Moderator.az AzərTAc-a istinadən
xəbər verir ki, Bakıda və Abşeron
yarımadasında havanın dəyişkən buludlu olacağı,
əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 9-12°, gündüz 16-21°,
Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 millimetr civə sütunu, nisbi rütubət gecə
80-85, gündüz 55-60 faiz təşkil edəcək.
Naxçıvan Muxtar
Respublikasında hava, əsasən, yağmursuz
keçəcək.
Temperaturun gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ:
Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər
və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən,
yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Qazax, Gəncə,
Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava,
əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 3-8°, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala,
Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,
Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək,
arabir duman, gecə və səhər bəzi yerlərdə çiskin olacaq.
Temperaturun gecə 2-7°, gündüz 14-19° isti, dağlarda gecə 1° şaxtadan 2°-dək
isti, gündüz 2-7° olacağı ehtimalı var.
Mərkəzi-Aran:
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala
rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və
səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 6-11°, gündüz 17-22° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava, əsasən, yağmursuz keçəcək, gecə
və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 8-10°, gündüz 15-20° isti, dağlarda gecə 2-7°, gündüz 10-15°
isti olacağı ehtimal olunur.
Tibbi-meteoroloji
proqnoz
Yaxın 3 gün ərzində Abşeron
yarımadasında mülayim hava şəraitinin üstünlüyü və meteoroloji amillərin normal
sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.