DSMF-nin İdarə Heyətinin sədri: “Son iki ildə 570 milyon manat həcmində vəsait dövlət büdcəsinə geri qaytarılıb”
Oxunub: 1350
25 Jan 2021 | 16:25
DSMF-nin İdarə Heyətinin sədri:  “Son iki ildə 570 milyon manat həcmində vəsait dövlət büdcəsinə geri qaytarılıb”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişovun APA-ya müsahibəsini təqdim edirik:

- Azərbaycanda aparılan islahatlar fonunda Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin daha çevik və şəffaf qurulması istiqamətində qurumda hansı islahatlar aparılıb və hansı islahatların aparılması planlaşdırılır? Qurumun strukturunda hansı dəyişikliklər gözlənilir? 

- Son 2 ildir ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq sosial sahədə çox geniş spektri əhatə edən islahat paketləri reallaşdırılır. Bu islahat paketləri həm əhalinin sosial rifahının yaxşılaşdırılması, həm də onlara rahat və əlçatan xidmətlərin göstərilməsi istiqamətlərini əhatə edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifahının yaxşılaşdırılması istiqamətində biz 2019-cu ildə iki böyük sosial islahat zərfinin reallaşdırılmasının şahidi olduq. İslahat zərfləri çərçivəsində minimum əməkhaqqları, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri, habelə müəyyən kateqoriya şəxslərin vəzifə maaşları artırıldı, bu ödənişləri alan insanların sosial təminatına əhəmiyyətli dəstək verildi.

Əhaliyə sosial xidmətlərin göstərilməsinin beynəlxalq yanaşmalara uyğun xidmət modelində qurulması, xüsusən həssas qrupdan olan insanlarımıza daha asan və əlçatan xidmətlərin göstərilməsinin təmin edilməsi üçün 2019-cu ilin 30 dekabr tarixində ölkə başçısı tərəfindən imzalanan Fərmana uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 5 publik hüquqi şəxs yaradıldı. Həmin publik hüquqi şəxslərdən biri də Dövlət Sosial Müdafiə Fondudur. Fərmana əsasən, Fond artıq fəaliyyətini inzibati qurum yanaşmasından daha çox xidmət modelində qurur. 2020-ci ildə Fondun publik hüquqi şəxs kimi fəaliyyətinin təşkil edilməsi, struktur islahatlarının aparılması, fəaliyyətinin optimallaşdırılması tədbirləri həyata keçirildi. 

Ötən dövr ərzində Fondun strukturu da demək olar ki, tam şəkildə yeniləndi. 2020-ci ildə Fond sistemində ölkə üzrə bütün maliyyə-mühasibatlıq əməliyyatları mərkəzləşdirilib. Bu, xərclərə nəzarətin gücləndirilməsinə, xərclərin optimallaşdırılmasına, eyni zamanda ödənişlərdə çevikliyin təmin olunmasına imkanlar yaradıb. Xüsusən, ötən il ərzində, pandemiya ilə mübarizə şəraitində DSMF tərəfindən ödənişlər vaxtında, hətta müəyyən olunmuş qrafiklərdən tez müddətdə ödənildi. 

Digər tərəfdən, fərdi uçot sistemi mərkəzləşdirildi. Bu isə o deməkdir ki, sığortaedənlərin və sığortaolunanların uçotu vahid mərkəzdə cəmləşdi. Uçotun mərkəzləşməsi fərdi uçotun sağlamlaşdırılmasına əhəmiyyətli tövhə verdi, fərdi uçot sisteminin qiymətləndirilməsi, inventarlaşdırılması imkanları yarandı. Aparılmış təhlillər nəticəsində ötən dövrlərdən, yəni fərdi uçotun yarandığı 2006-cı ildən indiyədək sığortaedənlər tərəfindən ödənilmiş, amma sığortaolunanların fərdi hesablarına bərkidilməmiş təxminən 1117 milyon vəsait aşkarlandı. Qeyd edilən həcmdə vəsaitlərin fərdi hesablara bərkidilməməsinin bir sıra səbəbləri var. Bunlar əsasən sığortaedənlər tərəfindən hesabatların təqdim edilməməsi və natamam təqdim edilməsi, hesabatlarda sığortaolunanların soyadı, adı və ata adının, fərdi identisikasiya nömrələrinin və ya sosial sığorta nömrələrinin göstərilməməsi, yəni həmin sığortaolunanların eyniləşdirilməsi imkanının olmaması ilə bağlı idi.

2020-ci il yanvarın sonlarından etibarən ilin sonuna qədər bu vəsaitlərin bölüşdürülməsi tədbirləri həyata keçirildi. Həmin vəsaitlərin bölüşdürülməsi həm aktiv, həm də fəaliyyətini dayandırmış sığortaedənlər üzrə aparılırdı. Sığortaedənlərlə aparılmış əməktutumlu iş nəticəsində il ərzində 1117 milyon manat vəsaitdən 1008 milyonu tam şəkildə hesablara bərkidildi, yəni, artıq vətəndaşın əvvəlki dövrlərdə ödənilən sığorta haqları onun fərdi hesabında öz əksini tapdı. Bildirmək istərdim ki, hər bir sığortaolunan e-sosial internet portalında qeydiyyatdan keçməklə şəxsi sığorta hesabını, sığorta kapitalını izləyə bilər.

Aparılan bölüşdürülmələrin müsbət nəticəsi ilkin pensiya təyinatlarının məbləğində də görünür. Belə ki, ilkin pensiya təyinatlarının məbləğində 13 faizlik bir artım müşahidə edilir. Yəni, bölüşdürülmüş vəsaitlər sığortaedənlərin şəxsi kapitallarının artmasına təsir edir və pensiya təyin olunduqda məbləğin daha yüksək olmasını şərtləndirir. Hazırda bu proses davam etdirilir, qalan vəsaitlərin də tam şəkildə sığortaolunanların hesabına bölüşdürülməsi təmin olunur. Qeyd edim ki, bu, çox ağır bir prosesdir. Xüsusən ləğv edilmiş və ya fəaliyyətini dayandırmış müəssisələrdə işləyənlər üzrə bu işin aparılması əlavə əziyyət tələb edir. Çünki bu müəssisələrin rəhbərliyini, onların mühasiblərini, mühasibatlıq sənədlərini tapmaq bəzən çox çətin olur. Bildirim ki, fəaliyyətini dayandırmış və ya ləğv edilmiş müəssisələr üzrə 2020-ci ildə təxminən 186 milyondan artıq vəsait fərdi hesablara bərkidilib. Fürsətdən istifadə edərək mən bu prosesdə Fondla sıx əməkdaşlıq edən bütün sığortaedənlərə öz təşəkkürümü bildirirəm.

Ötən il ölkə üzrə sosial ödənişlərin təyinatı da mərkəzləşdirildi. Hazırda Fondun çox az sayda yerli bölməsində sosial ödənişlərin təyinatı aparılır. Onlar da bu ilin sonuna qədər tam şəkildə bir mərkəzdə birləşdiriləcək. Bu proses sosial ödənişlərin, yəni pensiyanın, müavinətin, təqaüdün və. s təyinatının bir mərkəzdən şəffaf, vətəndaş-məmur təması olmadan, çevik aparılmasına imkan yaradır. Əvvəllər vətəndaşdan sənədi qəbul edən və pensiya təyinatını aparan eyni struktur bölmə idisə, indi Fondun rayon-şəhər və regional filialları vətəndaşlardan sadəcə məlumatı və ya sənədləri qəbul edir. Pensiya təyinatı isə tamam başqa, mərkəzi idarədə peşəkar mütəxəssislər tərəfindən aparılır. 

Struktur islahatının tərkib hissəsi kimi, məhkəmə çəkişmələri üzrə işin mərkəzləşdirilməsi önəmli xarakter daşıyır. Qeyd edim ki, 2018-ci ildə məhkəmələr tərəfindən Fondun əleyhinə qəbul edilmiş qərarların sayı 12 mindən artıq idi və Fond üçün 50 milyonluq bir öhdəlik yaradılmışdı. Görülmüş tədbirlər nəticəsində, məhkəmələrdə müdafiənin düzgün qurulması, bu sahədə inzibatçılığın gücləndirilməsi, əsaslandırılmış vəsatətlərin, imtinaların, ərizələrin, şikayətlərin verilməsi bu sahədə ciddi dönüş yaratmağa imkan verdi. Ötən dövr ərzində məhkəmə işlərinin sayı 10200-dən 1200-ə qədər düşüb, təxminən 89%-lik bir azalma var. Fond üçün uduzulmuş məhkəmə işlərində yaradılmış maliyyə öhdəliyinin yükü isə 50 milyondan 3,6 milyona düşüb, burada da 90%-dən artıq azalma var. Paralel olaraq bu sahədə islahat məhkəmələrin də iş yükünü kifayət qədər azalıb. 

Bununla yanaşı, 2020-ci ildə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün maddi-məişət şəraitinin müayinəsinin aparılması, ölkə üzrə Fondun arxivi və inventarlaşdırma işi də mərkəzləşdirilib. Hazırda yeni strukturların möhkəmləndirilməsi, fəaliyyətinin gücləndirilməsi tədbirləri görülür.

Onu da bildirim ki, ötən ilin avqust ayında Fondun Nizamnaməsi ölkə başçısınıın müvafiq fərmanı ilə təsdiqləndi. Hazırda Fond tam publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. 2020-ci ilin sonuna doğru regionlaşma tədbirlərini də həyata keçirdik. Fondun 77 rayon şöbəsinin əsasında 20 regional ərazi filialı və 10 xidmət nümayəndəliyi  yaradıldı. Bu gün vətəndaşlar həmin qəbul şöbələrinə, yaxud regional filiallara yaxınlaşmaqla öz sosial təminat hüquqlarının reallaşdıra bilərlər. 

- DSMF-yə işə qəbul hansı prinsiplər əsasında aparılır? Əməkdaşların üzərinə düşən məsuliyyəti necə xarakterizə edərdiniz? 

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeli qurumlarında fəaliyyət göstərən əməkdaşların məsuliyyət yükü ağırdır. Çünki həmin əməkdaşların fəaliyyəti, onların verdiyi məlumat, səsləndirdiyi fikirlər vətəndaşın sosial təminat hüquqları ilə bağlıdır. Ona görə də Fond və Nazirlik kadrların seçiminə çox böyük həssaslıqla yanaşır. Bildiyiniz kimi, publik hüquqi şəxsə keçməzdən əvvəl Fond öz fəaliyyətini dövlət qulluğu orqanı kimi davam etdirirdi. Dövlət qulluğunda vəzifəyə təyinat imtahanla həyata keçirilir. Fondun publik hüquqi şəxsə keçməsindən sonra da Fond sistemində işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı artıq normativ-hüquqi baza hazırlanıb, yaxın vaxtlarda mətbuatda işə qəbulla bağlı müvafiq elanlar da veriləcək. Qeyd edim ki, imtahanlar test formatında təşkil ediləcək, imtahanın proqramı isə əsasən sosial qanunvericilik üzərində qurulacaq. Bu isə imtahandan keçmiş namizədin bu istiqamətdə daha hazırlıqlı olmasını təmin edəcək.

- DSMF-nin bu il üçün gəlir və xərcləri bərabər olaraq 5 milyard 146 milyon 30 min 160 manat məbləğində proqnozlaşdırılır. Proqnozun icrasında hansısa risklər gözlənilir?

- Həm gəlirlərin, həm xərclərin icrasında hər hansı risk gözlənilmir. Fondun gəlirləri və xərcləri mövcud şərait nəzərə alınmaqla kifayət qədər ehtiyatla proqnozlaşdırılıb. Fondun gəlir və xərcləri cari il üçün bərabər olmaqla 5 milyard 146 milyon həcmində müəyyən olunub. Fondun gəlirləri ötən ilin gəlirləri ilə müqayisədə 558 milyon manat həcmində artıb. Budcənin gəlir hissəsinə struktur etibarı ilə baxdıqda gəlirlərin 68,1-ni məcburi dövlət sosial sığortası üzrə daxilolmaların təşkil etdiyini görmək olur. Məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 3502 milyon manat həcmində müəyyən olunub. Lakin bu rəqəmin riskli olub-olmadığını müəyyən etmək istəyiriksə, 2020-ci ilin daxilolmalarına nəzər yetirmək doğru olardı. Ötən il üzrə daxilolmalar 3552 milyon həcmində olub. Yəni, 2021-ci il üçün müəyyən edilmiş proqnoz 2020-ci ilin faktiki daxilolmasından 50 milyon manat məbləğində azdır. 

Gəlir hissəsində məcburi dövlət sosial sığortası üzrə daxilolmalarda 110 milyon manat artım görürük. Bu, 2020-ci ilin proqnozuna nisbətən təxminən 3,2 faiz artım deməkdir. Transfertin məbləği isə gəlirlərdə 1 milyard 631 milyon manat həcmindədir. Burada isə 442 milyon manatlıq artım var. Bu, sosial ödənişlərin davamlılığının təmin edilməsində risklərin qarşısının alınması üçün müəyyən edilmiş artımdır. Əvvəlki dövrlərə baxdıqda transfertin həcmində kifayət qədər azalma görürük. 2017-ci illə müqayisədə transfertin Fondun gəlirlərində xüsusi çəkisinin 38 faizdən 31,7 faizə düşdüyünü görürük. Burada 6.3 faizə qədər azalma var.

Qeyd edim ki, Fondun 2021-ci i üzrə xərclərinin 97,3 faizini əhaliyə ödənişlər təşkil edir. Əhaliyə ödənişlərin həcmi 5004 milyon həcmində müəyyən olunub ki, onun da 4880 milyon manatı pensiya xərcləridir. Cari il üçün pensiya xərclərində keçən ilə nisbətən 336 milyon manatlıq və ya 7.4 faizlik artım görürük. Ümumilikdə əhaliyə ödənişlərin məbləğində 7,8 faizlik bir artım var. Göründüyü kimi, Fondun həm gəlirlərinin, həm də xərclərinin proqnozlaşdırılması kifayət qədər ehtiyatla və mövcud şəraitdə risklər müəyyən edilməklə proqnozlaşdırılıb. 

- Pandemiya fonunda qeyri-büdcə sektoru üzrə 2 milyard manatdan çox yığımın proqnozlaşdırılması nə dərəcədə realdır? 

- 2021-ci il üçün məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 3502 milyon həcmində proqnozlaşdırılıb. Bunun 1345 milyonu büdcə sektorundan, 2157 milyonu isə qeyri-büdcə sektorundan daxilolmaların payına düşür. Qeyri-büdcə sektoru üzrə müəyyən olunmuş proqnozu pandemiyanın sərt dövrü olan 2020-ci ilin faktiki daxilolması ilə müqayisə etdikdə 2021-ci il üçün qeyri-büdcə sektoru üzrə müəyyən edilmiş proqnozun 2020-ci ilin faktiki daxilolmasından 25 milyon manat az olmasının şahidi oluruq.

Dinamika üzrə baxdıqda, MDSS üzrə daxilolmaların 2020-ci ilin I yarımilliyində 1702 milyon manat, II yarımilliyində isə 1850 milyon həcmində olduğunu görürük. 2020-ci ildə pandemiya ilə bağlı sərtləşmələrin daha çox II yarımillikdə tətbiq olunmasına baxmayaraq, II yarımillikdə MDSS üzrə daxilolmalar I yarımilliyə nisbətən 148 milyon manat çox olub. Ümumilikdə 2020-ci ildə MDSS üzrə daxilolmalar müəyyən olunmuş proqnozdan 160 milyon manat artıq icra olunub. Bütün bunlar onu deməyə əsas verir ki, cari il ərzində də daxilolmalar makro səviyyədə ən az proqnoz həcmində icra ediləcək. 

- Pensiya və müavinətlərin təyinatı, verilməsi ilə bağlı DSMF-yə daxil olan müraciətlərin xarakteri son 2 ildə dəyişibmi? 

- Ümumilikdə müraciətlərin sayında azalma var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda bütün istiqamətlər üzrə maksimum elektronlaşdırma, vətəndaşlara xidmətlərin proaktiv qaydada həyata keçirilməsi tədbirləri görülür, bu istiqamətdə işlər aparılır. Əsas hədəfimiz odur ki, vətəndaşın müraciəti belə olmadan onun sosial təminat hüquqları avtomatik qaydada həyata keçirilsin. Sözsüz ki, bu, müraciətlərin sayına kifayət qədər təsir göstərir. Bildiyiniz kimi, 2019-cu ilin yanvarından yaşa görə əmək pensiyalarının, mart ayından isə əlilliyə görə əmək pensiyalarının təyinatı elektronlaşdırıldı. Həmin il eyni zamanda, 19 növ müavinət və təqaüd, habelə 15 növ arayış elektronlaşdırıldı. Qeyd edim ki, hazırda ümumilikdə elektronlaşdırılmış müavinət və təqaüd növlərinin sayı 24-dür. 

Ümumi dövriyyəyə baxdıqda bu elektronlaşdırma tədbirləri 650 mindən artıq insanı əhatə edib. Belə ki, 26 min pensiya, təxminən 101 min müavinət və təqaüd elektron qaydada təyin olunub, 500 mindən artıq vətəndaşa elektron arayış təqdim edilib. 650 minlik dövriyyə o deməkdir ki, bu qədər insan hər hansı əlavə bürokratik əngəl olmadan öz sosial təminat hüquqlarını reallaşdırıblar. Əgər bu elektronlaşma tədbirləri olmasaydı, bu qədər insan Nazirliyin struktur bölmələrinə müraciət etməli, müxtəlif sənədləri toplamalı idilər. Bu müraciətlərin elektronlaşdırılması digər dövlət orqanlarının da yükünü azaldıb. Çünki bəzən bir hüququn reallaşdırılması məqsədilə hansısa məlumat digər dövlət qurumlarından da əldə olunur. Bu halda vətəndaş bir neçə dövlət qurumuna müraciət edir. Hazırda həmin vəzifəni ƏƏSMN öz üzərinə götürüb. Məlumatlar operativ olaraq digər dövlət qurumları tərəfindən elektron formada alınır, emal edilir və vətəndaşın sosial təminat hüquqları reallaşdırılır. Bu, ödənişdirsə, ödənişi təmin olunur, məlumat xarakterli sorğudursa, həmin məlumat vətəndaşa təqdim edilir. 

Hazırda Fonda müraciətlərin bir qismi pensiyanın yenidən hesablanması ilə bağlıdır. Bildiyiniz kimi, qanunvericiliyə uyğun olaraq vətəndaş pensiya aldıqdan sonra işləməyə davam edirsə, 6 il fəaliyyət göstərdikdən sonra, yaxud pensiya təyin olunduqdan işləməyə davam edib fəaliyyətinə xitam verildikdə onun pensiyası yenidən hesablanmalıdır. Bununla bağlı vətəndaşların müraciətlərinin operativ və çevik həyata keçirilməsi məqsədilə artıq sistem üzərində müvafiq funksionallıqlar hazırlanıb, test edilmə mərhələsindədir. Yaxın zamanlarda bu xidmət də vətəndaşların istifadəsinə veriləcək. Vətəndaşın 6 illik fəaliyyəti tamam olduqda onun əmək pensiyası avtomatik şəkildə hesablanaraq artırılmış olacaq. Görülən bütün tədbirlər vətəndaşlara xidmətin asanlaşdırılması və tezləşdirilməsi istiqamətindədir. 

- Yaşla bağlı pensiya ilə əlaqədar vəziyyət necədir? İl ərzində təxminən nə qədər adam yaşla bağlı müraciət edir? İki il əvvəl qeyd edilmişdi ki, yaşla bağlı pensiya vaxtı çatanda, həmin şəxsə SMS-lə bildiriş göndəriləcək. Hazırda nə qədər adama avtomatlaşdırılmış qaydada pensiya təyin olunub? 

- Yaşa görə elektron pensiya təyinatı ümumilikdə yaşa görə pensiya təyinatının təxminən 70%-ni əhatə edir. Bunun üçün vətəndaş heç bir yerə müraciət etmir, hər hansı orqana hansısa sənədlə bağlı getmir. Həmin şəxsin yaşa görə pensiya təyinatı hüququ Nazirliyin mərkəzi elektron informasiya sisteminin məlumat bazası əsasında təhlil olunur və həmin şəxsə pensiya təyinatı həyata keçirilir. Bu günə qədər elektron qaydada 26 min pensiya təyin olunub. Bunun 11,3 mini cari il ərzindədir, digər hissəsi isə 2019-cu ildə aparılmış təyinatlardır. 11,3 min təyinatın da 10 500-ü yaşa görə təyinatlardır, təxminən 800 təyinat da əlilliyə görə pensiyanın payına düşür. Hazırda bu sistem fəaliyyət göstərir və işləkdir. Qarşımızda duran əsas hədəflərdən biri qısa müddət ərzində ailə başçısını itirməyə görə, habelə hərbi və xüsusi rütbəli şəxslərə pensiya təyinatının elektronlaşdırılmasıdır. Bunun üçün texniki həllər və normativ hüquqi-baza hazırlanıb və hökumətdə baxılmaqdadır. Yaxın zamanlarda bu xidmətlərin də vətəndaşların istifadəsinə verilməsini gözləyirik.

- Hesablama Palatasının rəyinə əsasən, əlilliyə görə əmək pensiyası hüququnun qazanılması üçün tələb kimi pensiyanın minimum məbləğinin tam deyil, müəyyən faiz nisbəti ilə nəzərə alınması məsələsinə baxıla bilərmi? 

- Hazırda ƏƏSMN tərəfindən əmək pensiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi tədbirləri görülür. Burada əsas hədəf əmək pensiyalarında sosial sığorta prinsiplərinin gücləndirilməsidir. Sonuncu qanunvericilik islahatlarından bunu aydın görmək mümkündür. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna sonuncu dəyişikliklərlə Qanunun 19-cu maddəsi ləğv edildi. Bu maddə əmək pensiyalarının sığorta hissəsisə əlavələri nəzərdə tuturdu. Dəyişiklik nəticəsində Qanunun 19-cu maddəsi üzrə əlavələr çıxarılıb təqaüd formasında təsis olundu və ya müvafiq artımlarla vətəndaşların mövcud ödənişlərinə əlavə edildi. 

Bununla yanaşı, sonuncu dəyişikliklər zamanı əlilliklə bağlı pensiya təyinatı zamanı istifadə edilən 192 əmsalı 200-lə əvəz olundu. Bu dəyişiklik əlilliyə görə pensiya təyin edilməsi zamanı tələb edilən pensiya kapitalının müəyyən həcmində azalmasına və təyin edilən pensiyanın məbləğinə müsbət mənada təsir etmiş olacaq. Qeyd edim ki, pensiya təyinatında əmək pensiyasının məbləğini müəyyən edən əsas amil sosial sığorta kapitalı olmalıdır. Bütün dünya ölkələrinin təcrübəsi bu istiqamətdədir. Şəxsin fərdi hesabında toplanılmış pensiya kapitalı nə qədər yüksək olarsa, həmin şəxsə bir o qədər çox pensiya təyin edilmiş olar. Hazırda qanunvericiliyin bu istiqamətə təkmilləşdirilməsi üzrə təhlillər davam etdirilir.

- Şəhid ailəsi və müharibə əlilləri, o cümlədən digər kateqoriyalar üzrə müavinətlər əhəmiyyətli dərəcədə artırılıb. Müstəqil büdcəyə malik olacaq DSMF-nin bu xərcləri təmin etməsində çətinliklər gözlənilir? 

- Ölkə başçısı tərəfindən həssas təbəqədən olan insanlara daim xüsusi diqqət göstərilir. 2019-cu il ərzində ölkə başçısının müvafiq fərmanına əsasən, müavinət və təqaüdlərin məbləği orta hesabla 80-100 % həcmində artırılıb. 2020-ci ilin 30 dekabr tarixində dövlət başçısı tərəfindən növbəti humanist addım atılaraq, müavinət və təqaüdlərin məbləğləri ciddi şəkildə qaldırılıb, orta hesabla 50 faizdən yuxarı artımlar müəyyən edilib. Bununla da şəhid ailələrinin təqaüd məbləğləri 300 manatdan 500 manata, müharibə (o cümlədən 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar) əlilliyi olan şəxslərin təqaüdləri I qrup üçün 250 manatdan 400 manata, II qrup üçün 230 manatdan 350 manata, III qrup üçün isə 210 manatdan 300 manata artırılıb. 

Əlavə olaraq İkinci Dünya müharibəsi iştirakçılarına verilən təqaüdlərin məbləği 150 manatdan 100 faiz artırılaraq 300 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə  təqaüdün məbləği 300 manatdan 500 manata, Milli Qəhrəmanlar üçün təqaüdün məbləği 1500 manatdan 1800 manata artırılıb. Qeyd edim ki, artımlar 01 yanvar 2021-ci il tarixindən tətbiq edilir. Eyni zamanda, 3 yeni təqaüd növü təsis olunub. Bunlardan biri “Vətən Müharibəsi qəhrəman”ları üçün 2000 manat, pensiyaçı elmlər doktoru üçün 200 manat və pensiyaçı fəlsəfə doktoru üçün 120 manat həcmində müəyyən olunmuş təqaüdlərdir. 

Dövlət başçısı tərəfindən bu istiqamətdə islahatlar davamlı şəkildə aparılır. Bu gün ümumilikdə Fond tərəfindən ölkə üzrə 488 min nəfərə müavinət, 276 min insana təqaüd ödənişləri həyata keçirilir. Bu xərclərin qarşılanması məqsədilə ümumilikdə cari il üçün 1,1 milyard manat həcmində vəsaitin xərclənməsi nəzərdə tutulur. 

Bildirmək istərdim ki, mövcud qanunvericiliyə uyğun olaraq, müavinət və təqaüdlərin maliyyələşdirilməsi dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir. Fond sosial sığorta qurumu olduğundan və müvafiq sığorta hadisəsi üzrə ödənişləri təmin etdiyindən bu xərclər Fond tərəfindən qarşılanmır, Fond sadəcə həmin vəsaitlərin vətəndaşlara çatdırılmasını təmin edir. 

Lakin onu da qeyd edim ki, Fond tərəfindən davamlı olaraq xərclərinin optimallaşdırılması tədbirləri görülür, saxta sosial ödəniş və pensiya işləri aşkarlanaraq dövriyyədən çıxarılır ki, bunun hesabına Fondun xərclərində qənaəti formalaşır. Bildirmək istərdim ki, son iki il ərzində Fondun gəlirlərində artım və xərclərində qənaət hesabına dövlət büdcəsinə 570 milyon manat həcmində vəsait qaytarılıb. Həmin vəsaitlərin bir hissəsi isə dövlət tərəfindən digər sosial ödənişlərin maliyyələşdirilməsinə sərf edilir.

- Bildiyimiz kimi, saxta əlilliklə bağlı araşdırmalar davam edir. Ötən il ərzində nə qədər saxta əlillik ləğv edilib və bunun nəticəsində büdcəyə nə qədər vəsait geri qaytarılıb? Əlilliyin təyinatı ilə bağlı hansı problemlər mövcuddur və bunun həlli istiqamətində hansı işlər görülür? 

- Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, pensiya məbləğlərinin qanunvericiliyə uyğunlaşdırılması, digər tərəfdən isə əlilliyə görə pensiya məsələlərində hüququn yaranıb-yaranmaması məsələsi yoxlanılır. Ötən dövr ərzində 6500-dən artıq saxta əlillik işi aşkar olunaraq ləğv edilib. Bu işlərin illik maliyyə yükü 30 milyon manatdır. Aktuar hesablamalara əsasən müəyyən edirik ki, əgər bu ödənişlər saxlanılmasaydı, dövlət büdcəsinə təxminən 735 milyon manat həcmində əsassız şəkildə ziyan vurulmuş olacaqdı. Bu tədbirlər davam etdirilir. 2018-ci ildə pensiyanın nominal məbləğində 26 milyon manat, 2019-cu ildə 103 milyon manat, 2020-ci ildə 113 milyon manat həcmində təmizləmə aparılıb. Əgər bu rəqəmlərə müvafiq illər üzrə indeksasiya əmsallarını da tətbiq etmiş olsaq, o zaman pensiyanın nominal məbləği üzrə ümumilikdə təmizləmənin 270 milyon manatdan artıq olduğunu görərik. Bununla da həm gəlirlərin müsbət dinamikası, həm xərclərdə aparılan optimallaşdırma işləri 2019-cu ildə 320 milyon manat vəsaitin, 2020-ci ildə isə 250 milyon manat vəsaitin dövlət büdcəsinə qaytarılmasına şərait yaradıb. 

- Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası ilə bağlı qanunun qəbul edilməməsinin son nəticədə dövlət vəsaitləri üzərində inzibatçılığın tam təmin edilməsində risk olaraq qiymətləndirilməsi ilə bağlı fikirlərə münasibətiniz necədir? 

- Bu fikirlərlə razı deyilik. Əvvəlcə qeyd edim ki, dövlət büdcəsinin və onun icrasının qanunla təsdiq edilməsi zərurəti Konstitusiyanın tələbidir. Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Milli Məclis dövlət büdcəsinin təsdiq edilməsini və ona nəzarəti təmin edir. Dövlət büdcəsinin icrasına dair hesabatın qanunla təsdiq edilməsi zərurəti burdan formalaşır. Göstərildiyi kimi, burada dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətdən söhbət gedir. Bildiyiniz kimi, DSMF büdcədənkənar məqsədli dövlət maliyyə Fondudur. İcmal büdcənin tərkibinə daxil olsa da, dövlət büdcəsinin tərkibinə daxil deyil. Bu səbəbdən də həmin normativ tələb və zərurət Fonda aid edilə bilmir. 

Digər tərəfdən Fondun hər il büdcəsi haqqında qanunun tətbiqi barədə ölkə başçısının fərmanında Fondun gəlir və xərclərinin icrası barədə hesabatlılıq məsələsi öz əksini tapır. Belə ki, fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Fondun gəlir və xərclərinin icrası barədə ildə iki dəfə Azərbaycan Prezidentinə və Nazirlər Kabinetinə hesabatın verilməsi tapşırılır. Tapşırığa uyğun olaraq, hesabatlar mütəmadi şəkildə həm dövlət başçısına, həm də Nazirlər Kabinetinə təqdim olunur. Bununla yanaşı, “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq Hesablama Palatasının büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatları almaq hüququ var. Hesablama Palatası tərəfindən Fondun büdcəsinin icrası ilə bağlı sorğu edilən istənilən məlumat Fond tərəfindən dərhal təmin edilir. Eyni zamanda,  Hesablama Palatası demək olar ki, hər il Fondda müvafiq kənar dövlət maliyyə nəzarətini həyata keçirir. Yəni 2017, 2019 və 2020-ci illərdə Hesablama Palatası tərəfindən Fondda yoxlamalar həyata keçirilib. Hesablama Palatasının sonuncu yoxlamasında Fond şərti müsbət rəylə qiymətləndirilib. Göründüyü kimi, Fondun hesabatlılığı, onun gəlir və xərclərinə nəzarət mexanizmi kifayət qədər genişdir və bu sahədə ciddi inzibatçılıq təmin edilib.

- Sonda DOST Agentliyinin yaradılması DSMF-nin fəaliyyətinə necə təsir göstərib?

- Çox müsbət təsir edib. Ümumilikdə qeyd edim ki, DOST konsepsiyası ölkədə əhaliyə sosial xidmətlərin göstərilməsinin yeni bir səviyyəsidir. Vətəndaş burada öz hüquqlarını operativ və tam şəkildə reallaşdıra bilir. Ötən dövr dinamikası onu deməyə əsas verir ki, vətəndaşların DOST-un fəaliyyətindən məmnunluq səviyyəsi təxminən 93 faizin üzərindədir. Sosial təminat hüquqlarının reallaşdırılması üçün vətəndaşla təmas DOST vasitəsilə aparılır. Əvvəllər əgər DSMF həm vətədaşların qəbulunu, həm də onlara sosial ödənişlərin təyinatını təmin edirdisə, indi vətəndaşların müraciətlərinin beynəlxalq standartlara uyğun qəbulu DOST tərəfindən həyata keçirilir. Bu isə Fond tərəfindən sosial ödənişlərin operativ təyinatına və ödənilməsinə imkan yaradır.
Oxşar xəbərlər
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq