud çıxacaq, amma bu, belədir..."
Müsahibə
Oxunub: 2192
09 Apr 2021 | 13:08
Milli Məclisin deputatı Ülvi Quliyevin müsahibəsini təqdim edirik:
 
- Tanınmış jurnalist Poznerin Ermənistanın keçmiş prezidenti R.Köçəryandan götürdüyü telemüsahibə bir neçə gün əvvəl Rusiyanın dövlət kanalında yayımlandı. Ülvi müəllim,müsahibəyə baxmısınızmı?
 
- Bəli,baxmışam.
 
- Maraqlıdır ki,Xocalı qətliamının əsas günahkarlarından biri olan,birinci Qarabağ savaşında mülki əhalimizə və əsgərlərimizə qarşı xüsusi qəddarlığı ilə tanınan Köçəryan bildirdi ki,Ermənistanın və erməni ordusunun hazırki acınacaqlı durumunda revanş haqda fikirləşənlər sağlam düşüncədən uzaq olan şəxslərdir. Sizcə,o, açıqlamasında səmimi idi?
 
- Mən də diqqət yetirdim ki,yerli sosial medianın bəzilərində Köçəryanın bu açıqlaması nədənsə xüsusi olaraq qabardıldı.Qeyd etdiyiniz kimi,bu şəxs 1-ci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilmiş ən ağır müharibə cinayətlərinə rəhbərlik edənlərdən biridir.Köçəryan müsahibədəbildirdi ki, Ermənistan üçün ən böyük təhlükə Türkiyədir.Onu da əlavə etdi ki,Türkiyə ilə kommunikasiyaların açılmasını Ermənistan üçün məqbul saymır və bu, baş verərsə,Türkiyənin Ermənistanı Acarıstana çevirəcəyindən narahatdır.Başqa sözlə, Qarabağda separatçı hərakatın başında dayanan, insanlıq əleyhinə cinayətlərin müəllifi olan,türkü düşmən gözündə görən birisi Azərbaycana qarşı heç vaxt səmimi ola bilməz.Üstəlik,jurnalistin ”hesab edirsinizmi ki,əraziləri həmişəlik itirmisiniz və onları artıq qaytarmaq mümkün olmayacaq?” sualına Köçəryanın verdiyi cavab onun hələ də revanş hissi ilə yaşadığını ortaya qoydu. Bildirdi ki,bütün ərazilər barədə olmasa da,vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan ərazilər haqda düşünmək olar.Revanş hissini gizlətmək üçün mövqeyini onunla izah etdi ki,guya hazırki vəziyyət ədalətli sülhü şərtləndirmir,ədalətsiz sülh isə uzunmüddətli və əbədi ola bilməz.Bu cür acıqlamalar olmasaydı belə,onun kimliyi və xisləti məlumdur,müharibə canisi olduğu heç birimiz üçün sirr deyil.Belə birisi Azərbaycana və azərbaycanlılara qarşı səmimi ola bilməz.Bizimlə bağlı açıqlamalarında o, növbəti dəfə cildini dəyişmişdi,səmimi deyildi.
 
- Bununla yanaşı,maraqlıdır ki,Köçəryan müsahibəsində Ermənistanın müharibədən sonra düşdüyü vəziyyətin acınacaqlı olduğunu bir necə dəfə etiraf etdi.Axı,o bilməmiş deyildi ki,həmin müsahibəni təkcə Rusiya və Ermənistanda deyil,Azərbaycanda da izləyəcəklər?!
 
- Məhz bu amili nəzərə aldığından,o, revanşist xislətini pərdələməyə,gizlətməyə çalışdı.Müsahibədə Köçəryanın əsas hədəfi Rusiyanın siyasi elitası və Ermənistan cəmiyyəti idi.Müharibədə uğradığı ağır məğlubiyyətdən sonra erməni cəmiyyətinin psixoloji sarsıntı yaşadığını,faktiki parçalanmış vəziyyətdə olduğunu, növbəti immiqrasiya dalğası ilə üzləşdiyini,iqtisadiyyatının çökdüyünü,erməni cəmiyyətinin ictimai biganəliyə yuvarlandığını və Ermənistan ordusuna məğlubiyyət sindiromundan çıxmaq üçün zaman lazım olduğunu etiraf edərkən Köçəryan yalnız siyasi məqsədlərini güdürdü.Doğrudur,onun bu etirafları həqiqəti, Ermənistandakı real mənzərəni əks etdirir.Lakin Köçəryan bu acı reallığı yalnız Paşinyan hakimiyyətinin fəaliyyətinin nəticəsi,xidməti kimi təqdim etdi. Ter-Petrosyanın, özünün və Sarqsyan hakimiyyətinin erməni cəmiyyətinin zehniyyətini necə zəhərlədiyini,Ermənistanın indiki vəziyyətə düşməsində özlərinin hansı xətalara yol verdiklərini və hansı günahları işlətdiklərinibilərəkdən "unutdu”. O,Ermənistan cəmiyyətinə çatdırmaq istəyirdi ki,baş vermiş məğlubiyyətin yeganə təqsirkarı Paşinyan və onun hakimiyyətidir.Köçəryan ictimai şəkildə onu da etiraf etdi ki,danışıqlar prosesi məhz erməni tərəfinin təqsiri üzündən pozulub.Bildirdi ki,Paşinyan Dağlıq Qarabağın danışıqlarda bir subyekt kimi iştirakını şərt kimi irəli sürəndə,”Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verəndə bilməli idi ki,danışıqları dalana dirəyir.Köçəryanın bu açıqlaması da,məlum olduğu kimi, həqiqətdir və həqiqətin yalnız cüzi hissəsidir.Lakin o etiraf etdiyi bu cür siyasi naşılığı yalnız Paşinyan hakimiyyətinin ayağına yazdı.Köçəryan siyasi riyakarlığı üzündən etiraf etmədi ki,28 il davam edən danışıqların altı ili Ter-Petrosyanın,on ili onun özünün,on ili də Sarqsyanın hakimiyyəti dövrünə təsadüf edib. Paşinyan qədər onların hər üçü danışıqları imitasiya ediblər,status-kvo vəziyyətini saxlamaq məqsədini güdüblər. Azərbaycana qarşı işğal siyasətində, azərbaycanlılara qarşı törədilən müharibə cinayətlərində dördü də günahkardır,eyni səviyyədə məsuliyyət daşıyırlar.
 
- Köçəryanın müsahibədə məqsədi yalnız Rusiyayaya yarınmaq və onun siyasi dəstəyini qazanmaqmı idi?
 
- Şübhəsiz ki,əsas məqsədi bu idi.Həm də bu müsahibəni ondan tanınmış jurnalist olan V.Pozner Rusiya-1 dövlət kanalı üçün götürürdü.Dolayısı ilə Erməniatan cəmiyyətinə çatdırılırdı ki,Köçəryan Rusiya üçün yad birisi deyil,onun siyasi gələcəyinə olan inam tükənməyib.Elə buna görə də,jurnalistin "dostunuz olan Rusiya Prezidenti ilə görüşünüz olubmu?” sualına Köçəryan guya istəmədən,guya jurnalistin təkidli sualı nəticəsində belə cavab verdi ki,görüşləri olmasa da,əlaqələri olub.Yenə Ermənistan cəmiyyətinə çatdırılırdı ki,Kremlin qapıları Köçəryanın üzünə hələ də açıqdır.Müsahibə az qala andiçmə təəssüratını yaradırdı,inaqurasiya yox,Rusiyaya sədaqət andını.Köçəryan dönə-dönə vurğuladı ki,o başqaları kimi sağa-sola sapan deyil,yalnız bir ünvana xidmət edəcək.Ünvan kimi də Ermənistan xalqının deyil,başqa bir dövlətin-Rusiyanın maraqlarını göstərdi.Bayaq qeyd etdiyim kimi,müsahibənin növbəti hədəfi Ermənistan cəmiyyəti idi.Köçəryan məhz Moskvadan öz millətinə aşılayırdı ki,hərbi məğlubiyyətin yeganə günahkarı Paşinyandır, sonuncunun sərsəm bəyanatlarla Azərbaycanı müharibəyə təhrik etməsidir.Onun bu açıqlaması da həqiqətdir.Paşinyanın xalqımız qarşısında günahları və hərbi-siyasi təxribatları danılmazdır,bağışlanılmazdır.Lakin 28 il boyunca Ermənistanın bütün rəhbərləri Azərbaycan xalqının əsəbi ilə oynadılar,heç biri beynəlxalq hüquqa və tarixi ədalətə məhəl qoymadı.Bu cür məkrli oyunların sonu Ermənistan üçün gec-tez məğlubiyyətlə bitməli və haqlı tərəf Zəfər qazanmalı idi.
 
- Belə çıxır ki, Moskva Köçəryana ciddi efir vaxtı verməklə məqsədli şəkildə onu təbliğ edib?
 
- İyun ayında Ermənistanda Parlament seçkiləri olmalıdır. Orada hakimiyyətə gələcək şəxsin kimliyinə Rusiya heç vaxt biganə olmayıb,bu gün də deyil.Ermənistanın hazırkı baş naziri N.Paşinyan da Moskvaya səfər etdi.Rusiya Prezidenti ilə üç saatdan artıq davam edən təkbətək görüşü oldu.İctimailəşən videokadrlar göstərir ki,Ermənistan cəmiyyətində yaşanan psixoloji sarsıntı Paşinyandan da yan ötməyib, onu da əməlli-başlı silkələyib.Artıq başa düşüb ki,o, müstəqil bir dövlətin yox,çoxdan Rusiyanın təsir dairəsində olan bir ərazinin rəhbəridir və orada rəhbər qalıb-qalmaması xeyli dərəcədə Kremldən asılıdır.Bağlı qapılar arxasında nələrin danışıldığı,hansı razılıqların əldə olunduğu haqda fərziyyə irəli sürmək istəməzdim.Lakin görünən odur ki,Moskva Köçəryanla yanaşı,Paşinyanı da öz təsir dairəsinə yaxınlaşdıra bilib.Fors-major şəraitində onlardan hər hansı birinin hakimiyyətə gəlişi Moskvanın ziyanına olmayacaq. Kremldə oturanlar Ermənistandakı ictimai-siyasi durumdan,oradakı anti-rus meyillərindən məlumatlıdırlar.Təsadüfi deyil ki,V.Poznerin Köçəryana ünvanladığı sullardan biri də belə idi:”Moskvada mənimlə baş tutan müsahibənin Ermənistanda əleyhinizə işləyəcəyindən narahat deyilsinizmi?”.V.Pozner açıq şəkildə Ermənistandakı anti-rus əhval-ruhiyyəli kəsimə işarə edirdi.
 
- Ermənistan hakimiyyətinə kimin gəlməsi Azərbaycan üçün daha sərfəli olardı?
 
- Desəm ki,ilanın ağına da,qarasına da lənət,kobud çıxacaq. Amma bu, belədir.Lakin Ermənistan yerləşdiyimiz coğrafi məkandan heç yana buxarlanan deyil,o cümlədən orada olan revanşist qüvvələr də, onlara himayədarlıq edənlər də.Ona görə baş verən prosesləri izləməliyik,heç nəyi,heç bir təması diqqətdən kənarda qoymamalıyıq. Əsas olan odur ki,strateji müttəfiqlərimizlə,qardaş və dost ölkələrlə bütün sahələrdə yaxınlaşmağımız, daha sıx əməkdaşlığımız intensiv xarakter alıb.Vacib olan budur.
 
- Köçəryanın müsahibəsi, ümumiyyətlə, Sizə necə təsir bağışladı?
 
- Müsahibənin məqsədi və müsahibin kimliyi,xisləti ilə bağlı fikirlərimi bayaq bildirdim.Köçəryanın dediyi iki fikir,iki suala verdiyi cavab göstərdi ki,on il prezident kürsüsündə əyləşmiş bu şəxs xələfi Paşinyanın bənzəridir,onun başqa bir formasıdır və o da yetkin siyasətçi deyil. Məsələn,Köçəryan etiraf etdi ki,Ermənistan cəmiyyətində yalnız milli kimlik faktoru inkişaf edib,dövlətçilik ənənəsi isə elə rüşeym formasında qalıb.Onun bu etirafı Ermənistan cəmiyyətində necə qarşılanacaq,deyə bilmərəm.Amma bu etiraf həqiqətə tam uyğun olsa da, erməni cəmiyyəti və erməni xisləti üçün çox ilginc səslənirdi.O dedi ki,Ermənistan adlı dövlət uzun zaman olmayıb,çox sonralar yaranıb,ona görə də ermənilər müxtəlif dövlətlərin ərazilərində özlərinə sığınacaq tapmalı olublar.Bir o qaldı etiraf etsin ki,elə bu səbəbdən başqasının-Azərbaycanın torpağına göz dikiblər və onun ərazisini işğal hədəfi kimi seçiblər,ara-sıra Türkiyə tərəfə də boylanıblar.Belə bir etirafı Ermənistanda siyasi rəhbərliyə iddialı olan birisinin dilindən eşitmək şəxsən məni məmnun etdi. Deyəsən,qədim Ermənistan dövləti kimi uydurduqları mifə özləri də artıq inanmırlar.V.Poznerin ikinci ritorik sualı isə belə idi:”Əgər Tanrı ilə görüşsəniz,ona nə deyərdiniz?” . Köçəryanın ilk cavabı bu cür oldu:”İndi,yoxsa həyatın qürub çağında?”.Pozner Köçəryanı bu sözlərlə başa salmaq məcburiyyətində qaldı:”Adətən, Tanrı ilə görüş həyat bitdikdən sonra olur”.Köçəryanın həm də belə cavablarına görə qeyd etdim ki,o nə yetkin siyasətçidir,nə də dərin müsahib.
 
- Bu yaxınlarda məlum açıqlamalarına görə V.Pozneri Gürcüstandan qovmuşdular.Müsahibə nəyi göstərdi,onun Azərbaycana münasibəti necədir?
 
- Həmişə qonaqpərvərliyi ilə seçilən qədim gürcü xalqını hövsələdən çıxarmaq üçün,həqiqətən, ciddi səhvə yol vermək gərəkdir.Bununla yanaşı,V.Pozner Rusiya informasiya məkanının ən peşəkar jurnalistlərindən biridir.Bu da həqiqətdir.Müsahibə zamanı Köçəryanı "Dağlıq Qarabağın ilk prezidenti” adlandırması,1915-ci il hadisələrinə genosid damğasını vurması,44 günlük Vətən müharibəmizdə Hitler və Stalin kimi uğursuz,məkrli tarixi şəxsiyyət eyniləşdirməsini aparması onun Azərbaycana bəslədiyi ədalətsiz və qərəzli münasibətin göstəricisidir.Bundan əvvəl verdiyiniz sualın cavabını konkretləşdirmək üçün deyim ki,Poznerin Köçəryanla olan müsahibəyə marağı sırf peşəkar fəaliyyətindən qaynaqlanırdı,yoxsa bu, onun dövlət kanalında çalışması ilə bağlıdır,dəqiq deyə bilmərəm.Bəlkə, hər iki səbəb mövcuddur,kim hansının ağırlığına üstünlük versə,yenə də haqlı çıxar.O da var ki,Pozner həm də Fransa vətəndaşıdır,oranı özünün əsl vətəni hesab edir.Erməni lobbisi orada da güclüdür.
 
- Ülvi müəllim,yeri gəlmişkən,ANAMA tərəfindən Şuşada "İsgəndər-M” raketinin qalıqlarının aşkar edilməsi hadisəsinə münasibətinizi də öyrənmək istərdim.
 
- Hadisə fakt olaraq artıq təsdiqini tapıb.Azərbaycan ərazisinə həmin raket atılıb.Bu,1949-cu il Cenevrə Konvensiyasının və 1977-ci ildə ona əlavə edilmiş iki Protokolun (Əlavə Protokol) müdəalarının pozulması deməkdir.Həmin raketin mənsub olduğu ölkənin bu hadisəni gələcəkdə necə izah etməsindən asılı olmayaraq,aidiyyatı hüquq-mühafizə orqanımız faktın istintaq çərçivəsində araşdırmasını aparıb nəticəsini həm cəmiyyətimizə,həm də beynəlxalq birliyə çatdırmalıdır. Hər bir halda,bu,sıradan bir hadisə deyil.Elə ona görə dünyanın da diqqət mərkəzindədir. Əsas odur ki,fakt ortadadır və o ictimailəşdirilib.(sfera.az)
Oxşar xəbərlər
09:16, Bu gün
Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
09:08, Bu gün
Bakıda 14 yaşlı qızı avtomobil vuraraq ağır xəsarət yetirib
08:58, Bu gün
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08:58, Bu gün
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08:30, Bu gün
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08:15, Bu gün
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08:04, Bu gün
Ekspert ölüm qorxusu ilə mübarizə aparmağın yollarını AÇIQLADI 
07:59, Bu gün
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
07:44, Bu gün
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
07:35, Bu gün
“Titanik”in məşhur mahnısının müəllifi VƏFAT ETDİ
07:21, Bu gün
Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı
07:07, Bu gün
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
07 Sep 2024 | 23:20
ABŞ Rusiyaya zərbə endirməyə icazə vermədi
07 Sep 2024 | 23:12
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
07 Sep 2024 | 23:11
Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir
07 Sep 2024 | 22:56
Həmin parkinq qanunsuz imiş - Rəsmi açıqlama
07 Sep 2024 | 22:48
Zelenski Ukrayna ilə bağlı yeni plan hazırlayır
07 Sep 2024 | 22:40
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb
07 Sep 2024 | 22:32
Masanın üstündəki xərçəngin iki mənbəyi
07 Sep 2024 | 22:26
Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı
07 Sep 2024 | 22:18
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq - VİDEO
07 Sep 2024 | 22:10
"İran Rusiyaya ballistik raketlər tədatük edir, ABŞ narahatdir" - "Reuters"
07 Sep 2024 | 22:06
Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI
07 Sep 2024 | 21:58
Putini bu cür dayandıracağam - Tramp elan etdi
07 Sep 2024 | 21:50
Mehriban Əliyeva İlham Zəkiyevi təbrik etdi
07 Sep 2024 | 21:43
Paralimpiya Oyunlarının qalibi bu ölkədir
07 Sep 2024 | 21:38
Azərbaycan futbolunun gələcəyini dəyişməliyik - Santuş
07 Sep 2024 | 21:30
Xərçəng xəstəsi olan kralın vəziyyəti necədir?
07 Sep 2024 | 21:22
Selena Qomez milyarder oldu
07 Sep 2024 | 21:14
Hadisə jurnalistə əsəbiləşdi
07 Sep 2024 | 21:06
Azərbaycandan xaricə uçuşların sayında kəskin artım
07 Sep 2024 | 20:58
Yemək bişirməyə vaxtı olmayanlar bunu oxusun
07 Sep 2024 | 20:50
İrandan Rusiyaya raketlərin verilməsi ilə bağlı bəyanat
07 Sep 2024 | 20:47
"ABŞ vətəndaş savaşının gedişində parçalanacaq" - Dmitri Medvedev
07 Sep 2024 | 20:43
Bu ölkədə meymunlara görə referendum keçirilir
07 Sep 2024 | 20:41
Həftədə iki dəfədən artıq XƏNGƏL YEMƏK OLMAZ- ALİMLƏR AÇIQLADI
07 Sep 2024 | 20:31
İpotekanın verilməməsinin imtina SƏBƏBLƏRİ- KREDİT KARTLARINIZI...
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 20:20
Kimlərə isti havada qəhvə içmək olmaz?
07 Sep 2024 | 20:13
Qadın tabutu içindəki meyitlə birlikdə oğurladı - FOTO
07 Sep 2024 | 20:05
Gəlinin şirinlik istəyən uşağa reaksiyası qınağa səbəb oldu - VİDEO
07 Sep 2024 | 19:58
Alimentdən yayınanların diqqətinə - VİDEO
07 Sep 2024 | 19:56
3 ay ərzində qonşu ölkədə "YouTube" fəaliyyətini tamamilə DAYANDIRACAQ
07 Sep 2024 | 19:50
Xoşbəxt həyat üçün əsas amillər
07 Sep 2024 | 19:46
Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu
07 Sep 2024 | 19:40
Tacikistanda zəlzələ oldu
07 Sep 2024 | 19:32
Semafordan svetofora qədər- KEÇMİŞDƏN GƏLƏCƏYƏ
07 Sep 2024 | 19:31
"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?
07 Sep 2024 | 19:24
Tədqiqatçılardan Ay haqqında yeni kəşf
07 Sep 2024 | 19:16
Dondurulmuş ətlərə möhtac qala bilərik
07 Sep 2024 | 19:08
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?
07 Sep 2024 | 19:00
Azərbaycanlı aktrisa paylaşımı ilə diqqət çəkdi - VİDEO
07 Sep 2024 | 18:47
Zelenski Pokrovskdakı vəziyyətdən danışdı
07 Sep 2024 | 18:43
Cüdoçularımızdan Avropa çempionatında 8 medal
07 Sep 2024 | 18:37
Dünyada bir ilk: Bu avtomobil tarixə düşdü - FOTO
07 Sep 2024 | 18:30
Bu cihazları istifadədən sonra dərhal elektrikdən ayırmalısınız, çünki onlar...
07 Sep 2024 | 18:25
İrəvandan Ankaraya bu tarixi körpü ilə bağlı məktub
07 Sep 2024 | 18:20
Rusiyada anbara zərbə: Kim Çenin raketləri məhv edildi
07 Sep 2024 | 18:18
Evdə hörümçəklərdən necə xilas olmaq olar? – Təbii üsullar
07 Sep 2024 | 18:15
Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək
07 Sep 2024 | 18:10
Bu kitablar kimdə varsa, varlı olacaq
07 Sep 2024 | 18:05
30 gün öncə göründü - "Qiyamət balığı" son işarəni verdi - FOTOLAR
07 Sep 2024 | 18:00
"Əla növ” markalı məhsulu saxtası ilə ayırd etmək olmur, çünki..."
07 Sep 2024 | 17:52
Avropa çempionatı: Daha bir cüdoçumuz medal qazandı
07 Sep 2024 | 17:46
Ucarda 16 yaşlı qız qaçırıldı
07 Sep 2024 | 17:39
Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?
07 Sep 2024 | 17:37
“Rusiyanın bu addımı Ukraynanın uzaqvuran raketlərlə təchizatına kömək edəcək”
07 Sep 2024 | 17:32
XİN Braziliyanı Milli Günü münasibətilə təbrik etdi
07 Sep 2024 | 17:26
Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
07 Sep 2024 | 17:20
Gecələr başsız dolaşan sirli adam: Qarşısına çıxanın ruhunu alır
07 Sep 2024 | 17:13
Anar Məmmədovla bağlı İLGİNC İDDİA - Trampın seçkisinə...
07 Sep 2024 | 17:06
Bu 5 maşın modelinə Aİ-92 töksəniz, mühərriki gec-tez "dağılacaq" - VİDEO
07 Sep 2024 | 17:00
ADU-nun məzunu Sürix Universitetinə qəbul olundu - FOTO
07 Sep 2024 | 16:54
Ağar: "Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə olan geosiyasi reallıq yaratmağa çalışırlar"
07 Sep 2024 | 16:47
Orduda maddi-texniki təminat üzrə toplanış keçiridi - FOTO
07 Sep 2024 | 16:41
Britaniyalı akademik: "COP29 Azərbaycan üçün mühüm bir addımdır"
07 Sep 2024 | 16:35
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
07 Sep 2024 | 16:29
Prezident İlham Əliyevin İtaliyadan dünyaya verdiyi ÖNƏMLİ MESAJLAR
07 Sep 2024 | 16:22
Hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyi... - ŞƏRTLƏR
07 Sep 2024 | 16:16
Anklavlar təhvil verilir: Öncə bu kəndlər qaytarılır...
07 Sep 2024 | 16:13
İranda Denge qızdırmasına yoluxanların sayı kəskin artıb
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 16:02
Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
07 Sep 2024 | 15:56
Prezident İlham Əliyev fərman imzaladı
07 Sep 2024 | 15:49
"Rusiya qlobal sualtı rabitə strukturuna hədəflənib, ABŞ həyəcan təbili çalır" - CNN
07 Sep 2024 | 15:42
Keçmiş məhkum və onun qadın şərikində narkotik vasitə aşkarlandı - VİDEO
07 Sep 2024 | 15:36
Prezident mühüm qanunu TƏSDİQLƏDİ: bu şəxslər...
07 Sep 2024 | 15:30
Azərbaycan millisinin Bakıdakı oyununa fransalı hakimlər təyinat alıblar
07 Sep 2024 | 15:24
Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik etdi - FOTO
07 Sep 2024 | 15:19
“Hər şey yaxşıdırsa, o zaman bu qədər etirazçının küçələrdə nə işi var?”
07 Sep 2024 | 15:12
Bazarda qiymətlər aşağı düşəcək: Yeni meyarlar müəyyənləşdi
07 Sep 2024 | 15:05
Sizi uğursuz edən 6 VƏRDİŞ
07 Sep 2024 | 14:58
"İsrail strateji təşəbbüsü əldən verib, İran isə hələ döyüşə başlamayıb" - İRNA agentliyi
07 Sep 2024 | 14:52
Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur - ŞƏRH
07 Sep 2024 | 14:46
Afət Fərmanqızıdan etiraf: "Həmin verilişə görə biz ayrıldıq" - VİDEO
07 Sep 2024 | 14:40
Həyat sığortası verməyən şirkətlər: Hansı xəstəlikdən ölməyi ŞƏRT qoyurlar
07 Sep 2024 | 14:34
27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatdı 
07 Sep 2024 | 14:27
Bakıdan Naxçıvana qatar və avtomobillər mütləq gedəcək, Nikol!
07 Sep 2024 | 14:20
COP29 Azərbaycan Sədrliyinin diplomatik korpusun üzvləri üçün ikinci brifinqi baş tutub - FOTO
07 Sep 2024 | 14:13
Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?
GÜNLÜK
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 11:10
“Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik”-Tünzalənin bacısı-FOTO+ÖZƏL
07 Sep 2024 | 10:43
"İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq...”- Analitik
07 Sep 2024 | 10:22
DİQQƏT! Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 10:34
Boşanma zamanı əmlak bölgüsü necə həyata keçirilir?- ALDANMAYIN!
07 Sep 2024 | 09:26
Oğluyla birgə arvadının xəyanətini izlədi - Zəng edib... - VİDEO
07 Sep 2024 | 10:11
Qarabağ erməniləri Ermənistandan da köçür - pasportlaşmanın səbəbi
HƏFTƏLİK
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
03 Sep 2024 | 01:58
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
AYLIQ
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 11:10
“Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik”-Tünzalənin bacısı-FOTO+ÖZƏL
07 Sep 2024 | 10:43
"İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq...”- Analitik
07 Sep 2024 | 10:22
DİQQƏT! Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş
07 Sep 2024 | 20:28
Ətin qiyməti kəskin artdı - VİDEO
07 Sep 2024 | 10:34
Boşanma zamanı əmlak bölgüsü necə həyata keçirilir?- ALDANMAYIN!
07 Sep 2024 | 09:26
Oğluyla birgə arvadının xəyanətini izlədi - Zəng edib... - VİDEO
07 Sep 2024 | 10:11
Qarabağ erməniləri Ermənistandan da köçür - pasportlaşmanın səbəbi