Azərbaycan əslli eks-senatordan Rusiya-Türkiyə ittifaqının güclənməsi üçün ilginc təklif
Oxunub: 3516
03 Dec 2020 | 09:26
Azərbaycan əslli eks-senatordan Rusiya-Türkiyə ittifaqının güclənməsi üçün  ilginc təklif
Rusiyanın eks-senatoru, Azərbaycan əsilli tanınmış iş adamı və xeyriyyəçi Fərhad Əhmədov rus KİV-lərinin səhfələrində növbəti müəllif məqaləsi ilə çıxış edib. Məqalədə müasir dünya düzəninin problemlərindən və yeni regional güc mərkəzlərnin formalaşmasından bəhs edilir. Müəllif özünün sosial-siyas baxışları və konseptual düşüncəsi ilə yeni yanaşma ortaya qoyur: regionun iki böyük dövləti Rusiya və Türkiyənin ittfaqının möhkəmləndirilməsi.

F.Əhmədovun bu konseptual baxışları Rusiya KİV-lərinvə geniş rezonans doğurub və Qərb ekspert cameəsinin diqqətini cəlb edib. 

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik:

Ötən həftələrdə Rusiya və Türkiyənin Cənubi Qafqazda uğurlu qarşılıqlı əməkdaşlığı həm dünyanın əsas oyunçuları, həm regionun ölkələri üçün gözlənilməz oldu. Bu növbəti dəfə göstərir ki, bəzi liderlər illüziyalar aləmində və onların özlərinin uydurduqları tarixdə yaşayırlar.

Rusiya və Türkiyənin bundan əvvəl onilliklər ərzində mühüm heç nəyin baş vermədiyi regionda uğuru diqqətli müşahidəçi üçün əslində gözlənilməz deyildi. Rusiya və Türkiyə bu uğura doğru çoxdandır irəliləyirdi. Biz bu əməkdaşlığın müəyyən mərhələsinn yekunlarının və onların qarşılıqlı fəaliyyətinin indiki dövrün özünün şərtləndirdiyi yeni erasının şahidi olduq.

SSRİ-nin dağılmasından sonra ikiqütblü dünyanın çöküşü yeni sabit qlobal təhlükəsizlik sisteminin formalaşmasına gətirib çıxarmadı. ABŞ-ın başçılıq etdiyi birqütblü dünya düzəni planetə təhlükəsizlik və ağlabatanlıq gətirmədi. Birləşmiş Ştatlar qlobal liderliyini sürətlə əldən verir, ona qarşı həm iqtisadiyyatda, həm siyasətdə çağırışlar meydana çıxır-bütün yeni qüvvələr və nüfuz mərkəzləri tərəfindən. Strateji qeyri-müəyyənlik, qüvvələr vakuumu, beynəlxalq strukturların yarımiflic vəziyyətində olması və dünya liderliyinə aparıcı iddiaçılar, eləcə də cinah mərkəzləri arasında artmaqda olan çatlar buradan irəli gəlir.

Yeni dövr-yeni çağırışlar

Bundan əlavə, bütün insanlığa qarşı getdikcə əvvəllər təsəvvürə gətirilməsi mümkün olmayan daha çox yeni təhdidlər yaranır, indiki koronavirus pandemyası da bunu göstərir. Biz dəqiq bilmirik ki, pandemiya haradan meydana çıxdı, əvəzində biz görürük ki, onun fəlakətli təsirləri hələ bundan sonra da aylarla özünü göstərəcək, ola bilsin illərlə davam edəcək. Hansı ki, hələ heç kim bu işin hara gedib çıxacağını təxmin edə bilmir. Bəla gələndə xəbərdarlıq etmədi, necə ki, indi pandemiyadan nə iqtisadi, nə siyasi çıxış yolları barədə yol xəritəsi yoxdur.

Putin və Ərdoğan qlobal çağırışlar və strateji qeyri-müəyyənliklər ərəfəsində

Pandemiya böhranı sürətlə kəskinləşdirdi və onsuz da formalaşmamış qlobalizmin faktiki dağılmasına gətirib çıxardı, onun yerinə artıq regionalizm gəldi. Dünya dəyişdi, elə biz özümüz də. İndi biz hamımız heç  də qlobal deyil, regional düşünməliyik. Qloballaşmanın uca qəsrlərindən regional fəaliyyətlərə və addımlara keçməliyik, hansı ki, əslində bu qloballaşma öz bərabərində bitib-tükənməyən və həllini tapmayan problemləri də gətirmişdi.

Hər ölkə, hər xalq öz yaşam yolunu, öz mövqelərini qoruyub saxlamağın və möhkəmləndirməyin çarəsini özü müstəqil axtarıb tapmalıdır. Seçim böyük deyil. Artıq ən yaxın vaxtlarda ölkələrin əksəriyyəti ya iri dünya dövlətlərindən birinin orbitinə daxil olmağa məcbur olacaq, ya da növbəti “qeyri-sabitlik zolağının” tərkib hissəsinə çevriləcək.

Lakin başqa çıxış yolu da var-qeyri-standart, tarixi və sivilizasiyalı əlaqələr axtarıb tapmaq, hansı ki, inkişafın yeni istiqamətində nəinki yaşamın, sağ qalmağın açarı ola bilər, eləcə də formalaşmaqda olan qlobal düzəndə öz layiqli yerini tapmaqda kömək edər. Bu yolla məsələn, ABŞ tərəfindən sərt rəqabətlə qarşılaşan Çin getdi və “Böyük İpək Yolu”nu dirçəldərək min illərdən sonra sivilizasiyalı “ekspansiya”nı bərpa etdi.

Belə olan halda Avrasiya ölkələrini nə gözləyir? Ya “qaçılmaz olana tabeçilik”, ya da özündə birləşmək üçü, yeni güc mərkəzləri yaratmaq üçün potensial axtarıb tapmaq.

Rusiya və Türkiyə-oxşarlıqlar fərqlərdən çoxdur

Türkiyə və Rusiyanı götürək. Yüzilliklər ərzində onlar güclü yarımetnik və çoxkonfessiyalı imperiyaların mərkəzləri olublar, öz ətraflarında etnik və dini baxımdan bir-birindən fərqlənən xalqların yaşadıqları geniş əraziləri birləşdiriblər. Hər iki imperiyanın sistemyaradıcı özəllikləri XX əsrə qədər dini olub-pravoslav və islamın sünnü təriqəti. Hansı ki, həmin dövrdə onların qızğın rəqabətini qaçılmaz edirdi və on iki (!) müharibəyə gətirib çıxarmışdı.

XX əsrdə bu imperiyaların hər ikisi, hərəsi öz zamanında xarici düşmən təsirlərin nəticəsində dərinləşən daxili ziddiyyətlərin təsiri altında dağıldı, amma sistemformalaşdırıcı mərkəzləri olan sahələri qoruya bildilər. Keçmiş imperiyaların qalan ərazilərində isə onlarla yeni dövlətlər meydana çıxdı.

XXI əsrin əvvəllərində həm Rusiya, həm Türkiyə daxili çətinlikləri dəf edərək daha çox müstəqil kurs götürməyə başladılar, keçmiş Rusiya və Osmanlı imperiyasının ərazilərinə artan təsirlər göstərdilər. Hər iki ölkə bu kursu həyata keçirərkən artan müqavimətlə qarşılaşır. Bu müqavimətin mənbəyi ABŞ və Avropa İttifaqıdır, onlar özlərinin yaratdığı sərfəli status quo-nun dəyişdirilməsinə qarşı çıxmağa çalışırlar və dünyada həm Rusiyanın, həm Türkiyənin təsirinin artması ilə barışmaq istəmirlər.

Rusiya və Türkiyə-tarixi qarşıdurmadan sivilizasiyalı fenomenə doğru

Hələ ki Rusiya və Türkiyənin möhkəmlənməsinə qarşı müqavimət qismən məhdud, dolayı xarakter daşıyır. Lakin ABŞ və Avropa İttifaqının öz hərəkətlərini fəal koordinasiya etməsi halında Moskva və Ankara seçim qarşısında qalacaq-onlara biçilən ikinci dərəcəli rolla barışmaq, ya da əks oyun variantları axtarmaq.

Rusiya və Türkiyənin ikitərəfli münasibətlərinin tarixçəsində onların qarşılıqlı fəaliyyətinin potensialının xarici təzyiqlərə qarşı istifadə edilməsi nümunələri var (1920-ci illəri xatırlayaq). Bununla belə aydındır ki, XXI əsrdə həm Rusiya, həm Türkiyə öz mill-mədəni kodlarının əsas xarakteristikalarını saxlamaqla onların əlaqələrinin inkişafında maneə kimi mövcud olan konfessional fərqlər problemini zəiflədiblər. Bundan əlavə, tarixi dəyərlərə sədaqət hər iki ölkədə güclüdür, bu dəyərlər isə indi onları ayırmır, əksinə, yaxınlaşdırır. Dəf edilməsi mümkün olmayan maneə yoxdur. Bunu İsrailin və Fars körfəzi ölkələrinin nümunəsi də bir daha sübut edib. Dini baryerlər bizim ancaq beyinlərimizdədir. Allah isə təkdir.

Lakin mövcud şərtlərdə Cənubi Qafqaz kimi bölgədə təkvə situativ əməkdaşlıq və qarşılıqlı dəstək artıq yetərli deyil. Qabaqlayıcı əks oyun lazımdır. İstənilən millətin, xalqın və onun liderlərinin uğurunun ölçüsü cari qanunauyğunluqlardan və təsadüflərdən ortaya çıxan tarixi şansdan istifadə etmək bacarığındadır.

Rusiya-Türkiyə ittifaqı bütün Yaxın Şərqi dəyişdirəcək...

Hər iki dövlətə təzyiqlər artır, bu təzyiqlər getdikcə daha sərt və amansız olur. Xarici qüvvələri hər iki ölkənin nəinki müstəqil kursu, eləcə də fərdi olaraq onların liderləri qane etmir. Hərçənd çoxillik hakimiyyətləri ərzində onlar öz vətəndaşlarının böyük əksəriyyətinin dəstəyini qazanıblar.

Aydındır ki, Rusiya və Türkiyəni üzdəniraq-dövlətlərə çevirmək ümidləri onların rəhbərləri devirmək cəhdləri kimi hədərdir. Bu cür məqsədlərin reallaşması üçün inadkarlıq onların daha da yaxınlaşmasına və iki ölkənin səylərinin birləşdirilməsinə gətirib çıxara bilər. Hansı ki, artıq belə nəticələr var.

Belə yaxınlaşma artıq bütün istiqamətlərdə inkişaf edir. Milyonlarla rusiyalı üçün Türkiyə ikinci evə çevrilib. 2019-cu ilin yekunlarına görə Türkiyəni 18 milyon Rusiya vətəndaşı ziyarət edib. Birgə nigahların sayı yarım milyonu keçib. İqtisadiyyatda əlaqələr, o cümlədən qaz və atom enerjisi sahəsində əməkdaşlıq möhkəmlənir. Terrorçuluqla birgə mübarizə, Suriyada nizamlama və stablizasiya işində, qabaqcıl hərbi texnologiyalarda əməkdaşlıq formalaşıb. Sadalanan istiqamətlər baxımından qarşılıqlı əlaqələr mahiyyətcə müttəfiqlik səviyyəsinə qalxır.

Belə fonda hətta Türkiyə ilə Rusiya arasında ilk baxışdan mürəkkəb görünən məsələlər (məsələn, Suriya, Liviya və ya  Qətərdən Türkiyəyə qaz kəmərinin çəkilməsi) sonda özünün uğurlu həllini tapır.

İttifaq dövləti-lehinə və əleyhinə

 Lakin artıq əldə olunanla kifayətlənmək olmaz, irəliyə getmək lazımdır. Hara? Cavab sadədir və hətta qanunauyğundur, hərçənd gözlənilməz səslənir-gündəmdə ikitərəfli formatın institutlaşdırılması dayanır. Həyat özü Rusiyanı və Türkiyəni hətta müttəfiqlik münasibətləri deyil, iki dövlətin İttifaqını formalaşdırmağa məcbur edir. Müvəqqəti alyans kimi İttifaq deyil, İttifaq dövləti, əsl İttifaq.

Neoosmançılıq təkcə tarixin harayı deyil, həm də keçmişdəki qüdrətin qaytarılmasıdır. Türkiyə ilə NATO-nun yolu üst-üstə düşmür

Şübhəsiz ki, həm aşkar, həm uydurma əks-arqumentlərlə bu ideyanı elə kəndardaca rədd etmək asan işdir. Həmişə yadda saxlamaq lazımdır ki, yolu gedən gücləndirir. Elələri  ki hərəkətsiliyinə bəraət axtarmır, qarşıya qoyulan hədəfə yol tapır.

Tarix iki dövlətin ittifaqının yaradılmasına dair bir neçə cəhd nümunəsini yadda saxlayır. Onların demək olar ki, hamısı uğursuzluqla nəticələnib. Lakin bu dayanmağa əsas vermir. İttifaq dövləti tamamilə qabiliyyətlidir, bir şərtlə ki, onlar öz miqyaslarına görə bir-biri ilə müqayisə oluna bilən iki dövlətdən formalaşıb. Belə ittifaqda onun hər iştirakçısı öz müstəqilliyini, öz identikliyini qoruyub saxlayır. Söhbət bir dövlətin digərini “udmasından” deyil, onların qarşılıqlı fayda naminə birliyindən və çuğlaşmasından gedir. İttifaqın əsasında sağlam praqmatizm, birgə maraqların toplusu, yekunda maksimal effektə gətirib çıxaracaq potensialların cəminin formalaşması dayanacaq. Başlıcası odur ki, inam, etimad və ümumi maraq olsun, hansılar ki, indi bunu sinergiya adlandırırlar. Rusiya və Türkiyənin potensialının birləşməsi məhz belə effekt verə bilər.

Söhbət milyonlarla insandan, minlərlə kvadrat kilometr ərazidən, sahilləri yuyan dənizlərdən (Xəzəri saymasaq onların sayı 14-dür) və hətta iqtisadi, hərbi potensialdan getmir. Söhbət ondan gedir ki, Avropa və Asiyanın sərhədlərində iki ölkənin, ərazilərində tarixən iki qitənin qarşılıqlı əlaqələrinin mövcud olduğu ölkələrin İttifaqı meydana çıxır.

Avropa və Asiyanın qarşı-qarşıya qoyulması əqli konstruksiyaların nəticəsidir. Minlərlə illər ərzində insanlar, mallar və ideyalar təxəyyül edilən qitələr sərhədlərini istənilən istiqamətlərdə adlayıb keçiblər. Lakin sivilizasiyalararası ziddiyətlər stereoptipləri  və uydurma konstruksiyalar şüurlarda elə dərin kök salıb ki, onlar çoxdandır öz həyatlarını yaşamaqdadır.

Türkiyə-Rusiya İttifaqının yaradılmasının nəticəsi çoxqütblü dünyanın yeni güclü mərkəzinin formalaşması ola bilərdi. Artıq formalaşmış mərkəzlər-ABŞ və Avropa İttifaqı, Çinlə yanaşı dördüncü mərkəz olardı. Onun adı hələ doğulmalıdır, amma indidən aydındır ki, bu mərkəz bir-brləri ilə qarşılıqlı bağlı olan Roma, Vizantiya, Osmanlı və Rus ənənələrinin yenidən doğulmuş və yenilənmiş varisi olacaq. Yeni əsasda o proqressin, təhlükəsizliyin, çiçəklənmənin, stabilliyin və ağlasığanlığın nümunəsinə çevriləcək.

Məndə əminlik var ki, bu birliyin impulsları  təkcə postsovet məkanında deyil, bütün regionda ən mürəkkəb və ən köhnə münaqişələrin də həllinə xidmət edəcək. Xüsusən də artıq indidən aydındır ki, iki keçmiş imperiyanın təsir məkanında münaqişələr ancaq Rusiya və Türkiyənin qarşılıqlı konsensusunun mövcudluğu halında həll edilə bilər.

 Öz özlüyündə “artıq bölüşdürülmüş dünyada”  belə köklü yenidənqurma güclü müqavimətlə qarşılaşmaya bilməz. Hamı müqavimət gösərəcək-ABŞ, Avropa, Çin, İran, Ermənistan. Digər maneələr də olacaq.

Türkiyənin indiki NATO üzvlüyü ayrı məsələdir. Hələ irəliyə qaçmaq tezdir, amma Şimali Atantika müqaviləsinə əsasən istənilən üzv ölkə bu alyansdan sadəcə olaraq ABŞ hökumətinə nato göndərməklə çıxa bilər. Belə olan halda alyansdan çıxma proseduru bir ilə tamamlanacaq.

İstənilən halda belə qərarı Ankara lehinə və əleyhinə olan bütün arqumentləri diqqətlə ölçüb biçəndən sonra özü qəbul edəcək. Lakin 1949-cu ildə bağlanmış müqavilə açıq-aşkar Türkiyənin indiki maraqlarına cavab vermir, çünki əvəzində heç nə almır, hələ onu demirik ki, NATO-ya üzvlük Türkiyənin Avropa İttifaqına üzvlüyünü heç cür asanlaşdırmır. Onu Avropa İttifaqının qarşısında on illərdir “kətilin üstündə” oturdub gözlədirlər.

Mənim bu məsələ ilə bağlı Türkiyədəki son təmaslarım ölknin siyasi dairələrinin Rusiya ilə sonrakı yaxınlaşmada ciddi maraqlı olduğunu təsdiqləyir. Bu yaxınlaşma həm iki ölkənin, həm bütün regionun maraqlarına xidmət edir. Tarixi prosesin məntiqi Avropa və Asiyanın kəsişməsində sivilizasiya, siyasi, iqtisadi və mədəni boşluğun doldurulmasını tələb edir. Burada region ölkələrini və ərazilərini inkişaf yoluna çıxardacaq impulslar heç vaxt olmadığı kimi zəruridir.

Hazırda iki dövlətin rəhbərləri öz liderliklərini möhkəmləndiriblər, xalqlarının dəstəyinin aşkar əlamətlərini görürlər və elə məqam yetişir ki, onlar qarşılarına görünməmiş tarixi vəzifəni qoya bilərlər və bunu etməlidirlər. Bu vəzifə iki ölkənin, regionun, qitələrin və bütün dünyanın xalqlarının tarixində yeni səhifə açmaqdan ibarətdir.

Əgər indi həlledici addım atılmasa nəinki bizim ölkələrimiz, eləcə də bütün region hazırda insanlığın üzləşdiyi tektonik sürüşmələr erasına qədəm basmaq riski ilə üzləşəcək, dünya proseslərinin, yeni sivilizasiyanın kəndarında qalacaq.

Bunu başa düşməyin vaxtıdır ki, bizim region üçün nə Avropa, nə Çin, nə ABŞ xilas yolu deyil. Biz onlar üçün yadıq, hansı ki, ən yaxşı halda bizimlə hissə-hissə udana qədər aralıda saxlamaq lazım olan qaçılmaz şər qüvvə kimi barışmağa hazırdırlar.

Hamıdan güclü olduğumuz barədə görüntü yaratmağa son qoymağın vaxtıdır! Hamıdan güclü olmağın vaxtıdır!(Virtualaz.org)
Oxşar xəbərlər
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək