Əli Həsənov mediaya basqılardan danışdı
Oxunub: 2031
15 Nov 2013 | 17:54
Əli Həsənov mediaya basqılardan danışdı

“İndiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət qeyri-qanuni olub” “Bizim «Azadlıq» və «Yeni Müsavat» qəzetləri ilə bu məsələlər ətrafında danışıq aparmaq fikrimiz və ehtiyacımız yoxdur”

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibə verib. Müsahibəni təqdim edirik. 

- «Yeni Müsavat» və «Azadlıq» qəzetləri ilə bağlı yaranmış problemin azad mətbuata təzyiq kimi qiymətləndirilməsinə münasibətiniz necədir. Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

 

-  Mən hakimiyyət nümayəndəsi olaraq bu qəzetlərin düşdüyü vəziyyəti hakimiyyətin gördüyü tərzdə ifadə etmişəm. Bu qəzetlər son zamanlar niyə pis satılır? Nəyə görə oxucular onları almırlar? Nəyə görə onların tirajları aşağı düşür? Mən bu məsələlərə münasibət bildirmişəm. Mənim bu münasibətlərimdə adıçəkilən qəzetlərin necə olmaları ilə bağlı tövsiyə və yaxud da göstəriş yoxdur. Onlar müstəqil mətbuatdırlar. Necə istəyirlərsə, o cür də işləyə bilərlər. Müstəqil mətbuatı hakimiyyətlə bağlayan yeganə amil onların eyni cəmiyyətdə fəaliyyət göstərməsidir. Mən o qəzetlərə nə hansısa təkliflər vermirəm, nə də hansısa məsələlər ətrafında öz mövqelərindən imtina eləməyə çağırıram. Sadəcə olaraq fikirlərimi bildirmişəm. Bu fikri onlar qəbul edə də bilərlər, etməyə də. O ki qaldı onların sonrakı fəaliyyətinə, hər biri maliyyə məsələlərini müstəqil həll eləməli, cəmiyyətlə münasibətlərini media etikasına, əxlaq normalarına uyğun olaraq özləri müəyyənləşdirməlidirlər. Müvəffəqiyyətlərinə də, uğursuzluqlarına da özləri cavabdeh olmağı bacarmalıdırlar.

 

- «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu müsahibəsində qəzetin fəaliyyətini davam etdirməsi üçün hamı ilə görüşüb müzakirələr aparmağa, təkliflərini dinləməyə hazır olduğunu bildirib. 

 

- Bizim «Azadlıq» və «Yeni Müsavat» qəzetləri ilə bu məsələlər ətrafında danışıq aparmaq fikrimiz və ehtiyacımız yoxdur. O cümlədən, düşünürəm ki, bu qəzetlərin də buna ehtiyacı yoxdur. Əgər onlar özlərinin çətin vəziyyətə düşmələrinin səbəbini hakimiyyətlə bağlamaq istəyirlərsə, mən buna təəssüflənirəm.

 

- Bakıda ən böyük qəzet satışı firmalarından olan «Metroservis» bu gündən fəaliyyətini dayandırdığını açıqlayıb. Necə düşünürsünüz, bu hadisə qəzet satışının azalmasına hansı təsir göstərəcək? 

 

- «Metroservis»in fəaliyyətinin dayanmasının mətbuatın tirajına heç bir təsiri yoxdur və olmayacaq da. Ümumiyyətlə, kim qəzet almaq istəyirsə, Bakı şəhərində kifayət qədər satış məntəqəsi var və həmin yerlərdə də qəzetlərin satışı təmin olunur. Metro insanların hərəkəti, bir yerdən başqa yerə getməsi üçündür. Metro insanların qəzet, kitab ticarəti fəaliyyəti ilə məşğul olması üçün heç də n münasib yer deyil. İndiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət olubsa, bu da qeyri-qanuni olub. Bu gün metro öz fəaliyyətini müvafiq istiqamətdə qurmaq yolunda addım atıb. Düşünmürəm ki, metroda mətbuat satışının dayanması qəzetlərin tirajına təsir göstərəcək. Qəzetlərin tirajına təsir göstərən yeganə amil varsa, o da ictimai tələbatdır, insanların azad sözə olan ehtiyacıdır və mətbuat orqanlarının o ehtiyacı ödəmək qabiliyyətidir.

 

- Son günlər Azərbaycan-İran sərhədində yaranmış problemin yoluna qoyulması üçün hansı işlər görülür?

 

- Biz bu prosesdən narahatıq. İranda da çox gözəl bilirlər ki, Naxçıvan Muxtar Respublikasının əhalisi İran keçidindən ciddi şəkildə asılıdır. Əgər İrandan keçən nəqliyyat bir gün nəqliyyat dayanarsa, bu o deməkdir ki, Naxçıvan Muxtar Respublikasının əhalisinin bir gün ərzağa, yanacağa olan tələbatında ciddi fasilə yaranır. Digər həyati zəruri məsələlərin təminatında da orada ciddi problemlərin olması mümkündür. Mən heç arzu eləməzdim ki, Məhərrəm ayının başlandığı, insanlar arasında mərhəmət hissinin baş qaldırdığı bu günlərdə İranın hakimiyyət dairələri sərhədlərin bağlı saxlanılmasını davam etdirsinlər. Heç istəməzdim. Naxçıvan Muxtar Respublikasının əhalisi, onun təminatı, gündəlik həyatı İrandan keçməklə Azərbaycanla yaradılan əlaqədən ciddi şəkildə asılıdır. Əgər bu belə davam edəcəksə, biz müvafiq olaraq Naxçıvanın blokadadan çıxarılması üçün digər alternativ yollara əl atacağıq. Amma düşünürük ki, həm Azərbaycanda, həm də İranda müvafiq orqanlar bu problemin tezliklə aradan qaldırılması istiqamətində təcili, təxirəsalınmaz tədbirlər görəcəklər.

 

- Seçkidən sonra ölkədəki siyasi vəziyyət və Yeni Azərbaycan Partiyasında aparılmış dəyişikliklər, yeni komissiyaların yaradılması ilə bağlı fikirlərinizi bilmək istərdik.

 

- Seçkidən sonra Azərbaycanda vəziyyət tam sabitdir. Respublikanın növbəti 5 il üçün inkişafının əsas prioritetləri ortadadır. Cənab prezident bu ilin oktyabr ayında Nazirlər Kabinetinin iclasında qarşıdan gələn 5 il üçün Azərbaycanı gözləyən əsas vəzifələri müəyyənləşdirib və cəmiyyətə bəyan edib. Ölkədə vəziyyət kifayət qədər sabitdir, Azərbaycan öz dinamik inkişafını davam etdirir. YAP-da struktur dəyişikliyinə gəlincə, partiyada heç bir struktur dəyişikliyi olmayıb. YAP yaranandan partiyanın müxtəlif istiqamətlər üzrə komissiyaları mövcud olub. Sadəcə olaraq zaman-zaman bu komissiyaların adlarına və onların istiqamətlərinə müəyyən dəyişikliklər edilib. Son zamanlarda isə bu komissiyaların bir neçəsi yenidən formalaşdırılıb. Əvvəllər YAP-da 6-7 komissiya var idisə, indi onların sayı 12-yə çatdırılıb. Bu da partiyanın fəaliyyətinin ayrı-ayrı istiqamətlər üzrə stimullaşdırılması, o cümlədən koordinasiyasını gücləndirmək məqsədi daşıyır. 
Oxşar xəbərlər
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
GÜNLÜK
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu