2016-cı ilin Avropa gənclər paytaxtı adını qazanmaq üçün namizədliyi qəbul edilmiş 12 şəhər sırasından seçilmiş 5 şəhərlə Badajoz (İspaniya), Qalvey (İrlandiya), Laquna (İspaniya), Varna (Bolqarıstan),Vilnüs (Litva) final mərhələsində mübarizə apararaq, qalib gəlib. Bu münasibətlə Gəncə şəhərində 1o min nəfərdən çox gənclə Heydər Əliyev meydanından Atatürk prospektinə qədər yürüş təşkil edilib. Əllərində bayraqlar, təntənəli şüarlarla gənclər yüksək əhval ruhiyyə və coşğu ilə yürüşdə iştirak edirdilər.
Moderator.az-ın verdiyi xəbərə görə, Yürüş möhtəşəm konsert proqramı ilə əvəz olundu. Konsertdə çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri, Təşkilat Komitəsinin üzvü Naqif Həmzəyev başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını və o cümlədən gəncləliləri ürəkdən təbrik etdi: “Əziz gənclər, bu gün Gəncənin və Azərbaycanın tarixində çox önəmli və əvəzolunmaz bir gündür. Bu gün Gəncə 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilib. Bu qələbə münasibətilə hər birimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edirik!
Əldə olunan bu uğur yalnız və
yalnız əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü siyasətin
nəticəsidir. Son dövrlərdə bizim liderimiz cənab İlham Əliyev tərəfindən
aparılmış uğurlu siyasət nəticəsində Azərbaycan regionun ən böyük dövlətlərindən
birinə çevrilmiş və artıq Azərbaycan dünya dövlətləri içərisində öz layiqli
yerini tutubdur. Bu gün biz Gəncə şəhəri Avropada Avropa Gənclər Paytaxtı
seçilməklə bir daha sübut etdi ki, aparılan bu uğurlu siyasət öz nəticəsini
verib və dünya dövlətləri demokratiyanın carçısı olan Avropa Birliyi, Avropa
Şurası Gəncəni məhz demokratik dövlətləri paytaxtı elan edib! Gənclərin
Paytaxtı elan edib! Biz unutmamalıyıq ki, Gəncə qədim ənənələrini qorumaqla
müasir Avropa şəhərinə çevrilib. Gəncə yenidən qurulur və yenidən abadlaşır. Gəncənin
bu cür inkişafında əməyi olan bütün insanlara, bütün gəncəlilərə, xüsusilə də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar
Vəliyevə dərin təşəkkürümü bildirirəm!”
Azərbaycanın qədim diyarı
olan Gəncə şəhərinin Avropada 2016-ci ilin Gənclər Paytaxtı seçilməsi münasibətilə
təşkil olunmuş möhtəşəm konsert gənc ifaçıların müsiqiləri ilə davam etdi.