“Yəqin ki, Qarabağa dönəcək keçmiş köçkünlərə güzəştlər bir neçə il saxlanılacaq”
Oxunub: 4538
18 Jan 2021 | 11:50
“Yəqin ki, Qarabağa dönəcək keçmiş köçkünlərə güzəştlər bir neçə il saxlanılacaq”
Milli Məclisin Laçın rayonundan deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadə ilə 44 günlük müzəffər Vətən savaşından sonrakı ilk görüşümüzdə öncə onu  torpaqlarımızın, o cümlədən doğma Laçın rayonu və  doğulub boya-başa çatdığı Güləbird kəndinin  də işğaldan azad olunması münasibətilə təbrik etdik...  

Parlament üzvü Moderator.az-a müsahibəsində işğaldan azad olunmuş Qarabağ torpaqlarına Böyük Qayıdış proqramı, həmin proqramın həyata keçirilməsi qarşısındakı çətinliklər, Milli Məclisdə bu istiqamətdə  görülmüş və gözlənilən işlər, konkret olaraq Laçın rayonuna qayıdışla bağlı problemlərdən və s.  bəhs edib.

-Mahir müəllim, işğaldan azad  torpaqlarımıza Böyük Qayıdış proqramının həyata keçirilməsi üçün atılan ilkin addımlar haqda hansı məlumatınız var? 

-Məlumdur ki, qəsbkar erməni vandalları 30 ilə yaxın müddətdə işğal etdikləri bütün bölgələrdə mənfi mənada nəyi bacarıblarsa, həyata keçiriblər. Yəni bütün yaşayış məntəqələri, şəhərlər, kəndlər viranəliyə çevrilib. Bütün ən zəruri infrastruktur, sosial və mədəni obyektlər, kommunikasiya, yollar tamamilə yerlə-yeksan edilib. Bir sözlə, normal insan yaşayışı üçün zəruri olan hər bir şey məhv olunub. Bunlara rəğmən Vətən müharibəsindəki Zəfərimizdən sonra cənab Prezidentin rəhbərliyi altında xalqımızın tarixi əbədi-əzəli torpaqlarına qayıdaraq orada xoşbəxt bir həyata qovuşması məqsədilə  bir neçə komissiyalar yaradılıb və fəaliyyət göstərir. Və belə bir xüsusi bir komissiya işğal nəticəsində Ermənistan tərəfindən bütün sahələr üzrə Azərbaycana vurulmuş ziyanın hesablanmasıyla  məşğuldur. Çünki müharibədən sonrakı dönəmdə işğalçı və məğlub tərəf olaraq Ermənistan rəsmən on illərlə torpaqlarını işğala məruz qoyduğu Azərbaycan dövlətinə vurduğu zərərlər  müqabilində külli miqdarda təzminat ödəməlidir. Və bununla bağlı məhkəmə proseslərində Azərbaycan tərəfi konkret rəqəmlər təqdim etməlidir. Artıq minalanmış sahələr istisna olmaqla, işğaldan azad edilmiş əksər ərazilərimizdə bu istiqamətdə ilkin hesablamalar aparılıbdır. Bu, görüləcək işlərin birinci mərhələsinə aid məsələdir. İkinci mərhələdə digər əsas bir məsələ bəhs edilən ərazilərdə kommunikasiyaların, yolların bərpa olunmasıdır. Cənab Prezidentin rəhbərliyi altında Türkiyə və İtaliya şirkətləri ilə müvafiq müqavilələr bağlanıb. Və artıq Prezidentin Ehtiyat fondundan müəyyən məbləğ ayrılıb və bu işlər davam etdiriləcəkdir. Üçüncü mərhələdə işğaldan azad ərazilərdə həyatın bərpası, yaşayış məntəqələrinin tikilməsi və eyni zamanda ilkin biznes sahələrinin qurulması, dördüncü mərhələdə isə bütövlükdə həmin regionun Azərbaycan iqtisadiyyatının ayrılmaz bir hissəsinə çevrilməsi vəzifəsi dayanır. Yəni dövlətimiz artıq birinci mərhələni başa çatdırmaq ərəfəsindədir, ikinci mərhələyə isə start verilib...

Onu da diqqətə çatdırım ki, işğaldan azad ərazilərin bərpası üçün Prezidentin tapşırığıyla ilkin olaraq 2,2 mlrd. manat vəsait ayrılıb. Bu, indiyədək dövlət büdcəsində indiyədək görünməmiş bir xərc maddəsi  yer alıb...

-Böyük Qayıdış yolunda  əsas çətinliklər hansılardır?

-Birincisi, öncə qeyd etdiyimiz kimi, sözügedən ərazilər işğalçı ermənilər tərəfindən tamamilə darmadağın edilib. Ikincisi, ərazilərin əksər hissələri minalanıb. Və müharibə qanunlarına görə,  məğlub tərəfin  minalanmış sahələrin xəritələrini təqdim etməli olmasına rəğmən, təəssüf ki, Ermənistan həmin xəritələri bu günədək təqdim etməyib.  Amma Azərbaycan tərəfi artıq öz gücü və qonşu ölkələrin: Türkiyə və Rusiyanın  köməyi ilə minaların təmizlənməsi prosesini başladıb. Düzdür, bir sıra digər işlərə başlansa da, minalanma məsələsi insanların öz doğma yurdlarına qayıtması işini ləngidən əsas problemdir. Burada ilk növbədə insan həyatından söhbət gedir. Məlum olduğu kimi, 10 Noyabr razılaşmasından bəri işğaldan azad ərazilərimizdə dəfələrlə həm hərbi, həm də mülki vətəndaşlarımızın həlak olmasıyla nəticələnmiş mina partlayışları baş verib. Odur ki, minalı sahələrin təmizlənməsi vacib bir problemdir. Ancaq hesab edirəm ki, digər çətinliklər zaman-zaman öz həllini tapacaq. Və Azərbaycan dövlətinin gücü sayəsində biz  tezliklə  insanlarımızın Qarabağ torpaqlarına əsl mənada qayıdışını təmin edə biləcəyik...

-Milli Məclisdə Böyük Qayıdışla bağlı hansısa bir qanunun hazırlanması və qəbulu gözlənilirmi?

-Parlamentdə dövlət büdcəsi ilə bağlı son müzakirələr zamanı deputatların Böyük Qayıdış proqramı üçün ayrılan vəsaitin dəstəklənməsi  və bundan sonra da eyni məqsədlə vəsaitlərin ayrılması haqda yetəri qədər təklifləri oldu. Onu da qeyd edim ki, digər rayon deputatları məhz Böyük Qayıdışı nəzərə alaraq  öz rayonlarının problemlərini o qədər də ciddi şəkildə qaldırmadılar. Amma biz, deputatlar gələcəkdə işğaldan azad ərazilərin bərpasıyla bağlı istənilən qanun dəyişikliyi və ya yeni qanunun qəbul edilməsinə hazırıq. Və istər həmin sahədə fəaliyyət göstərən iş adamlarına  vergi güzəştləri, istərsə də onlara güzəştli kreditlərin verilməsi,  istərsə də Qarabağ torpaqlarına köçəcək insanların həyat tərzi, onların məşğulluğuyla bağlı hansısa bir qanun layihəsinin qaninverici bazasının dəyişdirilməsi zərurəti ortaya çıxarsa, təbii ki, Milli Məclis  bu istiqamətdə öz müsbət mövqeyini bildirəcək...

- Artıq keçmiş məcburi köçkün olan  seçicilərinizin konkret olaraq Laçın rayonuna qayıdışıyla bağlı hansı işlərə başlanılıb?

-Bilirsiz ki, Laçın rayonu bir neçə kənd istsna olmaqla 10 Noyabr razılaşmasına əsasən işğaldan döyüşsüz  azad edilmiş bölgələr sırasına daxildir. Və Laçın şəhərinin özündə də Rusiya sülhməramlıları fəaliyyət göstərir.  Razılaşmaya əsasən 3 il müddətində Laçın rayon mərkəzindən keçən yola alternativ olaraq Xankəndi ilə Ermənistanı birləşdirəcək yeni bir yol çəkilməlidir ki, bundan sonra sülhməramlılar konkret olaraq həmin yola nəzarət edəcəklər. Və nəticədə Azərbaycan vətəndaşlarının bilavasitə Laçın şəhərinə də qayıdışı təmin olunacaq. Ancaq buna rəğmən Böyük Qayıdış proqramında nəzərdə tutulmuş bütün məsələlər işğaldan azad olunmuş digər bölgələr kimi bütövlükdə Laçın rayonuna da şamil edilir. Buraya təbii ki, Laçın rayon mərkəzinin baş planının, kəndlərin planlarının hazırlanması, ardınca rayonun müfəssəl planının hazırlanması və daha sonra quruculuq işlərinin başlanması da daxildir. Artıq rayon ərazisində zəruri infrastrukturun bərpası istiqamətdə ilkin addımlar atılmaqdadır. Bildiyiniz kimi, “Azərenerji”nin Laçın rayonu ərazisində yerləşən, 8 meqavat gücündə “Güləbird” kiçik su elektrik stansiyasında təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Həmin SES-dən  ilkin olaraq Laçın və Qubadlıdakı yaxın ərazilərdə yerləşən hərbi hissələrə elektrik enerjisi veriləcək...

-Hazırda Laçın rayonunun icra strukturlarının əməkdaşları müvafiq işlərlə bağlı rayon ərazisinə daxil ola bilirmi? 

-Məndə olan məlumata görə, yalnız Laçın rayonu deyil, işğaldan azad digər rayonların da ərazilərinə yerli polis, DTX, prokurorluq, FHN qurumları istisna olmaqla,  digər qurumların əməkdaşlarının daxil olmasına icazə verilmir. Bu da onunla bağlıdır ki, məsələn, icra strukturlarının işini qurması üçün  bu ərazilərdə  heş bir şərait yoxdur. Əksər şəhər və  kəndlərdə, demək olar ki, bütün zəruri infrastruktur ermənilər tərəfindən dağıdılıb. Yalnız bərpa işləri artıq başlamış bölgələrdə bir neçə digər qurum əməkdaşları da fəaliyyət göstərir. Bütün bunlara rəğmən rayon rəhbərlikləri və icra strukturlarının bəhs edilən ərazilərdə işə başlaması üçün yaxın vaxtlarda müvafiq addımlar atılacaq...

-Işğaldan azad olunmuş torpaqlara qayıdacaq keçmiş məcburi köçkün vətəndaşlarımıza hansı əlavə güzəştlər nəzərdə tutulub?

-Əlbəttə, o torpaqlara qayıdacaq vətəndaşların məşğulluq, özünüməşğulluq və biznesin qurulması, inkişafı məsələsi Böyük Qayıdış proqramının əsas tərkib hisssələrindən biridir.  Bütün bunlar, sözü gedən işlərə yerli özəl sektor və xarici kapitalın cəlb olunması üçün orada normal investisiya mühitinin yaradılmasıyla bağlı məsələlər Azərbaycan dövləti tərəfindən artıq müzakirə edilməkdədir.  Hesab edirəm ki, biz yaxın aylarda proqramın bu hissəsinin konkret hədəf və maddələrindən bəhs edə biləcəyik. Təbii ki, burada vətəndaşlara güzəştli kredit və ssudaların verilməsi,  o ərazilərdə çalışan şirkətlərə güzəştli, faizsiz kerditlərin ödənilməsi, həmin şirkətlərə, özəl sektora vergi güzəştləri və tətillərinin tətbiqi və s. də nəzərdə tutulacaq. Və zənnimcə, bəhs olunan tədbirlər görülərkən işğaldan azad rayonların ənənəvi iqtisadiyyatının inkişaf etdirilməsi ilə bağlı da dövlətimiz tərəfindən müvafiq proqramlar hazırlanır.  Eyni zamanda bizdə olan məlumata görə, keçmiş məcburi köçkünlərin hazırda da qüvvədə olan güzəşt və imtiyazları, yəni çörəkpulu müavinətləri,  kommunal güzəştlər və s. doğma yurdlarında məskunlaşmalarından sonra  da bir neçə il saxlanılacaq. Həmçinin, yaşayacaq gənc nəslin o torpaqlarda qalıb yaşaması üçün zəruri olan məsələlərin həyata keçirilməsi,  büdcə təşkilatlarında çalışanların əmək haqqılarına digər regionlardan fərqli olaraq müəyyən əlavələr olunması və s. məsələlərlə bağlı da, güman ki, tezliklə dövlətimiz tərəfindən müsbət addımlar atılacaq... 

-Qarabağ torpaqlarına qayıdacaq soydaşlarımızı düşündürən məsələlərdən  biri də oralarda yeni evlərin, yaşayış massivlərinin hansı mexanizm əsasında salınacağıdır. Yəni, deyək ki, şəhərlərdə, rayon mərkəzlərində yaşayanlar üçün əsasən bina evləri, kəndlərdəkilər üçün isə həyət evləri tikiləcək. O tərəfi maraqlıdır ki, əksəriyyət, xüsusən kənd sakinləri yeni evlərinin məhz yandırılmış, dağıdılmış olsa da, keçmiş dədə-baba evinin yerində tikilməsini arzulayır. Bu cür məsələlər öz həllini necə tapacaq?..

(Davamı var)

Sultan Laçın 

Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər