“Rusiyanın Ukraynaya raket və aviasiya zərbələrini artırması Kiyevin uzaqvuran raketlər və hava hücumundan müdafiə sistemləri ilə təchizatına kömək edəcək”.
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi mənbələri çıxış edib. Mütəxəssislər hesab edir ki, Rusiyanın artan təzyiqləri uzun müddətdir ki, Qərbdən uzaqvuran raketlər tələb edən, bu raketlərin Rusiya ərazisində tətbiqinə icazə istəyən Ukraynanın tələblərinin qəbuluna dəstək verəcək. Çünki bu zərbələr fonunda Qərb daha aydın başa düşür ki, Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri və uzaqvuran raketlər lazımdır. Bunsuz Ukraynanın nəhəng Rusiya aviasiyasının hücumlarının qarısını alması, onun dərinliklərindəki hərbi-sənbaye komplekslərini neytrallaşdırması mümkün olmayacaq.
Xatıraldaq ki, artıq bəzi Avropa dövlətləri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin yeni partiyasını göndərəcəklərini bəyan edib. Yaxın vaxtlarda digər Qərb dövlətlərinin də bu yardım kampaniyasına qoşulacağı ehtimal edilir.
Seymur ƏLİYEV