“Təklifimlə bağlı İlham Əliyevdən cavab gözləyirəm”
Oxunub: 4488
04 Nov 2013 | 11:01
“Təklifimlə bağlı İlham Əliyevdən cavab gözləyirəm”

Bu günlərdə YAP-ın parlament təmsilçilərindən Aydın Mirzəzadə “Yeni Müsavat” qəzetinə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlunun koalision hökumət ideyasına münasibət bildirib. S.Cəlaloğlunun sərt müxalifətçilik mövqeyindən çıxış etdiyinə diqqət çəkən millət vəkili, ADP sədrinin məhz bu səbəblə hökumətdə təmsil olunmasının mümkünsüz olduğunu vurğulayıb. A.Mirzəzadə Azərbaycanın Gömrük İttifaqına daxil olmaq niyyətində olmadığını da vurğulayıb və qeyd edib ki, rəsmi Bakı bu ittifaqda təmsil olunmaq fikrində deyil. ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə millət vəkilinin məlum fikirlərinə münasibət öyrənməklə yanaşı, koalision hökumət ideyasının Azərbaycanın siyasi həyatına gətirəcəyi müsbət dəyişiklikləri də təhlil etməyə çalışdıq.

 Əvvəli ötən sayımızda

 - Lakin bu da bir reallıqdır ki, koalision hökumət ideyası əksər siyasilər tərəfindən o qədər də müsbət qarşılanmadı...

 - Biz vaxtilə siyasi dialoq təklif edəndə, bizim bu ideyamız da ciddi tənqidlə qarşılandı. Həmin vaxt həm iqtidar, həm də müxalifət tərəfindən bizə qarşı kəskin hücumlar edildi. Lakin vaxt keçdikcə iqtidarlı, müxalifətli hər kəs anladı ki, mövcud vəziyyətdən çıxmaq üçün siyasi dialoq vacibdir. Bu gün hər kəs, hətta Rüstəm İbrahimbəyov da dialoqdan danışır. O ki qaldı, koalision hökumət ideyasına, eyni proses bu ideya ilə bağlı da davam edir. Burada başqa bir amil də var ki, bu insanların bir çoxunda innovasiya, yəni yenilik xəstəliyinin olması ilə bağlıdır. Bəzi insanlar yeniliyə qarşı həddindən artıq həssasdırlar. Bu baxımdan yeniliyin birbaşa qəbulu şübhəsiz ki, çətindir. Buna görə də biz koalision hökumət fikrini səsləndirəndə həm müxalifət, həm də iqtidar tərəfindən çox böyük müqavimətlə qarşılaşdıq. Həm müxalifət, həm də iqtidar bu ideyanın əleyhinə çıxış edir ki, buradan da maraqlı bir sual yaranır. Madam ki, bu ideya nə iqtidarın, nə də müxalifətin marağına cavab vermir, bəs bu ideya nəyin və ya kimin xeyrinədir? Bu ideya ilk növbədə Azərbaycan xalqının, Azərbaycan dövlətinin xeyrinədir. Bu ideya ilə bağlı Aydın Mirzəzadə də fikir bildirib və bunu mümkünsüz hesab edir. Lakin mən bu təklifi A.Mirzəzadə üçün səsləndirməmişəm. Mən bu təklifi YAP-a ünvanlamamışam. Mən prezidentliyə namizəd olan bir şəxs kimi məlum təklifi 9 oktyabr seçkilərində qalib gələn şəxsə ünvanlamışam. İndiki halda bu şəxs prezident İlham Əliyevdir. Mən ondan cavab gözləyirəm. A.Mirzəzadənin isə ortalığa girməsinə heç bir ehtiyac görmürəm.

 - Sizcə İlham Əliyev bu təklifdən imtina edərsə nə baş verəcək?

 - Bu ideyadan imtina etmək demokratiyaya təcridi keçiddən imtina etmək deməkdir. Belə olarsa, o zaman vəziyyət daha da kəskinləşəcək. Çünki cəmiyyəti uzun müddət konservativ saxlamaq mümkün deyil. Deməli, geriyə yalnız bir yol ”“ inqilabi dəyişilmələr yolu qalır. Biz ADP olaraq bu dəyişilmənin zəruri və qaçılmaz olduğunu dərk edirik və bunun tədrici formada baş verməsində maraqlıyıq. Heç kəs dəyişilmələrin qarşısını ala bilməz. Belə bir məşhur fikir var: “liderlər tarixin gedişini dəyişə bilməz, sadəcə onu ləngidə bilərlər”. Bu ləngimənin isə ilk növbədə hakimiyyətin özünə ziyanı var. Azərbaycan xalqı, Azərbaycan dövləti üçün ciddi önəm kəsb edən belə bir ciddi ideyaya bu cür qeyri-ciddi yanaşmanın özü də ciddi bir problemdən xəbər verir. Baş verənlər göstərir ki, bəzi qüvvələr cəmiyyətdə həmrəyliyin yaradılması, inqilabi dəyişikliklərdən qaçılması, demokratiyaya keçidin tərəfdarları deyil. Hakimiyyətdə kifayət qədər fərqli düşüncəyə malik insanların mövcud olduğundan əminəm. Bunların bir çoxunu tanıyıram. Vahid Əhmədov televiziyadan bildirdi ki, Azərbaycan iqtidarı ilə müxalifətinin koalisiyası yaranmalıdır. Fazil Mustafa təklif etdi ki, Cəmil Həsənli ilə İlham Əliyev arasında bir koalisiya yaradılsın. Mən iddia etmirəm ki, belə bir koalisiya məhz ADP ilə yaradılsın. Mən prezident seçkilərində iştirak edən bir namizəd kimi buna hazır olduğumu deyirəm. Əgər C.Həsənli də buna hazırdırsa, o zaman bu koalisiyanı C.Həsənli ilə yaratsınlar. Mən eyni zamanda bu təklifi “Qaraba𔝠bloku adından vermişəm. Biz İqbal bəylə birlikdə təxminən 4%-ə yaxın səs toplamışıq. Əgər səslərin faizi baxımından məsələyə yanaşırlarsa, o zaman buna uyğun da yer ayrılsın. Biz Azərbaycan bir yeniliyin, siyasi inkişafın baş verməsini istəyirik. İ.Əliyev bu vaxta qədər yalnız iqtisadi inkişafdan danışıb və heç vaxt bunun yanında siyasi, hüquqi inkişafdan söz salmayıb. Bu o deməkdir ki, dövlətin hüquq və siyasi sferasında heç bir dəyişilmə yoxdur. Bu isə o deməkdir ki, Azərbaycanda yalnız birtərəfli inkişaf baş verir ki, bu inkişaf da iqtisadiyyatı əhatə edir. Hansı ki, birtərəfli iqtisadi inkişafın özü inkişafın olmaması qədər təhlükəlidir. Biz isə təklif edirik ki, madam ki, iqtisadi inkişaf xətti aparılır, buna uyğun olaraq həm də siyasi inkişaf xətti aparaq. Siyasi dəyişiklik isə hakimiyyətlərin dəyişilməsi ilə baş verə bilər ki, Azərbaycanda bu mümkün deyil. Siyasi dəyişikliyə səbəb olan ikinci bir amil hakimiyyətlərin siyasətinin dəyişilməsidir. Biz də məhz bunu təklif edirik. Hakimiyyətdəki siyasi qüvvələr əvəzlənməli və dəyişilməlidir.

 - Demək belə çıxır ki, iqtisadi inkişafın özü ilə gətirdiyi uğurlardan bəhrələnmək üçün hökmən siyasi inkişafı təmin etmək lazımdır?

 - Şübhəsiz. YAP 20 ildir ki, hakimiyyətdədir. ADP, “Qaraba𔝠bloku və ya Milli Şura ilə yaradılan koalisiya nəticəsində siyasi hakimiyyət keyfiyyət etibarilə dəyişilir. Bu siyasi dəyişiklik iqtisadi inkişafa ekvivalent formada baş verəcəyi təqdirdə, Azərbaycan dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilə bilər. Ancaq necə ki, siyasi inkişaf yoxdur, bu iqtisadi inkişafın korrupsiya, monopoliya və s. şəkildə xalqın əleyhinə işləyəcəyi şübhəsizdir. Əgər siyasi inkişafı təmin edə bilsək, iqtisadi inkişaf Azərbaycan xalqının xeyrinə olacaq. Bunu da qeyd edim ki, hər dəyişiklik və ya hər inkişaf da məqsədəuyğun hesab edilə bilməz. Məsələn, bir də görürsən ki, hansısa insanda şişlər meydana çıxdı, bədəninin hansısa nahiyəsində xərçəng şişləri inkişaf etdi. Bu da bir inkişafdır, lakin gəlin görək bu inkişaf orqanizmə lazımdırmı? Söhbət rasional inkişafdan, xalqın, dövlətin, millətin xeyrinə olan inkişafdan gedir ki, bu gün məhz belə bir inkişafa ehtiyac var.  Bu gün elə bir inkişaf xətti aparıla bilər ki, Azərbaycan dövləti məhv olar. Bu gün Amerika kimi dövlət texniki defolt astanasındadır. Amerika kimi nəhəng bir dövləti bu böhrandan siyasi dialoq və razılaşmalar çıxartdı. Əgər onlar iqtisadi inkişafa uyğun siyasi razılığa gəlməsələr, Amerika çökər. Amerikanı defolt vəziyyətindən çıxardan siyasi inkişafdır. Siyasi qütblər arasındakı münasibətlərin dəyişilməsidir. Azərbaycanda siyasi inkişafın yoxluğu fonunda aparılan iqtisadi inkişaf ölkəni fəlakətə, məhvə sürükləyir.

 - Madam ki, belədir, onda nə üçün 20 ildir ki, belə bir fəlakət baş verməyib?

 - Azərbaycanda elə bir sistem qurulub ki, bu sistemin saxlanılmasının bütün əzabını, bütün məhrumiyyətini xalq çəkir. Amerikada isə elə bir rejimdir ki, orada əhalinin hesabına problemlərin həlli imkanı məhduddur. Azərbaycanda isə tərsinədir. Dövlətin problemlərini xalqın vasitəsi ilə həll edirlər. Dövlət qalır, əvəzində xalq çökür. Qlobal iqtisadi böhranda bir çox böyük banklar, şirkətlər dağıldı. Hətta bir çox dövlətlər ”“ Yunanıstan, İspaniya, İtaliya və s. defolt vəziyyətinə düşdü. Azərbaycanda isə dövlət daha da gücləndi. Ona görə gücləndi ki, iqtisadi böhranın bütün ağırlığını xalqın üzərinə saldılar. İqtisadi inkişafın dövlətə vura biləcəyi ziyanı müxtəlif yollarla ”“ qanunları sərtləşdirmək, cərimələri artırmaq, vergiləri yüksəltmək və s. ilə xalqın üstünə yönəldirlər. Ona görə də 20 illik birtərəfli iqtisadi inkişaf Azərbaycan dövlətini çökürtmədi. Bunun əvəzində xalq var-yoxdan çıxdı. Xalq onu səfalətə gətirib çıxardan siyasətlə üz-üzə qaldı. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda iqtisadi inkişafa paralel siyasi inkişaf zəruridir.

 - Demokratiyaya təcridi keçid məsələsinin zamanın öhdəsinə buraxılmasına necə baxırsınız? Bu məsələnin zamanla həlli mümkündürmü?

 - Uzun illər Azərbaycanda sosializmdən bazar iqtisadiyyatına keçid dövrü oldu. Başqa xalqlarda bu keçid ən çoxu 5 il çəkibsə, Azərbaycanda bu, təxminən 15-20 il davam etdi. İndi də demokratiyaya təcridi keçid başlasa, bu, 20-30 il davam edəcək. Azərbaycan dövlətinin bu cür uzunmüddətli keçid proseslərinə təhəmmülü yoxdur. Təkpartiyalı sistemdə islahatlar aparmaq mümkün deyil. Əgər iqtidar doğrudan da demokratiyaya tədricən, addım-addım keçid etmək istəyirsə, o zaman koalision hökumət ideyasının gerçəkləşməsinə yardım etməlidir. Bizim bu ideya batan adamın xilası üçün ona atılan xilasedici kəmər kimidir. Müxalifət bizi bu ideyaya görə xəyanətkar hesab edir. Eyni zamanda, əhali arasında bu təklif hökumətdən vəzifə istəmək kimi başa düşürlər. Bu isə yanlışdır. Belə bir hökumətin yaradılması həm də Azərbaycanda yeni bir siyasi mədəniyyətin göstəricisi hesab edilə bilər. Bizim kimdənsə vəzifə almaq niyyətimiz yoxdur. Bu vəzifəni bizə vaxtilə Heydər Əliyev təklif edirdi. Ondan qabaq Elçibəy də bizə bu cür təkliflə müraciət etmişdi. Əgər bizim məqsədimiz həqiqətən də vəzifə əldə etmək olsaydı, o zaman biz bu təklifləri müsbət qiymətləndirərdik. Bizim heç bir vəzifədə gözümüz yoxdur. Əksinə, biz YAP-ın siyasətinə müxalif bir qüvvə kimi digər məsələlərlə bağlı fikir ayrılıqlarını bir kənara qoyub, demokratiyaya təcridi keçid məsələsində ortaq xətt yürütmək istəyirik. Prinsipial məsələlərdə biz iqtidarın siyasəti ilə razı deyilik və buna görə də bu məsələlər iqtidara əməkdaşlıq təklif etmirik. Lakin demokratiyaya təcridi keçid məsələsində razılığa gəlməyimiz mümkündür və mövcud situasiya da bizdən məhz bunu tələb edir.

 

Seymur Əliyev

Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər