Bu avtobuslar axırımıza çıxacaq
Oxunub: 2739
07 Nov 2013 | 09:57
Bu avtobuslar axırımıza çıxacaq

Noyabrın 5-də Neftçilər prospektində, “Port Baku” biznes mərkəzinin yaxınlığında sərnişin avtobusu yük qatarı ilə toqquşub. Hadisəyə avtobusun işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti orta-ağır, birinin vəziyyəti isə ağır qiymətləndirilir.

Qeyd edək ki, sərnişin avtobuslarının qəza törətməsi artıq adi hal alıb. Bu nəqliyyat vasitələrindən istifadə edənlər isə az qala hər gün avtobusların yol hərəkəti qaydalarını pozması ilə rastlaşırlar. Qaydaların pozulması nəticəsində isə qəza vəziyyəti qaçılmaz olur. 

Bakıda baş verən qəzalar

Bu ilin statistikasına, daha doğrusu, mətbuata sızan məlumatlara nəzər yetirək. Aprel ayında Koroğlu avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində gedən yolda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş vermişdi. Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarət almışdı. 

Bu ilin sentyabrında Bayıl istiqamətində hərəkət edən və sərnişinlə dolu 120 saylı irititumlu avtobus yoldan çıxaraq hasara, sonradan ağaca çırpılmışdı, nəticədə 1 nəfər ölmüş, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Sentyabrda sərnişin avtobusunun iştirakı ilə ikinci qəza Şıx qəsəbəsində baş vermişdi. Belə ki, 120 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun yol kənarında olan hotelin hasarına çırpılması nəticəsində 2 nəfər dünyasını dəyişmiş, 8 nəfər yaralanmışdı. 

Ötən ilin avqustunda Qaradağ rayonunun Lökbatan qəsəbəsində 124 saylı marşrutun dəmir yol keçidindən keçərək qatarla toqquşmasını isə son illərin ən ağır hadisəsi saymaq olar. Belə ki, qəza nəticəsində 6 sərnişin ölmüş, 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. 

Sadaladıqlarımız yalnız Bakıda baş verən və mətbuat səhifələrinə yol açan hadisələrin çox az bir qismidir. Hadisələrə səbəb isə təbii ki, avtobusların qayda pozuntusuna yol verməsidir. 

Qaydanın hər gün pozulduğu ünvan

Ən maraqlısı ilə bir çox sərnişin avtobuslarının yol hərəkəti qaydalarını hər gün bir dəfə deyil, bir neçə dəfə pozaraq qəza vəziyyəti yaratmasıdır. Məsələn, metronun “İnşaatçılar” stansiyası tərəfdən Yeni Yasamala getmək üçün “Günəş Petrol”un yanından təxminən 50-70 metr irəli gedib dönmə hərəkəti etmək olar. Ancaq sözügedən marşrut xətti istiqamətində işləyən sərnişin nəqliyyatı vasitələri qaydaları pozaraq dönmə əməliyyatını qadağan olunmuş yoldan keçərək daha tez həyata keçirirlər. Bu da təbii ki, qəza vəziyyətinin yaranmasına gətirib çıxarır. Sərnişin avtobuslarının sürücülərinə güzəştlərin edilməsi, hətta işıqforun qırmızı işığında keçməsi hallarına dəfələrlə rast gəldiyimiz üçün bu güzəştin nə dərəcədə qanuna uyğun olub olmadığını öyrənməyə çalışdıq. 

Bu, sürücülərin günahı deyil

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov bizimlə söhbətində bildirdi ki, mənzil başına çatmaq üçün dönmə hərəkətini qadağan olan yerdən keçməklə tez həyata keçirmək yol hərəkəti qaydalarının pozulmasıdır: “Çox təəssüf ki, hətta elə yollar var ki, birtərəfli olsa da, həmin xətt üzrə avtobusların əks hərəkətinə belə icazə verilir. Ölkə prezidenti ötən ilin dekabrında yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Bu sərəncamdan sonra sərnişin nəqliyyatına mənzil başına daha tez çatmaq üçün istədikləri yerdən keçməyə icazə verilməsi aradan qalxmalı idi. Amma təəssüflər olsun ki, sərnişin nəqliyyatının qaydaları tez-tez pozması hallarına rast gəlirik və müvafiq orqanlar buna göz yumur. Bu, birbaşa sürücülərin günahı deyil və kütləvi halda baş verən gündəlik haldır. Şəhərin bəzi yerlərində sərnişin nəqliyyatının işini asanlaşdırmaq üçün belə keçidlər olur. Əgər bir gün ərzində qaydanı pozan sürücülər Dövlət Yol Polisi tərəfindən cəzalandırılsa, onlar bir daha belə səhvə yol verməzlər”. 

Qanun hamı üçün birdir

Sosial Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynov hesab edir ki, sərnişin nəqliyyat vasitələri də digər nəqliyyat vasitələri kimi yol hərəkəti qaydalarına əməl etməlidir: “Yalnız təcili yardım və polis maşınları istisna hallarda yol hərəkəti qaydalarını poza, zəruri hallarda işıqforun qırmızı işığında keçə bilərlər. Sərnişindaşımada isə yol hərəkəti qaydalarına əməl olunması ən vacib şərtlərdən biri olsa da, bəzən avtobus sürücüləri işlərini asanlaşdırmaq üçün yol hərəkəti qaydalarını pozaraq bir az irəli gedib dönmə əməliyyatını həyata keçirmək əvəzinə, birbaşa dönmələr edir, hətta işıqforun qırmızı işığında da keçirlər”. 

İ.Hüseynov deyir ki, sərnişin nəqliyyatında belə halların qarşısını almaq üçün yol polisi tərəfindən ciddi nəzarət olmalıdır: “Ölkədə ümumi nəqliyyat vasitələrinin idarəsi zamanı hansı sərtləşdirici qanunlar tələb olunursa, bu, sərnişin nəqliyyatına da şamil edilməlidir”. 

Vaqif Əsədov: “Maraqlanmalıyam”

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov dedi ki, əgər hərəkətin qadağan edilməsi ilə bağlı yol nişanı varsa, o istiqamətdə heç bir nəqliyyat vasitəsi hərəkət edə bilməz: “Yəni yol nişanlarının tələbləri müzakirəsiz yerinə yetirilməlidir. Əgər “Günəş Petrol” tərəfdə dediyiniz yolda avtobuslar hərəkət edirsə, deməli, bu, qanun pozuntusudur. Mən maraqlanmalıyam görən, həmin ərazidə bizim kameramız varmı? Ola bilsin yol polisi oraya nəzarət edir, yaxud da nəzarət etmir. Amma bu, o demək deyil ki, avtobus sürücüləri pərakəndə halda yolu qısaltmaq məqsədilə, yaxud alternativ yol kimi oradan istifadə etməlidir. Qeyd etdiyimiz kimi, giriş, hərəkət qadağandırsa və həmin yola kameralarla nəzarət edilirsə, çox güman ki, onlar barəsində foto material hazırlanır və bunun əsasında avtobus sürücüləri məsuliyyətə cəlb edilir”. 

Avtobus sürücüləri qaydanı daha çox harada pozurlar?

V.Əsədov bildirdi ki, dünən, yəni noyabrın 5-i Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə metronun “20 Yanvar” stansiyası ərazisində sərnişin nəqliyyatındakı vəziyyəti tənzimləmək üçün reydlər keçiriblər. Reydlər nəticəsində qaydaları pozan və qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüləri aşkarlanıb, eyni zamanda yol hərəkəti qaydalarına əməl etməyən avtobus sürücüləri ilə bağlı ölçü götürülüb. 

V.Əsədovun sözlərinə görə, bu ilin 9 ayında təxminən 1200-ə yaxın sərnişindaşıma ilə məşğul olan sürücü məsuliyyətə cəlb edilib. Onların əksəriyyəti qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlardır. Müsahibimiz bu il ərzində xəta törədərək yaxalanan avtobus sürücülərindən də danışdı. Bildirdi ki, sərnişinlərlə dolu avtobusla yanacaqdoldurma stansiyasına daxil olduğuna görə bu il təxminən 15, yol ayrıclarının keçmə qaydalarını pozduğuna görə 40-a yaxın, əhali arasında qoşa xətt kimi tanınan, üfüqi nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətli yol zolağına daxil olan 60-a yaxın avtobus sürücüsü barədə protokol tərtib edilib: “Yolların hərəkət hissəsində ikinci cərgədə saxlayaraq yolun daralmasına səbəb olan 100-ə yaxın, sərxoş vəziyyətdə avtobusu idarə edən təxminən 5 sürücü də cəzalandırılıb. İşıqforun qırmızı işığında hərəkət edən avtobus sürücüləri barədə də protokol tərtib edilib”. 

V.Əsədov onu da qeyd etdi ki, Bakı şəhəri ərazisində 3 minə yaxın kameranın köməyi ilə yollara nəzarət edilir: “Məhz kameraların köməyi ilə yol hərəkəti qaydalarını pozan, inzibati xəta törətmiş sürücülər aşkar edilib məsuliyyətə cəlb edilir”. 

Oxşar xəbərlər
08:25, Bu gün
Paris Bakıdan nə istəyir?
08:08, Bu gün
Avrasiya Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri, Nəsiman Yaqublunun çıxışı - FOTO
08:00, Bu gün
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
07:49, Bu gün
“Paşinyan yalnız bu halda istefa verə bilər…”
07:44, Bu gün
Havalar istiləşəndə COVİD “xortlayacaq” – Qorxulu XƏBƏRDARLIQ
07:19, Bu gün
"Rəisidən sonra İranın növbəti prezidenti kim olacaq?" - "Bloomberg"
07:19, Bu gün
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
07:09, Bu gün
ABŞ Gürcüstan dövlətinə hansı sərfəli təkliflər edir və hansı şərtlə?.. -“POLITICO”
06:57, Bu gün
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
06:30, Bu gün
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar
06:12, Bu gün
Qonşu ölkə silkələndi
01:51, Bu gün
Çində zəlzələ oldu
01:50, Bu gün
Qaradağda ağır yol qəzasında iki nəfər yaralanıb
01:49, Bu gün
Putin müşavirini işdən qovdu
01:24, Bu gün
Fransa Yeni Kaledoniyaya əlavə hərbi qüvvələr göndərir
01:00, Bu gün
Türkiyənin Egey sahillərində kəşf ediləcək məkanlar
00:58, Bu gün
Zaqatala ərazisinə dolu yağıb
00:45, Bu gün
Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb
00:39, Bu gün
Qaxda maşın təmiri sexləri yanır
00:04, Bu gün
Rəisiyə hədiyyə edilən üzük meyitin tapılmasında kritik rol oynadı - FOTO
20 May 2024 | 23:47
Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
20 May 2024 | 23:27
Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb
20 May 2024 | 23:17
Roza Zərgərli bu fotolarla gündəmə gəldi
20 May 2024 | 23:13
Ərəb şirkəti Avropadan 144 təyyarə alır
20 May 2024 | 22:59
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
20 May 2024 | 22:57
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 20 nəfər həbs olundu
20 May 2024 | 22:47
ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
20 May 2024 | 22:46
Muxtar Babayev Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüşdü
20 May 2024 | 22:44
"Estoniya NATO qoşunlarının Ukraynaya göndərilməsinə çağırış edib" - "Financial Times"
20 May 2024 | 22:42
ABŞ İrana helikopter qəzası ilə bağlı yardım etməkdən imtina edib
20 May 2024 | 22:42
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
20 May 2024 | 22:14
Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 May 2024 | 22:12
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
20 May 2024 | 22:01
Türkiyədə milli matəm elan edildi
20 May 2024 | 21:55
“Süni intellektin tənzimlənməsi - Milli parlamentlərin rolu”
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:50
"Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb
20 May 2024 | 21:49
Pakistandan Türkiyəyə maraqlı təklif
20 May 2024 | 21:07
“O,  daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu...”
20 May 2024 | 21:04
Bakı-Tiflis-Qars xətti üzrə yükdaşımalara start verildi
20 May 2024 | 21:03
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
20 May 2024 | 20:52
Azərbaycan-İran əməkdaşlığı regional iqtisadi inkişafa töhfə verəcək
20 May 2024 | 20:50
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
20 May 2024 | 20:42
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
20 May 2024 | 20:38
Ərdoğan İlham Əliyevə zəng edib
20 May 2024 | 20:35
Azərbaycanda iki teatrın adı dəyişdirilir, işçilərinin maaşı artırılır
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 20:14
Azərbaycan cüdoçusu dünya çempionu olub
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
20 May 2024 | 19:54
Putin müdafiə nazirinin müavinini işdən çıxardı
20 May 2024 | 19:45
BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut elan olunub
20 May 2024 | 19:33
Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
20 May 2024 | 19:19
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
20 May 2024 | 19:11
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 18:44
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
20 May 2024 | 18:37
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
20 May 2024 | 18:30
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
20 May 2024 | 18:21
BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb - FOTO
20 May 2024 | 18:02
Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır" - VİDEO
20 May 2024 | 17:57
Əli Əsədov qərar imzaladı
20 May 2024 | 17:54
UNEC-in ev sahibliyi ilə Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilib - FOTO
20 May 2024 | 17:51
BDU tələbələri üçün “workshop”: “Professional CV necə hazırlanır?”
20 May 2024 | 17:48
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”-Ekspert
20 May 2024 | 17:48
"İsrail öz hərbi əməliyyatlarını siyasi strategiya ilə uzlaşdırmalıdır" - Sallivan
20 May 2024 | 17:46
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
20 May 2024 | 17:45
Fəzail Ağamalı: "Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu"
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 17:38
Prezident fərman imzaladı
20 May 2024 | 17:37
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”
20 May 2024 | 17:35
Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da - FOTO
20 May 2024 | 17:34
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
20 May 2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqləndi
20 May 2024 | 17:29
Bu mayda yağıntı əvvəlki illərlə müqayisədə daha çox olub
20 May 2024 | 17:26
BDU-nun daha bir tələbəsi İsveçin dövlət təqaüdünün qalibi olub
20 May 2024 | 17:23
Zəngəzur meşələrindən reportaj - VİDEO
20 May 2024 | 17:20
"Azər Axşam mənim üçün heç kimdir"
20 May 2024 | 17:17
BDU-da Heydər Əliyevə həsr edilmiş poeziya gecəsi keçirilib - FOTO
20 May 2024 | 17:13
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
20 May 2024 | 17:11
BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib - FOTO
20 May 2024 | 17:09
AFFA Hakimlər Komitəsindən sərt QƏRAR
20 May 2024 | 17:05
DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO
20 May 2024 | 17:00
Qarabağ Universitetinə rektor təyin edildi
20 May 2024 | 16:55
Sakit okean regionunun institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar
20 May 2024 | 16:50
Ukrayna Rusiyanın Qara dəniz Donanmasının daha bir gəmisini batırıb
20 May 2024 | 16:45
"Dollar Nizami"yə hökm oxundu
20 May 2024 | 16:40
Deputat: "Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"
20 May 2024 | 16:35
BDU-da “Könüllülük həftəsi” keçirilir - FOTO
20 May 2024 | 16:29
Xarici dillər üzrə imtahana və əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır
20 May 2024 | 16:25
Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı AÇIQLANDI
20 May 2024 | 16:22
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar
20 May 2024 | 16:20
Hidayət Heydərov dünya çempionatında finala yüksəldi
20 May 2024 | 16:16
Muxtar Babayev Latviya Seyminin sədri ilə görüşdü
20 May 2024 | 16:10
Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb - RƏSMİ
20 May 2024 | 16:08
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
20 May 2024 | 16:05
Azərbaycanda neçə nəfər aliment ödəyir?
20 May 2024 | 16:04
TÜRKSOY-un, ADA və ADMİU-nun rəhbərliyi “Əsrə bərabər gün” tamaşasında
GÜNLÜK
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 08:49
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
20 May 2024 | 09:25
Helikopter qəzasında ölən Rəisinin DOSYESİ
20 May 2024 | 09:40
Cümhuriyyət qurucuları: Baş nazir Fətəli xan Xoyski - Nəsiman Yaqublunun araşdırması
20 May 2024 | 11:50
““Azadlıq” qəzetində verilmiş “Polis rüşvət almır” başlıqlı müsahibəm başımı necə ağrıtdı?..
20 May 2024 | 09:11
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
20 May 2024 | 09:19
“Qarabağ”ın qapıçısı utanır: “Bilmirəm nə deyim, belə olacağını gözləmirdim“
20 May 2024 | 10:19
Mayın son həftəsində 3 bürc üçün gözlənilməz dəyişikliklər olacaq
20 May 2024 | 09:52
Çingizin toyundan özəl görüntülər - VİDEO
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 08:49
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
20 May 2024 | 09:25
Helikopter qəzasında ölən Rəisinin DOSYESİ
20 May 2024 | 09:40
Cümhuriyyət qurucuları: Baş nazir Fətəli xan Xoyski - Nəsiman Yaqublunun araşdırması
20 May 2024 | 11:50
““Azadlıq” qəzetində verilmiş “Polis rüşvət almır” başlıqlı müsahibəm başımı necə ağrıtdı?..
20 May 2024 | 09:11
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
20 May 2024 | 09:19
“Qarabağ”ın qapıçısı utanır: “Bilmirəm nə deyim, belə olacağını gözləmirdim“
20 May 2024 | 10:19
Mayın son həftəsində 3 bürc üçün gözlənilməz dəyişikliklər olacaq
20 May 2024 | 09:52
Çingizin toyundan özəl görüntülər - VİDEO