Son savaşda Azərbaycana atəş açan bu odsaçan hələ də Xankəndindədir?..-FOTO
Oxunub: 5119
20 Jan 2021 | 09:58
Son savaşda Azərbaycana atəş açan bu odsaçan hələ də Xankəndindədir?..-FOTO
Hərbi əməliyyatlar bitdikdən sonra “TOS-1A” ("Solntsepyok") sistemi hələ də Azərbaycanın Xankəndi şəhərindədir.

Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumat və fotolardan belə bəlli olur. 
“Hərbi əməliyyatlar bitdikdən sonra Stepanakertdə Artsax müdafiə ordusunun “TOS-1A” "Solntsepёk". "Solntsepek" Artsaxdakı döyüş əməliyyatları zamanı fəal şəkildə istifadə edildi və Türkiyə-Azərbaycan koalisiya qüvvələrinin dayaq məntəqələri və canlı qüvvəsini məhv etdi” –ermənilərin  yaydığı məlumatda belə deyilir.

P.S. Bu informasiyanın dəqiq olub-olmamasını 10 Noyabr razılaşmasına əsasən  keçmiş Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan Respublikası ərazilərindəki erməni silahlı qüvvələrini tərksilah edərək sərhədlərimizdən xaric etməli olan Rusiya sülhməramlıları daha yaxşı bilər... 

Maraqlananlar üçün “TOS-1A” ("Solntsepyok") odsaçan sistemi haqda məlumat:

TOS-1 (rus: ТОС-1 – тяжёлая огнемётная система, ing: Heavy Flamethrower System) 220 mm-lik, 30 və ya 24 borulu Sovet istehsalı ağır odsaçan artilleriya sistemi. İlkin versiyası 1988-ci ildə hazırlanıb. T-72 tankının şassisi üzərində yerləşir. TOS-1 açıq və ya qapalı ərazidə yerləşən düşmənin istər şəxsi heyətini, istərsə də zirehli texnikasını məhv etmək üçün hazırlanmışdır. İlk döyüş testləri 1988-1989-cu illərdə Sovet ordusu tərəfindən Əfqanıstan müharibəsində yerinə yetirilib. TOS-1 ilk dəfə 1999-cu ildə Omsk şəhərində ictimaiyyətə təqdim olunmuşdur. TOS-1 ilk dəfə SSRİ tərəfindən Əfqanıstanın Pancşir vadisində istifadə olunub.

Daha sonra, 1999-cu ildə Rusiya ordusu tərəfindən çeçenlərə qarşı Qroznı döyüşündə istifadə olunmuşdur.

TOS-1A odsaçan sistemləri isə ilk dəfə 24 oktyabr 2014-cü ildə İraqda Curf Əl Səxər şəhərinin İŞİD terrorçularından geri alınması əməliyyatında istifadə olunub.

2015-ci ilin sentyabrında ATƏT-in verdiyi məlumata əsasən, TOS-1 odsaçan sistemi Ukraynanın şərqində rusyönümlü separatçıların təlimlər keçdiyi ərazidə görünüb.

10 oktyabr 2015-ci il tarixində Suriya Ordusu tərəfindən Həma şəhərində üsyançılara qarşı istifadə olunub.

4 aprel 2016-cı ildə Qarabağda Azərbaycan ordusu tərəfindən erməni mövqelərinə zərbə vurulmasında istifadə olunmuşdur.

2016-cı ildə Latakiya istiqamətində Suriya Ordusu tərəfindən üsyançılara qarşı istifadə edilmişdir.

2017-ci ilin əvvəllərində Palmira şəhəri yaxınlığında Suriya Ordusu tərəfindən istifadə olunmuşdur.

18 iyun 2017-ci ildə İraq Ordusu tərəfindən Mosul əməliyyatının ilk günündə istifadə edilmişdir.

Tarixinə qısa baxış

Hazırda dünyanın bir çox ölkələrinin arsenalında olan odsaçanları bir şey sxem ilə işləyir – yüksək təzyiq altında lülədən yandırıcı maye qarışığı atılır və alışdırılır.

TOS-1 komplekslərinin 1971-1979-cu illər arasında T-72 şassilərində olan ilk prototipləri Omskdakı “Nəqliyyat Mühəndisliyi Dizayın Bürosu” ASC-də istehsal olunmuşdur. Kompleks T-72 tankının şassisi üzərində quraşdırılmış, 30 ədəd istiqamətləndiriciyə sahib atıcı qurğudan və KrAZ-255B şassisində olan Nəqliyyat Yükləmə Maşınından ibarət idi. 1980-ci ildə silah dövlət sınaqlarından uğurla keçərək Sovet ordusuna qəbul edildi.


Onun 46 ton ağırlığında döyüş kütləsi yüksək yükgötürmə qabiliyyətli şassi, kiçik effektiv atəş məsafəsi (400-4500 metr) zirehli qorunma tələb edirdi. Atıcı qurğunun 30 ədəd idarəolunmayan raket istiqamət modulu dönən platformada paket formasında quraşdırılır. Qurğunu hədəfə yönəltmək üçün bütün hərəkətlər maşından çıxmadan, nişangah və elektrik ötürücülər vasitəsilə həyata keçirilirdi. Mərmilərin hədəflərə uçuş trayektoriyası dəqiq atəş şəraitini nəzərə almağı və optik nişangahdan, lazer məsafəölçənindən, kren sensorundan və elektron ballistik hesablama kompüterindən ibarət olan xüsusi atəşə nəzarət sistemini yaratmağı tələb edirdi.

Keçmiş SSRİdə isə başqa yol ilə getməyə qərar verdilər – yandırıcı qarışıq xüsusi kapsullara yerləşdirildi və qumbaraatanlardan atıldı. Bu cür qumbaraatan – odsaçanlarına “Şmel” adı verilmişdir.

Ötən əsrin 70-ci illərində isə reaktiv yaylım atəş sistemləri yaradılmışdır. Bu sistemlər iri həcmdə partlayıcı-yandırıcı qarışıq daşıyan 220 millimetrlik raketlər atırdı. Hər bir raket 100 kq belə qarışıq daşıya bilirdi. SSRİ ilk dəfə olaraq bu silahı Əfqanıstan müharibəsində sınaqdan keçirmişdir.

Lakin həmin dövrdə silah olduqca məxfi saxlanılırdı və onun barəsində heç bir informasiya verilmirdi. Bu silahdan açılan raketin daşıdığı yandırıcı-partlayıcı qarışıq alışanda müəyyən radiusda temperatur 3000 dərəcəyə çatırdı. Nəticədə həmin radiusda yaşayan bütün canlı və cansızlar bir an içərisində külə çevrilirdilər. Bundan əlavə olaraq silah havanın alışıb yanması nəticəsində “vakuum bombası” effekti yaradırdı. Düşmən piyadasının bu cəhənnəm alovunda və təzyiqin ani olaraq kəskin aşağı düşməsi nəticəsində baş verən şəraitdə sağ qalması sadəcə olaraq mümkün deyildi. Həmin bu sistemi “Buratino” TOS-1 adlandırdılar.

“Rossiyskaya qazeta” yazır ki, “Buratino” Əfqanıstanda tətbiq olunanda düşmənləri lərzəyə salırdı. Uzaq məsafədən alov dənizini görənlər bir daha bu səhnəni ömürləri boyu unuda bilmirdilər.

Sistem T-72 tanklarının şassisi üzərində quraşdırılmışdı və atəş məsafəsi 4.5 km idi. Bu silahı cəbhənin ön xəttində tətbiq etmək nəzərdə tutulmuşdu. Qəzet yazır ki, ilk dəfə bu silahı Əfqanıstan müharibəsi zamanı əfqan mücahidlərinin gizləndikləri Cənubi Salanqa əyalətindəki mağaraları dağıtmaq üçün “Tayfun” əməliyyatında istifadə etmişdirlər. Silah sərgisində isə ilk dəfə “Buratino” 2001-ci ildə nümayiş etdirilmişdir.

Elə həmin il silahın daha mükəmməl və daha asan istifadə olunan variantı – “Solntsepyok” TOS-1A yaradılmışdır. “Solntsepyok” TOS-1A sistemləri T-90 tanklarının şassisi üzərində quraşdırılmışdır. Bu sistem atəşin daha mükəmməl idarə edilməsi sistemi, raket lülələrinin sayının 30-dan 24-ə endirilməsi, əla zireh müdafiəsi və yeni sursatları ilə fərqlənir. Yeni sistemdə atəş məsafəsi 6 kilometrə qədər artırılmışdır və həmçinin hər bir raketin dağıdıcı radiusu da artırılmışdır.

Bir “Solntsepyok” TOS1A qurğusu 40 min kvadratmetr ərazidə olan bütün canlıları məhv edir. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır. Bir raketinin məhv etmə radiusu 2.5 hektara yaxındır.

2001-ci ildən Rusiya ordusuna verilən bu silah sisteminin ixracına 2008-ci ildən icazə verilmişdir. Rəsmi mənbələrdə yer almış məlumatlara görə Azərbaycan Respublikası 2010-cü ildə “Rosoboroneksport” ilə bağlanılmış müqavilə əsasında bir divizion (18 kompleks) “Solntsepyok” odsaçan sistemi almışdır.

TOS-1A ağır odsaçan sistemi 2001-ci ilin aprel ayından etibarən radiasiya, kimyəvi və bioloji mühafizə qoşunların silahlandırılmasına qəbul edilmişdir. Rusiya istehsalı olan TOS-1A “Solntsepyok” sisteminin təyinatı düşmənin zirehli texnikasını sıradan çıxartmaq, müxtəlif hücum və müdafiə xarakterli döyüşlərdə onun canlı qüvvəsini açıq və qapalı şəraitlərdə məhv etməkdən ibarətdir.

İnternetdə “Solntsepyok” sistemlərindən təlim atışlarını göstərən qısa videorolik tapmaq mümkündür. Bu videorolik də silahın necə dəhşətli bir qüvvəyə sahib olması görünür

“Solntsepyok” xüsusəndə dağlıq ərazilərdə tətbiq olunan zaman daha təhlükəlidir. Bu silah sistemindən açılan atəşlər nəticəsində hətta dağlar uçub-dağıla, qayalar əriyə bilər. Bunun səbəbi isə budur ki, bu silahın tətbiqi zamanı güclü vakuum effekti yaranır.


“Solntsepyok” TOS-1A ağır odsaçan sistemi 2013-cü il 26 iyunda Bakıda keçirilmiş hərbi parad zamanı

Texniki məlumatlar
“Solntsepyok” sisteminin idarəolunmayan reaktiv termobarik döyüş başlığının ən böyük təsir effekti dağlıq ərazilərdə əldə olunur: hava zərbə dalğalarının ətraf qaya süxurlarının, torpaq və qaya uçqunlarının əks olunan dalğaları ilə qarşılıqlı üst-üstə düşməsi zərbə gücünü daha da artırır. Sursat əvvəlcə partlayıcı qarışıq buludunu yaradaraq partlayışı həyata keçirir və buluddakı bütün olan oksigenin bu reaksiyaya daxil olmasına şərait yaradır. Ani detonosiyadan sonra təzyiq kəskin şəkildə yüksəlir və sonra dərhal atmosfer təzyiqi normasından təxminən 160 mm civə sütununa qədər aşağı düşür. Beləliklə, düşmənin partlayışdan sonra xilas olan canlı qüvvəsi də təzyiqin azalması nəticəsində daxili orqanlarının parçalanmasına görə həlak olurdular. Odsaçan sistemin yaylım atəşinin yüksək səviyyədə olan dəqiqliyi atıcı qurğunun 6 km məsafədə olan birbaşa hədəflərə yönəldilməsi və avtomatlaşdırılmış tuşlama cihazları vasitəsilə təmin edilir. Son əldə edilmiş məlumatlara görə, MO.1.01.04M.OП markalı sursatların çəkisi 13 kq azaldılmasına baxmayaraq atəş məsafəsi 6700 metrə qədər artırılmışdır.

Döyüş maşınının çəkisi 44.3 ton, uzunluğu 7240 mm, hündürlüyü 3073 mm, eni 3580 mm, şossedə sürəti 60 km/saat, ehtiyat gediş məsafəsi 550 kilometrdir. 30 dərəcəli bir yoxuşa 25 dərəcəli krenlə qalxa bilən TOS-1A, 1.2 metr hündürlükdə olan maneələri də asanlıqla aşmağa qadirdir.

TOS-1A kompleksinin təkrarən sursat ilə doldurulması üçün bir tank platforması nəzərdə tutulur. Sursatı 217 kiloqram çəkiyə malik olan termobarik raketlərdən ibarətdir. Doldurulması prosesi hər bir raket üçün bir dəqiqədən də az vaxt tələb edir. Döyüş ekipajı tankdakı kimi 3 nəfərdən ibarətdir. Təkcə bir fərqi vardır. Tuşlayıcı operator qüllədə olan silahlar əvəzinə atıcı qurğunu idarə edir.


Sursatların yüklənməsi
Kalibr: 220 mm

Atəş tezliyi: 30 atəş/15 saniyədə

Effektiv məsafə: 500–3500 m (TOS-1) 6500 m (TOS-1A)

Maşın/raket xüsusiyyətləri:

Motoru: V-84 Dizel

Motor gücü: 840 at gücü (630 kV)

Maksimum məsafə: 550 km

Sürəti: 60 km/s

Atış platforması: T-72

Sultan Laçın
Oxşar xəbərlər
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA