Məğlubiyyət yetim olur...
Oxunub: 3426
29 Jan 2021 | 14:00
Məğlubiyyət yetim olur...
Artıq Vətən Müharibəsi başa çatıb. Azərbaycan Ordusunun hissə və bölmələri Şuşada və digər azad edilən ərazilərdə yerləşib. Azad edilən 10 min kv.km-dən çox ərazilərimizə artıq Əsgərimiz nəzarət edir. Bu Qələbənin əldə edilməsində hər bir vətəndaşımız əlindən gələni etməyə çalışdı. Qədim bir atalar misalı belə səslənir: Qələbənin yüz atası olur. Məğlubiyyət isə yetim olur.

30 il əvvəl qazandıqları müvəqqəti uğurlardan başı gicəllənən erməni hərbi elitasının Vətən Müharibəsinin başa çatmasından sonra verdikləri bəyanatlar isə həqiqətən bu atalar məsəlinin hələ də aktual olduğunu göstərir. Bəzi erməni hərbçilərinverdiyi bəyanatlar isə həqiqətən də ikrah hissi doğurur.
Hər dəfə verdikləri müsahibələrlə özlərini daha gülünc vəziyyətə salan keçmiş müdafiə nazirlərinin və müavinləri, görəsən dediklərinə özləri inanırmı? Aralarında fikir bildirmədən əvvəl arxaya çevrilib keçmişlərinə nəzər salan olurmu? 

Maraqlıdır ki, hələ indiyə qədər Erməstan ordusunun bir nəfər olsun general və ya zabiti baş verən məğlubiyyətdə özünü gunahkar bilməyib. Bu mənada qismən Paşinyan daha obyektiv təəssürat yaradır.
Müharibədən sonrakı müddətdə Ermənistanın keçmiş müdafiə nazirləri və onların müavinləri mediaya açıqlama vermək üçün növbəyə düzülüblər. Seyran Ohanyan, David Tonoyan, Artak Zakaryan bir-biri ilə kənarda "günah keçisi" tapmaq üğrunda yarışırlar. Artak Seyranı, Seyran keçmiş müavini Davidi, David isə Konsitutsiyanı günahlandırır. Məqsəd isə son müharibədə Ermənistanın məğlubiyyətinin səbəblərini, baş verənlərə görə məsuliyyəti digərlərinin üzərinə atmaq şərti ilə erməni xalqına "izah" etməkdir. Məsuliyyət adətən ya sələflərin, ya da xələflərin çiyninə yüklənir. Heç kim özünün səhvi barədə kəlmə işlətmir.

"Günah keçisi" axtarışında ən çox iyrənclik isə general-polkovnik Seyran Ohanyanın açıqlamalarında müşahidə olunur. Seyran Ohanyan 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Yəni həm Azərbaycan vətəndaşıdır, həm də onun hərbçi kimi formalaşmasında Bakının xüsusi yeri var. Hazırda Azərbaycanda onunla bir yerdə oxuyan çox sayda general və zabitlər hərbi xidmətdədir. Yəni şəxsi keyfiyyətlərini araşdırmaq çətin deyil. Lakin məqsədim bu deyil.

Qarabağ müharibəsinin əsas simalarından biri hesab olunan Seyran 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə və dinc əhaliyə divan tutulmasında fəal iştirak edib .Xocalı qətliamında 366-cı alayın tabor komandiri kimi qatılan və əli Azərbaycanın mülki vətəndaşlarınını qanına bulaşan Seyran Ohanyan digər erməni qatillər kimi hazırda İnterpol xətti ilə beynəlxalq axtarışdadır.  

1999-2007-ci illərdə qondarma qurumun "müdafiə naziri", 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olan Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. 17 il ərzində erməni xalqını Azərbaycan Ordusunun "döyüş qabiliyyətinin aşağı olmasına" inandırmaq üçün dəridən qabıqdan çıxan Ohanyan, Vətən Müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün Qarabağa gələrək, əvvəlki iddialarının əsassız olmadığını sübut etməyə uğursuz cəhd də etdi. 6 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi məqsədilə həyata keçirdiyi döyüş əməliyyatlarında Seyran və oğlunun ağır yaralanmasına dair məlumatlar da yayılmışdı. 

Çörəyini yediyi Azərbaycanın mülki vətəndaşlarınını qanına bais olan  Seyran Ohanyan Ermənistanda ən uzun müddət hərbi rəhbərlikdə təmsil olunub. İndi isə məlum müharibədəki məğlubiyyətin yükünü sələflərinin çiyninə yükləmək üçün ciddi səylə çalışır, müsahibələrində özündən başqa hər kəsi, xüsusilə keçmiş nazir David Tonoyanı "günah keçisi" kimi təqdim etməyə çalışır. 

David Tononyan 1967-ci ildə Qazaxıstan SSR-nın Şərqi Qazaxıstan vilayətində Oskemen şəhərində anadan olub. 1986-cı ildə Sovet Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsində xidmət edib. 1991-ci ildə İrəvan Dövlət Universitetində təhsil almaq məqsədi ilə İrəvana köçüb. 1998-2007-ci illərdə Tonoyan NATO-nun Brüsseldəki qərargahında müxtəlif vəzifələr tutub, üç il Ermənistanın NATO-dakı nümayəndəsi kimi fəaliyyət göstərib. 2007-ci ildə Tonoyan Müdafiə Nazirliyindəki beynəlxalq hərbi əməkdaşlıq və müdafiə siyasəti şöbələrinə rəhbərlik etmək üçün Ermənistana qayıdıb. 2010-cu ildən 2017-ci ilə qədər Tonoyan Seyran Ohanyan və Viqen Sarkisyanın rəhbərliyi altında Ermənistan Müdafiə nazirinin birinci müavini vəzifəsində xidmət edib. 

Fevralın 6-da imzalanan prezident sərəncamına əsasən David Tonoyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilib. Baş nazir Nikol Paşinyan Tonoyanı 2018-ci ilin 11 may tarixində müdafiə naziri vəzifəsinə təyin edib. Tonoyanın adı bu vəzifədə daha çox Ermənistana silah tədarük edən müşaviri "Patron Davo" ləqəbli iş adamı Qalstayan ilə rüşvət və şişirdilmiş qiymət məsəsləsrində əlbir fəaliyyətdə hallanıb. Son illərdə Ermənistan ordusunun silah alışının 90% -i David Qalstyan vasitəsi ilə həyata keçirilib. Qalstyan bir neçə ixtisaslaşmış şirkətin səhmdarıdır. O, Ermənistandakı "Kalaşnikov" zavodunun sahiblərindən biridir və "Royalsys Engineering" şirkətinin rəhbəri olub. Vətən müharibəsində nasaz olduğu üçün atəş açmayan və İordaniyadan alınan "Osa-AK" ZRK-ları da məhz Qalstyan tərəfindən Ermənistana tədarük edilmişdi. 2019-cu il dekabrın 27-də bu komplekslərin Paşinyana təqdimatında Qalstyan da iştirak edib. 

2016-cı ildə Tonoyanın xeyir duası ilə onun dostu Qalstyan 8.5 milyon ABŞ dolları dəyərində olan "Pantsır-S" zenit raket kompleksini Ermənistana 1 ədədinin 16 milyon ABŞ dollarından itələyə bildi. Beləliklə, "Patron Davo" və Davit Tonoyan 4 ədəd "Pantsir-S" zenit-raket kompleksindən ümumi olaraq 30 milyon ABŞ dolları qazandılar. Maraqlı orasıdır ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Serj Sarkisyanın qohumu olan Qalstyan daim erməni siyasi-hərbi elitası ilə, o cümlədən Tonoyanla qısa müddətdə rahat dil tapmağı bacarıb. 

Ermənistanın müasir tarixindəki bəlkə də ən bacarıqsız müdafiə naziri David Tonoyan da son günlərdə mediada aktivləşib. Müharibə zamanı onu gözüm çox axtardı, cəmi bir dəfə Gorus və ya Qafan istiqamətində əsgərlərlə fotosuna rast gəldim. Yanındakı əsgərlərdən biri isə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti üçün nəzərdə tutulan geyim formasında idi. Digər bir əsgərin çəkməsiz olması da diqqətimizi çəkmişdi. Bundan başqa müharibədə davamlı ərazilər itirən Ermənistanın nə müdafiəsiz nazirinə, nə də Başsız Qərargahının rəisinə heç kim birincinin istefasına qədər heç döyüş əməliyyatları zonasında və ya səngərdə rast gəlmədi, halbuki belə bir qəliz vəziyyətdə onların yeri ən azı ön idarəetmə məntəqəsində olmalı idi.

İndi Tonoyan erməni ordusunun məğlubiyyətində Ermənistan Konstitusiyasını günahlandırır, guya edilən yeni düzəlişlərə görə Baş nazir - Müdafiə Nazirliyi - Baş qərargah arasında qarşılıqlı əlaqənin təşkilində qeyri müəyyənliklər olub və nəticədə müharibə zamanı Müdafiə naziri, yəni Tonoyan faktiki olaraq döyüş əməliyyatlarının planlaşdırılması və aparılmasından kənarda qalıb. O zaman sual olunur: Əgər həm belə bir qeyri müəyyənlik mövcud idisə, həm də müdafiə naziri proseslərdən kənarda qalmışdısa, o zaman nazir vəzifəsini daşıyan Tonoyan "Azərbaycan yeni müharibəyə başlayarsa, yeni ərazilər itirəcək" bəyanatını səsləndirməklə çarəsiz erməni xalqını niyə aldadırdınız? Niyə verdiyiniz vədi yerinə yetirmək əvəzinə, ərazi və ordunun darmadağını nəticəsində oturduğunuz nazir kürsünün "temperaturu" yüksələn kimi kənara çəkildiniz? 

İki il yarım müharibə vəziyyətində olan Ermənistanda Müdafiə Nazirliyinə rəhbərlik edən bir şəxs, Baş nazir - Müdafiə Nazirliyi - Baş qərargah arasında anlaşılmazlığı həll edə bilməyibsə, tabeliyində olan ordunu hərbi əməliyyatlara və "yeni müharibədə yeni ərazilər əldə etməyə" necə hazırlaya bilərdi? Yeri gəlmişkən, 2018-ci ildə Azərbaycan Ordusu Naxçıvanda "Günnüt Əməliyyatı"-nı həyata keçirəndə Ermənistanın Müdafiə naziri David Tonoyan idi. Hər zaman hər şeydən danışan David indiyə qədər bir dəfə də olsun Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş əməliyyatı nəticəsində ərazilər və yüksəkliklər əldə etməsinə münasibət bildirməyib. 

Təbii ki, müharibə zamanı erməni ordusunda nəyisə dəyişmək üçün artıq gec idi, Tonoyan hər gün məruz qaldığı məğlubiyyətlərə görə qoşunun qalan hissəsini yeni mövqelərdə yerləşdirməyə belə imkan tapmırdı, lakin unun Ermənistan Silahlı Qüvvələrinin üzləşdiyi problemləri həll etmək üçün əvvəllər 30 aya yaxın vaxtı var idi. Lakin David  bu vaxtı yalnız "Patron Davo" ilə zənginləşməsi üçün sərf etməyə üstünlük verdi. 

Müdafiə nazirinin keçmiş birinci müavini Artak Zakaryan isə KİV-lərdə Tovuz hadisələrindən sonra aktivləşdi. Bu vəzifədə yalnız bir il çalışan Artak özünü müdafiə sahəsində üstün bir mütəxəssis kimi göstərməyə cəhd edirdi. Müharibə zamanı hakimiyyəti müxalifətin tənqidlərinə qulaq asmamaqda günahlandıran Zakaryan, nədənsə hakimiyyətdə olanda bu prinsipləri özünün də yerinə yetirmədiyinə aydınlıq gətirmirdi. 

Zaman-zaman Ermənistanın Mingəçevir SES-ə taktiki raket zərbəsi endirəcəyi ilə bağlı absurd açıqlamalarla mediada ilk kövrək addımlarını atan Zakaryan Vətən Müharibəsində Hadrutun ermənilərdən təmizlənməsi ilə mütəxəssis-ekspert kimi talantını da itirdi. Onun proqnozlarının tam əksinə olaraq nə ermənilər Mingəçevir SES-i məhv edə bilmədi, nə Azərbaycanın yarısı su altında qalmadı. Artakın "Məğlubedilməz" olaraq dəyərləndirdiyi erməni ordusu isə "keçilməz Ohanyan səddini" əks hücumun ilk saatlarında 20 km-də yarılmasına mane ola bilmədi və son nəticədə Azərbaycan Bayrağı Şuşaya sancıldı. Bundan sonra Artak Zakaryan özünü fərqli sahədə, məsələn falçılıqda sınaması bəlkə də daha səmərəli ola bilər, lakin bu olmaya da bilər.  

30 il ərzində ermənilər regionda reallaşdırıln ən mühüm layihələrdən kənarda qalmaq bahasına olsada, işğalçı siyasət nəticəsində  böyük  ərazilər əldə etmişdilər. Bütün bu ərazilər 44 günlük Vətən Müharibəsindəki "Dəmir Yumruq" zərbəsi ilə artıq Azərbaycan Əsgərinin nəzarətindədir. Bütün bunlara məsuliyyət birbaşa olaraq yuxarıda adları çəkilən şəxslərin, xüsusilə də bu məsuliyyəti digərlərinə yükləməyə daha çox çalışan, uçaq qatili Seyran Ohanyanın üzərindədir.

Niyəsini aydınlaşdırmağa çalışacam. Birincisi, əvvəl qeyd etdiyim kimi, Seyran 17 il vəzifədə ən yüksək vəzifələrdə olub. Son Şüşa döyüşlərində də nəsə etməyə çalışıb. Erməni vətəndaşı gözü ilə baxsaq, türk qatili olduğuna görə Ohanyan yaxşı "komandir"dir, hətta "qəhrəman" döyüşçüdür. Lakin dırnaq arasından çıxarsaq belə, yaxşı bir komandir və qəhrəman döyüşçü olmaq, yaxşı müdafiə naziri olmaq demək deyil. Bunu Emənistanın kədərli və acı təcrübəsi də göstərir. Ermənistanın müdafiə naziri olaraq Seyran Ohanyan çox erməni zabitini, xüsusilə də Qarabağdan olmayanları çox incidib. Məhz onun nazir olduğu müddətdə Ermənistan ordusunda cinayətkarlıq sürətlə artdı, korrupsiya çiçəkləndi. Müdafiə naziri təyin ediləndən sonra Ohanyan kifayət qədər qısa müddətdə Ermənistanın ən varlı adamlarından birinə çevrildi və həyat yoldaşı bir sıra gəlirli sahələri, məsələn, stomatologiya sahəsində monopoliya yaradaraq bu sferanı tam ələ keçirdi. 

Ohanyan hazırda Vətən Müharibədəsindəki məğlubiyyətə görə özündən başqa hamını, xüsusilə də varislərini "günah keçisi" kimi təqdim etməyə çalışır. Lakin Ohanyan 2007-2008-ci illərdə Baş Qərargaha, 2008-2016-cı illərdə Müdafiə Nazirliyinə rəhbərlik etdiyini unudur. Azərbaycan Əsgərinin 2016-cı ildə Talış və Lələtəpə istiqamətində nazirin adını daşıyan həmin səddi yaranda, zərbə PUA-larının zərbələri qarşısında erməni xüsusi təyinatlılarının "dabanından qığılcım" çıxanda Ermənistanın Müdafiə naziri on illər ərzində ermənilərin başının altına "Ohanyan səddi" kimi böyül bir yastıq qoyan Seyran deyildi? 35 ilə yaxın hərbi təcrübəsi olan Ohanyan açıq mətbuatdan və digər qapalı mənbələrdən yaxşı bilirdi ki, Azərbaycan zərbə və kəşfiyyat PUA-ları alır, onların yerli istehsalını təşkil edir,  Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə qoşunlarının texiki vasitələrini modernləşdirir, Radioelektron mübarizə sistemləri əldə edir. Nədən bu məsələlərə Ohanyan diqqət yetirmirdi? Niyə Seyran Ohanyan Aprel Müharibəsindən sonra "günah keçisi" axtarmırdı?

Çünki, şəxsi zənginləşmə ilə məşğul olan Seyranın digər işlərə zamanı qalmırdı. İndi isə "günah keçisi" axtarışındadır. Ola bilər ki, bu yazını görməsin və ya görməzdən gəlsin. Lakin ümid edirəm ki, Azərbaycan vətəndaşı Ohanyan nə zamansa törətdiyi cinayətllərə görə Azərbaycanın ədalət məhkəməsi önündə dayanacaq. Bəlkə o zaman mən bu sualları onun üzünə qarşı səsləndirə bildim.


Oxşar xəbərlər
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ