İNCƏ SƏNƏTİN İNCƏ XANIMI...
Oxunub: 4065
31 Mar 2021 | 22:32
İNCƏ SƏNƏTİN İNCƏ XANIMI...
Validə Məmmədhüseyn qızı İmaməliyeva - əmək veteranı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, H.B.Zərdabi adına mükafatın laureatı, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin aparıcı böyük elmi redaktoru, Biologiya, tibb redaksiyası müdirinin müavini. 
Validə İmaməliyeva 1937-ci il aprelin 1-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Orta təhsilini Bakının Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə almış, 1955-ci ildə orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Universitetinin (o vaxt S.M.Kirov adına) Biologiya-coğrafiya fakültəsinə daxil olmuşdur. Hələ, tələbə ikən, 1957-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq (atası və ailənin iki azyaşlı uşağı avtomobil qəzası keçirdiyinə görə) o, ilk dəfə sabiq AKP MK yanında Partiya Tarixi İnstitunun (Sov. İKP MK yanında Marksizm-leninizm İnstitunun filialı) tərcümə şöbəsində işləməyə başlayır. O zaman burada respublikanın görkəmli ziyalıları, elmin müxtəlif sahələri üzrə tərcüməçilər çalışırdılar: Süleyman Məlikov, Abbas Gülməmmədov, Cəbrayıl Rzaquliyev, Vəli Hacıoğlu, Cəmil Quliyev, Cəlil Xəlilov, Məcid Katibli və b. 
Validə xanımın nəşriyyat işinə böyük həvəsi də elə bu ziyalılarla əməkdaşlıqdan başlayır. Belə ki, məhz bu cür tanınmış ziyalıların əhatəsində işləmək, onlardan sahənin incəliklərini öyrənmək Validə xanımın gələcək həyatında düzgün istiqamət götürməsinə böyük təsir edir. O, tərcüməçi, sözün əsl mənasında böyük ziyalı olan Abbas Gülməmmədovun yanında çalışdığı müddətdə öz savadı, bilik və bacarığı ilə kollektivin hörmətini qazanır. Bu tərcümə şöbəsində işlədiyi illərdə ona tapşırılan işləri məsuliyyətlə, tez bir zamanda yerinə yetirdiyi üçün ona “civə qız” ləqəbi də verirlər. Universiteti bitirənədək tərcümə şöbəsində işləməsi Validə xanımda nəşriyyat işinə böyük sevgi və maraq yaradır. Zaman keçdikcə isə bu iş onun həyatının əsas missiyasına çevrilir. Əlbəttə, onun xarakteri qədər diribaşlığı, doğma dilinə bağılılığı, ədəbiyyata olan böyük sevgisi də öz işini görmüşdü.  
1960-cı ildə Validə İmaməliyeva universiteti bitirir. Təyinatı isə Cəlilabad rayonuna verilmişdi. Lakin onun qarşısını ailə qurmaq kimi bir məsələ kəsirdi. Bu səbəbdən onun rayona getmək məsələsi çətinləşmişdi. Demək, o, özünə Bakıda iş tapmalı idi. Bu vaxt “Azərnəşr”in nəzdində bir nəşriyyatın “Azərtədrisnəşrin” (keçmiş “Maarif” nəşriyyatı, indiki “Təhsil” nəşriyyatı) təsis olunduğu xəbərini eşidincə çox sevinir və bu müqəddəs ocağa yollanır. Binaya daxil olub üçüncü mərtəbəyə qalxır və soraqlayıb direktorun otağını tapır. Qapını açıb içəri keçmək istəyəndə orada direktor Cəbrayıl Rzaquliyevin olduğunu görüncə ani olaraq həm sevinir, həm də fikirləşir ki, aradan iki ilə yaxın bir vaxt keçib, yəqin ki, o məni heç tanımayacaq. Bunu fikirləşib astaca qapını örtüb pilləkənlərə sarı dönür, qayıdıb getmək istəyir. Pilləkənləri yenicə enməyə başlayanda bir qadının onun arxasıyca qaça-qaça gəldiyini və onu səslədiyini eşidir. O, rusca deyir: “Девушка, девушка тебя Рзакулиев зовёт”. Bunu eşidən Validə xanım çox sevinir. Sevincinin əsas səbəbi isə Cəbrayıl Rzaquliyevin onu tanıması idi. Validə xanım geri qayıdır, yenidən direktor otağının qapısına yaxınlaşır. Çox həyəcanlı halda qapını açıb içəriyə daxil olan zaman C.Rzaquliyev onu görən kimi deyir: 
-Ay Validə xanım, hara gedirsiz? Qapını açıb, niyə geri qayıdırsız? 
-Validə xanım, çox həyəcanlı halda cavab verir, “-Nə bilim, fikirləşdim ki, bəlkə də məni tanımadız”.
 
C.Rzaquliyev ondan stulda əyləşməsini təklif edir, yazı masasının üstündəki təqvimini vərəqləyə-vərəqləyə deyir: Bax, burada yazmışam ki, “civə qızı” tapmaq! Bura isə öz ayağınla gəlib çıxdın. Nəşriyyat təzə yaradılıb, hələ tam ştat almamışıq. 10 gündən sonra ştat mənim olacaq. Sizi işə çağıracam. Validə xanım bu xəbərdən çox sevinir və sağollaşıb evə qayıdır. Validə xanım evə gəlib çatan kimi ailə üzvlərinə bu şad xəbəri deyəndə ona inananlar da olur, inanmayanlar da. Günlər ötdükcə, Validə xanımın həyəcanları da artır. Bir gün atası əlində məktub işdən evə dönür: 
– Gözün aydın, qızım, həqiqətən də səni çağırdılar işə. Bax, bu da məktub!!! O, tez məktubda yazılan bir cümləni oxuyur -  “Немедленно Азер, С.Рзагулиев”!  
Validə xanım səhər tezdən atası ilə birlikdə “Azərtədrisnəşr”ə gəlirlər. Validə xanımı direktor çox hörmətlə qarşılayır, redaksiyaya gətirir, işçilərə təqdim edir, bir qədər də tərifli sözlər deyir və gedir. O gündən, Validə xanım sevib-seçdiyi işə həvəslə gəlməyə başlayır.
O, “Azərtədrisnəşr”də tarix-coğrafiya dərslikləri redaksiyasında cəmi 6 ay kiçik redaktor işlədi. Təzə işçi olmasına baxmayaraq, öz təşəbbüsü ilə orta məktəblər üçün nəzərdə tutulmuş coğrafiya atlaslarını Azərbaycan dilinə tərcümə etməsi, 5-ci siniflər üçün olan “Fiziki coğrafiya” dərsliyini redaktə etməsi rəhbərliyin diqqətindən yayınmadı. Bu diqqət işə olan həvəsini birə-beş artırır. Onun işi kollektivin müzakirəsinə verildi. Kollektivin ümumi razılığı ilə onu böyük elmi redaktor vəzifəsinə keçirirlər. Bu onun ilk uğuru olur. Bununla yanaşı nəşriyyatın ictimai həyatında da Validə xanım fəal iştirak etməyə başlayır. 1965-ci ilədək o, “Maarif” nəşriyyatında dərsliklərin redaktəsi ilə məşğul olur. 
1965-ci ilin dekabrında Azərbaycan höküməti 10 cildlik milli-universal Azərbaycan Sovet Ensiklopediyasının (ASE) nəşri haqqında qərar qəbul etdiyi zaman ASE Baş redaksiyasında milli mətbuat kadrlarının, elm və texnikanın müxtəlif sahələrinin mütəxəssislərindən ibarət elmi-sahə redaksiyaları yaradıldıqda o da “Azərtədrisnəşr”- dən ASE-yə köçürmə yolu ilə işə dəvət edildi. 1966-cı ilin may ayından nəşriyyatdan köçürmə yolu ilə əvvəlcə elmi redaktor, sonra isə böyük elmi redaktor vəzifəsinə təyin edilmişdir. O, 1966-92-ci il1ər ərzində 1 cildlik universal “Azərbaycan Sovet Ensiklopediyasının”, 10 cildlik universal “Azərbaycan Sovet Ensiklopediyasının” və 2 cildlik “Uşaq Ensiklopediyasının” nəşr olunmasında böyük əmək sərf etmiş, əməyi fəxri fərman, “Əmək veteranı”, “Sosializm yarışının qalibi” medalları və s. mükafatlandırılmışdır.
1993-cü ildə təqaüdə çıxdıqdan sonra da bu sahədə fəaliyyətini davam etdirmişdir. O, həyat yoldaşı R.İmaməliyevin təsis etdiyi müstəqil “Boz Oğuz” nəşriyyatında “Klassik irs və tərcümə ədəbiyyatı” şöbəsinin müdiri, nəşriyyatın elmi və məsləhətçilər şurasının üzvü və baş direktorun müavini kimi fəaliyyət göstərmişdir (1993-2002). “Azərbaycan Sovet Ensiklopediyasının” yüzlərlə orijinal və tərcümə məqalələrin, Respublikanın dövri mətbuatında elmi-publisistik yazıların müəllifi, “Boz Oğuz” nəşriyyatında çapa hazırlanmış və nəşr edilmiş kitabların məsul redaktoru, “Hikmət və kəlam ensiklopediyası”nın, “Azərbaycan salnaməsindən səhifələr” məlumat kitablarının müəllifidir. 
V.İmaməliyeva 1995-2003-cü illərdə “Respublika Xatirə kitabı” və “Qanun” nəşriyyatında redaktor işləmişdir. O, 2004-cü ildə Respublika Prezidentinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması haqqında verdiyi sərəncamdan sonra (AMEA) Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yeni rəhbərliyi tərəfindən yenidən işə dəvət almışdır. 
Validə xanım 60 ildən artıq bir müddət ərzində ensiklopediya, lüğətşünaslıq və tərcüməçilik işi ilə məşğul olmuşdur. Həyat yoldaşı R.İmaməliyevin vəfatından sonra yarımçıq qalmış Buzovna Ensiklopediyasının təkmilləşdirilməsi və tamamlanmasında onun böyük əməyi vardır (hazırda “Təhsil” nəşriyyatında çapdadır). R.İmaməliyevin təsis etdiyi “Boz Oğuz” nəşriyyatında nəşr etdiyi kitablar: “Abşeron meyxanaları”, 1993; A.Əliyev “Solfecio”, 1994; Y.Şağani “Azər kimi diyarım var”, 1994; Axund Hacı Soltan Əlizadə “Azərbaycan dərvişləri və rövzəxanları”, 1995; V.Əfəndiyev “Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri”, 1996; R.İmaməliyev “Məşədi Azər. Seçilmiş əsərləri”, 1996; R.İmaməliyev “Haşım bəy Sağib. Kim-kimədir”, 1996; Hacı Hacıyev “İstiqlalın əzablı yolu”, 1996; Məşədi İlham Cəfəroğlu “Quran duaları”, 1996; R.İmaməliyev, T.Səlimov-Şağani, “Bakı kəndləri” (ensiklopedik məlumat kitabı), 1996; Həkim Qəni “Füzuliyə təxmislər”, 1997; R.İmaməliyev “İslam ensiklopediyası”, 1997; R.İmaməliyev “Buzovnalı Məhəmmədismayıl Asi. “Divan””, 1997; T.Babanlı, V.İmaməliyeva “Azərbaycan salnaməsindən səhifələr”, 1997; “Vücudnamə, Saqinamə, Tövbənamə” (Ensiklopedik məlumat kitabı), 1997; R.İmaməliyev “Ensiklopediyaçı - şərqşünas Əbülfəz Məmmədzadə”, 1997; T.İmaməliyeva, V.İmaməliyeva, R.İmaməliyev “Hikmət və kəlam ensiklopediyası”, 1998; Maqsud Mahmudzadə  “Şeyx Şamil və onun sələfləri” (sənədli-publisistik qeydlər), 1998; Kamal Rzayev  “Qarabağ müharibəsi: həqiqətlər və uydurmalar”, 1998; Kamal Rzayev  “Правда и ложь о Карабахской войне”, 1998; Qumral Sadıqzadə “Son mənzili Xəzər oldu” (Tarixi-publisistik roman), 1998; Qumri Dərbəndi “Kənzül-məsaib”, “Gülzari-Hüseyni”, 1999; R.İmaməliyev “Yasin-çərəkə” (vəqf məqsədilə), 1998; V.Babanlı “Ömürlük cəza”, 1999; Buzovnalı Məşədi Balahüseyn Xoşhal “Ata-babalarımızdan eşitdiklərim, bildiklərim, deyimlərim”, 1999; Aydın Hüseynzadə “Romantik şair Əlipaşa Səbur”, 2000; Buzovnalı Məşədi Balahüseyn Xoşhal  “Ömür bağının çələngi”, 2001; Buzovnalı Məşədi Balahüseyn Xoşhal, “Unudulmaz şəxsiyyətlər”, 2002;  R.İmaməliyev, B.Axundov, M.Mahmudov “Nəşriyyat-poliqrafiya və jurnalistika terminlərinin izahlı lüğəti”, “Təhsil” nəşriyyatı, 2009 (R.İmaməliyevin vəfatından sonra) kitablarının elmi redaktoru olmuşdur.
Validə İmaməliyeva hazırda Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzində “Kimya, biologiya, tibb, mikrobiologiya və torpaqşünaslıq” redaksiyasında redaksiya müdirinin müavini vəzifəsində çalışır. O, 60 ildən çox,  demək olar ki, bütün ömrü boyu ensiklopediya, lüğətşünaslıq və tərcüməçilik işi ilə məşğul olmuş, həyatını zərif, məusliyyətli, böyük zəhmət tələb edən bu işə sərf etmişdir.
Ümumiyyətlə, bütün sənətlərdən fərqli olaraq redaktorluq çox incə bir işdir. Bu sahədə çalışan hər kəs bu işə yaradıcı yanaşmalı, bu peşəni sevməlidir. Bu sahəni sevib, öz ömrünü bu peşəyə həsr edən minlərcə redaktorlar var. Onların ömür yoluna işıq salmaq, onların fəaliyyətini tədqiqatlara cəlb etmək kitabçılıq işi baxımından olduqca vacibdir. Çünki sevə-sevə oxuduğumuz hər bir kitabda, başqa sözlə desək çap olunmuş hər bir nəşrdə redaktor əməyi, redaktor zəhməti var. 
Azərbaycanın tanınmış, sayılıb-seçilən redaktorları içərisində Validə İmaməliyevanın da fəxrlə çəkiləcək adı var. Validə xanımın həyat yolunu vərəqlədikcə qətiyyətlə deyə bilərik ki, bu insan şərəfli ömür yaşamış, ömrünü bütövlükdə yazıya, tərcüməyə, redaktəyə həsr etmişdir.  Bu gün Validə xanım İmaməliyevanın 84 yaşı tamam olur. Ona hər şeydən əvvəl cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzu edirik.  
  
Tarix üzrə fəlsəfə doktoru Leyla Qabil qızı Abasova 
Oxşar xəbərlər
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür