İkili diplom proqramı üzrə təhsil alan BDU tələbəsi: Bu, hər kəsə faydalı olacaq...
Oxunub: 1371
28 Jan 2021 | 10:01
İkili diplom proqramı üzrə təhsil alan BDU tələbəsi:   Bu, hər kəsə faydalı olacaq...
Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti (QMU) arasında “Dəniz və Enerji hüququ” sahəsində ikili diplomlu magistr proqramı ilk tələbələri ilə uğurla davam edir. Dost və qardaş ölkələrin magistrantları hər iki ölkənin ilk və aparıcı ali təhsil müəssisələri arasında bu sahədə birgə kadr hazırlığı işində fəallıq göstərir, elm və təhsil sahəsində də birlik nümayiş etdirir.

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin ikili diplom proqramının ilk magistrantlarından Jalə Rəhimova ilə söhbət etmək qərarına gəldik. Jalə Rəhimova bakalavriat pilləsində də təhsilini Bakı Dövlət Universitetində alıb. Yeni qəbul proqramı haqqında ilkin təəssüratlarını və proqram haqqında təcrübələrini bizimlə bölüşməkdən məmnun olduğunu ifadə etdi.

- Jalə xanım, özünüzü təqdim edin.

- Mən 2020-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib, həmin il “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuşam. Bakalavr pilləsi zamanı mən özümü tamamilə təhsilə yönəltmişdim və çalışırdım hüququn bütün sahələri haqqında biliklər əldə edim. Eyni zamanda müxtəlif tədbirlərdə, seminar və təlimlərdə iştirak etmişəm. Tələbələr arasında “Seçki hüququ və seçki prosesi məsələləri” üzrə keçirilən viktorinada, Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransında iştirak etmişəm.

- Qazaxıstan təhsil sisteminə maraq yaradan səbəb nə oldu?

- Dördüncü kursda oxuyanda Universitetə Qazaxıstandan bir qrup müəllim heyəti qonaq gəlmişdi və bizim bakalavr qrupumuza dərsdə iştirak etmişdilər. Onda onlar enerji hüququ haqqında, öz uiversitetləri haqqında danışdılar, təqdimatla çıxış etdilər, onların universitetinin imkanlarından danışdılar. Mənə bu maraqlı gəldi, amma mən onda artıq qərar vermişdim ki, öz universitetimizə, yəni BDU-nə qəbul olmaq istəyirəm. Göründüyü kimi hər iki istəyimə eyni zamanda nail ola bildim, baxmayaq ki, bu məndən asılı olmayan səbəblərdən baş verdi.

- İkili diplom proqramına qatılmağa nə vaxt qərar verdiniz? Buna hansı amillər təsir göstərdi?

- 2020-ci ilin sentyabr ayında Hüquq fakültəsinin dekanı Əmir Əliyev “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə 2020-ci ildə qəbul olmuş magistratura tələbələri ilə görüş keçirdi. Əl-Fərabi adına Qazax Milli Universitetində ikili diplom proqramına qoşulmaq fürsətinin olduğu barədə bizə geniş məlumat verdi və hətta düşünmək üçün vaxt da. Biz qrupda 7 nəfər idik. Şəxsən mən ikili diplomun əla bir fürsət olduğunu artıq anlamışdım, əvvəla, “Dəniz və enerji hüququ” ixtisaslaşması Azərbaycan üçün yeni bir ixtisaslaşma sayılır və yeni, professional kadrlara ehtiyac duyulur; ikincisi, bizə hər iki universitetin fərqli sahələr üzrə mütəxəssislərindən dərs ala biləcəkdik. Həmçinin əl-Fərabi universiteti Dünya universitetlərinin QS reytinqində 165-ci yerdə dayanır; bu isə təqdirəlayiqdir.

Bunların hər biri möhtəşəm fürsət idi və magistantlar da bunları yaxşı dərk edirdi. Digər bir məsələ ondan ibarət idi ki, biz təcrübə hissəsini keçmək üçün ikinci kursun sonunda Qazaxıstana yollanmalıyıq. Bəzilərimiz üçün belə bir qərarı indidən vermək çətinlik yaratdı, amma razılaşdıq. Qrup olaraq razılığımızı dekanlığa bildirdik.

- Əl-Fərabi Universitetinin təhsil sistemi haqda nələr müşahidə etdiniz?

- Bildiyimiz kimi, Azərbaycanda COVID-19 pandemiyasına görə bütün təhsil müəssisələri məsafədən təhsilə keçməyə məcbur oldu. Hər iki Universitetin hüquq sahəsində tam fərqli və maraqlı tədris sistemi var. “Enerji hüququnda beynəlxalq konvensiyalar” adlı bir fənnimiz var idi. O fənni bizə Qalım Teleuev tədris edirdi. O, mühazirə zamanı bizə mövzu haqqında ümumi məlumatlar verirdi, seminar dərsi üçün isə həmin mövzuya uyğun - mütləq Azərbaycana aid hər kəsə fərqli bir mövzu verirdi. Biz isə araşdırma edib prezentasiya formasında onu təqdim edirdik. Bu isə mövzunun daha yaxşı yadda qalmasına səbəb olurdu.

İmtahan sessiyası da daha qısa bir müddətdə - 1-2 həftə ərzində keçirilirdi.

Onu da vurğulamaq istərdim ki, dekan, kafedra müdirlərinin, müəllimlərin və biz tələbələrin iştirakı ilə mütəmadi olaraq onlayn elmi-metodiki görüşlər keçirilir. Bu görüşlərdə BDU-nun və QMU-nin ikili diplom proqramının üstünlüklərindən, elmi məqalələrin beynəlxalq nüfuzlu jurnallarda nəşri barədə müzakirələr aparılır.

- Proqramın ilk günlərində, yəqin ki, yeni sistemə adaptasiya olmaqda da çətinliklər yaşandı. Kimlər sizə dəstək oldu? Tələbələrə tövsiyələriniz nələrdir?

- Bəli, ilk günlərdə, hətta deyərdim ilk iki həftə fərqli bir sistemlə üz-üzə idik. Amma Universitetimiz və QMU tərəfindən bizə çox böyük dəstək göstərildi. Mütəmadi olaraq əl-Fərabi universitetinin Gömrük, maliyyə və ətraf mühit kafedrasının müdiri, professor Jatkanbayeva Ayjan Erjanovna və bizim edvayzer, professor Ayqarinova Gülnar Teleuxadirovna ilə əlaqə saxlayırdıq. Eyni zamanda Universitet rəhbərliyi, dekanımız Əmir müəllimin və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədovun daim diqqətindədir. Əmir müəllim və Əlizadə müəllim özləri şəxsən bizim qrupla maraqlanırlar və vurğulayırlar ki, hər bir məsələdə bizə dəstəkdirlər.

Bizim Qazaxıstandan olan tələbə yoldaşlarımız tərəfindən böyük dəstək göstərildi, xüsusilə sistemdə nəyin necə tapılacağı, yerləşdirilməyi barədə bizim üçün tanıtım videosu çəkmişdilər, bizi müəllimlərə təqdim edirdilər, bəzi məsələlərdə vəsitəçilərimiz qismində çıxış edirdilər. Bu çox səmimi bir mühit yaradır.

Gələcəkdə bu proqramlarda iştirak etmək istəyən tələbələrə tövsiyə edərdim ki, mütləq xarici dil öyrənsinlər. “Dəniz və enerji hüququ” ixtisaslaşmasında tədris dili ingilis dilində aparılır. Mən özüm rus dilini də bilirəm, bu isə qazaxlarla ünsiyyət qurmaqda çox böyük köməklik göstərir, çünki Qazaxstanda rus dili dövlət dili ilə eyni səviyyədədir və əksər qazaxlar bu dili bilirlər. Buna görə tövsiyə edərəm ki, istər xarici universitetdə təhsil almaq üçün seçim etdikdə, istər ikili diplom proqramı üçün seçim etdikdə mütləq şəkildə dil faktoruna diqqət yetirmək lazımdır. Bizim ixtisaslaşmaya gəldikdə, dəniz və enerji sahəsi daha çox ingilisdilli ölkələrdə inkişaf edib. Bu üzdən tədrisin ingilis dilində olmağı tələbələr üçün perspektivlidir ki, gələcəkdə biz öz ölkəmizi beynəlxalq arenadada təmsil edə bilərik.

- Bu proqramdan gözlədikləriniz özünü doğrultdumu?

- Proqramın təqdim etdiyi imkanlardan razıyam, bilik, yeni tanışlıqlar, təcrübə baxımından uğurlu layihədir. Yeri gəlmişkən, onu da vurğulamaq istərdim ki, uzunmüddətli perspektivdə bizim ikili diplom proqramı əsasında təhsil almağımız hər kəsə faydalı olacaq - dövlətimizə, universitetimizə və bizə...
Oxşar xəbərlər
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
GÜNLÜK
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi