"Mən Hafiz Hacıyevdən xoş söz eşitsəydim təəccüblənərdim və çox kədərlənərdim".
Bu sözləri Hafiz Hacıyevə cavab verərkən Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı deyib.Etatist.com-a danışan R.Hacılı Hafiz Hacıyevdən belə bir açıqlamanın gözlənilən olduğunu bildirib:
"İndiki halda onun bu açıqlaması yerində və gözlənilən idi. Hafiz Hacıyev dediyi heç biri sözün üstündə durmadığı kimi bunun da üstündə dura biləcəyinə inanmıram. İkincisi də ki, döydürmək, söydürmək, "mak, mək"ləri eləyirlər, sonra deyirlər.
"Belə bir hadisə baş verəcəyi təqdirdə hansı addımı atacaqsınız?" sualına isə gənc fəal, "Heç nə. Mən də onları döyəcəm" deyə cavab verib.
Qeyd edək ki, Hafiz Hacıyev Moderator.az saytına açıqlama verərək, onu döydürəcəyi ilə hədələyib.