"İstərdim ki, Türkiyə ordusu hər zaman Azərbaycanla birgə olsun, həm göydə, həm yerdə, həm ürəkdə"
Oxunub: 2730
04 Dec 2020 | 10:13
Azərbaycan dövləti və vətəndaşlarımız 44 günlük Vətən müharibəsində əldə olunan zəfərimizin qürurunu yaşamaqda ikən düşmən ölkə matəm içərisindədir. Bugünlərdə işğalçı ölkədə gərginliklər, qarşılıqlı ittihamlar gündən-günə artır. Amma diqqəti cəlb edən budur ki, Nikol Paşinyanı hədəfə alan siyasi qüvvələr Azərbaycana qarşı işğalçı siyasəti lənətləməkdənsə, məğlubiyyətin səbəblərini müzakirə edir, baş nazirdən hesab istəyirlər.  Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə söhbətimizdə əvvəlcə düşmən ölkədəki ab-havadan bəhs etdik.

- Fəzail bəy, Vətən müharibəsinin nəticələri barədə nə deyə bilərsiniz? Necə bilirsiniz, erməni faşizminin birdəfəlik məhv edildiyini söyləmək hələ tez deyil ki?

- Biz 44 gün ərzində istədiyimizə nail olduq. 7 rayon azad olundu. Onun 4-ü Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində işğalçılardan azad edildi. Həm də Ermənistana, faşist dövlətinə ağır, sarsıdıcı və ölümcül zərbələr vuruldu, onun hərb maşını darmadağın edildi. Ermənistan bir dövlət kimi son dərəcədə ciddi xarakter daşıyan böhranın içərisinə salındı və böhranın bütün əlamətləri Ermənistanda özünü ifadə etməkdədir.  Onsuz da kasıb, rəzil və başqalarından asılı olan ölkə aparmış olduğumuz Vətən müharibəsi nəticəsində daha rəzil bir günə, daha ağır duruma düşdü. Beləliklə, Ermənistanda yaranmış olan bu situasiya, ruhi və psixoloji  gərginlik illər uzunu davam edəcək. Mənim gümanıma görə, Ermənistan cəmiyyəti yaşamış olduğu bu ağır-psixoloji stresdən, illərdən bəri onların baş əydikləri ideologiya yerlə yeksan olduğuna görə çökəcək. Ermənistan cəmiyyətinin çökməsi ilə miqrasiyalar geniş miqyas alacaq, ölkədən kütləvi şəkildə axın başlayacaq. Beləliklə, artıq Ermənistan  bir dövlət kimi tamamilə məhv olub gedəcək. İndi onun bütün elementləri, görüntüləri artıq ortadadır. Bu gün faktiki olaraq Ermənistanı bu vəziyyətdən çıxara biləcək lider görünmür, yoxdur. “Ən parlaq lider”, küçə dəstəyi ilə hakimiyyətə gələn Paşinyan ölkəni olduqca acınacaqlı vəziyyətə saldı və ona qarşı bu gün cəmiyyətin ən müxtəlif təbəqələrində böyük antipatiya var. Digər tərəfdən, klanlararası döyüş özünün kəskin fazasına daxil olub. Yəni yerli ermənilərlə Qarabağ erməniləri arasında hazırda ölüm-dirim mübarizəsi gedir. Hakimiyyətə hansı klan gəlsə, digər klanın onu qəbul etməsi mümkün deyil. Ortaq nöqtəni tapa biləcək şəxsin bu gün Ermənistanda hakimiyyətə gəlməsi gözlənilmir. Beləliklə, Ermənistanda dərin böhran hökm sürür. Çünki bu böhranı yaradan Azərbaycan oldu. Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi altında şanlı ordumuz ermənilərin belini qırdı, onun hərb sistemini dağıtdı, cəmiyyətini məhv etdi, Azərbaycanın hesabına özünün bu və ya digər ehtiyaclarını ödəyə biləcək imkanlardan məhrum etdi. 

- Amma bu gün Ermənistan cəmiyyətinə yenə də revanşist fikir hakimdir. Azsaylı realist düşüncəli şəxsləri çıxmaq şərtilə, mütləq əksəriyyətin yenə də toparlanıb Azərbaycana qarşı təcavüzə başlamaq niyyəti müşahidə olunmaqdadır. Belə qənaətə gəlmək olarmı ki, növbəti savaş qaçılmaz olacaq?

- Bu revanşist qüvvələr uzun illərdən bəri onlarda formalaşan ideoloji-psixoloji xəstəlikdən xilas ola bilmirlər. Bu, nəticə etibarilə onların ruhi vəziyyətinə də ciddi şəkildə təsir göstərir. Mən düşünmürəm ki, illər uzunu, yüz illərdir erməniləri faşist düşüncələri ilə, “Böyük Ermənistan” ideyaları ilə formalaşdıran, “Türk sənin düşmənindir”, məzmunlu ana laylası eşidən ermənilər hələ uzun müddət bu düşüncələrdən xilas ola bilməyəcəklər.  Çünki onların genetikasından irəli gələn bir yanaşmadır. Türkü özünə genetik düşmən hesab edən ermənilər bu xəstəlikdən azad ola bilməyəcəklər. Ona görə də ermənilərin içərisindən çıxan ayrı-ayrı şəxslər, politoloqlar, özünü ziyalı hesab edən, lakin həmin ideologiyanın ötürücüləri olan insanlar revanş əldə etmək üçün müxtəlif cəhdlərdə bulunacaqlar. Lakin Ermənistanın bunu etmək şansı və imkanı yoxdur. Çünki hərb maşını sınıb, ordu darmadağın edilib. 44 gün ərzində Azərbaycanın Silahlı Qüvvələri dünya hərb tarixinə çox böyük yeniliklər gətirdi. Cənab Prezidentin Laçının azad edilməsilə bağlı Azərbaycan xalqına ünvanladığı müraciətində  Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının statistikası diqqətə çatdırıldı. Faktiki olaraq Ermənistanın hərb maşını yoxdur, bitib, sınıb, canlı qüvvəsi tamamilə ruh düşkünlüyü içərisindədir. Çünki müzəffər Ordumuz onlara qan uddurub. Hətta başqa ölkədən gələn muzdlunun dediklərini oxudum, deyir onlar ölüm mələyi idilər, gəlirdilər səngərdə olanlarımızı qırırdılar və yoxa çıxırdılar. Baxın, görün, Azərbaycan ordusu, düşməni nələr etiraf etməyə vadar eləyib. Ondan başqa, müharibənin gedişində qondarma rejimin yaramaz, şərəfsiz başçısının açıqlamaları var idi ki, oktyabrın əvvəllərində müharibəni dayandırmaq lazım idi. O, Köçəryan, Ter-Petrosyanın, Sərkisyanın, digər hərbi mütəxəssislərin adından çıxış edirdi. Görün Azərbaycan oktyabrın ortalarınadək Ermənistana necə divan tutmuşdu. Lakin Paşinyan bizə sərf edən taktikanı götürdü və Ermənistanı çökdürdü. Ona görə də revanşist qüvvələrin hər hansı şəkildə Azərbaycan üçün problem yaradacağına mən qətiyyən inanmıram.

- Laçın şəhər mərkəzinin və dəhlizin müəyyən hissəsinin yeni dəhliz açılanadək Rusiya sülhməramlılarının nəzarətində qalması ermənilərdə ümid yaradır ki, yenidən xam xəyallarını reallaşdırmaq üçün hərəkətə keçə bilərlər. Siz bu vəziyyətlə bağlı narahat deyilsiniz ki?

- Mən qətiyyən narahat deyiləm. Birincisi, həmin nəzarət postunda eyni zamanda Azərbaycanın Silahlı Qüvvələri olacaqlar, bu, bəyanatda öz əksini tapıb. Ümumi razılaşmaya görə, gələnləri və gedənləri Azərbaycan hərbçiləri yoxlayacaq ki, görək bu yolla kimlər gəlir, nələr gətirilir.

- Sosial şəbəkədə bəzi azərbaycanlı ekspertlər də bu duruma görə narahatlığını ifadə edirlər...  

- Mən bu narahatlığı başa düşürəm. Onların vətənpərvərliyini də yüksək qiymətləndirirəm. Ancaq onlara müraciət edib demək istəyirəm ki, əgər bizi bu qələbəyə gətirib çıxaran möhtərəm cənab Prezidentimiz, xilaskarımız, Ali Baş Komandanımız varsa, deməli, arxayın ola bilərlər! Ona görə də hər hansı subyektiv amillərdən doğan və cəmiyyətdə narahatlıq yaradan fikirləri gündəlikdə çox tirajlamasınlar. İlk növbədə demək istəyirəm ki, faktiki olaraq Laçından bütün ermənilər çıxarılıb, orada erməni yoxdur. Digər tərəfdən, Laçın dəhlizinə sülhməramlılarla bərabər, Azərbaycanın Silahlı Qüvvələri də nəzarət edəcək. Ermənistandan Azərbaycana, Azərbaycandan Ermənistana gedən bütün avtomobillər, yük maşınları Azərbaycan hərbçiləri tərəfindən yoxlanılacaq. Sülhməramlı qüvvələr ancaq iki xalq arasında qarşıdurmaya imkan verməmək, əgər belə hal olarsa, onun qarşısını almaq üçün oradadır. Sülhməramlı qüvvələr Laçının sahibi deyillər! Bu gün Laçının sahibi Azərbaycandır! Həmin dəyərli soydaşlarımıza da xatırlatmaq istərdim ki, artıq Laçında Azərbaycanın bayrağı sancılıb. 30 noyabrdan 1 dekabra keçən gecə hər birimiz gördük, Azərbaycanın Silahlı Qüvvələri Laçının lazım olan yerlərində yerləşiblər və möhkəmləniblər. Laçın bizdədir, buna qətiyyən şübhə ola bilməz! Bu gün bəzi siyasət dəllallarının, vaxtilə “Azərbaycan niyə müharibə etmir”, deyərək bağıran və bağıra-bağıra səsi tutulanlar indi ayrı formada “val”ı çevirərək həmin bağırtıları səsləndirirlər. Yenə də çalışırlar ki, Azərbaycan dövlətinə etimadsızlıq yaratsınlar. Yenə onlar ermənilərin, fransızların yanındadırlar.  Zəfər döyüşünü uğurla baş çatdıran, bir şəhid vermədən 3 rayonumuzu Azərbaycanın ərazisinə qaytaran möhtəşəm, müdrik, uzaqgörən Prezidentimizə inanmalıyıq. Ondan sonra bu inamı davam etdirməliyik, onun ətrafında 44 gün olduğu kimi, yenə də sıx birləşməliyik və Azərbaycanın əleyhinə orada-burada şər-böhtan atan insanlara qarşı özümüzün iradəmizi yenə ortalığa qoymalıyıq.  Bu gün şarlatanlar, hər zaman Azərbaycanın zəifləməsinə xidmət edən ermənilərin, erməni lobbisinin yanındadır. Ona görə də mən bir daha tam məsuliyyətlə deyirəm ki, Laçın artıq Azərbaycanın tərkibindədir, Laçın üzərində tam nəzarəti həyata keçiririk. Artıq 7 rayon, həmçinin Şuşa bizimkidir.  

- Bəs növbəti mərhələdən nə gözləyirsiniz? Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə ilə bağlı suallara cavabınızı eşitmək istərdik. Varmı cavablar?

- Növbəti mərhələdə biz artıq siyasi-diplomatik yolla möhtərəm Prezidentimizin aparmış olduğu ardıcıl siyasətin konkret nəticələrini görəcəyik. Azərbaycan bayrağı tədricən Xankəndində,  Əsgəranda, Xocalıda, Ağdərənin, Xocavəndin hər yerində, yaxın zaman kəsiyində dağalanacaq.  Ola bilsin ki, bu, müəyyən zaman çəkəcək. Bu zaman bizi darıxdırmalı deyil. Biz ərazi bütövlüyümüzü təmin etmişik, bu yolda olduqca əhəmiyyətli və ciddi addımlar atılıb.

- Fəzail bəy, yəqin siz də təsdiqləyirsiniz ki, Vətən müharibəsinin yekunu olaraq Naxçıvana və həmçinin Türkiyəyə birbaşa quru dəhliz-yolun açılması da çox ciddi, tarixi hadisə oldu, elə deyilmi? 

- Bəli, bu bəyanatın ən mühüm, üstün cəhətlərindən biri ondan ibarətdir ki, Mehri istiqamətindən Naxçıvanla Azərbaycanın digər əraziləri birləşdirilir, onlar arasında quru əlaqə yaradılır. Yəni həm dəmir yolu, həm avtomobil yolu əlaqəsi qurulur. Ən əhəmiyyətlisi budur ki, yola Rusiyanın sərhəd qoşunları nəzarət edir. Eyni zamanda bu, qardaş Türkiyənin də Azərbaycanla  birbaşa quru əlaqələrini daha qısa şəkildə təmin edir. Bütövlükdə çox strateji mahiyyət daşıyan bir açılışdır.

- Bakı-Naxçıvan qatarının ilk sərnişini olmaq istərdinizmi?

- Çox böyük məmnuniyyətlə ilk qatarın ilk sərnişinlərindən biri olmağı arzulayardım. Çünki həm də uzun illər boyu mən yaşadığım Zəngəzurun Qarakilsə rayonunun Şıxlar kəndinə məhz həmin dəmir yolundan istifadə edərək, Naxçıvanda düşərək, avtomobillə rayonumuza getmişəm. Bu, mənim üçün nostalji və həm də çox rahat bir yoldur. Nəzərə alsaq ki, o yol eyni zamanda Arazboyu gedir və Arazboyu getdikcə cənublu soydaşlarımızın ruhunu orada duyuruq, mənəvi bağlılıq əmələ gəlir. Bu baxımdan da mənim üçün xüsusi önəm kəsb edir. Məmnuniyyətlə düşünürəm ki, o yol açılanda ilk sərnişinlərdən biri olacağam. İnşallah, uca Yaradanımız o günü mənə qismət edər.

- Yəqin ki, Türkiyə əsgərinin tezliklə Qarabağda olmasını siz də gözləyirsiniz, eləmi?

- Artıq Türkiyə əsgəri Azərbaycandadır. Vaxtilə keçirilən təlimlərdən sonra yaranmış situasiyaya görə Azərbaycanda qaldılar, lakin müharibə prosesinə qoşulmadılar. Çünki bu, Azərbaycanın özünün milli savaşı idi, dövlət özünün iradəsini ortaya qoyaraq, öz gücünü nümayiş etdirdi. Odur ki, bizim Türkiyənin Silahlı Qüvvələrinə ehtiyacımız yox idi. Əgər başqa bir dövlət Ermənistanın yanında olsaydı, təbii ki, qardaş Türkiyə və Azərbaycanda olan əsgər və zabitlər, hərbi kontingent də bizimlə bərabər olacaqdılar. Onlar hər zaman bizimlə bərabərdirlər, təlimlərdə bərabərdirlər. Bir ildə on dəfədən artıq birgə təlimlərin keçirilməsi Türkiyə əsgərinin burada olması deməkdir. Yəni bu, yox deyil, var mahiyyəti daşıyır. Tezliklə ortaq Monitorinq Mərkəzinin yaradılması ilə bağlı texniki məsələlər də başa çatdırıldıqdan sonra türk qardaşlarımızı burada görəcəyik. Ehtiyac olarsa, mehmetciklərimiz Azərbaycan əsgərləri ilə birgə digər yerlərdə də olacaq, çünki bu, Azərbaycanın suveren hüququdur. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanın istənilən bölgəsində yerləşməsi və Azərbaycan əsgərləri ilə bərabər olması Azərbaycanın seçimidir, buna hər hansı bir dövlətin qarışmaq hüququ, həm də imkanı yoxdur.  Mən istərdim ki, Türkiyə ordusu hər zaman Azərbaycanla və bizlərlə birgə olsun, həm göydə, həm yerdə, həm ürəkdə!

“Yeni Müsavat”
Oxşar xəbərlər
18:05, Bu gün
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
18:00, Bu gün
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
17:55, Bu gün
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
17:50, Bu gün
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
17:45, Bu gün
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
17:40, Bu gün
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
17:35, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
17:30, Bu gün
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
17:25, Bu gün
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
17:20, Bu gün
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
17:17, Bu gün
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
17:15, Bu gün
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
17:10, Bu gün
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
17:07, Bu gün
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
17:05, Bu gün
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
17:03, Bu gün
COP29-un rəsmi saytı istifadəyə verildi
17:00, Bu gün
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
16:56, Bu gün
İyunda ardıcıl beş gün iş olmayacaq
16:52, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
16:50, Bu gün
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
16:47, Bu gün
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
16:42, Bu gün
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
16:40, Bu gün
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
16:37, Bu gün
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
16:35, Bu gün
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
16:32, Bu gün
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
16:27, Bu gün
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
16:22, Bu gün
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
16:20, Bu gün
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:15, Bu gün
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:05, Bu gün
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
GÜNLÜK
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?