"Azadlıq" qəzetinin çapını dayandırmaq məcburiyyətində qalması ölkə ictimaiyyətini ciddi şəkildə narahat edib. Yaranmış problemlə əlaqədar qəzet rəhbərliyinin bir neçə gün qabaq keçirdiyi mətbuta konfransında ictimaiyyət nümayəndələrindən belə təklif gəlmişdi ki, "Azadlıq"ı xilas etmək üçün abunə və ianə marafonu keçirilsin. Marafon bu gün saat 12:00-dan AXCP-nin qərargahında başlayıb.
Artıq marafonda onlarla insan iştirak edib. Ölkənin tanınmış ictimai-siyasi xadimləri "Azadlıq"a dəstəklərini ifadə etməkdədirlər. AXCP sədri Əli Kərimli və partiya rəhbərliyinə daxil olan başqa şəxslər, Müsavat başqanı İsa Qəmbər və partiyanın başqa rəhbər şəxsləri, ADP rəhbərliyi, tanınmış hüquqşünaslar Vidadi Mirkamal, Aslan İsmayılov, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı kampaniyaya ilk qoşulanlar olublar.
Marafon və "Azadlıq"a dəstək üçün gələnlər davam edir.