Siyavuş Novruzov: “Gənclərin işğaldan azad edilən ərazilərin ekoloji qiymətləndirilməsi prosesinə cəlb edilməsini alqışlayıram”
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihəyə start verib. Layihə əsasında gənclər işğaldan azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsində iştirak edəcək.
Moderator.az-a açıqlamasında bu layihənin önəmini şərh edən millət vəkili Siyavuş Novruzov, bunun həm Ermənistanın ekoloji terror siyasətinin ifşası, həm də işğaldan azad edilmiş ərazilərdə məhv edilən yaşıllıqların bərpası baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“İşğaldan azad edilən ərazilərin ekoloji qiymətləndirilməsində gənclərin iştirakı vacib və əhəmiyyətli bir məsələdir. Bildiyiniz kimi, işğaldakı torpaqlarımız məhz gənclərimizin əzmi, cəsarəti, qəhrəmanlığı sayəsində azad olunub. Erməni vandallarının vaxtiylə işğal altında saxladıqları ərazilərdə törətdikləri vəhşiliklərin, o cümlədən ekoloji terrorun qiymətləndirilməsi məsələsinə gənclərin də cəlb edilməsi olduqca önəmldir. Biz gənclərin bilik və bacarığından, enerjisindən, yaradıclıq qanbiliyyətindən bu məsələdə də istifadə etməli, işğaldan azad edilən ərazilərdə ekoloji vəziyyətin yaxşılaşmasına, təbiətin ilkin zənginliyinin bərpasına nail olmalıyıq.
Bildiyiniz kimi, ermənilər 30 ilə yaxın müddətdə bu ərazilərdə böyük vəhşiliklər həyata keçirib. Ağacları kəsib, meşələri məhv edib. Onlar ağaca, torpağa, təbiətə də zülm ediblər. Odur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın məlum təşəbbüsü həm işğaldamn azad edilən torpaqlarımızda ekoloji mühitin qiymətləndirilməsi, həm də erməni vəhşiliklərinin tam olaraq araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, bu layihə işğaldan azad edilən torpaqlarımızda ekoloji mühitin yaxşılaşmasına, təbiətimizin bərpasına öz töhfəsini verəcək”.
Seymur ƏLİYEV